Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5211/2022 08.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kiçik iddia üzrə işə sadələşdirilmiş qaydada baxılmasının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 212,70 manat məbləğində əsas borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən Cavabdeh ünvan 1 ünvanı üzrə rəsmi qeydə alınmışdır. Bununla belə, hazırki ərizə ərazi aidiyyəti baxımından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılma bilməz. Bu da öz növbəsində ərizənin geri qaytarılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu üzrə rəsmi qeydə alındığını nəzərə alıb, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya ərazi aidiyyəti qaydalarına riayət etməklə yenidən kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. İddia ərizəsi geri qaytarıldıqdan ödənilmiş dövlət rüsumunun da bu ödənişi həyata keçirən iddiaçı "xxxx" QSC-yə büdcədən geri qaytarılması təmin edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" QSC-yə ərazi aidiyyəti qaydalarına riayət etməklə yenidən kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, bu ödənişi həyata keçirən iddiaçı "xxxx" QSC-yə büdcədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-2(001)-5211/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5211/2022
08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver