Məhkəmə qərarları › İş №e-2(001)-535/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-535/2022

29.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-535/2022 29.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi, bölünmə mümkün olmadığı təqdirdə əmlakın açıq hərracdan satılması və əldə edilmiş vəsaitin paya uyğun olaraq bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzilin naturada bölünməsi, ondan payların alınması, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satış pulunun Cavabdeh ilə onun arasında onların payına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(001)- 7996/2021 nömrəli qərardadı ilə mülki iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyləri məhkəməyə təqdim edilənədək dayandırılmışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, LP-074/2022 nömrəli rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olduqdan sonra mülki iş üzrə icraat təzələnmiş və işə mahiyəti üzrə baxılması davam etdirilmişdir. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə elektron məhkəmə İnformasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında mübahisə predmeti barəsində razılığın əldə edildiyini, o cümlədən, mübahisə predmeti olan mənzilin satıldığını və əldə edilmiş vəsaitin bölüşdürüldüyünü, bu səbəbdən iddiadan imtina etdiklərini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının iddiadan imtinası barədə ərizəsini, habelə mülki işin materiallarını nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, hərəkətlərin qanuna zidd olması dedikdə müvafiq prosessual hərəkətin qanunvericiliyin tələbi pozulmaqla edilməsi və həmin hərəkətin mahiyyətinin qanuna zidd olması başa düşülür. Həmin hərəkətlərin hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması dedikdə isə bu hərəkətlərin doğurduğu hüquqi nəticələrin konkret hüquqi və ya fiziki şəxsin qanuni maraqlarına birbaşa zidd olması başa düşülür. Beləliklə, məhkəmə, hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyil, habelə hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, bu səbəbdən qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi, bölünmə mümkün olmadığı təqdirdə əmlakın açıq hərracdan satılması və əldə edilmiş vəsaitin paya uyğun olaraq bölünməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar