Məhkəmə qərarları › İş №e-2(001)-4770/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4770/2025

24.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4770/2025 24.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı Cavabdeh İnşaat MMC-yə qarşı işə bərpa olunmaya olan manelərin aradan qaldırılması tələbinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh İnşaat MMC-yə qarşı işə bərpa olunmaya olan manelərin aradan qaldırılması tələbinə dair iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Daxil olmuş ərizəni və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, ərizənin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məzmununa riayət edilməmiş, belə ki, ərizəyə hazırki məzmunda məhkəmə qaydasında baxıla bilməz. Məhkəmənin tətbiq etdiyi hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmənin mövqeyi Ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının işə bərpa olunması ilə əlaqədar tələbinə Binəqədi Rayon Məhkəməsində mahiyyəti üzrə baxılmış və məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(001)-1129/2025 saylı qətnaməsi ilə tələb qismən təmin edilmişdir. Hazırda isə iddiaçı cavabdeh şəxsin məhkəmə qətnaməsini icra etmədiyini və onun işə bərpa olunmasına maneələr yaratdığını bildirir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hazırki məzmunlu tələbə iddia icraatı çərçivəsində məhkəmə qaydasında baxılmalı olmaması səbəbindən icraata götürülməsindən imtina olunmalı, iddiaçıya Azərbaycan Respublikası İcra Haqqında Qanununa əsasən icra icraatı qaydasında icraya nəzarət edən məhkəməyə, o cümlədən də icranı həyata keçirən icra qurumuna müraciət etməsi tövsiyyə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İnşaat MMC-yə qarşı işə bərpa zamanı yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata götürülməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikası İcra Haqqında Qanununa əsasən icra icraatı qaydasında icraya nəzarət edən məhkəməyə, o cümlədən də icranı həyata keçirən icra qurumuna müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (elektron kabinet vasitəsilə) Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar