Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4730/2025 22.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X8 Hüseynağa qızının sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı öhdəliyin qoyulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı öhdəliyin qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı vəfat etmiş X1nun qanun üzrə vərəsəsidir. Bununla bağlı Bakı şəhəri, 25 saylı notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X1 ilə Cavabdeh MTK arasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küç. ev 4V, 3024-cü məhəllədə 12 mərtəbəli yaşayış evinin, giriş №1, mərtəbə 5, ümumi sahəsi 193 kv.m., 24№-li, 4 otaqlı mənzilin tikilib X3 təhvil verilməsi ilə bağlı 10 yanvar 2014-cü il tarixli 21 nömrəli müqavilə bağlanmış və sözügedən mənzilin dəyərinin X5 tərəfindən tam həcmdə ödənilməsi ilə bağlı eyni tarixli maliyyə arayışı verilmişdir. Həmin mənzil müqavilə bağlandıqdan sonra X3 təhvil verilmiş və sonuncunun sahibliyində olmuş, Ağayev Nazim tərəfindən mənzildə tam olaraq təmir işləri aparılmış, mənzildə qaz, elektrik və su sayğacları onun adına quraşdırılmışdır. X5 vəfat etdikdən sonra, onun qanun üzrə vərəsələri həmin mənzilə faktiki sahiblik etməyə başlamışlar. İddiaçı qeyd olunan mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə mənzilin X3 verildiyinə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının, plan-cizgi və borcun olmaması barədə maliyyə arayışının verilməsi ilə bağlı Cavabdeh MTK-ya müraciət etmiş, lakin sonuncu tərəfindən həmin sənədlərin verilməsindən imtina olunmuşdur. Cavabdeh MTK-nın 18 iyun 2025-ci il tarixli 89 nömrəli məktubunda qeyd edilmişdir ki, sözügedən mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlak siyahısında qeyd olunmadığından, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının verilməsindən imtina edilir. Bu səbəbdən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küç. ev 4V, 3024-cü məhəllədə 12 mərtəbəli yaşayış evinin, giriş №1, mərtəbə 5, ümumi sahəsi 193 kv.m., 24 №-li, 4 otaqlı mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün mənzilin X1na verildiyinə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, plan-cizgi və borcun olmaması barədə maliyyə arayışı onun qanun üzrə vərəsəsi İddiaçı verilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən X6 nümayəndəsi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırda sözügedən iş üzrə cavabdeh "xxxx" MTK-ya qarşı onun da eyni məzmunlu iddia tələbi mövcud olduğundan, həmin iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulmaq niyyətindədir. Belə ki, sözügedən iş üzrə cavabdeh "xxxx" MTK tərəfindən qanunsuz olaraq sənədləri verilməyən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küç. ev 4V, 3024-cü məhəllədə 12 mərtəbəli yaşayış evinin, giriş №1, mərtəbə 5, ümumi sahəsi 193 kv.m., 24№-li, 4 otaqlı mənzilin keçmiş mülkiyyətçisi X2 qanun üzrə vərəsəsidir və qardaşı İddiaçı ilə eyni tələb irəli sürür. İcraatında olan e-2(001)-4730/2025 nömrəli mülki iş üzrə cavabdeh "xxxx" MTK-ya qarşı müstəqil tələb irəli sürən üçüncü şəxs qismində əlavə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin, o cümlədən də müstəqil tələb irəli sürən şəxsin iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh hazırkı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh Mənzil-Tikinti Kooperativinin sədri Həsənov N.İ xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh şirkəti olaraq iddianı qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmiş, məhkəmə iclaslarının iştirakıolmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia və müstəqil tələb irəli sürən şəxsin iddiası təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2014-cü il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə X5 arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh Mənzil- Tikinti Kooperativi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küç. ev 4V, 3024-cü məhəllədə 12 mərtəbəli yaşayış evinin, giriş №1, mərtəbə 5, ümumi sahəsi 193 kv.m., 24№-li, 4 otaqlı yaşayış mənzilini X3 verməyi, İddiaçı isə mənzilin dəyəri olan məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli maliyyə arayışının əslindən görünür ki, X5 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küç. ev 4V, 3024-cü məhəllədə 12 mərtəbəli yaşayış evinin, giriş №1, mərtəbə 5, ümumi sahəsi 193 kv.m., 24№-li, 4 otaqlı mənzil tam dəyərini Cavabdeh Mənzil-Tikinti Kooperativinin kassasına ödəmişdir. xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2024-ci il tarixdə vəfat etmiş- X2 vərəsəsi: oğlu İddiaçıdur və o miras əmlakdan 1/2 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012 tarixdə X3 verilmiş **********20- 05101-093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.8 kv/m, yaşayış sahəsi 45.4 kv/m, yardımçı sahəsi 21.4 kv/m olan mənzildən ibarətdir. xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2024-ci il tarixdə vəfat etmiş- X2 vərəsəsi: oğlu İddiaçıdur və o miras əmlakdan 1/2 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012 tarixdə X3 verilmiş **********20- 05101-093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.8 kv/m, yaşayış sahəsi 45.4 kv/m, yardımçı sahəsi 21.4 kv/m olan mənzildən ibarətdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə müvafiq olaraq, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında “mülkiyyət” anlayışı ilə bağlı qeyd edilmişdir ki, 1 saylı Protokolun 1ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli Fərmanından görünür ki, həmin Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə qəbul edilmiş və bununla əlaqədar bir sıra qurumlara müvafiq tapşırıqlar verilmişdir. Həmin qurumlar tərəfindən tapşırıqlar vaxtında icra edilsə də, “yerlərdə” vətəndaşlara əsassız səbəblərə görə müvafiq sənədlərin verilməməsi nəticə etibarılə adıçəkilən Fərmanın icrasını mümkünsüz edir. Məhkəmənin mövqeyi: Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küç. ev 4V, 3024-cü məhəllədə 12 mərtəbəli yaşayış evinin, giriş №1, mərtəbə 5, ümumi sahəsi 193 kv.m., 24№-li, 4 otaqlı mənzilə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə tələb olunan sənədlərin (mənzilin X3 verildiyinə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının, plan-cizginin və borcunun olmaması barədə maliyyə arayışının) İddiaçı verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Nəticə hissəsi QƏT ETDİ: İddiaçı iddia ərizəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən X6 iddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küç. ev 4V, 3024cü məhəllədə 12 mərtəbəli yaşayış evinin, giriş №1, mərtəbə 5, ümumi sahəsi 193 kv.m., 24№-li, 4 otaqlı mənzilə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə tələb olunan sənədlərin (mənzilin X3 verildiyinə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının, plan-cizginin və borcunun olmaması barədə maliyyə arayışının) İddiaçı və X7 verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Məhkəmə xərci kimi 100 manat dövlət rüsumu Cavabdeh MTK-dan alınaraq İddiaçı və 100 manat dövlət rüsumu Cavabdeh MTK-dan alınaraq X7 ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-4730/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4730/2025
22.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver