Məhkəmə qərarları › İş №e-2(001)-4901/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4901/2024

06.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4901/2024 06.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “mənzilin boşaldılması və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianı təmin edib, İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu Mirmahmud Kazimovski küçəsi, b. 54-56, mənzil 64 (Yeni qaydalarla: AZ 1114 ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh Rafiq oğlunu və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq İddiaçıMMCyə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 03 sentyabr 2024-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkil) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı, eləcə də ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun büdcədən iddiaçıya geri qaytarılması təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AsanPay vasitəsi ilə ödənilmiş ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına iddia ərizəsinin verilməsi üçün 100 (yüz) manat məbləğində dövlət rüsumü ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəlləsinin 114.2-ci maddəsinə əsasən, məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “mənzilin boşaldılması və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi – **********) büdcədən İddiaçı MMC-nə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar