Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5109/2022 12.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X1, X3 və X2 qarşı mənzilə köçürülmə və cavabdeh tərəfindən mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə e-2(001)-5109/2022 saylı mülki işin e-2(001)-2051/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsi barədə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş vəsatətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X1, X3 və X2 qarşı mənzilə köçürülmə və cavabdeh tərəfindən mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə vəsatətlə müraciət edərək e-2(001)-5109/2022 saylı mülki işin e- 2(001)-2051/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının qızı X5 “mənzilə köçürülmə” tələbi ilə eyni cavabdehlərə qarşı iddia tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və e-2(001)-2051/2022 saylı mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Fuad Abdıyevin icraatında olmuşdur. İddiaçı məhkəmə prosesində iştirak etmədiyindən mülki işin baxılmamış saxlanılması barədə 22 iyun 2022-ci il tarixli qəraradad çıxarılmışdır. Lakin iddiaçı tərəfindən 22 iyul 2022-ci il tarixdə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Fuad Abdıyevə müraciət edilmiş və e- 2(011)-2051/2022 saylı mülki iş üzrə icraat təzələnmişdir. Həmin iş üzrə məhkəmə baxışı 19 avqust 2022-ci il saat 16:00-a təyin edilmişdir. Hazırkı e-2(001)-5109/2022 saylı iş üzrə İddiaçı ilə e-2(001)-2051/2022 saylı mülki iş üzrə iddiaçı yaxın qohumdurlar, iddia tələbləri və cavabdehlər də eyni şəxslərdir. Qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi və vəkili hazırkı mülki işin hakim Fuad Abdıyevin icraatında olan e-2(001)-2051/2022 saylı mülki işlə birləşdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəsatətin təmin edilməsinə etiraz etmədi. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-2051/2022 saylı qərardaddan görünür ki, iddiaçı X4 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki iş xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X7 tərəfindən icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 169.4-cü maddəsinə müvafiq olaraq, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkilnun vəsatəti təmin edilməli, İddiaçı cavabdehlər Cavabdeh, X1, X3 və X2 qarşı mənzilə köçürülmə və cavabdeh tərəfindən mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə e-2(001)-5109/2022 saylı mülki iş iddiaçı X4 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə e-2(001)-2051/2022 saylı mülki işlə bir icraatda birləşdirilməli və həmin işlərə bir icraatda e-2(001)-2051/2022 nömrə ilə baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh, X1, X3 və X2 qarşı mənzilə köçürülmə və cavabdeh tərəfindən mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə e-2(001)-5109/2022 saylı mülki iş iddiaçı X4 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə e-2(001)-2051/2022 saylı mülki işlə bir icraatda birləşdirilsin və həmin işlərə bir icraatda e-2(001)-2051/2022 nömrə ilə baxılsın. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-5109/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5109/2022
12.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver