Məhkəmə qərarları › İş №e-2(001)-5333/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5333/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5333/2024 06.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı X1 Qonça Əmir qızına qarşı “debitor borcunun tutulması” barədə işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı X2 Qonça Əmir qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçınə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1028,25 (bir min iyirmi səkkiz manat 25 qəpik) manat pulun və 30,29 (otuz manat 29 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1058,54 (bir min əlli səkkiz manat 54 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində AKX-00362xx/xx-2018 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-6 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Bildiririk ki, cavabdehin ödənilməmiş 2021-ci ilin dekabr ayı üzrə 125,25 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 454,88 manat sərfiyyat borcu və limitdən əlavə 22,12 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 327,08 manat sərfiyyat borcu və limitdən əlavə 14,32 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-iyul ayları üzrə 84,60 manat sərfiyyat borcu, cəmi 1028,25 manat sərfiyyat borcu qalmışdır. 2021-ci ilin dekabr ayından 2024-cü ilin iyul ayına qədər cavabdeh ödəniş etməmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu üzrə ümumi 1028,25 (bir min iyirmi səkkiz manat 25 qəpik) manat təşkil etməkdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2018-ci il tarixli, AXK-00362xx/xx-2018 nömrəli qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, qaz paylayıcı İddiaçı İB ilə istehlakçı Cavabdeh arasında Bakı şəhəri, Binəqədi rayonu, X5, ev 160 ünvanında yerləşən fərdi yaşayış evinə dair müqavilə bağlanmış və həmin mənzilə ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh 2021-ci ilin dekabr ayı üzrə 125,25 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 454,88 manat sərfiyyat borcu və limitdən əlavə 22,12 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 327,08 manat sərfiyyat borcu və limitdən əlavə 14,32 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-iyul ayları üzrə 84,60 manat sərfiyyat borcu, cəmi 1028,25 manat sərfiyyat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzinin ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.4-cü maddəsinə əsasənKommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasənKommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası “Qaz təchizatı haqqında” Qanunun 13.10-cu bəndinə əsasən paylacının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Prezidentinin, “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” xx.xx.2000-ci il tarixli, 356 nömrəli Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təstiq edilmiş “Qazdan istifadə qaydalarının” 3.2.1-ci bənsinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəzlik üzrə qanunvericiliyin tələblərinə və bu “Qaydaların 1.6-cı bəndinə göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüququ akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. Göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. İlk olaraq qeyd edilməlidir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(001)-3803/2022 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilərək, Cavabdeh 2242,10 manat (iki min iki yüz qırx iki manat on qəpik) tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmiş, həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 1567/2023 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 sentyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində AKX-00362xx/xx-2018 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-6 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda qeyd edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Qeyd edilməlidir ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Azərbaycan Respublikasının Prezdentinin Fərmanına əsasən Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60 manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. Cavabdeh Zəngilan rayonundan məcburi köçkündür, buna görə də 2017-ci ildən sonra qaz sərfiyyatı üzrə ödənişlər müvafiq vahid aylıq müavinət hesabına həyata keçirilməli olsa da, ona ödənilmiş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət kommunal xidmətlərin bir növü olan qaz sərfiyyatı üzrə yönəldilmədiyindən Azəriqaz İB-yə borcu yaranmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, iddia tələbi təmin olunaraq Cavabdeh İddiaçınə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1028,25 manat pul Cavabdehnndan tutularaq İddiaçı hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30,29 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1028,25 manat və ödənilmiş 30,29 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1058,54 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Azərbaycan X3 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar