Məhkəmə qərarları › İş №e-2(001)-5427/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5427/2023

30.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5427/2023 30.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi Ərizəçi, Ərizəçinın nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 onun atası olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1979-cu ildə Göyçay rayonunda anadan olmuş, X2, atası X6r. xx.xx.1980-ci il təvəllüdlü X9 və xx.xx.1982-ci il təvəllüdlü X7 qardaşlarıdır. Atası və anası xx.xx.1981-ci ildə Göyçay rayon Ləkçıplak kənd Sovetliyində 4 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Nikah haqqında akt qeydində atasının soyadı “İbrahimov”, anasının soyadı isə “Osmanova” kimi qeyd edilmişdir. İddiaçı doğularkən anası və atası faktiki nikahda olmuşlar. İddiaçının doğumu xx.xx.1979-cu il tarixdə 18 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Lakin, X4 atalığı müəyyən edilməmişdir. Buna baxmayaraq, doğum haqqında şəhadətnamədə ata qrafasında X10, ananın soyadı qismində Osmanova əvəzinə İbrahimova kimi qeyd edilmişdir. X10 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. X2 mülkiyyət hüququ ilə ona məxsus olan Göyçay şəhəri, Rauf İsayev küçəsində yerləşən 66 saylı fərdi yaşayış evini mənə bağışlamaq istəyir. Lakin atalığı müəyyən olunmadığına və doğum haqqında akt qeydində anasının soyadı “İbrahimova” qeyd edildiyinə görə anası əmlakı iddiaçıya bağışlaya bilmir. İddiaçı Maraqlı şəxsnə ərizə ilə müraciət edərək, Göyçay rayon Ləkçıplak kənd Sovetliyində xx.xx.1979-cu il tarixli 18 nömrəli akt qeydində atalığın müəyyən edilməsini xahiş etməsinə baxmayaraq, ona verilən imtina məktubuna əsasən, iddiaçının atası kimi qeyd etdiyi şəxs vəfat etdiyinə görə ərizənin təmin edilməsi mümkün olmamışdır. Qeyd olunan səbəblərə görə hazırki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçi və şahid ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi, xx.xx.1980-cı il təvəllüdlü X5 və xx.xx.1982-ci il təvəllüdlü X3 atası X10, X2dır. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X11 xx.xx.1981-ci il tarixdə Göyçay rayon Ləkçıplak kənd Sovetliyində nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydlər kitabında 4 nömrə ilə qeyd edilmişdir. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2015-ci il tarixdə kəskin miokard infarktı nəticəsində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 321 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Maraqlı şəxsnın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”- na əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və məhkəmə qətnaməsi əsasənda qeydə alınır. Atası kimi qeyd edilən şəxs X10 vəfat etdiyindən ərizə təmin edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, o, X10 ilə 1977-ci il tarixdə ilə faktiki nikaha daxil olmuş, daha sonra nikahlarını xx.xx.1981-ci il tarixdə rəsmiləşdirilmiş, həmin nikahdan xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi, xx.xx.1980-cı il təvəllüdlü X9 və xx.xx.1982ci il təvəllüdlü X7 anadan olmuşlar. Ərizəçi atası X10 olduğunu təsdiq etdi. İş üzrə şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, Ərizəçi onun bacısıdır. Ərizəçinin xx.xx.1979-cu il tarixdə anadan olduğunu, atası X10, X2 olduğunu təsdiq etdi. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin valideynləri rəsmi nikahda olmadıqlarından doğum qeyd edilərkən atalıq müəyyən edilməmiş, o cümlədən ərizəçinin doğum haqqında şəhadətnaməsində atası kimi qeyd edilmiş şəxs öldüyündən Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçinin atalığının müəyyən edilməsinin qeydə alınması haqqında ərizəsi təmin edilməmiş, bununla bağlı aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Hazırda ərizəçi atalığın müəyyən edilməsi (atalığın etiraf olunması faktı)üçün məhkəməyə müraciət etmişdir. Atalığın müəyyən edilməsi barədə ərizəyə baxılarkən məhkəmə ərizəçinin konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. X4 Ərizəçi atası olmasını təsdiq edən sübutlar isə mövcuddur. Belə ki, şahidlər - ərizəçinin qardaşı və anasının iddianı etiraf etməsi X4 həqiqətən Ərizəçi atası olmasını təsdiq edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X13 Osmanova ilə faktiki nikaha daxil olması və onların faktiki nikahlarından xx.xx.1979-cu il tarixdə Ərizəçi anadan olması, ərizəçinin və şahidlərin izahatları, işin mötəbər sübutu kimi nəzərə alınaraq iddia təmin edilməli və X4 atalığı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. - 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X4 ərizəçinin atası olması faktının müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyətli olduğundan, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: - 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi üzrə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Belə ki, “X,Y və Z Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında qeyd olunur ki, Konvensiyanın 8-ci maddəsində yer alan “ailə həyatı” anlayışı: ... yalnız nikaha əsaslanan ailələrlə məhdudlaşmır və digər faktiki münasibətləri də əhatə edə bilər. Münasibətlərin “ailə həyatı” təşkil edib-etmədiyi barədə qərar verilərkən bir sıra amillər, o cümlədən, cütlüyün birgə yaşayıb-yaşamaması, onların münasibətlərinin müddəti, birgə övlad dünyaya gətirməklə və ya başqa vasitələrlə bir-birinə bağlı olduqlarını təsdiq etmələri əhəmiyyət kəsb edir. Buna görə də məhkəmə hesab edir ki, rəsmən təsdiqlənmiş ailə münasibətləri ilə yanaşı, faktiki ailə həyatı da Konvesiyaya əsasən tanınır. Məhkəmənin bu və ya digər halda ailə həyatının mövcudluğu məsələsini tərəflər arasındakı sıx şəxsi əlaqələri qiymətləndirməklə konkret işin halları əsasında müəyyən etməsi o deməkdir ki, hansı münasibətlərin ailə həyatı təşkil etməsini konkret sadalamaq mümkün deyil. İstənilən halda, əgər bu və ya digər durum “ailə həyatı” anlayışına uyğun gəlmirsə həmin durumun “şəxsi həyat” hesab edilməsi və Konvensiyanın 8-ci maddədə nəzərdə tutulmuş müdafiə ilə təmin edilməsi istisna deyil. Beləliklə, Konvensiyanın 8-ci maddəsinə əsasən, atalığın müəyyən olunması barədə iddia tələbinə baxarkən məhkəmələr uşağın ən yaxşı mənafeyinə üstünlük verməlidirlər ( Yevremoviç Serbiyaya qarşı iş üzrə AM-nin 17 iyul 2007-ci il tarixli qərarı). Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, xx.xx.1951-ci il təvəllüdlü X4 Ərizəçi Kamal qızının atası olması faktının müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyəti olduğundan, habelə X4 ərizəçinin atası olması ərizəçinin izahatı ilə, şahidin ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü X4 xx.xx.1979-cu ildə Göyçay rayonunda anadan olmuş Ərizəçi Kamal qızının atası olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar