Məhkəmə qərarları › İş №e-2(001)-49/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-49/2025

14.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-49/2025 14.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, ilk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 və İddiaçı2, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İlk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair ilk, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “fərdi yaşayış evinin naturada bölünməsi” barədə qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış sahəsi, 2-ci küçə, 18 ünvanında yerləşən fərdi evinə köçürülmələri, fərdi yaşayış evindən və evin yerləşdiyi ərazisindən (həyətyanı sahəsindən) istifadəyə maneə Cavabdeh və qeyrilərinə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyətçilərin paylarına uyğun olaraq naturada bölünməsi, İddiaçı2 aid olan hissəyə ayrıca kommunal xidmətlərin verilməsi, sayğacların quraşdırılmasının təmin edilməsi, fərdi yaşayış evindən istifadə qaydaları müəyyənləşdirilməsi, əmlaka ziyan vuracaq, onun dəyərini aşağı salacaq hərəkətlərin edilməsi cavabdehlər və digərlərinə qadağan edilməsi, fərdi yaşayış evinin ona və övladalarına məxsus 4/5 hissəsindən istifadənin cavabdeh və qeyrilərinə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış sahəsi, 2-ci küçə, 18 ünvanında yerləşən fərdi ev, X3 adına olub və onun ölümü ilə əlaqədar ondan qalan miras əmlak olaraq onun vərəsələrinin adına keçib ki, həmin vərəsələrdən biri də onlardan İddiaçı3dır. Digər İddiaçı2 miras qoyanın qardaşı, İddiaçı1 evin gəlini, İddiaçı2 arvadıdır. Cavabdeh isə mirasqoyanın arvadı, evin digər gəlinidir. Onlar iddiaçılardan İddiaçı3 və İddiaçı2 tikili hələ heç kəsin adına olmayan vaxtlardan, yəni 2000-ci ildən öncədən istifadəçilərdir. Bundan başqa sözü gedən fərdi ev paylı mülkiyyətdədir ki, həmin pay mülkiyyətyçilərindən biri də onlardan İddiaçı2 ümumi əmlakın 1/5 hisəsinin mülkiyyətçisidir. Fərdi evə yaranmış hüquq münasibətləri baxımından onların bu evə istifadə hüquqları 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq maddələri, yəni 53, 54, 123-cü maddələri tənzimlənməlidir. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Eləcə də fərdi evin paylı mülkiyyətçisinin və onun ailə üzvlərinin hüquqları baxımından da onların fərdi evə olan hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulur. Belə ki, cavabdeh onları evə buraxmır və hər vasitə ilə buna mane olur, şər böhtan xarakterli, təhrik edici hərəkətlər edir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar iddia ərizəsində İddiaçı2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/5 hissəsinin mülkiyyətçisi olduğu qeyd edilmişdir. Təqdim edilmiş çıxarış da İddiaçı2 paylı mülkiyyətçi kimi qeyd edilir. Lakin İddiaçı2 hansı əsasla fərdi yaşayış evinin paylı mülkiyyətçisi kimi qeydə alınması naməlumdur. Çünki miras açılarkən İddiaçı2 deyil İddiaçı3 vərəsə qismində tanınmışdır, Fərdi yaşayış evi ümumi mülkiyyətdə olduğundan onun razılığı olmadan İddiaçı3 öz payına dair sərəncam verə bilməzdi. Bu da onu göstərir ki, ilkin iddia üzrə iddiaçılar qeyri-qanuni yollarla fərdi yaşayış evini tam şəkildə mənimsəməyə çalışırlar. Bildirir ki, o, X10 ilə xx.xx.2008-ci ildə ailə həyatı qurmuşdur. Həyat yoldaşı xx.xx.2021-ci ildə nəqliyyat hadisəsi zamanı dünyasını dəyişmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra hazırda yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ona, övladlarına və həyat yoldaşının anasına miras olaraq qalmışdır. Hazırda fərdi yaşayış evinin 1\5 hissəsi İddiaçı3 (qaynanası), 1/5 hissəsi ona və qalan 3/5 hissə isə hərəsini 1 hissə olmaqla azyaşlı övladları xx.xx.2009-cu il təvəllüdlü X11, 22.10,2010-cu il təvəllüdlü X13 və xx.xx.2010-cu il təvəllüdlü X6 arasında miras əmlakı olaraq bölünmüşdür. Bildirir ki, həyat yoldaşı dünyasını dəyişəndən sonra qaynanası, qaynı və digər ailə üzvləri ilə münasibətlər korlanmağa başladı. Onlar öz nəvələrinə, qardaşı uşaqlarına sahib çıxmadılar. Əksinə hər dəfə onu, yaxın qohumlarını oğurluqda və s. cinayətlərdə şərləməyə cəhd etmişlər. İddiaçı2 evdə qız uşağının, onun yaşadığı bilə-bilə dəfələrlə yarıçılpaq vəziyyətdə istədiyi kimi bütün evdə hərəkət edir, tanımadığı kişiləri-doslarını tanışlarını onun yaşadığı evə gətirir. Gecə saatlarında narahatlıqlar törədir. Bütün bunlarda məqsəd onun həmin evdən çıxıb getməyi və bütün evi istədikləri kimi istifadə etməkləridir. Həyat yoldaşı sağ olanda isə heç vaxt bu cür özbaşınalıqlar, qeyri-insani hərəkətlər edə bilməzdilər. İlkin iddiadan da görünür ki, fəri yaşayış evinin 4/5 hissəsi onun və azyaşllı övladının mülkiyyətindədir. Cavabdeh İddiaçı2 (qarşılıqlı iddia üzrə iddiaçılar) isə yalnız 1/5 fərdi yaşayış evinə mülkiyyət hüququ vardır. O, mülkiyyətçi kimi evin yalnız həmin hissəsindən istifadə edə bilər. Lakin fərdi yaşayış evinə dair payçıların mülkiyyətində olan hissələr naturada ayrılmadığına görə 1/5 hissəsinin evin hansı hissəsinə düşməsi qeyri-müəyyəndir. Düşünür ki, fərdi yaşayış evi ilk öncə naturada bölünməli, ondan sonra cavabdehlərin həmin hissəyə köçürülməsi məsələsi həll edilməlidir. Çünki 4/5 hissə onun və övladlarının mülkiyyətindədir və onların onun əmlakına köçülüməsi üçün hər hansı bir hüquqi əsas yoxdur. Digər tərəfdən cavabdehlər öz oğlunun, qardaşının (mərhum həyat yoldaşımın) ruhuna, xatirəsinə hörmət qoyub, onun yadigarları olan övladlarına baxmadıqları üçün onların heç biri ilə qarşı-qarşıya belə gəlmək istəmir, nəinki bir evdə yaşamaq. Odur ki, paylı mülkiyyətçilərin payları naturada mütləq şəkildə müəyyən edilməlidir. Digər tərəfdən isə qeyd edir ki, fərdi yaşayış evinə dair bütün kommunal xətlər- qaz, su, işıq sayğacları vahid şəkildədir. Belə olan halda cavabdehlər də onunla bərabər evdən istifadə etdiklərinə görə, təbiidir ki, elektrik enerjisi, qaz və sudan istifadə edəcəkdirlər ki, kimin hansı miqdarda kommunal xidmətlərdən istifadə etməsinin müəyyən etmək mümkün olmayacaqdır. Odur ki, məhkəmə fərdi yaşayış evini naturada bölməli, İddiaçı2 məxsus hissəyə dair ayrıca kommunal xidmətlərin göstərilməsi üçün ayrıca sayğacların quraşdırılması qaydasını da müəyyən etməlidir. Kommunal xidmətlərin dəyərinin əmlaka paylara uyğun bölünməsi cavabdehlər öz öhdəliklərini yerinə yetirmədikləri halda onun da hüquqlarının pozulmasına və kommunal xidmətlərin dayandırılmasına səbəb olacaqdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 ilkin iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Həmin mübahisəli ev onun evidir. Çıxarışda adları qeyd olunan Cavabdeh ailənin gəlini, Hüseynzadə Elşad oğlu, Hüseynzadə Ayan qızı, Hüseynzadə Mübariz oğludur. 2 mərtəbəli evdir, 1ci mərtəbədə cavabdeh yaşayıb, 2-ci mərtəbədə isə onlar. Hər mərtəbədə 3 otaq və mətbəx var. Cavabdeh darvazanın kilidini dəyişib, evə daxil ola bilmirlər. O, həmçinin göstərmişdir ki, cavabdehə dəfələrlə evdəki əşyalarının götürmələri ilə bağlı müraciət etmiş, lakin cavabdeh qapını açmamış, hazırda ona və ailə üzvlərinə məxsus geyim əşyaları həmin mənzildədir. Onların tələbi özlərinə düşən istifadə etməkdir. Hazırda kirayələrdə qalır ailəsi ilə. Göstərdiklərini nəzərə alaraq ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 ilkin iddia tələbini müdafiə edərək həyat yoldaşı (digər iddiaçı) İddiaçı2 göstərdiklərini təsdiq edərək ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkil) Vəkil ilkin iddia tələbinə etiraz, qarşılıqlı iddia tələbini müdafiə edərək göstərmişdir ki, hazırki iş üzrə cavabdeh tərəfindən ekspertizanın keçirilməsinə maneələr yaratmamış, ekspert baxışa gəlməmişdir, gəlməsi barədə onlara heç bir məlumat verməmişdir. Faktiki həmin evdə Cavabdeh uşaqları ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş rəy saxtadır. Çünki ikinci mərtəbədə sanuzel otağı var, faktiki evin bölünməsi mümkündür. Göstərdiklərini nəzərə alaraq ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyətçilərin paylarına uyğun olaraq naturada bölünməsi, İddiaçı2 aid olan hissəyə ayrıca kommunal xidmətlərin verilməsi, sayğacların quraşdırılmasının təmin edilməsi, fərdi yaşayış evindən istifadə qaydaları müəyyənləşdirilməsi, əmlaka ziyan vuracaq, onun dəyərini aşağı salacaq hərəkətlərin edilməsi qarşılıqlı iddia üzrə cavabdehlər və digərlərinə qadağan edilməsi, fərdi yaşayış evinin Cavabdeh və övladalarına məxsus 4/5 hissəsindən istifadənin qarşılıqlı iddia üzrə cavabdeh və qeyrilərinə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4398/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı3 cavabdeh Bakı şəhəri 26 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış sahəsi, 2-ci küçə, 18 ünvanında yerləşən, ümumi(paylı) mülkiyyətdə fərdi evin onun mülkiyyətinə aid 1/5 hissəsinin X7 bağışlama qaydasında özgəninkiləşdirilməsinin, evə daimi pasport qeydiyyatı olan ailə üzvlərini və qeydlərinin razılıqları alınmadan təsdiq edilməsi vəzifəsinin cavabdeh 20 saylı Notariat Ofisinə həvalə olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən qətnamə ilə iddia təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış məhəlləsi, 2-ci küçədə yerləşən 18 saylı ev üzrə İddiaçı3 məxsus 1/5 hissəsindəki payının həmin ünvanda qeydiyyatda olanların razılığı olmadan X7 bağışlanması barədə müqavilənin təsdiq edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri 26 saylı Notariat ofisinin üzərinə qoyulması və iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı3 aid edilməsi qət ediılmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 288.90 kv/metr olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə 1/5 hissədə Cavabdeh, 1/5 hissədə X4, 1/5 hissədə X8, 1/5 hissədə X1 və xx.xx.2022-ci il tarixdə isə 1/5 hissədə İddiaçı2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2025-ci il tarixli, 3-16-16/2-10/8145 saylı rəyindən görünür ki; 1-ci və 2-ci suallar üzrə - rəyin tədqiqat hissəsində yazılanları nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış məhəlləsi, 2-ci küçə, 18 saylı fərdi yaşayış evinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci, 2.4-cü, 2.9-cu bəndlərinə metodik əsasların Məhkəmə Tikinti-X9 Metodlarının tələblərinə uyğun qaydada paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada təcrid mənzillər şəklində bölünməsinin texniki cəhətdən bölünməsi mümkün olmadığı və eyni zamanda İddiaçı2 1/5 hissədə, payının qalan 4/5 hissədən naturada ayrılmasının mümkün olmadığı müəyyən edilir. İşə əlavə edilmiş 19 mart 2025-ci il tarixli, 3-16-16/2-10/8145 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-tikinti texniki ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 150 (bir yüz əlli) manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Amid Əliyevin 22 iyul 2024-cü il tarixli məlumatından görünür ki, 2(001)-158/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün, tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiq olunan obyektlərə baxış keçirilməsi xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Cavabdehlərlə (qarşılıqlı iddia üzrə) birlikdə tədqiq olunan ünvana gedilmiş, lakin iş üzrə iddiaçı tərəf baxışın keçirilməsində iştirak etmədiyindən, məhkəmə binasına gəlmədiklərindən, eləcə də tədqiqat obyektinin qapısı bağlı olduğundan, baxış keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyininn Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimafın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Elmar Səidovun 14 fevral 2025-ci il tarixli məlumatından görünür ki, 2(001)-158/2024 nömrəli mülki iş üzrə tərəfinizdən xx.xx.2024-cü il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün, tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2024cü il tarixli vəsatət göndərilmişdir. Vəsatətə cavab olaraq baxışın keçirilməsi xx.xx.2025-ci il tarixinə təyin edilmişdir. Lakin, iş üzrə tədqiqat obyektinin qapısı bağlı olduğundan, baxışın keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyininn Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimafın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 213.8. Ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər. Maddə 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Maddə 217.1. Paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə həm ilkin, həm də qarşılıqlı iddia tələbi ilə bağlı ilk olaraq qeyd edir ki, hazırki iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 288.90 kv/metr olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə 1/5 hissədə Cavabdeh, 1/5 hissədə X4, 1/5 hissədə X8, 1/5 hissədə X1 və xx.xx.2022-ci il tarixdə isə 1/5 hissədə İddiaçı2 bərabər paylı mülkiyyətlərində olması işin mübahisəsiz halıdır. İlk iddia üzrə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış sahəsi, 2-ci küçə, 18 ünvanında yerləşən fərdi ev, X3 adına olmuş və onun ölümündən sonra ondan qalan miras əmlak olaraq onun vərəsələrinin adına keçmişdir. Həmin vərəsələrdən biri də İddiaçı3dır. Digər İddiaçı2 miras qoyanın qardaşı, İddiaçı1 isə onun arvadıdır. Cavabdeh isə mirasqoyanın arvadı, evin digər gəlinidir. Daha sonra müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4398/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı3 cavabdeh Bakı şəhəri 26 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış sahəsi, 2-ci küçə, 18 ünvanında yerləşən, ümumi(paylı) mülkiyyətdə fərdi evin onun mülkiyyətinə aid 1/5 hissəsinin X7 bağışlama qaydasında özgəninkiləşdirilməsinin, evə daimi pasport qeydiyyatı olan ailə üzvlərini və qeydlərinin razılıqları alınmadan təsdiq edilməsi vəzifəsinin cavabdeh 20 saylı Notariat Ofisinə həvalə olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən qətnamə ilə iddia təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış məhəlləsi, 2-ci küçədə yerləşən 18 saylı ev üzrə İddiaçı3 məxsus 1/5 hissəsindəki payının həmin ünvanda qeydiyyatda olanların razılığı olmadan X7 bağışlanması barədə müqavilənin təsdiq edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri 26 saylı Notariat ofisinin üzərinə qoyulması və iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı3 aid edilməsi qət ediılmişdir. Hazırda iddiaçılar öz payına uyğun hissədə mülkiyyətində olan mənzilə köçürülməsini tələb edir, cavabdeh isə yuxarıda göstərilənlərə istinad edərək onun köçürülməsinə etiraz edir. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşmayarq aşağıdakıları qeyd edir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının mübahisəli mənzildən istifadə etməsinə yaradılan istənilən qanunsuz maneə onun mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Mülkiyyət hüququ Konstitusiyada təsbit edilmiş təməl hüquqlardan biri olmaqla Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Məhkəmə onu da vurğulayır ki, cavabdehin mübahisəli mənzildə faktiki yaşaması iddiaçılara münasibətdə heç bir üstünlük kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Bununla yanaşı cavabdehin tərəfin mənzilə dair fiziki bölgü olmadığından mübahisənin yaranacağını və bu səbəbdən də iddiaçının həmin mənzilə köçürülə bilinmədiyi ilə bağlı arqumentinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilinməsi və ya mülkiyyətçinin öz payının ayrılmasını tələb edə bilməsi mülkiyyətçilərə verilmiş bir hüquqdur, vəzifə deyil. Hazırkı halda da bu hüquqdan istifadə etmək imkanları hər iki tərəfdə mövcuddur, lakin bu əsasla bərabər paylara malik bir mülkiyyətçinin digər mülkiyyətçiyə münasibətdə hüquqlarının məhdudlaşdırlıması qanuni və ədalətli sayıla bilməz. Qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 288.90 kv/metr olan fərdi yaşayış evi ümumi paylı mülkiyyət hüququ üzrə iş üzrə iddiaçılardan İddiaçı2 (1/5 hissə) adına dövlət reyestr xidmətində qeydə alındığından o, mülkiyyətçi kimi ailə üzvləri ilə birlikdə qanunla müəyyən edilmiş qaydada həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və öz payına münasibətdə ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə də qanunidir. Odur ki, onun ümumi paylı mülkiyyətində olan mənzilə dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Belə olan halda, ilk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 və İddiaçı2 mübahisəli mənzilə köçürülməsini tələb etməkdə haqlıdırlar. İş üzrə tam müəyyən edilir ki, iddiaçıların mövcud tələbi cavabdehin ümumi mülkiyyət hüquqlarını pozmaqla hüquqdan sui-istifadənin qarşısının alınmasını təşkil edir. Məhkəmə həmçinin iddia tələbinin evin yerləşdiyi ərazidən (həyətyanı sahəsindən) istifadəyə maneənin yaradılmasının Cavabdeh və qeyrilərinə qadağan edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin həmin hissəsi törəmə hüquq münasibəti olduğundan, yəni ilk tələbdən yarandığından, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Həmçinin qeyd edilməlidir ki, İddiaçı3 xx.xx.2024-cü il tarixdə öldüyündən, məhkəmənin 14 aprel 2025-ci il tarixli qərardadı ilə ona aid hissədə iş üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ilk iddia tələbi təmin edilməli və ilk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış sahəsi, 2-ci küçə, 18 ünvanında yerləşən fərdi evinə köçürülməli, həmin fərdi yaşayış evindən və evin ərazisindən (həyətyanı sahəsindən) istifadəyə maneçiliyin törədilməsi Cavabdeh qadağan edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbini iş materialları əsasında araşdıraraq hesab edir ki, qarşılıqlı iddia aşağıdakı qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Hazırda ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddiasının əsasını ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyətçilərin paylarına uyğun olaraq naturada bölünməsi, İddiaçı2 aid olan hissəyə ayrıca kommunal xidmətlərin verilməsi, sayğacların quraşdırılmasının təmin edilməsi, fərdi yaşayış evindən istifadə qaydalarının müəyyənləşdirilməsi, əmlaka ziyan vuracaq, onun dəyərini aşağı salacaq hərəkətlərin edilməsi cavabdehlər və digərlərinə qadağan edilməsi, fərdi yaşayış evinin ona və övladalarına məxsus 4/5 hissəsindən istifadənin cavabdeh və qeyrilərinə qadağan edilməsi təşkil edir. Qeyd olunmalıdır ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Ümumi mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mülkiyyətçinin qanunda nəzərdə tutulmuş hüququdur və heç kəs öz hüququndan istifadəyə məcbur edilə bilməz. Nəzərə alınmalıdır ki, payın naturada ayrılması ilə ayrılan hissə müstəqil əşya vəziyyətinə gələ bilməli, ondan ayrıca əşya kimi təyinatına uyğun istifadə mümkün olmalıdır. Ayrılma baş tutduğu andan payçı ümumi mülkiyyət birliyindən çıxmış olur və müstəqil daşınmaz əşya üzərində onun fərdi mülkiyyət hüququ yaranır. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Hazırda isə qarşılıqlı iddiaçının cavabdehlərə kompensasiya ödənilməsi ilə bağlı təklifi yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd olunmuşdur ki, “(47.) Naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilmişdir ki, ...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyətçilərin paylarına uyğun olaraq naturada bölünməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, mübahisə predmeti olan əmlakdan payların naturada ayrılmasının mümkünlüyünün müəyyən olunması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin və ekspert rəyində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış məhəlləsi, 2-ci küçə, 18 saylı fərdi yaşayış evinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci, 2.4-cü, 2.9-cu bəndlərinə metodik əsasların Məhkəmə Tikinti-X9 Metodlarının tələblərinə uyğun qaydada paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada təcrid mənzillər şəklində bölünməsinin texniki cəhətdən bölünməsi mümkün olmadığı və eyni zamanda İddiaçı2 1/5 hissədə, payının qalan 4/5 hissədən naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir. Bundan əlavə yenidən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-158/2024 saylı məhkəmə tikinti-texniki təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti vəsatətlə məhkəməyə müraciət edərək 08 iyul 2024-cü il tarixdə, saat 15:00-da keçiriləcək tətqiqat obyektində tərəflərin iştirakının təmin edilməsini xahiş etmiş və məhkəmənin həmin tarixli məktubu ilə tərəflərə göstərilən tarixdə və vaxtda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış məhəlləsi, 2-ci küçə, 18 saylı fərdi yaşayış evində olmaları xahiş edilmişdir (məktub, reyestr - iş vərəqi 70-71). Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti 22 iyul 2024-cü il tarixdə məlumtla məhkəməyə müraciət edərək 2(001)-158/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün, tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2024cü il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiq olunan obyektlərə baxış keçirilməsi xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Cavabdehlərlə birlikdə tədqiq olunan ünvana gedilmiş, lakin iş üzrə iddiaçılar baxışın keçirilməsində iştirak etmədiyindən, məhkəmə binasına gəlmədiklərindən, eləcə də tədqiqat obyektinin qapısı bağlı olduğundan, baxış keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamış bununla da, mülki iş icrası geri qaytarılmışdır. Məhkəmənin 05 avqust 2024-cü il tarixli məktubu ilə tərəflərə xəbərdarlıq məktubu göndərilmiş (məktub, reyestr - iş vərəqi 75-77) və mülki iş yenidən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-158/2024 saylı qərardadının icrası ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-158/2024 saylı məhkəmə tikinti-texniki təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elmar Səidov vəsatətlə məhkəməyə müraciət edərək 29 avqust 2024-cü il tarixdə, saat 15:30-da keçiriləcək tətqiqat obyektində tərəflərin iştirakının təmin edilməsini xahiş etmiş və məhkəmənin həmin tarixli məktubu ilə tərəflərə göstərilən tarixdə və vaxtda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış məhəlləsi, 2-ci küçə, 18 saylı fərdi yaşayış evində olmaları xahiş edilmiş və qeyd edilən məktub Cavabdeh və onun nümayəndəsi (vəkil) X12 elektron kabinetlərinə yerləşdirilmişdir (məktub,reyestr, çıxarış - iş vərəqi 79, 81, 82, 83). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Elmar Səidovun 14 fevral 2025-ci il tarixli məlumatından görünür ki, 2(001)-158/2024 nömrəli mülki iş üzrə tərəfinizdən xx.xx.2024-cü il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün, tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2024cü il tarixli vəsatət göndərilmişdir. Vəsatətə cavab olaraq baxışın keçirilməsi xx.xx.2025-ci il tarixinə təyin edilmişdir. Lakin, iş üzrə tədqiqat obyektinin qapısı bağlı olduğundan, baxışın keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamış və sözü gedən qərardad icra edilmədən geri qaytarılmışdır. Göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-158/2024 saylı qərardadının icrası ilə bağlı dəfələrlə müxtəlif tarixlərə ekspertə vəsatəti əsasında tədqiqat obyektinə baxış təyin edilmiş, eləcə də yerli baxışın keçirilməsi ilə bağlı tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış məhəlləsi, 2-ci küçə, 18 saylı fərdi yaşayış evinə baxış keçirilməsi üçün ekspertə şərait yaradılmadığından, sözü gedən qərardadın icrası mümkün olmamışdır. Bu da onu göstərir ki, S. Hüseynova qarşılıqlı işin obyektiv araşdırılmasında maraqlı deyil. Yuxarıda qeyd edilənlərdən də, göründüyü kimi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış məhəlləsi, 2-ci küçə, 18 saylı fərdi yaşayış evinin texniki cəhətdən bölünməsinin mümkün olmaması ekspert rəyi ilə tam olaraq sübuta yetirilmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iş üzrə verilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Bu baxımdan məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçilərin paylarına uyğun olaraq naturada bölünməsi hissəsində təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin İddiaçı2 aid olan hissəyə ayrıca kommunal xidmətlərin verilməsi, sayğacların quraşdırılmasının təmin edilməsi, fərdi yaşayış evindən istifadə qaydalarının müəyyənləşdirilməsi, əmlaka ziyan vuracaq, onun dəyərini aşağı salacaq hərəkətlərin edilməsi cavabdehlər və digərlərinə qadağan edilməsi, fərdi yaşayış evinin ona və övladalarına məxsus 4/5 hissəsindən istifadənin cavabdeh və qeyrilərinə qadağan edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin həmin hissəsi törəmə hüquq münasibəti olduğundan, qarşılıqlı iddia tələbinin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçilərin paylarına uyğun olaraq naturada bölünməsi hissəsində iddia tələbi rədd edildiyindən, qarşılıqlı iddia həmin hissədə də rədd edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia tələbi təmin edilərək ilk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış sahəsi, 2-ci küçə, 18 ünvanında yerləşən fərdi evinə köçürülməli, həmin fərdi yaşayış evindən və evin ərazisindən (həyətyanı sahəsindən) istifadəyə maneçiliyin törədilməsi Cavabdeh və qeyrilərinə qadağan edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbycan Respublikası Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. İşə əlavə edilmiş 19 mart 2025-ci il tarixli, 3-16-16/2-10/8145 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-tikinti texniki ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 150 (bir yüz əlli) manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edildiyindən, ekspertiza xərci olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. İlk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış sahəsi, 2-ci küçə, 18 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsünlər, həmin fərdi yaşayış evindən və evin ərazisindən (həyətyanı sahəsindən) istifadəyə maneələrin törədilməsi Cavabdeh qadağan edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki ekspertizasının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X5, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar