Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5450/2025 08.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “16 fevral 2022-ci ildə 9 saylı Kooperativ Mənzil Tikintisi Haqqında Müqaviləyə əsasən gecikdirilmiş və aylıq ödənişlərin qəbul edilməsinin cavabehin üzərinə qoyulması” tələbinə dair ilkin, Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, dəymiş zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı “16 fevral 2022-ci ildə 9 saylı Kooperativ Mənzil Tikintisi Haqqında Müqaviləyə əsasən gecikdirilmiş və aylıq ödənişlərin qəbul edilməsinin cavabehin üzərinə qoyulması” tələbinə dair ilkin, Cavabdeh MTK cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, dəymiş zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan ilkin və qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndələri məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, razılıq əldə olunduğundan iddiadan imtina əsası ilə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci və 191.2-ci maddələrində iddiaçının iddiadan imtina etməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verirdiyi qeyd edilmişdir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməli, ilkin iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu ilkin iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı və qarşılıqlı iddia üzrə ödənilmiş 250 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “16 fevral 2022-ci ildə 9 saylı Kooperativ Mənzil Tikintisi Haqqında Müqaviləyə əsasən gecikdirilmiş və aylıq ödənişlərin qəbul edilməsinin cavabehin üzərinə qoyulması” tələbinə dair ilkin, Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, dəymiş zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işin icraatına xitam verilsin. İlkin iddia üzrə Cavabdeh MTK-dan 100 (bir yüz) manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 250 (iki yüz əlli) manat dövlət rüsumu tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-ya ödənilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-5450/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5450/2025
08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver