Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-47/2024 27.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Əziz oğlu və İrina Kaçetkovanın iddiaçı – İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən 1290J saylı bağ sahəsi sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xüsusi mülkiyyətində tam pay olaraq 967 nömrəli reyestr kitabının 91842 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında X13 adlı şəxsdən satın almışdır. Qeyd edir ki, torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamazdan uzun müddət öncədən də İddiaçı ilə İ.Alıyev arasında olan razılaşmaya əsasən, torpaq sahəsi İddiaçı faktiki istifadəsində və sahibliyində olmuşdur. İddiaçının oğlu X6 həmin torpaq sahəsində təxminən 10 il əvvəl yaşamaq məqsədi ilə evin tikintisinə başlamış, tikinti zamanı uzun müddətdir tanıdığı Cavabdeh1 Əziz oğlu tikintinin aparılmasında və təmirində ona köməklik etmiş, iddaçının oğlunun olmadığı vaxtlarda işlərin aparılmasına rəhbərlik etmişdir. İddiaçının ailəsi evin tikintisi və təmiri başa çatdıqdan sonra işıq, su və qaz təminatında problemlər olduğu üçün orada yaşaya bilməmiş, bu zaman Arif yaşamağa evinin olmadığı üçün iddiaçıdan və oğlundan müvəqqəti olaraq həmin evdə yaşamaq üçün icazə istəmişdir. Onlar da cavabdehi yəni, Cavabdeh1 uzun müddət tanıdıqları üçün eləcə də ev sahibsiz qalmasın deyə razılaşmışdır. Qeyd edək ki, Muxtarof Arif sözü gedən torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş evdə qeyri-rəsmi münasibətdə olduğu digər Cavabdeh2 ilə birgə yaşamışdır. Cavabdeh bir müddət orada yaşadıqdan sonra iddiaçı ondan evdən çıxmasını tələb etsə də, Arif torpaqdan çıxmayacağını, bələdiyyə sənədi ilə torpağın özünə məxsus olduğunu bildirmişdir. Qeyd edək ki, həmin bələdiyyə sənədi tamamilə qanunsuz olaraq verilmişdir. Belə ki, həmin ərazidə bələdiyyəyə məxsus heç bir torpaq sahəsi yoxdur. Bu azmış kimi iddiaçının oğluna şərböhtan ataraq onun barəsində Binəqədi rayon polis idarəsinə müraciət edərək şikayət etmişdir. Hazırda cavabdehlər iddiaçıya məxsus torpaq sahəsində və həmin torpaq sahəsində tikilmiş evdə qanunsuz olaraq yaşayırlar. İddiaçının nümayəndəsi (vəkil) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini, eləcə də işə onların iştirakları olmadan baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, Görədil kəndində yerləşən bağ sahəsi iddiaçının mülkiyyətində olub. Eyni tarixli eyni reyestr nömrəli iki çıxarış var, birində 0,12 ha (6 sot) digərində isə 0,12 ha (6 sot) qeyd olunub. Onun torpağı 0,12 hektardır, digər 0.12 ha isə digər qonşunundur. İnzibati məhkəmədə qərar çıxarılmış və qanuni qüvvəsini almışdır. O, torpağı 100 illik etibarnamə əsasında Sevda Nağıyevadan almıışdır. 2010-cu ildən o, həmin evdə yaşayır, qonşularda təsdiq edə bilər. Bələdiyyə ilə aralarında müqavilə bağlanıb. Onda olan order sahibi İsmayıl Alıyevdir. Çıxarışı isə alanda Südabənin adına almışlar, makler ilə 1800 manata satıb Mikayıla, Mikayıl da həmin sənədlə verib məhkəməyə. Digər cavabdeh onun həyat yoldaşıdır. Bağları sürüşdürmə yolu ilə 1290-cı bağı gətirib 254-cü bağ yerinə otuzdurublar. İşıq və qaz sayğaclar küçədə yerləşdirildiyindən öz adına keçirtmiş, suyun sayğacı həyətində olduğundan onu keçirdə bilməmişdir. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının keçrilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Binəqədi rayon Bələdiyyəsinin 06 oktyabr 2008-ci il tarixli, 188 nömrəli qərarından görünür ki, Binəqədi rayonu X16 X14 tərəfindən istifadə olunan 600 kv/metr bağ torpaq sahəsi əlavə edilmiş cizgi əsasında alqı-satqı yolu ilə (hər kv/metr üçün YAN ilə 2 manat 24 qəpik) ödəmək şərti ilə onun mülkiyyətinə ayrılmışdır. X14 ilə alqı-satqı müqaviləsinin bağlanması Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinə tapşırılmışdır. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 06 oktyabr 2008-ci il tarixli, 116 nömrəli Müqavilədən görünür ki, X14 uzun müddət istifadəsində olan X16 600 kv/metr yerləşən torpaq sahəsini fərdi bağ evinin tikintisi üçün qəbul etmiş və hər kv/metr üçün YAN ilə 2 manat 24 qəpik ödəməsi razılaşdırılmışdır. Bakı şəhəri 43 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2010-cu il tarixli etibarnamədən görünür ki, X14 Bakı şəhəri, Binəqədi rayon Bələdiyyəsinin xx.xx.2008-ci il tarixdə 188 nömrəli qərarına əsasən ona məxsus Binəqədi rayonu X16 akt əsasında ona ayrılmış 600 kv/metr torpaq sahəsini özəlləşdirməsi və girovda olmaması barədə arayışı aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (yüklü) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetiroilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. Torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli ilkin müqavilədən görünür ki, tərəflər xx.xx.2025-ci il tarixə kimi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2019-cu il tarixli A-131 arxiv çıxarışına əsasən və Azərbaycan SSR Bakı şəhər icrayə komitəsinin Bağlar təsərrüfatının inkişaf və istismar birliyinin b/C nömrəli orderinə əsasən (birinci tərəf) X8 aid olan Goradil bağlar sahəsində 132 nömrəli BTK nəzdində olan 0.12 ha təşkil edən 1290J nömrəli bağa dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 4000 (dörd min) manata (ikinci tərəf) X1 barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələcəkləri barədə müqavilə bağlamışlar. Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının xx.xx.2021-ci il tarixli Müqaviləsindən görünür ki, Enerji satışı departamenti ilə X6 ilə Görədil kəndi 1290J bağ sahəsinə dair elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmışdır. Daşınmaz əmlakın alqı-satqısına dair AN-İ ******* saylı, xx.xx.2020-ci il tarixli müqaviləsindən müqavilədən görünür ki, X13 Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1290J saylı, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini 20000 manat məbləğində pul ödəməklə İddiaçı mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AAN-558999 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1290J saylı, 0.12 ha bağ sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1290J saylı, 0.12 ha bağ sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2020-ci il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli Müqaviləsindən görünür ki, “Azəriqaz” İB ilə İddiaçı arasında qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3726/2023 saylı qərarından görünür ki, iddiaçılar X14, Cavabdeh1 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı adına verilmiş mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasına dair xx.xx.2020-ci il tarixli **********29 reyestr nömrəli çıxarışın koordinatlarında yol verilən xətaların aradan qaldırılması, həmçinin Bakı şəhəri Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 188 saylı Qərarı və xx.xx.2008-ci il tarixli 116 saylı Müqavilə ilə mülkiyyətə verilən X16 600 kv.m. bağ torpaq sahəsinin sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırmaqla plan və ölçünün, eləcə də torpaq sahəsi və üzərində inşa edilən fərdi yaşayış evləri xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq X9 adına müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Hazırki qərarla iddia təmin edilərək X7 adına xx.xx.2020-ci il tarixli və X2 adına xx.xx.2020-ci il tarixli ünvan 1i 1200 kv.m ölçüdə 1290J saylı bağ torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədləri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 188 nömrəli qərarı ilə cizgi əsasında X11 ayrılmış 600 kv.m ölçüdə torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3726/2023 saylı məktubundan görünür ki, iddiaçı X9 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X5, X13) qarşı “plan-ölçünün ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 08.12,2023-cü il tarixli, 2-1(112)- 3726/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, X7 adına xx.xx.2020-ci il tarixli və İddiaçı adına xx.xx.2020-ci il tarixli ünvan 1i 1200 kv.m ölçüdə 12903 saylı bağ torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədləri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 188 nömrəli qərarı ilə cizgi əsasında X11 ayrılmış 600 kv.m ölçüdə torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İşin müəyyən edilən hallarından belə görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1290J saylı, 0.12 ha bağ sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2020-ci il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdehin mülkiyyət hüquqlarını təsdiq edən sənəd mövcud deyil. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər (mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.). İddiaçılar X14, Cavabdeh1 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı adına verilmiş mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasına dair xx.xx.2020-ci il tarixli **********29 reyestr nömrəli çıxarışın koordinatlarında yol verilən xətaların aradan qaldırılması, həmçinin Bakı şəhəri Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 188 saylı Qərarı və xx.xx.2008-ci il tarixli 116 saylı Müqavilə ilə mülkiyyətə verilən X16 600 kv.m. bağ torpaq sahəsinin sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırmaqla plan və ölçünün, eləcə də torpaq sahəsi və üzərində inşa edilən fərdi yaşayış evləri xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq X9 adına müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3726/2023 saylı qərarı ilə iddia təmin edilərək X7 adına xx.xx.2020-ci il tarixli və X2 adına xx.xx.2020-ci il tarixli ünvan 1i 1200 kv.m ölçüdə 1290J saylı bağ torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədləri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 188 nömrəli qərarı ilə cizgi əsasında X11 ayrılmış 600 kv.m ölçüdə torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “hazırkı məhkəmə icraatında xx.xx.2020-ci il tarixdə **********29 nömrəli reyestr nömrəsi ilə 1290 j saylı bağ sahəsi kimi qeydiyyata alınmış mübahisələndirilən plan- ölçüdəki koordinatlarda yerləşən faktiki torpaq sahəsinin qeydiyyata alınmazdan öncə bağların bölgüsünə dar sxematik xəritədə hansı nömrəli bağ sahəsinin ərazisinə uyğun gəldiyi barədə məhkəmə sorğusuna cavabında inzibati orqan vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan hissədə sxematik xəritədə bağ nömrəsinin göstərilmədiyini, eyni zamanda sözügedən ərazilərdə 1290-la başlayan bağ nömrələrinin olmadığını bildirmişdir. Bundan əlavə mübahisələndirilən ərazinin ortofot görüntüsündə 1290j saylı bağ sahəsi kimi qeydiyyata alınmış bağın qonşuluğunda 272q, 302q, 322z, 1102k, və 1726 bağ sahələrinin olduğu müəyyən olunmuşdur, iddiaçıya 600 kv.m torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarına əlavə edilmiş situasiya planında iddiaçının istifadə etdiyi torpaq sahəsinin yanında 272 j və 272 q nömrəli qonşu bağ sahələrinin yerləşdiyi qeyd edilmişdir. Beləliklə, məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə bağ sahəsinin sxematik xəritəyə uyğunlaşdırılmaqla qeydiyyata alınması qərara alınsa da inzibati orqan sxematik xəritəyə uyğunlaşdırmasını hansı qaydada həyata keçirdiyini, ərazinin məhz 1290j saylı bağ sahəsi kimi qeydiyyata alınması əsaslarını məhkəməyə təqdim etməmişdir.”. Göründüyü kimi iddiaçı hazırda cavabdehi ünvan 1i 1290J saylı bağ torpaq sahəsindən çıxarılması tələb etsədə həmin sahəyə dair vahid elektron kadastr bazasında tərtib edilmiş plan-ölçü sənədində qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3726/2023 saylı qərarına uyğun olaraq müvafiq düzəlişlər edilmişdir. Belə olan halda cavabdehin Göradil kəndi 1290J saylı bağ torpaq sahəsindən çıxarılması ilə bağlı iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Bununla yanaşı iddiaçı tələbinin bir hissəsində 1290j saylı bağ sahəsinin üzərində mövcud olan tikilidən də cavabdehin çıxarılmasını tələb etsə də həmin tikilnin məhz ona məxsus olmasına və yaxud onun tərəfindən inşa edilməsinə dair heç bir sübut təqdim etməmişdir. Belə ki, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 68. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Hazırkı halda iddiaçının əsaslandığı halların mövcud olması sübutlarla təsdiq olunmur. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-47/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-47/2024
27.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver