Məhkəmə qərarları › İş №e-2(001)-515/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-515/2023

04.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-515/2023 04.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçıların qanuni nümayəndəsi xxx, Qanuni Nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı və X2 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı və X1i nümayəndələri Qanuni nümayəndə (Mirzakhanova Madina)Tofikovna Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü İddiaçı və xx.xx.2015-ci il təvəllüdlü X2 anaları və qanuni nümayəndələri Qanuni nümayəndə (Mirzakhanova Madina)Tofikovna ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə (Mirzakhanova Madina) Tofikovna ilə cavabdehin oğlu olan Nümayəndə2 arasında xx.xx.2012-ci il tarixində AZ №821701 nömrəsi ilə Azərbaycan Respublikasında nikah bağlanmışdır. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü İddiaçı və xx.xx.2015-ci il təvəllüdlü X4 anadan olmuşlar. Lakin Qanuni nümayəndə (Mirzakhanova Madina) nikahın pozulması tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməsindən sonra cavabdehin oğlu onun və övladlarının yaşadıqları ünvan 2ən mənzilə daxil olmasına imkan verməmişdir. Belə ki, Qanuni nümayəndə 17 avqust 2022-ci il tarixində məktəblərin açılması ilə əlaqədar İddiaçı Azərbaycan Respublikasına gətirmək üçün Dağıstana öz ana və atasının yanına getmiş və 23 avqust 2022-ci il tarixində qayıdanda ailə həyatı qurduqdan bəri yaşadığı mənzilə öz uşaqları ilə birlikdə daxil ola bilməmişdir. Onun tərəfindən bununla bağlı polis orqanları və İcra Hakimiyyətinə müraciət edilsə də, nəticə əldə olunmamışdır. Qanuni nümayəndə (Mirzakhanova Madina) uşaqları ilə bir müddət qonşularda qalmış, xx.xx.2022-ci il tarixdə kirayə ev tapmışdır. Yetkinlik yaşına çatmayanların hər ikisi də Bakı şəhəri Binəqədi rayonu 276 saylı məktəbdə təhsil alır və onların tibbi poliklinika qeydiyyatı da həmin mənzil üzrədir. Beləliklə, onlar mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən Qanuni nümayəndə (Mirzakhanova Madina) nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək qeyd etmişdir ki, sözü gedən mənzil Qanuni nümayəndə (Mirzakhanova Madina) ilə cavabdehin oğlu Nümayəndə2 ailə həyatı qurana qədər dövlətin balansında olmuş, özəlləşdirilməsi isə nikahdan sonrakı dövrə təsadüf etmişdir. Qanuni nümayəndə orada olanda Cavabdeh məzilin mülkiyyətçisi olmamışdır. Bunlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə (Mirzakhanova Madina) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iddia tələbinin rədd edilməsini xahiş edərək bildirmişdir ki, iddiaçı tərəf həmin mənzilin nikah bağlanan zaman dövlətin balansında olduğunu qeyd etsə də, xx.xx.1984-cü il tarixli orderə əsasən Cavabdeh mənzilə istifadə hüquqları yaranıb. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanuna, keçmiş SSRİ qanunvericiliyinin tələblərinə əsasən, mənzil hüquqları Mənzil Məcəlləsinin tələblərinə əsasən 2009-cu ildən əvvəl yaranıbsa sözü gedən mənzilin mülkiyyətçisi həmin şəxs hesab olunur. Qanunvericiliyə əsasən sözü gedən order istifadə hüququna yox, birbaşa mülkiyyət hüququna dəlalət edir. Bundan başqa, qanunvericiliyə əsasən, uşaqların himayəçisi kimi ana və ata çıxış edir, nənə isə əsas himayəçi hesab edilmir. Buna görə də onların həmin mənzilə köçürülməsi Cavabdeh mülkiyyətçi kimi hüquqlarına birbaşa qəsd edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.2013-cu il tarixdə, Rusiya, Dağıstan Respublikası, Mahaçqala şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 554 saylı müvafiq qeyd aparılmışdır.“Atası” qrafasında “Nümayəndə2”, “anası” qrafasında “Qanuni nümayəndə” qeyd olunmuşdur. - doğum haqqında şəhadətnaməyə əsasən, X4 xx.xx.2015-ci il tarixdə, Rusiya , Dağıstan Respublikası, Dərbənd şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 1511 saylı müvafiq qeyd aparılmışdır. “Atası” qrafasında “Nümayəndə2”, “anası” qrafasında “Qanuni nümayəndə” qeyd olunmuşdur. - xx.xx.2022-ci il tarixli arayışa əsasən, İddiaçı Oleq qızı həqiqətən 276 nömrəli tam orta məktəbin 4d sinfində oxuyur. - xx.xx.1984-cü il tarixli, 233370 nömrəli orderə əsasən, Cavabdeh və onunla yaşayan iki şəxs Lenin prospekti, ev 14, mənzil 42 ünvandakı mənzildə (indiki ünvan 2ən mənzildə) yaşayış sahəsi əldə etmək hüququna malikdirlər. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-165/2023 saylı xx.xx.2023 tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Nümayəndə2 ilə Qanuni nümayəndə (Mirzakhanova Madina)Tofikovna arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikah ləğv edilmiş, xx.xx.2013-cü il təvəllüdlü İddiaçı və xx.xx.2015-ci il təvəllüdlü X2 analarının yanında saxlanılmış, xx.xx.2013-cü il təvəllüdlü İddiaçı və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər hər hər uşağa görə 193 manat alimentin Nümayəndə2 tutularaq Qanuni nümayəndə (Mirzakhanova Madina)Tofikovnaya ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin müəyyən edilmiş hallarına görə mübahisəli mənzil hazırda cavabdehin mülkiyyətindədir. Qanuni nümayəndə (Mirzakhanova Madina) Cavabdeh gəlini olub və həmin mənzilə 2012-ci ildə köçüb. Nəzərə alınsa ki, işin məhkəmə tərəfindən müəyyən edilən halına görə cavabdeh 2012-ci ildə qayınananın istifadə və sahibliyində olan mənzilə (order əsasında) köçüb, belə olan halda, mübahisəyə Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələri tətbiq edilməlidir. Həmçinin müəyyən edilir ki, hazırda Qanuni nümayəndə (Mirzakhanova) Cavabdeh ailə üzvü sırasına daxil deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Qanuni nümayəndə Cavabdeh Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Cavabdeh digər qohumu hesab edilmir. Odur ki, Qanuni nümayəndə (Mirzakhanovanın) mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Digər tərəfdən, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün isə Mülki Məcəllənin 228.1 və 228.2ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 21 oktyabr 2005-ci il tarixli Qanunla Mülki Məcəlləyə 228.5-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri öz yetkinlik yaşına çatmayan, uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı notariat qaydasında bağlanan razılaşmanı nəzərdə tutur. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən mənzilin mülkiyyətçisi olan T.Arşınova ilə Qanuni nümayəndə (Mirzakhanova) arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da Qanuni nümayəndə qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Məhkəmə iddia tələbini xx.xx.2013-cü il təvəllüdlü İddiaçı və xx.xx.2015-ci il təvəllüdlü X3 münasibətdə araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, AR Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda xx.xx.2013-cü il təvəllüdlü İddiaçı və xx.xx.2015-ci il təvəllüdlü X2 yaşayış yerləri onların valideyinlərinin (analarının) yaşayış yeri ilə müəyyən edilir (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-165/2023 saylı xx.xx.2023 tarixli qətnaməsi ilə). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı və X1i nümayəndələri Qanuni nümayəndə (Mirzakhanova Madina) Tofikovnanın Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar