Məhkəmə qərarları › İş №e-2(001)-5014/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5014/2022

12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5014/2022 12.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi ilə, İddiaçı "İdrak" Lı̇ seyı̇ nin cavabdeh Məmmədova Adı̇ lə Fı̇ rdovsi qızına qarşı müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "İdrak" Lı̇ seyı̇ cavabdeh Məmmədova Adı̇ lə Fı̇ rdovsi qızına qarşı müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddiaçının nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəsatətini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən 19 iyul 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi ilə məhkəmənin hesabına ödənilmiş 124,56 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 114, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı "İdrak" Lı̇ seyı̇ nin cavabdeh Məmmədova Adı̇ lə Fı̇ rdovsi qızına qarşı müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "İdrak" Lı̇ seyı̇ tərəfindən 19 iyul 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi ilə məhkəmənin hesabına ödənilmiş 124,56 (bir yüz iyirmi dörd manat, əlli altı qəpik) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar