Məhkəmə qərarları › İş №e-2(001)-5345/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5345/2022

15.08.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5345/2022 15.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı X1 qarşı “ödənilməli pul məbləğinin indeksasiyasının həyata keçirilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4227/2011 saylı qətnaməsi ilə Cavabdeh MMC-dən hər ay 100 manat məbləğində əmək haqqının 80%-i məbləğində müəyyən edilmiş ödəncin qanunla bugünkü ki qayda ilə indeksləşdirilməsi, "xxxx" MMC-də hazırda kəsici köməkçisinin aylıq əmək haqqısı nəzərə alınmaqla ödəncin yenidən hesablanaraq, Cavabdeh MMC-dən tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, qüvvədə olan mülki prosessual qanunvericilikdə bu məsələnin məhkəmə qaydasında həllinin mümkünlüyü təsbit edilsə də, həmin icraat forma və məzmun etibarı ilə iddia icraatından fərqləndirilmişdir. Başqa sözlə, ödənilməli pul məbləğlərinin indeksasiyası mülki məhkəmə icraatı qaydasında baxılan işlər kateqoriyasına aid edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, hesab edirəm ki, İddiaçı iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, onun icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, İddiaçı aidiyyəti icraat qaydalarına uyğun olaraq “ödənilməli pul məbləğinin indeksasiyasının həyata keçirilməsi” barədə ərizə ilə icra sənədini vermiş məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 153-cü, 232-ci, 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı X1 qarşı “ödənilməli pul məbləğinin indeksasiyasının həyata keçirilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı aidiyyəti icraat qaydalarına uyğun olaraq “ödənilməli pul məbləğinin indeksasiyasının həyata keçirilməsi” barədə ərizə ilə icra sənədini vermiş məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar