Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-487/2024 27.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh ünvan 3 qarşı (X31, Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, X32, X31, X37, X11, X20, X12, X26, X21 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) payın müəyyən edilməsi və hüquq müəyyənedici sənədin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəqiqləşdirməklə, məhkəmədən miras əmlak-vəfat etdiyi xx.xx.2021-ci il tarixədək mərhum xx.xx.1956-cı il təvəllüdlü X6 məxsus olan ünvan 1 ünvanında yerləşən, 0,06 kv.m torpaq sahəsinin üzərində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 39,06 kv.m-dən ibarət, xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmış bağ evinə dair miras üzərində İddiaçı tam payının müəyyən edilməsi və bu barədə ona hüquqmüəyyənedici sənədin (vərəsəlik şəhadətnaməsinin) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, miras qoyan X13 xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. xx.xx.1979-cu il tarixdə X14 ilə nikaha daxil olmuşdur. Nikahdan sonra qadına da Hüseynova soyadı verilmişdir. ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə qeydiyyatda olmuşdur. xx.xx.2021-ci il tarixdə X13 “ilkin lokaiizasiyası naməlum bədxassəli yenitörəmə” səbəbindən vəfat etmişdir. Vəfat etdiyi tarixə onun xüsusi mülkiyyətində ünvan 1 ünvanında yerləşən, 0.06 kvm torpaq sahəsinin üzərində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 39.06 kvm-dən ibarət, xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmış bağ evi olmuşdur. Qeyd edilən bağ evi miras qoyanın vəfatından sonra onun həyat yoldaşı İddiaçı və oğluX15 istifadəsində və sahibliyində olmuşdur. Mirası faktiki idarə etməklə hər ikisi qəbul etmişdir. Lakin hüquqi savadsızlıqdan və səhhətlərindəki problemlərlə əlaqədar bunu rəsmiləşdirməmişdilər. Hazırda Mingəçevir şəhərində notariat ofisinə müraciət etdikdə mirasqoyanın Mingəçevirdə qeydiyyatda olmaması və əsas yaşayış yerinin Bakı şəhəri Binəqədi ərazisi olmasını əsas götürüb vərəsəlik işi açmamışdılar. Bakı şəhəri Binəqədi rayon ərazisində yerləşən ən yaxın 20 saylı notariat ofisinə müraciət etdikdə müddətin ötürülməsini əsas göstərməklə onların sənədlərini götürməkdən imtina etmişdilər. Bununla bağlı yazılı sənəd tələb etdikdə poçt vasitəsi ilə müraciət etməi tövsiyyə etmişdilər. Poçt vasitəsi ilə müraciət etdikdə isə müraciət ərizəsini təsdiq etmək üçün notarial təsdiq tələb edilmişdir. Dolayısı ilə neçə aydır ki, vərəsəlik işinin açılması üçün notariat ofislərində süründürməçiliyə məruz qaldıqlarından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar. Miras qoyan X13 xəstə olduğu dövrlərdə onun qayğısına iddiaçı və oğlu Rasim birlikdə qalmış, onun vəfatından sonra dəfn və məzar daşı xərclərini də onlar ödəmişdir. Onun vəfatından sonra miras əmlak iddiaçının və oğlu Rasimin ümumi istifadəsində olmuşdur. Beləliklə İddiaçı X4 miras qalanəmlaka onun sağlığından, eləcə də onun xx.xx.2021-ci il tarixdən vəfat etməsindən hazıradək istifadə edərək, mirasa faktiki sahiblik və idarəçilik etdiklərindən həmin mənzilin mülkiyyətçisi sayılır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi, Vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçıların nümayəndəsi,vəkil izahatlarında bildirmişdir ki, onun etibarnaməsi ola-ola Bakı şəhəri 20 saylı Notariat Ofisinin notariusu ərizəni vərəsənin şəxsən özünün təqdim etməsini bildirmişdir. Bundan başqa notarius əmlakın Mingəçevir şəhərində olması səbəbindən miras işinin Bakı şəhərində açılmalı olduğunu bildirmişdir. Mingəçevir notariat ofisinin notariusu isə əmlakın Bakı şəhərində yerləşməsi səbəbindən miras işinin Bakı şəhərində açılmasını bildirmişdir. Notariat orqanı 2022-ci ilin noyabr ayından iddiaçını süründürür. Bundan başqa miras əmlakı iddiaçının ərinin vəfatından sonra İddiaçı və X15 istifadəsində və sahibliyində olmuşdur. X31 iddiaçı ilə birgə yaşayır. Hazırda iddiaçı ilə övladları X31 və X37 arasında heç bir mübahisə yoxdur. X31 və X37 miras əmlakından analarının xeyrinə imtina etmişlər. X27 isə Rusiya Federasiyasında yaşayır. İddiaçı qızı ilə telefon vasitəsilə əlaqə saxlayır. İddiaçının qızı X27 atasının vəfat etdiyini bilir. X8 miras əmlakla bağlı iddiası olsa idi, bu günədək öz payını tələb edərdi. X27 heç atasının yas mərasimində iştirak etməmişdir. Miras əmlakın nə vaxt əldə olunması barədə dəqiq məlumatı yoxdur. İddiaçının payın müəyyən edilməsini tələb etdiyi miras əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti olub-olmaması barədə məlumatı yoxdur. İddiaçının qızı olan X33 vəfat etmiş, lakin sonuncunun vərəsələrinin olub-olmadığı barədə məlumatı yoxdur. Miras əmlakının açılması ilə bağlı rəsmi qaydada 2023-cü ilin iyul ayında müraciət etmişdir. X27 ölkə xaricində olduğundan iddiaçı X27 ilə əlaqə qura bilmir. X31 və X37 isə miras əmlakından analarının xeyrinə imtina etmişlər. İddiaçının ölən qızının əri və uşaqları ilə heç bir mübahisəsi yoxdur. Onda olan məlumata əsasən iddiaçının mərhum qızının əri X11 da miras əmlakından iddiaçının xeyrinə imtina edəcəkdir.
5. Cavabdeh Bakı şəhəri 20 saylı notariat ofisinin notariusu xx.xx.2024-cü il tarixli ərizəsini məhkəməyə ünvanlayaraq, məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin iştiraklarını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə onların və ya nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X37 məhkəməyə xx.xx.2024-cü il tarixində teleqram ünvanlayaraq, vərəsəlik qaydalarına görə ona çatacaq paydan anası İddiaçı xeyrinə imtina etdiyini bildirməklə, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.
8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31 məhkəməyə xx.xx.2024-cü il tarixində teleqram ünvanlayaraq, vərəsəlik qaydalarına görə ona çatacaq paydan anası İddiaçı xeyrinə imtina etdiyini bildirməklə, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
9. İ-ЖГ seriyalı, 495525 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X9 arasında 22 noyabr 1979-cu il tarixində nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 52 № ilə qeyd edilmişdir.
10. Mingəçevir Regional “ASAN xidmət mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 218330 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2021-ci il tarixində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 340 № ilə qeyd edilmişdir.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2013-cü il tarixində X5 adına qeydiyyata alınmışdır.
12. Binəqədi RİH başçısının M.Ə.Rəsulzadə qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mərhum X13 Z.Qəmbərov küçəsi, 4 a saylı evdə daimi pasport qeydiyyatında olub, xx.xx.2021-ci il tarixində vəfat edib. Mərhumun öldüyü gündən hal-hazıra kimi həmin ünvanda yoldaşı İddiaçı, X31, X37, X32, X22, X34, X28, İddiaçı Nağı oğlu, X35, X29, X23 və X16r.
13. X3 və İddiaçı tərəfindən ünvan 3 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə qeyd edilir: Bildirirəm ki, mərhum X13 vəfat etdiyi günə kimi Bakı şəhəri, Binəqədi rayonu, Z.Qəmbərov küçəsi, 4 a saylı mənzildə qeydiyyatda olub. xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra miras əmlak ünvan 4 ünvanında yerləşən bağ evinə faktiki olaraq, arvadı İddiaçı və oğlu X2 etmişdir. X5 övladlarından biri vəfat etmiş, digərləri isə aralarında mübahisə yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən vərəsəlik işinin açılmasına köməklik etməyinizi xahiş edirəm.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 20 saylı Notariat Ofisi tərəfindən ərizəçilər X31 və İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinə cavab olaraq ünvanlanan xx.xx.2023-c il tarixli məktubda göstərilir: “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”-ın 98-ci bəndinin 3-cü abzasına əsasən bildirik ki, “əgər mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında poçtla daxil olmuş ərizədə vərəsənin imzasının həqiqiliyi təsdiq edilməmişsə, notarius ərizəsni qəbul edir, lakin vərəsəyə təklif edir ki, lazımi qaydada tərtib olunmuş ərizə göndərisin, yaxud notariat ofisinə gəlsin. Poçtla daxil olmuş həmin ərizə əsasında vərəsəlik işi açılmır” Xahiş edirik, bunu nəzərə alasınız.
15. Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 302750 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.2022-ci il tarixində Abşeron rayonu, Mehdiabad qəsəbəsində ölmüşdür.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinin məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(001)-487/2024 saylı sorğusuna cavab olaraq X5 və X17 ailə tərkibi haqqında arayışlardan görünür: xx.xx.1956-cı il təvəllüdlü X5 ailə tərkibi- arvadı İddiaçı, oğlu X31, qızı X30, oğlu X37, qızı X18r. Quliyeva (Hüseynova) Güney Musa qızının ailə tərkibi - əri X11, oğlu X12, qızı X20, oğlu X26, qızı X10r.
17. X24 ilə X13 arasında bağlanan AN-İ seriyalı, ******* saylı xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı X24 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində ümumi sahəsi 36,06 kv.m, yaşayış sahəsi 25,25 kv.m olan, 2 otaqlı, Mingəçevir şəhəri, 10-cu Günəşli küçəsində yerləşən, 4 saylı bağ evini və onun yerləşdiyi torpaq sahəsini 10000 manata alıcı X1.
18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2013-cü il tarixində X7 adına qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
19. İddiaçı xx.xx.2021-ci il tarixində vəfat etmiş miras qoyan X5 arvadıdır. Belə ki, tərəflər arasında 22 noyabr 1979-cu il tarixində nikah bağlanmışdır. Bölüşdürülməsi tələb edilən əmlak isə ünvan 1 ünvanında yerləşən, 0,06 kv.m torpaq sahəsinin üzərində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 39,06 kv.m olan bağ evidir. Həmin əmlak tərəflərin birgə nikah dövründə AN-İ seriyalı, ******* saylı xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsi əsasında mərhum X5 adına alınmışdır.
20. X5 ailə üzvləri və hazırki mübahisədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilənlər (həmçinin vərəsələr)- arvadı İddiaçı (iddiaçı), oğlu-X31, qızı-Hüseynova(Çaxalova) Aygün Musa qızı, oğlu-X37, qızı- X18r. Mərhumun qızı Hüseynova (Quliyeva) Güney Musa qızı xx.xx.2022-ci il tarixində ölmüş, əri X11, oğlu X12, qızı X20, oğlu X26, qızı X21 isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi icraata cəlb edilmişlər.
21. Mərhumun ölümündən sonra X3 və İddiaçı tərəfindən ərizə ilə vərəsəlik işinin açılması üçün ünvan 3 müraciət edilir və miras qalan əmlaka arvadı və oğlu Rasim tərəfindən faktiki sahiblik edildiyi, digər vərəsələrin əmlaka dair mübahisələrinin olmaması bildirilməklə, vərəsəlik işinin açılması xahiş edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 20 saylı Notariat Ofisi tərəfindən isə vərəsələrə təklif edilir ki, vərəsəlik işinin açılması üçün lazımi qaydada tərtib olunmuş ərizə göndərilməli və ya yaxud notariat ofisinə gəlməlidirlər.
22. Hal-hazıradək X4 qalan miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməmişdir.
23. Mərhumun övladları X37 və X31 məhkəməyə xx.xx.2024-cü il tarixində teleqram ünvanlayaraq, vərəsəlik qaydalarına görə onlara çatacaq paydan anaları İddiaçı xeyrinə imtina etdiklərini bildirmişlər.
24. Hazırda iddaçı digər vərəsələrin əmlaka pay iddialarının olmadığını və əmlaka faktik sahiblik etdiyini bildirməklə, miras qalan əmlaka tam pay hüququnun müəyyən edilməsini xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
25. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
26. 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır;
27. 32.2.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı bir əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə aiddir;
28. 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir;
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
30. 225.1-ci maddəsinə əsasən ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
31. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir.
32. İşin mübahisəsiz halıdır ki, mərhum X5 adına qeydiyyatda olan ünvan 1 ünvanında yerləşən, 0,06 kv.m torpaq sahəsinin üzərində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 39,06 kv.m olan bağ evi İddiaçı ilə mərhum X5 ümumi birgə mülkiyyətidir. Belə ki, həmin əmlak tərəflərin birgə nikahda olduqları dövrdə alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Odur ki, qanuni prezumpsiya baxımından həmin əmlak üzərində iddiaçının ½ hissədə payı vardır. Bu səbəbdən də məhkəmə hesab edir ki, miras əmlak məhz həmin bağ evinin ½ hissəsindən ibarətdir.
33. Bununla belə, məhkəmə mirasın yalnız iddiaçı tərəfindən təkbaşına qəbul edilməsinə, digər vərəsələrin (oğlullarının) onun xeyrinə miras əmlakdan imtina etmələrinə, digərlərinin isə miras əmlakı qəbul etmədiklərinə əsaslanmaqla həmin əmlak üzərində tam payın müəyyən edilməsi barədə iddiaçının dəlillərini əsaslı hesab etmir.
34. Belə ki, iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət edən zaman istinad edilən və mirasın qəbulunun müddətə tabe tutulan Mülki Məcəllənin normaları artıq qüvvədən düşmüşdür.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
36. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
37. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
38. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
39. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ərarvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
40. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
41. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
42. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (artıq qüvvədən düşmüşdür)
43. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
44. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
45. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dai 26 dekabr 2023-cü il tarixli Plenum qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi nəzərdə tutulmuşdur.
47. Plenum qərarında göstərilmişdir: Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X19 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur.
48. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
49. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
50. Göründüyü kimi hazırki mübahisə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının təsir dairəsinə düşür, belə ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur və məhz bu səbəblə də iş üzrə icraat dayandırılmışdır.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023cü il tarixli qərarını hazırki mübahisəyə tətbiq edərək məhkəmə o qənaətə gəlir ki, miras qoyanın ölümündən sonra miras əmlak hesab edilən ünvan 1 ünvanında yerləşən, 0.06 kvm torpaq sahəsinin üzərində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 39.06 kvm-dən ibarət, xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmış bağ evinə(1/2 hissəsi) iddiaçı tərəfindən faktiki sahiblik edilməsi mirasın onun tərəfindən təkbaşına qəbul edilməsi hüquqi nəticəsini yaratmır. Belə ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam etdiyindən, miras qoyanın digər vərəsələrinin miras əmlakın qəbulu ilə bağlı susmaları mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarmır. Digər tərəfdən iddiaçı vərəsələr arasında miras əmlakla bağlı mübahisə olmadığını bildirsə də, nəzərə alınmalıdır ki, vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, qanunverici vərəsənin bununla bağlı iradə ifadəsini məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Odur ki, məhkəmə mirasdan imtinanın xüsusi forma şərtinə tabe tutulmasını, miras paya dair sərəncam verilməsinin başqa qaydada həyata keçirilməli olduğunu nəzərə alaraq, Hüseynov Rasim və Hüseynov Nağının teleqramlarının hər hansı hüquqi nəticə doğurmadığı qənaətinə gəlir. Bu səbəbdən də iddiaçının miras əmlak üzərində payı mirası qəbul etmiş hesab edilən digər vərəsələrin payı nəzərə alınmaqla müəyyən edilməlidir.
52. Odur ki, mərhum X5 arvadı İddiaçı ilə yanaşı digər birinci növbədən vərəsələri də mirası qəbul etmiş hesab edilirlər. Mirasın açıldığı vaxt miras qoyanın 5 vərəsəsi olduğundan, miras əmlak isə bağ evinin ½ hissəsindən ibarət olduğundan, miras əmlakda hər bir vərəsənin 1/5 hissədə, yəni ümumi əmlak üzərində 1/10 hissədə payı müəyyən edilməlidir.
53. Məhkəmə eyni zamanda hüquqi müəyyənliyi təmin etmək baxımından hesab edir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən, 0,06 kv.m torpaq sahəsinin üzərində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 39,06 kv.m olan bağ evi üzərində 3/5 ( ½+1/10) hissədə payı müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
55. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
57. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
58. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən bağ evi üzərində 3/5 hissədə payı müəyyən edilməli, müvafiq olaraq ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) mülkiyyət hüququ haqqında və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ünvan 3 həvalə edilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
59. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən bağ evi üzərində 3/5(beşdə üç) hissədə payı müəyyən edilsin. Müvafiq olaraq ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) mülkiyyət hüququ haqqında və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ünvan 3 həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev