Məhkəmə qərarları › İş №e-2(001)-4911/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4911/2024

19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4911/2024 19.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun məcburi qaydada tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı MMC Cavabdeh qarşı “borcun məcburi qaydada tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25964.26 manat və dövlət rusumu 168 manat olmaqla cəmi 26132 manat vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, İddiaçı MMC ilə bağladığı abunə müqaviləsinə əsasən ********** mobil nömrəsində kreditorun rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 25964.26 manat məbləğində abunə və xidmət borcu yaranmışdır. Abunə Müqaviləsinin 4.1-ci bəndinə əsasən Abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Eyni zamanda, Abunə Müqaviləsinin 12.1-ci maddəsinə uyğun olaraq abunəçi tərəfindən bu müqavilə imzalandıqda və nömrədən istifadə başladıqda müqavilənin bütün müddəalarına və istifadə qaydalarına riayət etmək öhdəliyi qeyd-şərtsiz qəbul etmiş sayılır. Cavabdehin öz borcunu ödəməsinin son tarixi müəyyən olunsa da müqavilənin qəbul olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Göndərilmiş bildiriş və xəbərdarlıqlara baxmayaraq Cavabdeh adına olan ********** nömrədə borc hazırkı tarixədək kimi ödənilməmişdir. Bundan sonra İddiaçı MMC tərəfindən Binəqədi Rayon Məhkəməsində iddia qaldırılmış və məhkəmə tərəflər arasında bağlanmış Sazişə əsasən xx.xx.2015-ci il tarixində 2(001)-3077/2015 saylı Qərardad qəbul etmişdir. Qərardad da ödənişin tarixi, ödəniləcək məbləğ öz əksini tapmışdır. Qərardadda o da qeyd edilib ki, cavabdeh barışıq sazişi üzrə öhdəliklərini yerinə yetirməsə, iddiaçı qalıq borcun ödənilməməsi ilə bağlı məhkəmədə cavabdehə qarşı iddia qaldıra bilər. Cavabdeh bu günə kimi 25964.26 manat vəsaiti ödəməmişdir. Borclunun sazişdə qəbul olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-3077/2015 saylı qərardadının surətindən görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun məcburi qaydada tutulması” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir.

1. Cavabdeh ***-***-**-** nömrəsinin istifadəsi nəticəsində yaranmış 25.934,26 manat məbləğində borcu və 30 manat məbləğində odənilmiş dövlət rüsumunu, üumilikdə 25.964,26 manat məbləğində borcu bu sazişin 2-ci bəndində qeyd olunan cədvəl üzrə iddiaçıya ödəməyi öz öhdəsinə götürür.

2. Ödəniş cədvəli

Ödəniləcək məbləğ Ödəniş üçün son tarix Qalıq məbləğ

1. 2500 manat xx.xx.2016-cı il 23464.26

2. 2500 manat xx.xx.2017-ci il 20964.26

3. 2500 manat xx.xx.2018-ci il 18464.26

4. 2500 manat xx.xx.2019-cu il 15964.26

5. 2500 manat xx.xx.2020-ci il 13464.26

6. 2500 manat xx.xx.2021-ci il 10964.26

7. 2500 manat xx.xx.2022-ci il 8464.26

8. 2500 manat xx.xx.2023-cü il 5964.26

9. 2500 manat xx.xx.2025-ci il 3464.26

10. 2500 manat xx.xx.2026-cı il 964.26 11.964,26 manat xx.xx.2027-ci il 0

3. Barışıq Sazişi məhkəmə qərardadı ilə təsdiq edildikdən sonra ona dair icra sənədi verilir və icra olunması üçün müvafiq icra şöbəsinə göndərilir.

4. Cavabdeh hazırki barışıq sazişi üzrə öhdəliklərini yerinə yetirmədikdə, iddiaçı qalıq borcun ödənilməsi ilə bağlı məhkəmədə cavabdehə qarşı iddia qaldıra bilər.

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin Arxivindən götürülmüş 2(001)- 3077/2015 saylı mülki iş materiallarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-3077/2015 saylı qərardadı üzrə icra vərəqəsi tərtib edilməmiş və qərardad icraya yönəldilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2011-ci il tarixli qərardadında göstərilmişdir ki, «İcra haqqında» Qanunun 6-cı maddəsində icra sənədlərinin siyahısı verilmişdir. Həmin Qanunun 6.1.1-ci maddəsinə görə Azərbaycan Respublikası məhkəmələri tərəfindən çıxarılmış qərarlar icra sənədi sayılır. MPM-in 15.1-ci və Qanunun 6.1.1-ci maddələrinin müqayisəli təhlilindən görünür ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. «İcra haqqında» Qanunun icra sənədi kimi qəbul etdiyi Azərbaycan Respublikası məhkəmələrinin qərarları özündə həm məhkəmə qətnaməsini, həm də qərardadı ehtiva edir. Buna görə də barışıq sazişi bağlanmaqla icraatına xitam verilmiş işlər üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərardadları digər məhkəmə aktları ilə eyni hüquqi qüvvəyə malik olmaqla MPM-in 15.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində məcburi icra olunmalıdır. Göründüyü kimi, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair artıq Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-3077/2015 saylı qərardadı mövcuddur, belə olan halda hazırki iddia tələbinə yenidən məhkəmə qaydasında baxıla bilməz. İddiaçı sözügedən qərardadın icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; 114.1. və 114.1.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya izah olunmalıdır ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair artıq Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-3077/2015 saylı qərardadı mövcuddur. Eyni zamanda hesab edirəm ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 168 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı m:

İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun məcburi qaydada tutulması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah olunur ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair artıq Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-3077/2015 saylı qərardadı mövcuddur və o, həmin qərardadın icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 168 (bir yüz altmış səkkiz) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar