Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-514/2022 06.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 cəlb edilməklə) mənzilə köçürülmə tələbi barədə iddiasına və Cavabdeh İddiaçı qarşı kompensasiya verilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 1/3 hissəsi ona məxsus olan mənzilə köçürülməsi barədə qətnamə qəbul qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünanında yerləşən mənzil mərhum xalası qızından ona, bacısı Quliyeva (Ağayeva) İradə Arif qızına və başqa bacısı oğlu Cavabdeh miras qalmışdır. Qeyd olunan mənzilin 1/3 hissəsi onun, 1/3 hissəsi Quliyeva (Ağayeva) İradə Arif qızının, 1/3 hissəsi isə bacısı oğlu Cavabdeh mülkiyyətinə verilmişdir. Həmin mənzil hal-hazırda onun, Quliyeva (Ağayeva) İradə Arif qızının və Cavabdeh paylı mülkiyyətindədir. Qeyd olunan mənzildə hal-hazırda cavabdeh yaşayır. Bacısı Quliyeva (Ağayeva) İradə Arif qızı həmin mənzildə yaşamır. Xalası qızı vəfat etməmişdən əvvəldən Cavabdeh onunla birlikdə həmin mənzildə yaşamışdır. Mənzil hər üçünə miras qaldıqdan sonra cavabdeh onu və bacısı Quliyeva (Ağayeva) İradə Arif qızını həmin mənzilə daxil olmağa, həmin mənzildən istifadə etməyə icazə vermir. Qeyd olunan mənzilin hərraca çıxarılaraq satılması, həmin satışdan əldə olunan gəlirin mülkiyyətçilər arasında bölünməsi üçün məhkəməyə müraciət olunmuş və qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə mənzilin ilkin satış qiyməti 91.500,0 manat müəyyən edilmiş, mənzilin satışından əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında bölünməsi qət olunmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli 2(009)-138/2020 saylı icra vərəqinə əsasən mənzilin satılması və satışından əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında bölünməsi üçün 02 aprel 2021-ci il tarixdə icraat başlanılmışdır. Lakin qeyd olunan mənzilin hərrac yolu ilə satılması mümkün olmamışdır. Buna görə də, icra vərəqəsi məhkəməyə qaytarılmışdır. Qeyd olunan mənzil satılmadığı üçün, o, mülkiyyətçi kimi həmin mənzildən istifadə etmək, həmin mənzilə köçmək istəyir. Lakin, halhazırda cavabdeh həmin mənzildə yaşayır, onu və bacısı Quliyeva (Ağayeva) İradə Arif qızını həmin mənzilə daxil olmaqa, həmin mənzildən istifadə etməyə imkan vermir. Bununla da, cavabdeh onun mülkiyyət və mənzil toxunulmazlığını, eləcədə əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarını pozur. Buna sübut olaraq bildirir ki, cavabdeh digər mülkiyyətçilər yəni onun və bacısı Quliyeva (Ağayeva) İradə Arif qızının razılığı olmadan mənzilin telefon nömrəsini (**********) öz adına qeydiyyatdan keçirmişdir. Cavabdeh bu hərəkətləri ilə onun hüquqlarını pozduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən 1/3 hissəsi ona məxsus olan mənzilə sərəncam, sahiblik və istifadə hüququ RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış ilə təsdiqlənir. Belə olan halda hal-hazırda onun mənzilə sərəncam, sahiblik və istifadə hüququnun tanınması barədə tələbinə olan zərurət aradan qalxmışdır. Bundan başqa bildirir ki, mübahisəli mənzildə kimlərin yaşaması və kommunal xərclərin kim tərəfindən ödənilməsi barədə arayış verilməsi üçün Binəqədi Rayon MKTB-nin 1 saylı Mənzil-Kommunal İstismar Sahəsinə sorğu verilmişdir. Sorğuya alınmış cavabda kommunal xərclərin Cavabdeh tərəfindən ödənildiyi qeyd edilmişdir. Yəni həmin sorğuya alınmış cavab ilə bir daha sübut olunur ki, həmin mənzildə Cavabdeh yaşayır. Cavabdeh İddiaçı qarşı kompensasiya verilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsini, iddiaçının mənzilə köçməməyi müqabilində hər 150 manat məbləğində kompensasiyanın İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 5 yaşından Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Azadlıq prospekti, ev 172, mənzil 11-də anasının xalası X1 himayəsində yaşamışdır. Bu gün də bu mənzildə yaşayır. X1 ölümündən sonra iddiaçı məhkəməyə müraciət edərək, yaşadığı mübahisəli evin 3\1 hissəsinə mülkiyyət hüququ əldə etmişdir. Digər 3\1 hissə ona aid edilmişdir. Mənzil sahəsi 47 kv.m olan iki otaqdan ibarətdir. Bu mənzilin istifadəsinin real bölünməsi mümkün deyil, belə ki, sahəsi çox kiçik, hamam-tualet, mətbəx və koridor ümumidir. Eləcə də mənzilin üçüncü mülkiyyətçisi var və iki otağı üç yerə bölmək mümkün deyil. Onun faktiki olaraq başqa yaşayış yeri yoxdur, iddiaçının isə daimi yaşayış yeri var. O qeydiyyatda olduğu ünvanda yaşayır. İddiaçının mənzilə payı ona imkan vermir ki, bu mənzilin yaşayış sahəsinə istifadə hüququ yaransın və o, mənzilə köçürülsün. İddiaçı ailəlidir, yetkinlik yaşına çatmış övladları var, iddiası formal xarakter daşıyr və məqsəd mənzilə köçmək deyil, onun mənzildə yaşamağını mümkünsüz etməkdir. Bununla əlaqədar, mənzilə köçməməyi müqabilində, o, hər ay 150 manat kirayə pulu ödəməyə hazırdır. İddiaçı məhkəməyə qarşılıqlı iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinə etiraz edir. Çünki qeyd olunan mənzilin 1/3 hissəsi ona məxsusdur. Onun həmin mənzildən istifadə etmək və yaşamaq hüququ var. Cavabdeh qarşılıqlı iddia ərizəsində də həmin mənzildə 5 yaşından yaşadığını təsdiq edir. Bununla da müəyyən olunur ki, 1/3 hissəsi ona məxsus olan həmin mənzildən yaşamasına Cavabdeh tərəfindən maneə yaradılır. Ona görə də məhkəmə iclasının onun və nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin qarşılıqlı iddiasını müdafiə edərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin edilməsini, iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 172, 11 saylı mənzilin 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi Cavabdeh, 1/3 hissəsi X2 mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 172, 11 saylı mənzildə İddiaçı 1/3 hissəsindəki payının digər mülkiyyətçilərin payına tənasübsüz zərər vurmadan naturada təcrid mənzillər şəklində İnşaat norma və qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinin və metodik əsasların tələblərinə uyğun qaydada bölünməsi mümkün deyildir. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Kamran Mirzəyev tərəfindən 09 iyun 2020-ci il tarixdə qəbul edilmiş icraata başlamaq barədə qərardan görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(009)- 138/2020 saylı icra vərəqəsinə əsasən İddiaçı 1/3, X2 1/3 və Cavabdeh 1/3 hissədə paylı mülkiyyəti kimi tanınmış dəyəri 91.500 manat müəyyən edilən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 172, 11 saylı mənzilin satışından əldə olunmuş pul vəsaiti əmlakdakı paylara mütənasib surətdə İddiaçı, Cavabdeh və X3 arasında bölünməlidir. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Kamran Mirzəyev tərəfindən 24 avqust 2021-ci il tarixdə qəbul edilmiş icra sənədinin qaytarılması barədə qərardan görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(009)-138/2020 saylı icra vərəqəsinə əsasən İddiaçı 1/3, X2 1/3 və Cavabdeh 1/3 hissədə paylı mülkiyyəti kimi tanınmış dəyəri 91.500 manat müəyyən edilən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 172, 11 saylı mənzilin satışından əldə olunmuş pul vəsaiti əmlakdakı paylara mütənasib surətdə İddiaçı, Cavabdeh və X3 arasında bölünməlidir. "xxxx" MMC-nin 06 iyul 2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 172, 11 saylı mənzilin hərrac yolu ilə satılmasının mümkün olmadığı müəyyən olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 172, 11 saylı mənzilin alınması tərəflərə təklif olunmuşdur. Tərəflər ərizələrlə müraciət edərək, mənzilin alınmasından imtina etdiklərini bildirmişlər. Qeyd olunanlara və İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3 və 70.4-cü maddələrinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(009)-138/2020 saylı icra vərəqəsi məhkəməyə qaytarılmışdır. 27 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 04 aprel 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, cavabdeh tərəfindən qarşılıqlı iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 172, 11 saylı mənzilin 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi Cavabdeh, 1/3 hissəsi X2 xüsusi mülkiyyətindədir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(009)-138/2020 saylı qətnaməsi ilə İddiaçı 1/3, X2 1/3 və Cavabdeh 1/3 hissədə paylı mülkiyyəti kimi tanınmış dəyəri 91.500 manat müəyyən edilən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 172, 11 saylı mənzilin satışından əldə olunmuş pul vəsaiti əmlakdakı paylara mütənasib surətdə İddiaçı, Cavabdeh və X3 arasında bölünməsi qət edilsə də, qeyd olunan qətnamənin icrası mümkün olmamış, icra sənədi məhkəməyə qaytarılmışdır. Hazırda iddiaçı mənzilin 1/3 hissəsinin mülkiyyətçisi olduğunu əsas gətirərək ünvan 1 ünvanına köçürülməsini xahiş edir, cavabdeh isə mübahisəli mənzilin sahəsinin kiçik olduğunu və birgə yaşayışın mümkün olmadığını əsas gətirərək iddianı qəbul etmir, iddiaçının mənzilə köçməməyi müqabilində hər 150 manat məbləğində kompensasiyanın İddiaçı verilməsi barədə qarşılıqlı iddiasının təmin edilməsini xahiş edir. İddiaçı da öz növbəsində qarşılıqlı iddianı qəbul etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, mübahisəli mənzilin 1/3 hissəsi iddiaçının mülkiyyətində olduğundan, onun da cavabdeh kimi həmin mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ vardır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 172, 11 saylı mənzilə köçürülməlidir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı isə hesab edir ki, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 172, 11 saylı mənzilə köçürülməsi barədə iddiası təmin edildiyindən, iddiaçının mənzilə köçməməyi müqabilində hər 150 manat məbləğində kompensasiyanın İddiaçı verilməsi barədə qarşılıqlı iddiası tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 172, 11 saylı mənzilə köçürülməli, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, Cavabdeh İddiaçı qarşı kompensasiya verilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 172, 11 saylı mənzilə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh İddiaçı qarşı kompensasiya verilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-514/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-514/2022
06.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver