Məhkəmə qərarları › İş №e-2(001)-4729/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4729/2025

20.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4729/2025 20.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, iddiaçıların nümayəndəsi (vəkili) Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 7 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “vərəsəlik paylarının müəyyən edilməsi və paylara uyğun olaraq çıxarışların verilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı və X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X1 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzil, ünvan 2şən olan fərdi yaşayış evi və Goranboy rayonu, Nizami kəndində yerləşən 12.9863 ha torpaq sahəsi üzərində Cavabdeh2, Cavabdeh1 və X2 hər birinin ayrılıqda 1/8 hissə üzrə, İddiaçı isə 5/8 hissə üzrə vərəsəlik paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) Vəkil məhkəməyə xx.xx.2025-ci il tarixli barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 barışıq sazişinin onun tərəfindən imzalandığını bildirərək, barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 sazişinin onun tərəfindən imzalandığını bildirərək, barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 7 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, 20 oktyabr 2025-ci il tarixli barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 7 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “vərəsəlik paylarının müəyyən edilməsi və paylara uyğun olaraq çıxarışların verilməsi” tələbi barədə iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 20 oktyabr 2025-ci il tarixli barışıq sazişindən görünür ki, onlar müəyyən etdikləri şərtlərlə barışığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 7 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “vərəsəlik paylarının müəyyən edilməsi və paylara uyğun olaraq çıxarışların verilməsi” tələbi barədə iddia ərizəsi üzrə bir tərəfdən iddiaçılar İddiaçı və X2 nümayəndəsi (vəkili) Vəkil (bundan sonra “İddiaçı” adlanacaq), digər tərəfdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra “Cavabdehlər” adlanacaq), aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla 20 oktyabr 2025-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. 2.1.Tərəflər sözü gedən mübahisə ilə əlaqədar məhkəmə çəkişməsinə son qoymaq, habelə mübahisəni barışıqla həll etmək məqsədi ilə barışıq sazişi bağlayırlar. 2.2. Müəyyən edilmişdir ki, miras əmlakların dairəsi aşağıdakı kimidir: 2.2.1. ünvan 1 ünvanında yerləşən mənzil. 2.2.2. ünvan 2şən fərdi yaşayış evi. 2.2.3. Goranboy rayonu, Nizami kəndində yerləşən 12.9863 ha torpaq sahəsi (icarə hüququ əsasında) 2.4. Həmçinin müəyyən edilmişdir ki, miras əmlakın hamısı mərhum X3 ilə İddiaçı birgə nikahda olduqları müddət ərzində əldə edilmişdir. 2.5. Qeyd olunanlara əsasən notariat kontorunda müəyyən edilmişdir ki, miras əmlakın payları aşağıdakı kimi idi. 2.5.1. Cavabdeh2 1/8 hissə üzrə vərəsəlik payı 2.5.2. Cavabdeh1 1/8 hissə üzrə vərəsəlik payı 2.5.3. X2 1/8 hissə üzrə vərəsəlik payı 2.5.4. İddiaçı 5/8 hissə üzrə vərəsəlik payı. 2.6. Tərəflər bu barışıq sazişini imzalamaqla təsdiq edirlər ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzil üzrə öz payından Cavabdeh1, ünvan 2şən fərdi yaşayış evi və Goranboy rayonu, Nizami kəndində yerləşən 12.9863 ha torpaq sahəsi (icarə hüququ əsasında) üzrə öz payından isə İddiaçı xeyrinə imtina edir. Cavabdeh1 ünvan 2şən fərdi yaşayış evi və Goranboy rayonu, Nizami kəndində yerləşən 12.9863 ha torpaq sahəsi (icarə hüququ əsasında) üzrə öz payından İddiaçı xeyrinə imtina edir. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzil üzrə öz payından Cavabdeh1 xeyrinə imtina edir. Tərəflər qeyd olunanlara əsasən təsdiq edirlər ki, mərhum X1 miras qalmış əmlaklardan ünvan 1 ünvanında yerləşən mənzil üzərində Cavabdeh1 7/8 hissə üzrə və X2 1/8 hissə üzrə vərəsəlik payları, ünvan 2şən fərdi yaşayış evi və Goranboy rayonu, Nizami kəndində yerləşən 12.9863 ha torpaq sahəsi (icarə hüququ əsasında) üzərində isə İddiaçı 7/8 hissə üzrə və X2 1/8 hissə üzrə vərəsəlik payları müəyyən edilsin.

3. Öhdəliklərin icrası 3.1. Bu Saziş tam icra olunanadək qüvvədədir və sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək.

4. Digər müddəalar 4.1. Bu saziş tərəflər onu imzaladıqda və məhkəmədə təsdiq olunduqda qüvvəyə minir. 4.2. Bu saziş 4 (dörd) nüsxədə tərtib edilir. Onlardan hər biri müvafiq olaraq tərəflərdə və məhkəmədə saxlanılır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar