Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4937/2022 20.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı Mahmudova Naı̇ lə Alı qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Qı̇ da Təhlükəsı̇ zlı̇ yi İnstı̇ tutu Publı̇ k Hüquqı̇ Şəxsinin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi və mediasiya xərcinin cavabdehdən tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi və mediasiya xərcinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 1986-cı il tarixdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda əsas üzvi və neft kimyası sintezinin texnologiyası ixtisası üzrə ali təhsil almış və kimyaçı-texnoloq mühəndisi peşəsinə yiyələnmişdir. İxtisası ilə əlaqədar olaraq 1980 - 1986-cı illərdə Sumqayıt Üzvi Sintez Zavodunda laborant-texnik vəzifəsində, 1989-2010-cu illərdə Qubadlı rayon Mahruziu kənd orta məktəbində informatika müəlliməsi vəzifəsində, xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək "X6 Mərkəzi” MMC-də Mərkəzi qida və qeyri-ərzaq X7nda (X21 laboratoriyası) kimyaçı və baş kimyaçı vəzifələrində çalışmışdır. Həmin müddət ərzində iddiaçının çalışdığı müəssisə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçının çalışdığı müəsissə, o cümlədən Respublika ərazisində fəaliyyət göstərən digər sınaq laboratoriyaları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindən çıxaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyinə verilmişdir. Bu səbəbdən xx.xx.2018-ci il tarixdə iddiaçının fəaliyyət göstərdiyi müəssisənin - X21 Laboratoriyasının iddiaçı və iddiaçıdan başqa digər bütün işçilərlə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Cavabdeh arasında əmək müqavilələri bağlanmışdır. İddiaçı ilə AQTİ arasında xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.4-cü bəndində qeyd olunur ki, işçi xx.xx.2018-ci il tarixdən X9 X21 laboratoriyasının qida və taxıl məhsullarının müayinəsi bölməsinin rəhbəri vəzifəsinə işə başlayır. İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək eyni müəssisədə və eyni laboratoriyada - X21 Laboratoriyasında fəaliyyət göstərmişdir. Bu müddət ərzində təkcə müəssisənin rəhbərliyi dəyişmişdir. İddiaçı ilə işəgötürən arasında sözügedən əmək müqaviləsi xx.xx.2018-ci il tarixdə imzalanmışdır. Əmək müqaviləsinin müddəti bitdiyi tarixdən işəgötürən tərəfindən iddiaçıya könüllü şəkildə ərizə yazaraq işdən çıxmağı bildirilmişdir. İddiaçı isə işdən çıxmaqla bağlı könüllü şəkildə ərizə yazmadığından, cavabdeh müəssisə ilə iddiaçı arasında bağlanan müddətli əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, cavabdeh müəssisə ilə 5 ildən artıq əmək münasibətlərində olduğu üçün iddiaçının işə bərpa olunmağı barədə müraciətlər etməyinə baxmayaraq, AQTİ-nin 21 iyun 2022-ci İİ tarixli məktubu ilə ona bildirilmişdir ki, onunla İnstitut arasındakı əmək müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmış və həmin əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə müddəti bitdiyi üçün xitam verilmişdir. Beləliklə, İddiaçı Azərbaycan X12 ila ümumilikdə 3 il 3 ay müddətində əmək münasibətlərində olmuşdur. İddiaçı ilə İnstitut arasında bağlanılan əmək müqaviləsi 5 ildən artıq müddətdə davam etmədiyi üçün müddətli əmək müqaviləsi hesab edilir va bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsinə uyğun olaraq 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə əsasən müddəti bitdiyi üçün xitam verilmişdir. İddiaçının həmin müəssisədə əmək fəaliyyətinə xitam verildiyi tarixdən bu günə kimi ona nə əmək müqaviləsinin ləğvi barədə əmrin surəti, o cümlədən nə işəgötürən tərəfindən onun razılığı olmadan yenilənən ən sonuncu əmək müqaviləsi, nə də əmək kitabçası işəgötürən tərəfindən hələ də iddiaçıya təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı), işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İddiaçı ilə işəgötürən müəssisə olan AQTİ arasındakı əmək müqaviləsinin 2.3-cü bəndinə əsasən bildirilir ki, bu əmək müqaviləsi “20” iyun 2018-ci il tarixindən “20” sentyabr 2018-ci il tarixinədək 3 (üc) ay müddətinə bağlanmışdır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən isə qeyd olunur ki, işçi “06” dekabr 2018-ci il tarixindən X9 X21 laboratoriyasının qida və taxıl məhsullarının müayinəsi bölməsinin rəhbəri vəzifəsinə işə başlayır. Sözügedən əmək müqaviləsinə əsasən, əgər işçi olaraq iddiaçı sözügedən vəzifədə xx.xx.2018-ci ildə işə başlayırsa, bəs xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək olan dövrdə iddiaçı hansı vəzifədə işləmişdir?! Göründüyü kimi, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, işəgötürən faktiki olaraq, iddiaçının əmək fəaliyyəti dövrünün müddətini xx.xx.2018-xx.xx.2018-ci ilədək müəyyən etsə də, işə başlamalı olduğu günü həmin müddətdən sonraya, yəni xx.xx.2018-ci il tarixə müəyyən etmişdir. Halbuki, əmək müqaviləsində belə bir ziddiyyət Azərbaycan Respublikası Əmək Məcəlləsinin prinsiplərinə və tələblərinə tamamilə zidd olmaqla işçinin hüquqlarını kobud surətdə pozur, faktiki olaraq. xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək olan dövrdə iddiaçı hər hansı vəzifəsi və həmin dövrdə hansı gün işə çıxmalı olduğu müəyyən olunmadan əmək fəaliyyəti göstərmişdir. Halbuki, işəgötürən tərəfindən əmək müqaviləsində belə bir ziddiyətə yol verilməməli və Azərbaycan Respublikası Əmək Məcəlləsinin imperativ normalarına ciddi surətdə əməl olunmalı idi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43.2-ci maddəsinə əsasən, əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: e) işçinin iş yeri, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün. AQTİ tərəfindən edilmiş digər hüquqazidd hərəkət isə, sözügedən əmək müqaviləsinin bağlanması tarixi ilə bağlıdır. Həmin əmək müqaviləsinin ilk vərəqində qeyd olunur ki, sözügedən əmək müqaviləsi “20" iyun 2018-ci il tarixdə bağlanmışdır. Əmək müqaviləsinin son hissəsinə nəzər yetirdikdə isə görünür ki, həmin əmək müqaviləsi iddiaçı və işəgötürəm arasında xx.xx.2018-ci il tarixdə imzalanmış və bağlanmışdır. Lakin, əmək müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müəyyən olunmuşdur. Həmin əmək müqaviləsinə əsasən rəsmi qaydada tərəflər arasında hər hansı əmək münasibəti olmadığı təqdirdə, həmin müqavilə xx.xx.2018-ci il tarixdə bağlanmışdır. Halbuki iddiaçı ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi elə xx.xx.2018-ci il tarixdə bağlanmalı idi. Qeyd olunanlardan açıq-aşkar görünür ki, müqavilənin müddətinin bitməsindən sonra əmək müqaviləsinin bağlanması faktiki olaraq onun qanunazidd şəkildə bağlandığını bildirir. Həmin xx.xx.2018-ci il tarixli müqavilədən sonrakı müqavilələrdən heç biri, müqavilənin uzadılması barədə əmrlərin surətləri iddiaçıya təqdim olunmamışdır. Halbuki, əmək müqaviləsi uzadıldığı halda müqavilənin uzadılması barədə əmr olmalıdır. İddiaçının 11 ildən çoxdur ki, eyni müəssisədə fasiləsiz olaraq eyni vəzifədə əmək fəaliyyəti göstərməyinə və bu müddət ərzində işini vicdanla və üzərinə düşən vəzifələri qüsursuz olaraq həyata keçirməyinə baxmayaraq, cavabdeh müəssisə tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Həmin müəssisədə əmək fəaliyyətinə xitam verildiyindən yaşı ilə əlaqədar olaraq hazırkı şəraitdə başqa işə qəbul olunmağı qeyri-mümkün olduğundan cavabdeh müəssisəyə işə bərpa olunmağı ilə bağlı müraciətlər etməyinə baxmayaraq. Azərbaycan X12 iddiaçını işə bərpa etməkdən imtina etmişdir. İddiaçı əmək fəaliyyəti göstərdiyi bütün bu illər ərzində işini vicdanla icra etmiş, keçirilən təlim və treyninqlərdə uğurla iştirak etmiş və bununla bağlı sertifikatlara layiq görülmüşdür. İddiaçının faktiki olaraq eyni müəssisədə 11 il müddət ərzində fasiləsiz olaraq əmək fəaliyyəti göstərdiyi üçün onunla bağlanan əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.5-ci maddəsinin tələbinə əsasən, müddətsiz bağlanmalı və bağlanmış əmək müqaviləsi isə müddətsiz əmək müqaviləsi hesab edilməli idi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63-cü maddəsinin 1 hissəsinin tələbinə əsasən, müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa (yəni müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərləri) qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. İddiaçı 2010-cıı il tarixdən əmək müqaviləsinə xitam verilənədək eyni müəssisədə çalışmışdır. xx.xx.2018-ci ildə sadəcə müəssisənin mülkiyyətçisi dəyişərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindən çıxaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tabeliyində Azərbaycan X12nun nəzdinə keçirilmişdir. Elə həmin tarixdə eyni müəssidə çalışan iddiaçı ilə yanaşı digər işçilərlə cavabdeh müəssisə arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Sadəcə müəssisənin mülkiyyətçisi dəyişdiyindən və bununla bağlı əvvəlki mülkiyyətçi olduğu dövrdə işçilərlə bağlanan əmək müqaviləsinə xilam verilərək müddətli əmək müqaviləsi bağlanması Əmək Məcəlləsinin 63-ci maddəsinin İ hissəsinin tələblərini pozmuşdur. İddiaçı faktiki olaraq 11 ildən çoxdur ki, fasiləsiz olaraq eyni müəssisədə - X21 Laboratoriyasında eyni vəzifədə çalışmışdır. Bu səbəbdən müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar AQTİ tərəfindən onunla bağlanan əmək müqaviləsinin müddətinin xx.xx.2018-ci ildən hesablanması, eyni müəssisədə xx.xx.2010-cu ildən xx.xx.2018-ci ilə qədər çalışdığı dövrün nəzərə alınmaması və bu səbəbdən də mənimlə bağlanan əmək müqaviləsinin müddətsiz hesab edilməməsi iddiaçının əmək hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. İddiaçı ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi müddətli müəyyən edilmədən bağlanılmalı idi. Belə ki, sözügedən müəssisədə əmək funksiyasının şərtlərindən aydındır ki, iddiaçının gördüyü iş daimi xarakterə malikdir. Belə olan halda, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbinə əsasən, əmək müqaviləsi müddəlsiz bağlanmalıdır. Həmin normaya yeganə istisna olaraq həmin Məcəllənin 47-ci maddəsi göstərilmişdir. Cavabdeh müəssisə də Əmək Məcəlləsinin 47-ci maddəsinin Q bəndini, (yəni tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) əsas gətirərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır. Halbuki, həmin norma tətbiq edilərkən tərəflərin qarşılıqlı razılığı olması nəzərə alınmalıdır. Hazırda müddətli əmək müqaviləsi əsasında iddiaçının əmək fəaliyyətinə xitam verilməsi ilə bağlı mübahisə gedirsə, bu o deməkdir ki, iddiaçı ilə işəgötürən arasında müqavilə bağlanarkən tərəflərin qarşılıqlı razılığından söhbət belə gedə bilməzdi. Həmçinin, iddiaçının AQTİ ilə müqavilə bağlanarkən yaşı nəzərə alınsa, öz təşəbbüsü ilə müqavilənin müddətli olaraq, özü də 3 ay müddətində qısa vaxta kimi bağlanmasını istəməyi ağlabatan deyil və həqiqəti əks etdirmir. Heç bir yaşlı vətəndaş işlədiyi müəssisədən pensiya yaşına çatmamış əmək fəaliyyətinə son qoyulmasını istəməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli Qərarında qeyd olunur ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı onunla Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilərək Cavabdehndə “X9 X21 laboratoriyasının qida və taxıl məhsullarının müayinəsi bölməsinin rəhbəri vəzifəsi"nə işə bərpa olunması, həmin xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin müddətsiz hesab edilməsi, cavabdeh tərəfindən məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi və hazırkı iş üzrə ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Azərbaycan Qıda Təhlükəsizliyi İnstitutu arasında xx.xx.2018-ci ildə əmək müqaviləsi bağlanılmış və xx.xx.2021-ci il tarixdə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 73.1-ci maddəsinə uyğun olaraq 68-cı maddənin 2-ci hissəsinin b bəndinə müvafiq olaraq əmək müqaviləsinin müddəti bitdiyi üçün xitam verilmişdir. İddiaçı ilə İnstitut arasında bağlanılmış müddətli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmiş və xitam verildikdən sonra işçi əmək kitabçasını və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənin əmrinin surətini sonuncu gün İnstitutun aidiyyəti şöbəsindən təhvil almamışdır. Əmək kitabçasının itməməsi və üçüncü şəxslərin əlinə keçməməsi ilə əlaqədar işçinin razılığı olmadan onun əmək kitabçası və xitam əmrinin surəti heç bir ünvana poçt vasitəsilə göndərilməmiş. İnstitutun aidiyyəti şöbəsində işçiyə təqdim edilmək üçün akt tərtib edilərək qorunub saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 6.2-ci yarımbəndinə müvafiq olaraq, əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Bundan əlavə, işçi işdən çıxmasından narazı olduğu üçün sənədlərinin götürülməsi ilə bağlı İnstituta heç vaxt gəlməmiş və bundan öncə müvafiq məsələ ilə bağlı işəgötürənə heç bir rəsmi müraciət və ya şikayət məktubu ünvanlamamış, birbaşa olaraq məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı məhkəmədən öncə İnstituta ünvanladığı mediasiya təklifində belə işəgötürəndən bu barədə tələbi və istəyi olmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olaraq isə istənilən vaxt İnstituta yaxınlaşıb sənədlərini götürə bilərdi və götürə biləcəyi ona məlum idi. İddiaçı ilə İnstitut arasında bağlanılan müddətli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilməsinə baxmayaraq, o, bu barədə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə, iddiaçı 10 ay müddətdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəməyə müraciət üçün iddia müddətini ötürmüşdür. Həmçinin, işçinin 10 ay ərzində İnstituta yaxınlaşıb və ya aidiyyəti şöbə ilə əlaqə saxlayıb sənədlərini götürmək yerinə birbaşa olaraq məhkəməyə müraciət etməsində işçinin İnstituta qarşı açıq aşkar qərəzli olduğu və iddiasının gücləndirmək məqsədilə müraciət etdiyi görünür. Azərbaycan Respublikasın Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsində isə hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədon bilə-bilə qəsdən pozulduğu gün kimi qeyd olunub. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə müvafiq qanunvericiliyə uyğun olaraq İddiaçı hüquqlarının pozulduğunu aşkar etdiyi gündən 1 ay ərzində məhkəməyə müraciət etməli idi. İşçinin məhkəməyə təqdim etdiyi əmək müqaviləsində iddiaçı ilə olan əmək müqaviləsinin "20" iyun 2018-ci il tarixindən '20" sentyabr 2018-ci il tarıxinədək 3 ay müddətinə bağlandığı qeyd olunub. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən isə qeyd olunur ki, işçi “06" dekabr 2018-ci il tarixdən X9 X21 laboratoriyasının qida və taxıl məhsullarının müayinəsi bölməsinin rəhbəri vəzifəsinə keçirilir. "20" sentyabr 2018-ci il tarixdə bağlanan əmək müqaviləsi işçiyə təqdim edilmişdir. İşçi xx.xx.2018-ci ildə bağlanılmış əmək müqaviləsinin surətini də Əmək məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə müvafiq olaraq hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edərək tələb etməli idi. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2018-ci il tarixli 3596 nömrəli Sərəncamında həmin Sərəncamın 1, 2 və 3 nömrəli əlavələrində qeyd edilən laboratoriyalardan, o cümlədən onların yerləşdiyi inzibati binalardan və maddi-texniki bazalarından ibarət dövlət əmlakı, müvafiq olaraq. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin balansından Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilib. Həmçinin həmin Sərəncamın 2.2-ci yarımbəndində Nazirlər Kabinetinin Agentliklə birlikdə sözügedən Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən Agentliyə keçəcək ştat sayının və Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəsaitin Agentliyə ötürülməsi üçün zəruri tədbirlər görülməsi ilə bağlı göstəriş qeyd edilib. X16 X2 Bakı şəhərində yerləşən Qida və X8 X5 Nazirliyinin balansından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin balansına keçmişdir. Hazırda həmin laboratoriyanın adı X21 Laboratoriyasıdır. Beləliklə, müvafiq icra hakimiyyəti orqanlarından işçilər yox ştat sayları Agentliyə keçmişdir. Bu isə o deməkdir ki, iddiaçının eyni vəzifədə və eyni müəssisədə 11 ildən çox işlədiyi üçün əmək müqaviləsinin müddətsiz olduğu barədə iddiası əsassızdır. Mülkiyyətçi dəyişməsi ilə bağlı isə analogiyaya istinad edilə bilər. Belə ki, Azərbaycan Respublikasında X1 dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında X1 Dəstəyi Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə 19 aprel 2021-ci il 1317 nömrəli Fərmanında Azərbaycan Respublikasının X1 Dəstəyi Agentliyinin Azərbaycan Respublikasının Prezidenti yanında X1 Dəstəyi Şurasının hüquqi varisi olduğu, onun hüquq və öhdəlikləri, habelə əmlakının Agentliyə keçdiyi qeyd edilib. Lakin, Azərbaycan Respublikasının Qıda Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında 13 noyabr 2017-ci il 1681 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2018ci il tarixli 3596 nömrəli Sərəncamında və digər müvafiq aktlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin hər hansı mərkəzi icra hakimiyyəti orqanın hüquqi varisi olduğu qeyd edilməmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında 13 noyabr 2017-ci il 1681 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına müvafiq olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan X12 yaradılmışdır. Beləliklə, İnstitut heç bir orqanın hüquqi varisi olmadığı üçün hər hansı bir orqanın hüquq və öhdəlikləri üçün məsuliyyət daşımır. Bu səbəbdən iddiaçının mülkiyyətçinin dəyişməsi ilə bağlı iddiası da əsassızdır. Əmək məcəlləsinin 73.1-ci yarımbəndinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bır həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Beləliklə, tərəflərdən heç birinin xitam barədə təşəbbüsü olmadıqda müddətli əmək müqaviləsi qanunvericiliyə əsasən hər dəfə avtomatik olaraq uzanır. Bu uzadılmalar ilə bağlı əmrin işçiyə təqdim olunması barədə qanunvericilikdə hər hansı imperativ norma olmadığı üçün iddiaçının uzadılma əmrinin ona verilməli olduğuna dair iddiası da əsassızdır. İddiaçı əmək fəaliyyəti göstərdiyi bütün bu illər ərzində işini vicdanla icra etdiyini iddia etmişdir Lakin ona dəfələrlə işinin icrası zamanı nöqsanlara yol verdiyinə dair xəbərdarlıqlar edilmiş və müxtəlif vaxtlarda iki dəfə izahatı alınaraq haqqında intizam tənbehi əmri verilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən etiraza yazılı şəkildə münasibət bildirilmiş və qeyd olunmuşdur ki, qanunverici işçinin əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surətinin son iş günü işəgötürən tərəfindən işçiyə verilməsini imperativ norma kimi müəyyənləşdirmiş və bu öhdəliyi məhz işəgötürənin üzərinə qoymuşdur. İşçinin sözügedən sənədlərin verilməsi üçün müəssisəyə müraciət edib-etməməsindən asılı olmayaraq, əgər işçi son iş günü iş yerindədirsə, müəssisənin aidiyyəti şöbəsi tərəfindən həmin sənədlər özünə şəxsən təhvil verilməli və təhvil verilməsi müvafiq qaydada rəsmiləşdirilməli idi. Yox əgər əmək müqaviləsinə xitam verildiyi gün, yəni son iş günü işçi işdə olmamışsa, cavabdehin də istinad etdiyi “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”-nın 6.2-ci bəndinə əsasən işçiyə poçt vasitəsilə bildiriş göndərilir. Belə ki, həmin bənddə qeyd olunur ki, “işdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir.” Cavabdehin iddiaçı tərəfdən işəgötürənə heç bir rəsmi müraciət ünvanlamaması və birbaşa məhkəməyə müraciət etməsi barədə dəlillərinə gəldikdə isə, İddiaçı tərəfindən işəgötürənə işə bərpa olunması barədə şəxsən dəfələrlə ərizə ilə müraciət etmişdir. Bu faktı təsdiq edən müvafiq ərizələr var. Həmçinin, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinin tələbinə əsasən, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəmədən əvvəl tərəflərin mediasiya prosesində iştirakı nəzərdə tutulmuşdur. Hazırkı mübahisədə də tərəflərin mediasiya prosesində iştirakını təsdiq edən müvafiq sənədlər təqdim edilmişdir. Bu səbəbdən cavabdehin birbaşa məhkəməyə müraciət edilməsi barədə iddiaları tamamilə əsassızdır. Nəticə olaraq, iddiaçının əmək müqaviləsinə xitam verildiyi gün onun işdə olmasında baxmayaraq, ona işəgötürən tərəfindən əmək kitabçası, xitam əmrinin surəti təqdim edilmədiyi üçün hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən iddiaçının hüququnun pozulduğu gün əmək kitabçasının və xitam əmrinin işçiyə verildiyi gün hesab olunduğundan və hazırkı iş üzrə işəgötürən müəssisə olan AQTİ tərəfindən Əmək Məcəlləsinin 83.2-ci və 87.3-cü maddələrinin tələblərini pozaraq əmək kitabçası və xitam əmrinin surəti iddiaçıya təqdim edilmədiyindən, hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir. Eyni zamanda müqaviləyə nəzər yetirdikdə aydın olur ki, həmin müqavilənin sözügedən bəndi cavabdehin göstərdiyi kimi yox, fərqli şəkildə qeyd olunub: “İşçi “06” “dekabr” 2018-ci il tarixindən X9 X21 laboratoriyasının qida və taxıl məhsullarının rəhbəri vəzifəsinə işə başlayır”. Göründüyü kimi, qarşı tərəf bu dəfə də İnstitut və iddiaçı arasında bağlanan əmək müqaviləsinin müvafiq şərtini təhrif edərək özünə haqq qazandırmağa çalışmışdır. İşəgötürən faktiki olaraq, İddiaçı əmək fəaliyyəti dövrünün müddətini xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək müəyyən etsə də, işə başlamalı olduğu günü həmin müddətdən sonraya, yəni xx.xx.2018ci il tarixə müəyyən etmişdir. Halbuki, əmək müqaviləsində belə bir ziddiyət Əmək Məcəlləsinin 43.2-ci maddəsinin c və ç bəndlərinin tələblərinə tamamilə zidd olmaqla işçinin hüquqlarını kobud surətdə pozur. Faktiki olaraq, xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək olan dövrdə İddiaçı hər hansı vəzifəsi və həmin dövrdə hansı gün işə çıxmalı olduğu müəyyən olunmadan əmək fəaliyyəti göstərmişdir. Halbuki, işəgötürən tərəfindən əmək müqaviləsində belə bir ziddiyətə yol verilməməli və Əmək Məcəlləsinin imperativ normalarına ciddi surətdə əməl olunmalı idi. Cavabdeh Əmək Məcəlləsinin 296.2-ci maddəsini əsas gətirərək iddia edir ki, iddiaçı xx.xx.2018-ci ildə bağlanılmış əmək müqaviləsinin surətini də hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edib tələb etməli idi. Halbuki, iddiaçının iddia ərizəsində xx.xx.2018-ci ildə bağlanılmış əmək müqaviləsinin surəti ilə bağlı hər hansı tələbi olmayıb, hətta sözügedən müqavilə iddia ərizəsinin qoşmasına əlavə olunub. Qarşı tərəfin əsaslandırmasına görə, Sərəncamda işçilərin yox, ştat sayının Agentliyin tərkibinə keçdiyi qeyd olunması səbəbilə İddiaçı eyni müəssisədə 11 ildən çox işlədiyi üçün əmək müqaviləsinin müddətsiz olduğu barədə iddiası əsassızdır. Halbuki, Sərəncamda ştat sayının qeyd olunması İddiaçı eyni müəssisədə 11 il işləməsi faktını görməzdən gəlməyə əsas vermir. Belə ki, Sərəncamda ştat sayının Agentliyin tərkibinə keçməsi dedikdə elə işçilərin Agentliyin tərkibinə keçməsi nəzərdə tutulur. Mülkiyyətçinin dəyişməsi faktını isə cavabdeh Agentliyin hər hansı mərkəzi icra hakimiyyəti orqanının varisi olmaması ilə əsaslandırmağa çalışır. Halbuki, etirazda qarsı tərəf özü qeyd edir ki, X16 X2 Bakı şəhərində yerləşən Qida və Qeyri-ərzaq Mallarının X5 Nazirliyinin balansından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin balansına keçmişdir. Göründüyü kimi, müəssisə eyni müəssisədir, sadəcə mülkiyyətçisi və adı dəyişmişdir. Yuxarıda göstərilənlər İddiaçı 11 il eyni müəssisədə çalışmasının, həmin müəssisənin mülkiyyətçisinin dəyişməsi faktlarını təkzib etmək üçün yetərli deyil. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63.1-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən, mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Yeni mülkiyyətçi və ya işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini iş yerlərinin və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir. Hazırkı iş üzrə müəyyən olunan faktlar və eyni zamanda iddiaçının 11 ildən artıq əmək fəaliyyəti göstərdiyi İstehlak X2 Bakı şəhərində yerləşən Qida və Qeyri-ərzaq X3 İqtisadiyyat Nazirliyinin balansından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin balansına keçməsi ilə bağlı etirafları onu deməyə əsas verir ki, Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, İddiaçı ilə cavabdeh müəssisə arasında bağlanan xx.xx.2018-ci il tarixli əmək müqaviləsi müddətsiz hesab edilməklə iddiaçı Cavabdehndə “X9 X21 laboratoriyasının qida və taxıl məhsullarının müayinəsi bölməsinin rəhbəri vəzifəsi”nə işə bərpa olunmalı və məcburi işburaxma dövrü üzrə əmək haqqı ona ödənilməlidir. Eyni zamanda cavadeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Azərbaycan Qı̇ da Təhlükəsı̇ zlı̇ yi İnstı̇ tutu arasında bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilməsinə baxmayaraq, o bu barədə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə. Beləliklə, iddiaçı 10 ay müddətdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi üçün məhkəməyə müraciət üçün iddia müddətini ötürmüşdür. Həmçinin, işçinin 10 ay ərzində İnstituta yaxınlaşıb və ya aidiyyəti şöbə ilə əlaqə saxlayıb sənədlərini götürmək yerinə birbaşa olaraq məhkəməyə müraciət etməsində işçinin İnstituta qarşı açıq aşkar qərəzli olduğu və iddiasının gücləndirmək məqsədilə belə bir müraciət etdiyi görünür. İddiaçı cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətini yazılı şəkildə bildirmiş və göstərmişdir ki, iddiaçı son iş günü iş yerində olmuş və onun iş yerində olmasına baxmayaraq işəgötürən tərəfindən ona əmək kitabçası və xitam əmrinin surəti verilməmişdir. Beləliklə, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbləri pozulmuşdur. Bu halda işəgötürənin işçinin əmək kitabçasını və xitam əmrinin surətini son iş günü işçiyə vermədən “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”-nın 6.2-ci yarımbəndinə istinad edərək həmin sənədləri qorumaq bəhanəsi ilə aidiyyəti şöbəsində saxlaması tamamilə əsassız və qanunsuzdur və açıq-aşkar görünür ki, işəgötürən tərəfindən sui-istifadəyə yol verilmişdir. İddiaçı son iş günü işdə olmasaydı belə, sözügedən Qaydaların 6.2-ci bəndinin birinci hissəsinə əsasən ona poçt vasitəsilə bildiriş göndərilməli idi. Hazırkiı işin materiallarına nəzər yetirdikdə aydın olur ki, işəgötürən tərəfindən işçiyə bu qaydada poçt vasitəsilə bildiriş təqdim edilməmiş və belə bir bildirişin iddiaçı tərəfindən təhvil alındığını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, hazırkı iş üzrə iddia tələbinə “işə bərpa”dan əlavə “cavabdeh tərəfindən məcburi işburaxma dövrü üzrə əmək haqqının iddiaçıya ödənilməsi” tələbi də daxildir. Əmək haqqı isə özlüyündə pul və ya digər əmlak tələbi ilə əlaqədar olduğundan sözügedən tələblər üzrə iddia müddəti Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən 1 il təşkil edir. Belə ki, həmin maddəyə əsasən, “Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər”. Beləliklə, hazırkı iş üzrə iddia tələbi göstərilən müddət daxilində verildiyindən iddia müddəti ötürülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Mahmudova Naı̇ lə Alı qızının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, Mahmudova Naı̇ lə Alı qızı xx.xx.2021-ci il tarixdə işdən çıxarıldığını həmin vaxt bilmiş, qeyd olunan tarixdən sonra işə buraxılmamış, lakin əmək kitabçası həmin vaxt ona təqdim edilmədiyinə görə, hal-hazırda məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir. Belə ki, məhkəməyə müraciət etməmişdən əvvəl o, işəgötürənin özünə işə bərpa edilməsi barədə dəfələrlə müraciət etmişdir. Cavabdeh Azərbaycan Qı̇ da Təhlükəsı̇ zlı̇ yi İnstı̇ tutu Publı̇ k Hüquqı̇ Şəxsinin nümayəndəsi X15 iddiaya etirazın məzmununa uyğun izahat verdi və iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, son haqq-hesab iddiaçının hesabına elə xx.xx.2021-ci il tarixdə ödənilmiş və buna dair sənədlər məhkəməyə təqdim edilmişdir. Əmək kitabçasına gəldikdə, sənəd Mahmudova Naı̇ lə Alı qızı tərəfindən təhvil alınmadığına görə idarədə qorunub saxlanılmışdır. Cavabdeh tərəfindən İddiaçı əmək kitabçasını götürməli olması ilə bağlı hər hansı bildiriş göndərilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, K/272 saylı əmrdən görünür ki, həmin əmrlə İddiaçı "X14” departamentinin X21 laboratoriyasının fiziki-kimyəvi və cihaz müayinələri bölməsində kimyaçı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2021-ci il tarixində əmək müqaviləsinə xitam verilmiş və o, işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli KM723 və KM724 saylı ödəniş tapşırıqlarından görünür ki, həmin tarixdə Cavabdeh tərəfindən İddiaçı hesabına 1372,98 manat və 85,02 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, həmin aktla İddiaçı əmək kitabçasını sonuncu gün təhvil almadığı və əmək kitabçasının İddiaçı təhvil verilməsi üçün qorunub saxlanılması aktlaşdırılmışdır. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş, həmin gün əmək kitabçası iddiaçıya təhvil verilməsə də, o, əmək müqaviləsinə xitam verilməsindən məlumatlı olmuş, həmin tarixdən sonra işə çıxmamış, işə bərpa edilməsi barədə işəgötürənin özünə ərizələrlə müraciət etmiş, məhkəməyə hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, ... fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. ... işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir”. İş materiallarından və iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, iddiaçı işdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixdən məlumatlı olmuş və işə bərpa edilməsi barədə işəgötürənin rəhbər işçilərinə ərizələr ünvanlamış, lakin hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olması nəzərə alınsa belə, iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüş olur. İddiaçının iddia müddətini ötürməməsinə dair əsas dəlili ondan ibarətdir ki, cavabdeh tərəfindən ona əmək kitabçası rəsmi qaydada təqdim edilməmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin hər hansı formada pozulması iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsinə dəlalət etmir. İddiaçı faktiki olaraq 2021-ci ilin sentyabr ayından işdən azad edilməsini bilmiş, həmin tarixdən əmək haqqı almamış, işə çıxmamış, belə olan halda mövcud vəziyyətin hər hansı ikili şərhi üçün zəmin yaranmamış və obyektiv olaraq iddiaçı üçün hüququnun pozulduğu həmin vaxtdan aşkar olmuşdur. Beləliklə, iş materiallarından göründüyü kimi, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüş, mübahisə tərəfi olan Cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, "iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ... Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir". İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə iddia ərizəsində işə bərpa ilə yanaşı işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi tələbinin olması əsası ilə iddiaçının hazırkı mübahisəyə 1 aylıq deyil, 1 illik iddia müddətinin tətbiq edilməli olması ilə bağlı dəlillərini əsaslı hesab etmir. Belə ki, hazırkı iddia çərçivəsində “işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi” tələbi müstəqil pul tələbi kimi qəbul edilə bilməz, həmin tələb “işə bərpa” tələbindən doğur və təmin edilməsi yalnız fərdi əmək mübahisəsinin həll edilməsi nəticəsində mümkündür. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, İddiaçı Cavabdehnə qarşı işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi və mediasiya xərcinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi və mediasiya xərcinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-4937/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4937/2022
20.09.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver