Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4869/2025 04.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Notariat ofisinə, Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 qarşı “vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Notariat ofisinə, Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 qarşı “vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və digər əmlaklara dair 2V-185 nömrəli qanun üzrə vərəsəlik işi ilə bağlı verilmiş 19 dekabr 2022-ci il tarixli şəhadətnamələrin etibarsız hesab olunması və yaratdığı hüquqi nəticələr olaraq çıxarışların ləğv edilməsi, mirasın qanun üzrə qəbulu ilə əlaqədar buraxılmış müddətin üzrlü hesab edilməklə vərəsələr arasında payların müəyyən edilməsi və miras əmlakların birinci növbəli qanuni üzrə vərəsələr arasında naturada bölünməsi və hər bir vərəsənin payı üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin ərazi aidiyyətini müəyyən edən norması olaraq 35-ci maddəsi təsbit edir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddiaçı iddia ərizəsində cavabdehlər qismində Bakı şəhəri 11 saylı Notariat ofisini, Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4, cavabdehlərin qeydiyyat ünvanı kimi isə müvafiq olaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 və ünvan 1 ünvanını göstərmiş, mülki prosessual qanunvericiliyin 36.2-ci maddəsinə istinad etməklə cavabdehlərdən ünvan 3 ünvanının Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 olmasına əsaslanaraq, hazırki iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Prosessual qanunvericiliyin iddia ərizəsinin məzmununa dair qeyd edilən müddəaları tələb edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı yönəldilmiş tələb ifadə edilməli, iddiaçının öz tələblərini əsaslandırdığı hallar ərizədə dəqiq göstərilməli, başqa sözlə verilmiş tələb əsasında məhkəmə icraatının başlanması və tələb üzrə çıxarılacaq qərarın cavabdeh tərəfindən icrası mümkün olmalıdır. Sadalanan tələblərə cavab verməyən iddia ərizəsi üzrə icraat qeyri-mümkün hesab edilməli və hakim tərəfindən geri qaytarılmalıdır. Hazırkı iş üzrə iddiaçı iş üzrə Bakı şəhəri 11 saylı Notariat ofisi cavabdeh qismində cəlb etsə də, həmin şəxsə qarşı hər hansı tələb irəli sürməmiş, iddia tələbi faktiki olaraq yalnız digər cavabdehə qarşı yönəlmişdir. Qeyd edilmiş normaları nəzərə alaraq, hesab edirəm ki, iddiaçı iddia ərizəsini mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmununa riayət etmədən tərtib etmiş, formal olaraq cavabdeh Bakı şəhəri 11 saylı Notariat ofisinə qarşı hər hansı bir tələb irəli sürülmədən məhz həmin cavabdehin ünvanına əsaslanmaqla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, bununla da prosessual qanunvericiliyin ərazi aidiyyəti ilə bağlı imperativ tələbinə əməl edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsi müəyyən edir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Notariat ofisinə, Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 qarşı “vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-4869/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4869/2025
04.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver