Məhkəmə qərarları › İş №e-2(001)-5433/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5433/2024

16.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5433/2024 16.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il tarixli “Nemo” kooperativinin üzvlərinin ümumi yığıncağının qərarına əsasən Ərizəçi, X4 və Hüseynov X1 təsisçiləri seçilməsi, Ərizəçi kooperativin sədri seçilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1990-cı il tarixdən “Nemo” kooperativinin sədridir. Belə ki, xx.xx.1990-cı il tarixli “Nemo” kooperativinin üzvlərinin ümumi yığıncağının qərarına əsasən Ərizəçi, X6 və Hüseynov X2 təsisçiləri seçilmişlər, o, Ərizəçi eyni zamanda kooperativin sədri seçilmişdir. Uzun müddət kooperativ fəaliyyətsiz olmuş və hazırda kooperativin VÖEN-i və reyestrdən çıxarışı vergi sistemində öz əksini tapmır. Kooperativi yenidən fəaliyyətə gətirmək üçün isə bu sənədlər zəruridir. Buna görə də onlar yeni VÖEN və çıxarışın verilməsi üçün xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə müraciət etmişlər. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirdi ki, həmin ərizəyə hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədlərinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən yeni tarixli arayışla təsdiq olunmuş surətləri ("Suraxanı" rayon XDS-nin icra komitəsinin protokolu, kooperativin nizamnaməsi, ümumi yığıncağının qərarı) əlavə olunmalıdır. Sözügedən sənədlərdən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən arayışla təsdiq olunmuş "Suraxanı" rayon XDS-nin icra komitəsinin protokolu, kooperativin nizamnaməsi hazırda mövcuddur. Lakin ümumi yığıncağının qərarı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində mövcud deyil. Buna görə zərurət yaranır ki, xx.xx.1990-cı il tarixli “Nemo” kooperativinin üzvlərinin ümumi yığıncağının qərarında həll edilən məsələlər, faktlar öz təsdiqini tapsın. Məlumat üçün bildirir ki, Suraxanı rayonu XDS İK-nin xx.xx.1990-cı il tarixli 13 saylı Qərarı ilə dülgərlik, metal məmulatlarının və tökmə məhsullarının təmiri və hazırlanması ilə məşğul olacaq "NEMO" müstəqil kooperativinin yaradıİmasına icazə verilmiş, “NEM0" kooperativinin nizamnaməsi qeydiyyata alınmışdır. Lakin uzun müddət fəaliyyətsiz olduğundan və yeni sistemə inteqrasiya olunmadıqlarından hazırda kooperativin fəaliyyətini aktivləşdirə bilmir, belə ki, yuxarıda qeyd etdiyi səbəbdən kooperativə yeni VÖEN və çıxarış verilmir. xx.xx.1990-cı il tarixli “Nemo” kooperativinin üzvlərinin ümumi yığıncağının qərarına əsasən Ərizəçi, X6 və Hüseynov X2 təsisçiləri seçilməsinə, Ərizəçi kooperativin sədri seçilməsinə dair faktın müəyyən edilməsi hazırda kooperativin fəaliyyətini bərpa etmək üçün mühüm əhəmiyyət kəsb edir. Ərizəçi, X4 və Hüseynov X1 təsisçiləri seçilməsini, Ərizəçi kooperativin sədri seçilməsini xx.xx.1990-cı il tarixli “Nemo” kooperativinin üzvlərinin ümumi yığıncağının qərarı, Suraxanı rayonu XDS İK-nin xx.xx.1990-cı il tarixli 13 saylı qərarı, həm də şahid ifadələri sübut edir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2-ci maddəsində Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır. 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi mənzilə dair kooperativin təsisçilərinin və sədrinin seçilməsinə dair hüquqi faktın məhkəmə tərəfindən müəyyən edilməsi konkret olaraq göstərilməmişdir. İkincisi, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktları o zaman müəyyən edə bilər ki, həmin faktların qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmasın. Ərizəyə əlavə edilmiş xx.xx.1990-cı il tarixli “Nemo” Kooperativi üzvlərinin ümumi yığıncaqlarının yekunlarına dair protokolun tərcümə edilmiş surətindən görünür ki, Ərizəçi, X6 və Hüseynov X2 təsisçiləri, Ərizəçi isə kooperativin sədri seçilmişdir. Sənəd imzalanmış və möhürlənmişdir. Göründüyü kimi, ərizəçinin tanınmasını tələb etdiyi fakt yuxarıda qeyd olunan protokolla təsdiq olunur. Ona görə də həmin faktın yenidən məhkəmə qaydasında müəyyən edilməsinə prosessual qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında qərarın 15-ci bəndinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ərazi vergilər departamentləri, idarələri və şöbələri inzibati orqan kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2, 2.2.2, 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 114.1. və 114.1.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Təsvir edilənlərə əsasən hesab edirəm ki, ərizənin qəbulundan imtina edilməli və ərizəçiyə izah edilməlidir ki, o, hüquqi şəxsin faəliyyətinin aktivləşdirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməli, inzibati orqan bundan imtina etdikdə isə həmin inzibati orqana qarşı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Həmçinin hesab edirəm ki, ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli mədaxil qəbzi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilir ki, o, hüquqi şəxsin faəliyyətinin aktivləşdirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməli, inzibati orqan bundan imtina etdikdə isə həmin inzibati orqana qarşı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli mədaxil qəbzi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar