Məhkəmə qərarları › İş №e-2(001)-4913/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4913/2024

19.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4913/2024 19.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyənetdim: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona vurduqları 300.000 manat məbləğində zərərin əvəzi olaraq, Cavabdeh1 məxsus mənzilin, məhz, ona məxsus əmlakın satışından əldə edilən pul vəsaiti hesabına alındığı nəzərə alınmaqla, hərrac yolu ilə satışından əldə edilən pul vəsaitinin, zərərin digər-çatışmayan hissəsi miqdarında pul vəsaitinin isə, Azərbaycan Respublikasının Dövlət Büdcəsindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini cavabdeh kimi cəlb etməsinə baxmayaraq, ona qarşı tələb irəli sürməmiş, əksinə cavabdeh kimi cəlb etməməsinə baxmayaraq pulun dövlət büdcəsindən də tutulmasını xahiş etmiş və bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Nəzərə alınmalıdır ki, Dövlət büdcəsinə nəzarəti öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir. Bundan əlavə, iddiaçının tələbi də aydın və konkret şəkildə qeyd olunmamışdır. Həmçinin, iddiaçı cavabdeh kimi cəlb etdiyi Cavabdeh1 ünvanını ünvan 1rək ərizəsini məhz Binəqədi Rayon Məhkəməsinə versə də, lakin Elektron məhkəmə informasiya sisteminə verilmiş sorğudan əldə edilmiş məlumatlardan görünür ki, cavabdehlər Cavabdeh2 (şəxsiyyət vəsiqəsi AA5242911, xx.xx.2023-cü il tarixdə ASAN 2 tərəfindən verilmişdir) rəsmi qeydə alındığı yer Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, T.H.Məmmədov küçəsi, ev 554v, digər Cavabdeh1 (şəxsiyyət vəsiqəsi AZE ********, xx.xx.2017-ci il tarixdə Xəzər RPİ tərəfindən verilmişdir) isə Bakı, Şüvəlan qəsəbəsi, 554"A"¹-Li bağ evidir. Göründüyü kimi, hazırki iddia ərizəsi üzrə iddiaçının cəlb etdiyi real cavabdehlərdən heç biri Binəqədi rayonu ərazisində rəsmi qeydə alınmamış, əksinə real cavabdehlərin hər ikisi yəni, Cavabdeh2 və Cavabdeh1 Xəzər rayonu ərazisində rəsmi qeydiyyatdadırlar, digər ona qarşı tələb sürülməyən cavabdehin ünvanı isə Nərimanov rayonu ərazisidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 3.1-ci maddəsinə əsasən yaşayış yeri - Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 114.1. və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra iddia ərizəsi ilə cavabdeh kimi cəlb etdiyi şəxslərdən birinin rəsmi qeydə alındığı yer üzrə müvafiq rayon məhkəməsinə müraciət edə bilər. Həmçinin, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 590 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra iddia ərizəsi ilə cavabdeh kimi cəlb etdiyi şəxslərdən birinin rəsmi qeydə alındığı yer üzrə müvafiq rayon məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 590 (beş yüz doxsan) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar