Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5043/2024 26.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Qasımova Gültəkin Bilal qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “X2 Mərkəzi” MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “X2 Mərkəzi” MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. xx.xx.2024-cü il tarixdə iddiaçıların nümayəndəsi-Vəkil tərəfindən barışıq sazişi məhkəməyə təqdim edilərək bildirdi ki, artıq iddiaçı və cavabdeh arasında mübahisənin həll edilməsi ilə bağlı barışıq sazişi bağlanmışdır. Həmin saziş üzrə tərəflər üzərinə öhdəlik götürmüş, nəticədə iş üzrə icraata xitam verilməsi üçün əsas yaranmışdır. Odur ki, mülki işin məhkəmə baxışına təyin edilməsi və iş üzrə barışıq sazişinin təsdiq edilməklə icraata xitam verilməsi məsələsinin məhkəmə baxışında baxılmasını xahiş etymişdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 bildirdi ki, tərəflər arasında barışıq sazişi imzalanmışdır. Bu səbəbdən mülki işin məhkəmə baxışına təyin edilməsi, məhkəmə baxışında barışıq sazişinin təsdiq edilməsi məsələsinə baxılmasını xahiş edir. xx.xx.2024-cü il tarixdə iddiaçıların nümayəndəsi, Vəkil “Elektron məhkəmə informasiya” sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “X2 Mərkəzi” MMC-nin nümayəndəsi X1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə iddiaçıların nümayəndəsinin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, məhkəmə hazırlıq iclasında iştirak edən tərəflərin ilkin izahatını dinləyib, barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində bağlanmışdır. 1) “ İş üzrə cavabdeh “X2 Mərkəzi” MMC mübahisələndirilən 05 iyun 2024-cü il tarixli K/65-24 nömrəli Əmrlə iddaçılar İddiaçı2 və İddiaçı1 əmək müqaviləsinə xitam verilməsi üçün hüquqi əsası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndindən həmin Məcəllənin 68-ci maddəsinin a) bəndinə, yəni iddiaçıların öz ərizələrinə əsasən işdən azad edilməsinə dəyişməklə həmin Əmrə müvafiq dəyişiklik edilməsini, bu barədə müvafiq dəyişikliyin iddiaçıların həm əmək kitabçalarında qeyd edilməsini, həm də əmək müqavilələri üzrə elektron hökumət portalında müvafiq bildirişlərin qeydiyyatdan keçirilməsini öhdəsinə götürür. 2) Bu barışıq sazişinin 1-c bəndində qeyd olunanlarla əlaqədar iddiaçılar iddia ərizəsinin “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə” dair cavabdehə qarşı olan iddia tələbindən imtina edir. 3) Tərəflər hazırkı iddia predmeti üzrə onlar arasında yaranmış mübahisənin həll olunduğunu və bir-birilərinə qarşı gələcəkdə heç bir iddialarının olmadığını və mülki iş üzrə icraata xitam verilməsini təsdiq edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə müvafiq olaraq, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə müvafiq olaraq, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bağlanmış barışıq sazişininin araşdırıb hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, hazırkı işə aid hissələrdə təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi, Vəkil ilə cavabdeh “X2 Mərkəzi” MMC-nin nümayəndəsi X1 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi hazırkı mülki işə münasibətdə aşağıdakı məzmunda təsdiq edilsin: 4) “ İş üzrə cavabdeh “X2 Mərkəzi” MMC mübahisələndirilən 05 iyun 2024-cü il tarixli K/65-24 nömrəli Əmrlə iddaçılar İddiaçı2 və İddiaçı1 əmək müqaviləsinə xitam verilməsi üçün hüquqi əsası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndindən həmin Məcəllənin 68-ci maddəsinin a) bəndinə, yəni iddiaçıların öz ərizələrinə əsasən işdən azad edilməsinə dəyişməklə həmin Əmrə müvafiq dəyişiklik edilməsini, bu barədə müvafiq dəyişikliyin iddiaçıların həm əmək kitabçalarında qeyd edilməsini, həm də əmək müqavilələri üzrə elektron hökumət portalında müvafiq bildirişlərin qeydiyyatdan keçirilməsini öhdəsinə götürür. 5) Bu barışıq sazişinin 1-c bəndində qeyd olunanlarla əlaqədar iddiaçılar iddia ərizəsinin “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə” dair cavabdehə qarşı olan iddia tələbindən imtina edir. 6) Tərəflər hazırkı iddia predmeti üzrə onlar arasında yaranmış mübahisənin həll olunduğunu və bir-birilərinə qarşı gələcəkdə heç bir iddialarının olmadığını və mülki iş üzrə icraata xitam verilməsini təsdiq edirlər. 7) Barışıq sazişinin şərtlərinə əməl edilməməsi halında Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qəbul edilmiş məhkəmə qərardadı icraya yönələcək. 8) Bu Barışıq sazişi məhkəmə iclas protokoluna qeyd edilməklə məhkəmə qərardadı ilə təsdiq edilir.” İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “X2 Mərkəzi” MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-5043/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5043/2024
26.08.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver