Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5010/2022 29.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 46.419,40 manat məbləğində əsas borcun, 2.321 manat məbləğində faiz borcunun, 25.000 manat məbləğində əldən çıxmış faydanın, 200 manat məbləğində mediasya xərcinin, 500 manat məbləğində vəkil xidmətinin, 17,25 manat məbləğində nümayəndə xərclərinin və ödənilmiş 144 manat məbləğində dövlət rüsumunun, cəmi 74.457,15 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı onunla əmək və tam maddi məsuliyyət müqaviləsi bağlamış cavabdehlərin işçi öhdəliklərini yerinə yetirərkən ona maddi ziyan vurduqlarını iddia edir və onların hər birindən vurulmuş maddi ziyanın əvəzinin tutulmasını tələb edir. Bu baxımdan cavabdehlərin bir-birinə hər hansı aidiyyəti yoxdur, onların hər birinin iddiaçıya maddi ziyan vurub-vurmamasına, o cümlədən hərəkət və hərəkətsizliyinə ayrı-ayrılıqda hüquqi qiymət verilməlidir. Bununla belə, hüquqi nəticə etibarı ilə iddia üzrə bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmiş və cavabdehlərin hər birinin vurduğu zərər məbləği göstərilsə də onlardan ümumi zərər məbləğinin müştərək qaydada tutulması tələb edilir. Göstərilən hallar öz növbəsində iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; 149.3-cü maddəsinə əsasəni iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır; 152.1.7-ci maddələrinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. İddia ərizəsi geri qaytarıldıqdan ödənilmiş dövlət rüsumunun da bu ödənişi həyata keçirən İddiaçı MMC-yə büdcədən geri qaytarılması təmin edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılsın. İddiaçı MMC-yə qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Ödənilmiş 144 (bir yüz qırx dörd) manat məbləğində dövlət rüsumu, bu ödənişi həyata keçirən İddiaçı MMC-yə büdcədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-2(001)-5010/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5010/2022
29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver