Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5203/2023 07.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı2, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı (X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “mənzilə köçürülmə və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 07 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı2 və İddiaçı1 birgə iddiaçılar kimi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin 2 otaqdan ibarət hissəsinə köçürülmələri, eləcə də, Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(103)-3111/2021 saylı qətnaməsinin icra edilmədiyi 2 il 3 ay müddətinin hər ayı üçün 300 manat məbləğində, cəmi 8100 manat pul vəsaitinin və ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehdən alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbinin, ona etirazın dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 xx.xx.1996-cı il tarixdə X17 ilə ailə qurmaq məqsədilə qoşulub qaçmış, daha sonra rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.1997-ci il tarixdə İddiaçı1 dünyaya gəlmişdir. Bir müddət sonra münasibətləri pisləşdiyindən ayrılmaq qərarına gəlmiş və Binəqədi Rayon Məhkəməsinin 2001-ci il tarixli qərarı əsasında nikahları pozulmuşdur. ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilin 2 otağından ibarət hissəsi AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən cavabdeh (iddiaçının keçmiş qayınatası) Cavabdeh məxsus olmuşdur. Həmin mənzildə İddiaçı2, İddiaçı1, X18, X13, X22, X4, X12, X19, X20, X21, X1, X14, X10 qeydiyyatdadırlar. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-488/2020 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən İddiaçı2 və İddiaçı1 7200 ( yeddi min iki yüz ) manat məbləğində kompensasiya ödənilməklə, İddiaçı2 və İddiaçı1 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və kompensasiya məbləğinin ödənilməsi və istifadə hüquqlarına xitam verilməsi eyni anda icra edilməsi nəzərdə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-3111/2021 saylı qətnaməsinə əsasən İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilmiş və iddiaçı Cavabdeh tərəfindən cavabdehlər İddiaçı2 və İddiaçı1 8500 (səkkiz min beş yüz) manat məbləğində kompensasiya ödənilmək şərtilə, cavabdehlər X5 və İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi nəzərdə tutulmuşdur. Hazırki iş üzrə Cavabdeh kompensasiya ödənilməsini icra etməmişdir. Qətnamənin qeydiyyatdan çıxma ilə kompensasiya ödənilməsinin eyni vaxtda icra edilməsi üzrə qəbul edilməsi Cavabdeh qanunsuz hərəkətlərinin edilməsi ilə nəticələnir. Belə ki, İddiaçı2 dəfələrlə cavabdehdən pulun ödənilməsini tələb etsə də, “nə vaxt pulum olsa onda deyərəm qeydiyyatdan çıxarsan” ifadələri ilə üzləşmişdir. İddiaçı2 hazırda oğlu İddiaçı1 ilə birlikdə aylıq 300 manat kirayə haqqı ödənilməklə çətinliklə yaşayır. Kirayə xərclərinin ödənilməsində çətinlik çəkdiyi üçün dəfələrlə qeydiyyatda olduğu mənzilə köçmək istəsə də, cavabdeh buna maneçilik törətmiş, eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 3111/2021 saylı qətnaməsinin icrasını həyata keçirməmişdir. Qətnamənin çıxarılmasından 2 il 3 ay keçməsinə baxmayaraq Cavabdeh tərəfindən İddiaçı2 və İddiaçı1 heç bir kompensasiya ödənilməmişdir və bu səbəbdən də cavabdehlər yeni yaşayış sahəsi əldə edə bilməmişdirlər. Onlar çətin həyat şəraitində yaşamağa məcbur olmuşdurlar. Göstərilənlərə əsasən İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilinə köçürülməklərini tələb etməkdə haqlıdırlar. Odur ki, mənzilə köçürülmənin məhkəmə qaydasında həll edilməsi zəruridir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq, göstərmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı ona qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 1999-cu il tarixli, 2-207/1999 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Arzu Kərimovanın (Tahirova) oğlu Orxan ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilinə köçürülmələri qərara alınmışdır. Həmçinin, Binəqədi Rayon Məhkəməsinin 2-2412/2002 saylı qətnaməsi ilə Arzu Kərimovanın uşağı Orxanla birlikdə yenidən həmin mənzilə köçürülməsi qərara alınmışdır. Bu qətnamə ilə verilmiş icra sənədi əsasında Arzu Kərimova övladı ilə birlikdə sözügedən mənzilə köçürülmüş, icra məmurunun iştirakı ilə bu barədə akt tərtib edilmiş, imzalanmışdır. Buradan belə sual yaranır ki, əgər iddiaçının yaşamağa yeri yox idisə, 14 il ərzində harada yaşamışdır?! Həmçinin bildirilir ki, Binəqədi Rayon Məhkəməsinin 2- 2412/2002 saylı icra vərəqəsi alternativ icra üsulu ilə həll edilmişdir. Belə ki, onun ailəsinin faktiki istifadəsində olan mənzil ilə üzbəüz 100 kv.metr torpaq sahəsi Arzu Kərimovaya verilmiş, sonuncu üçün həmin torpaq sahəsində fərdi yaşayış sahəsi tikilmişdir. Lakin, icra məmuru tərəfindən sənədləşmə evə köçürülmə kimi aparılmışdır. Binəqədi rayon İcra Hakimiyyəti Biləcəri qəsəbə üzrə Nümayəndəliyinin vəkil sorğusuna verdiyi xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı2 və Kərimov X11 qəsəbəsi, Əhməd Qasımov küçəsində inşa edilmiş 1 otaqlı özbaşına tikilidə 2014-cü ildən qeydiyyatsız yaşayır. Həmin tarixli arayış da məhkəmənin icra vərəqəsinin alternativ icra üsulu ilə həll edilməsini bir daha təsdiq edir. İddia tələbində qeyd olunan 8100 manat pulun ödənilməsi ilə bağlı isə bildirilir ki, o, dəfələrlə bankdan pul götürüb İddiaçı2 təklif etsə də, sonuncu müxtəlif bəhanələrlə pulu qəbul etməkdən imtina etmişdir. Məhkəmə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməlidir. Belə ki, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin 2 ədəd qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Məhkəmə iclasında tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdeh tərəfindən iddiaçılara 8500 manat kompensasiya verilməsi, yalnız bundan sonra iddiaçıların mübahisələndirilən mənzildən istifadə hüquqlarına xitam verilməsi qərara alınmışdır. Lakin, cavabdeh tərəfindən sözügedən kompensasiya məbləği indiyədək ödənilməmişdir, cavabdehin həmin pulu ödəmək fikri də yoxdur. Belə olan halda iddiaçıların həmin mənzildən istifadə hüquqları mövcuddur və hazırda iddiaçılar kirayədə yaşadıqları üçün istifadə hüquqları olan mənzilə köçürülmək hüquqları vardır. Digər tərəfdən, məhkəmə qətnaməsi cavabdeh tərəfindən bilərəkdən icra edilmədiyi üçün iddiaçılar 2 ildən çox müddətdir ki, kirayə yaşamalı olmuş, nəticədə hər ay üzrə ödənilən 300 manat kirayə haqqı kimi cəmi 8100 manat pul ödəmişlər. İddiaçıların kirayədə qalma səbəbi cavabdeh tərəfindən onlara kompensasiyanın verilməməsi olduğundan, bu pulun əvəzi də cavabdehdən tutulmalıdır. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini, iddiaya etirazda göstərilənləri müdafiə etdiyini bildirib, iddianın rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Tədqiq edilən sübutlar: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 1999-cu il tarixli, 2- 207/1999 saylı qətnaməsinə əsasən, İddiaçı2 23 avqust 1997-ci il təvəllüdlü uşağı ilə birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, ev 22, mənzil 15-ə köçürülməsi qərara alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 oktyabr 2002-ci il tarixli, 2- 2412/2002 saylı qətnaməsinə əsasən, X3 uşağı ilə birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, ev 22, mənzil 15-ə köçürülməsi qərara alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2014-cü il tarixli, 8(001)- 1041/2014 saylı qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 oktyabr 2002-ci il tarixli icra vərəqəsi tam icra olunmuş, buna görə də, icra vərəqəsi üzrə icraata xitam verilmişdir. - RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, ev 22, mənzil 15 üvanında yerləşən mənzil Cavabdeh ilə X6 paylı mülkiyyətindədir. Mənzilin 2 otağına Cavabdeh mülkiyyət hüququ 29 dekabr 2016-cı il tarixdə qeydiyyata alınmışdır. - Binəqədi Rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 14-15-14-18/109 saylı məktubunda göstərilmişdir ki, Tahirova (Kərimova) Arzu Allahşükür qızı və Kərimov X11 qəsəbəsi, Əhməd Qasımov küçəsində inşa edilmiş 1 otaqlı özbaşına tikilidə 2014-cü ildən qeydiyyatsız yaşayır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(001)-488/2020 saylı qətnaməsinə əsasən, Cavabdeh tərəfindən İddiaçı2 və İddiaçı1 7200 manat məbləğində kompensasiya ödənilməklə, onların Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin 15 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, kompensasiya məbləğinin ödənilməsi və cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsinin eyni vaxtda icra edilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(103)-3111/2021 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(001)-488/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh tərəfindən cavabdehlər İddiaçı2 və İddiaçı1 8500 manat məbləğində kompensasiya ödənilməklə, cavabdehlərin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin 15 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, kompensasiya məbləğinin ödənilməsi və cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsinin eyni vaxtda icra edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 16 avqust 2023-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, iddiaçılar ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019 tarixli, 14-19/42 saylı məktubunda göstərilmişdir ki, İddiaçı2 və İddiaçı1 2014-cü ildən qeydiyyatda olduğu və yaşadıqları evdə şərait olduqca pis, acınacaqlı olduğundan onların yaşadığı evlə üzbəüz olan Biləcəri Dəmir yol stansiyasının mühafizə zonasında Ə.Qasımov küçəsi, ev 22, mənzil 15-də yararsız və şəraitsiz olan daimi yaşadıqları evdən istifadə etmək şərti ilə müvəqqəti olaraq dəmir yol kənarında özbaşına inşa edilmiş bir otaqla təmin olunmuşdur. Hal hazırda aldığımız məlumata görə İddiaçı2 qeydiyyatda olduğu Ə.Qasımov ev 22, mənzil 15-də istifadəsində olan şəraitsiz sahədən qovulmuşdur. Dəniryol mühafizə zolağında hal-hazırda yaşayan İddiaçı1 yaşadığı otaq təhlükəli olduğu səbəbdən köçürülməsi üçün dəfələrlə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Maddə 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmənin mövqeyi: İşin müəyyən edilən hallarına görə İddiaçı2 ilə Cavabdehlə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.1997-ci il təvəllüdlü İddiaçı1 doğulmuşdur. Nikaha daxil olduqdan sonra İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilinin iddiaçı Cavabdeh mülkiyyətində olan 29,3 kv.m. yaşayış sahəsindən ibarət 2 otaq hissəsinə köçmüşdür. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulduqdan sonra İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 mart 1999-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı2 yetkinlik yaşına çatmayan oğlu Orxan ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Onlar həmin mənzildə pasport qeydiyyatına alınmışlar. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(001)-488/2020 saylı qətnaməsinə əsasən, Cavabdeh tərəfindən İddiaçı2 və İddiaçı1 7200 manat məbləğində kompensasiya ödənilməklə, onların Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin 15 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, kompensasiya məbləğinin ödənilməsi və cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsinin eyni vaxtda icra edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(103)-3111/2021 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(001)-488/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh tərəfindən cavabdehlər İddiaçı2 və İddiaçı1 8500 manat məbləğində kompensasiya ödənilməklə, cavabdehlərin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin 15 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, kompensasiya məbləğinin ödənilməsi və cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsinin eyni vaxtda icra edilməsi qərara alınmışdır. İddiaçılar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-3111/2021 saylı qətnaməsinin cavabdeh tərəfindən qəsdən icra etmədiyinə əsaslanaraq hazırkı tələblə çıxış edirlər. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. İşin mübahisəsiz halı ondan ibarətdər ki, Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(103)-3111/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh tərəfindən cavabdehlər İddiaçı2 və İddiaçı1 8500 manat məbləğində kompensasiya ödənilməklə, cavabdehlərin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin 15 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, kompensasiya məbləğinin ödənilməsi və cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsinin eyni vaxtda icra edilməsi qərara alınmışdır. Həmin Qətnamənin cavabdeh tərəfindən icra edilməsi iş üzrə müəyyən olunmur. Məhkəmə cavabdehin “dəfələrlə bankdan pul götürüb İddiaçı2 təklif etdiyini lakin sonuncunun müxtəlif bəhanələrlə pulu qəbul etməkdən imtina etdiyini qeyd etsədə buna dair heç bir sübut təqdim edə bilməmişdir. Digər tərəfdən qanuni qüvvəyə minmiş məhkəmə aktı üzrə cavabdeh tərəfindən icra icraatı zamanı da kompensasiyanın ödənilməsi ilə bağlı hər hansı hərəkət etməməsi onun bu arqumentini əsassız edir. Əksinə iddiaçıların hazırdı faktiki olaraq mübahisəli mənzildən istifidə etməmələri aşkardır. Təsadufi deyil ki, Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(103)- 3111/2021 saylı Qətnaməsində qeyd olunmuşdur ki, “....Göründüyü kimi iddiaçı Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilinin, yaşayış sahəsi 29,3 kv.m olan 2 otağının mülkiyyətçisidir. Tərəflər arasında mənzilə köçürülmə tələbindən irəli gələn mübahisə olmuş və nəticədə cavabdehlər məhkəmə qaydasında iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilinə köçürülmüşlər. Beləliklə, cavabdehlərin mənzilə istifadə hüquqları yaranmışdır. Beləliklə, göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə onun mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Belə ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir, cavabdehlər isə həmin mənzilə istifadə hüquqları vardır.”. Yenə həmin Qətnamədə gstərilmişdir ki, “...Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehlərin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilinə olan istifadə hüquqlarına, onlara 8500 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməlidir. Kompensasiyanın ödənilməsi ilə istifadə hüququna xitam verilməsi eyni vaxtda həyata keçirilməlidir.”. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktında tərəflərin üzərinə düşən vəzifələrin qarşılıqlı icrası müxanizmi müəyyən edilsə də hazırda cavabdeh tərəfindən üzərinə düşən vəzifəni icra etməsi iş üzrə sübuta yetmir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(103)-3111/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş Cavabdeh tərəfindən cavabdehlər İddiaçı2 və İddiaçı1 8500 manat məbləğində kompensasiya ödənilməyib onların Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilinə istifadə hüquqları mövcuddur. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia iddiaçıların ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin 2 otaqdan ibarət hissəsinə köçürülmələri hissəsində təmin edilməlidir. İddia tələbinin “Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(103)- 3111/2021 saylı qətnaməsinin icra edilmədiyi 2 il 3 ay müddətinin hər ayı üçün 300 manat məbləğində, cəmi 8100 manat pul vəsaitinin cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıların bu məbləğdə pulun ödənilməsinə dair heç bir sübut təqdim etməmişlər. Qeyd olunmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İş materiallarında olan Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019 tarixli, 14- 19/42 saylı məktubunda göstərilmişdir ki, İddiaçı2 və İddiaçı1 2014-cü ildən qeydiyyatda olduğu və yaşadıqları evdə şərait olduqca pis, acınacaqlı olduğundan onların yaşadığı evlə üzbəüz olan Biləcəri Dəmir yol stansiyasının mühafizə zonasında Ə.Qasımov küçəsi, ev 22, mənzil 15-də yararsız və şəraitsiz olan daimi yaşadıqları evdən istifadə etmək şərti ilə müvəqqəti olaraq dəmir yol kənarında özbaşına inşa edilmiş bir otaqla təmin olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların pul tələblərinə dair iddiaları əsassızdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçılar Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, 22 saylı evin 15 saylı 3 otaqlı mənzilinin cavabdehə məxsus 2 otaqdan ibarət hissəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia qismən təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı2 ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı (X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “mənzilə köçürülmə və s.” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, 22 saylı evin 15 saylı 3 otaqlı mənzilinin Cavabdeh məxsus 2 otaqdan ibarət hissəsinə köçürülsünlər. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-5203/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5203/2023
07.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver