Məhkəmə qərarları › İş №e-2(001)-5115/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5115/2025

27.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5115/2025 27.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil, cavabdehlər Cavabdeh3 və Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh7 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, X11, X8, Cavabdeh3 və Cavabdeh6 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Qəsəbəsi, Y.Hüseynov küçəsi Ev 63, 33 saylı mənzilinə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi (vəkil) Vəkil ərizə verərək X11 və X4 cavabdehlər sırasından çıxarılmaları xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Qəsəbəsi, Y.Hüseynov küçəsi Ev 63, mənzil 33 1962-ci il tarixdən 19806 saylı Order əsasında atası X17 4 nəfər ailə üzvü ilə istifadəsinə verilmişdir. Ailə üzvlərindən atası X21 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Orderdə Qeydiyyatda olan anası X3, Rzayeva (Hüseynova) Saida İsmayıl qızı və X13 və özü qeydiyyata alınmışdır. X1 vaxtında, mənzilə xx.xx.1962-ci il tarixdə Order aldıqdan 2 ay sonra, xx.xx.1962-ci il tarixdə rəhmətə getmişdir, ölüm faktına dair qətnamə qəbul edilmişdir. 2022-ci il tarixdən atadan qalan mənzilin özəlləşməsinə çalışsa da, sənədləri toplayarkən Orderdə adı qeydiyyata alınan şəxslərin sənədləri lazım olarkən məlum olmudur ki, X6 ölüm haqqında qeydiyyatı aparılmadığından, (Hüseynova) Saida İsmayıl qızının ad familyasında uyğunsuzluq olduğundan, eyni zamanda orderdə adı olmayan, lakin qeydiyyatı istifadəsində olan mənzildə qalan şəxslərin razılıq ərizələri tələb edildiyindən özəlləşmənin başlanması mümkün olmamışdır. Keçən 3 il müddətində Orderdə adları olan şəxslərin sənədləri həllini tapmış, lakin qeydiyyatda olan şəxslərin bir qismi razılıq ərizələri vermədiklərindən özəlləşmə proseduruna başlanılması mümkün olmamışdır. Cavabdeh7 onun bacısı, Cavabdeh4 və Cavabdeh5 qardaşlarıdır. 1989-cu ilin sentyabr ayından mənzildən çıxaraq özlərinə məxsus digər mənzillərdə hazırkı dövrədək yaşayırlar. Cavabdeh2 və Cavabdeh1 Cavabdeh7 uşaqlarıdır, X11 və X8 nəvələridir. Ümumiyyələ mübahisəli mənzildə yaşamamışlar. Cavabdeh3 və Cavabdeh6 Cavabdeh4 uşaqları olmaqla Cavabdeh4 faktiki yaşadığı ünvanda anadan olmaqla hazırkı mənzildə ümumiyyətlə yaşamamışlar. Bundan başqa ləğv edilən Azərbaycan SSR Mülki Məcəlləsinin tələblərinə əsasən 6 aydan artıq qeydiyatda olduğu yaşayış yerini tərk edən şəxslərin qeydiyyat hüququ itirilmiş hesab edilir. Cavabdehlər Cavabdeh7, Cavabdeh4 və Cavabdeh5 1989-cu il tarixdən ünvan 1 ünvanını tərk etmişlər. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh7 ərizə ilə məhkəməyə müraciət edərək, onlara kompensasiya ödənilmədən mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddianı qəbul etdiklərini bildirmişlər. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil iş üzrə Cavabdeh4 iddia tələbini qəbul etməsi və kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsinə etiraz etmədiyinə dair Bakı şəhəri 1 saylı notariat ofisində imzalanmış ərizəsini məhkəməyə təqdim edərək nəzərə alınmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və X18 ərizə ilə məhkəməyə müraciət edərək, onlara kompensasiya ödənilmədən mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddianı qəbul etdiklərini bildirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 izahatında xx.xx.2025-ci il tarixli ərizəsini müdafiə edərək bildirdi ki, iddia tələbini qəbul edir və kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında xx.xx.2025-ci il tarixli ərizəsini müdafiə edərək bildirdi ki, iddia tələbini qəbul edir və kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh7, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İ-ИЕ seriyalı, 273050 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X2 arasında nikah Biləcəri qeydiyyat şöbəsində, 19 fevral 1960-cı il tarixdə bağlanmış və bu barədə akt qeydləri kitabında 23 nömrə ilə qeyd edilmişdir. xx.xx.1962-ci il tarixli, 19806 saylı orderin surətindən görünür ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 3 saylı mənzil X14 ailə üzvləri ilə birlikdə istifadəsinə verilmişdir. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 17 iyul 2021-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, Cavabdeh7, Cavabdeh4, X15, Cavabdeh5, X7, İddiaçı, X3, Cavabdeh3, Cavabdeh2, X11, Cavabdeh1, X9 və Cavabdeh6 ünvan 2 ünvanında qeydiyyatdadırlar. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 13 sentyabr 2022-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, X15, Cavabdeh5, X7, X5, Cavabdeh7, Cavabdeh4, X3, Cavabdeh3, Cavabdeh6, Cavabdeh2, X11, X9 və Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-6006/2023 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilərək xx.xx.1961-ci il tarixdə anadan olmuş X6 xx.xx.1962-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.3-cü maddəsinə əsasən, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. - 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, cavabdehlərin iddianı etiraf etmələri qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bu baxımdan cavabdehlərin etirafının qəbul edilməməsi üçün də hər hansı əsaslar müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə məhkəmə, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, cavabdehlərin iddianı etirafı məhkəmə tərəfindən qəbul olunmalı, iddia təmin edilərək cavabdehlər Cavabdeh7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Qəsəbəsi, Y.Hüseynov 63 saylı evin, 33 saylı mənzilinə istifadə hüquqlarına (kompensasiya ödənilmədən) xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Qəsəbəsi, Y.Hüseynov küçəsi 63 saylı evin, 33 saylı mənzilinə istifadə hüquqlarına (kompensasiya ödənilmədən) xitam verilsin. Ödənilımiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar