Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5477/2022 22.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Cavabdehnə qarşı “öhdəliyin icrası” tələbinə dair iddia ərizəsini ona əlavə olunmuş sənədlərlə birlikdə məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış sahəsinin, A və B blokunda 3-cü mərtəbədə yerləşən 1180.96 kv.m sahəsinin; B blokunun, 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 186.9 kv.m olan 111 saylı, dörd otaqlı yaşayış sahəsinin, B Blokunun, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 150.9 kv.m olan 35 saylı, 3 otaqlı yaşayış sahəsinin, B blokunun, 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68.7 kv.m olan 109 saylı, 1 otaqlı yaşayış sahəsinin, A blokunun, 1-ci giriş, 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97 kv.m olan 63 saylı, iki otaqlı yaşayış sahəsinin və B blokunun, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 150.9 kv.m olan 28 saylı 3 otaqlı yaşayış sahəsinin; 2-ci blokunun, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 461.34 kv.m və 3-cü blokunun, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 384.44 kv.m qeyri-yaşayış sahəsinin, A blokunun,1-ci giriş, 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 99.6 kv.m olan 62 saylı, iki otaqlı yaşayış sahəsinin, A blokunun,2-ci giriş, 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100.2 kv.m olan 144 saylı, iki otaqlı yaşayış sahəsinin və B blokunun, 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 150.9 kv.m olan 112 saylı, 3 otaqlı yaşayış sahəsinin binanın təsdiq edilmiş layihəsinə uyğun vəziyyətə gətitilərək, qapı və pəncərələrin quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM): 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 226.1. Məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir. Mülki-prosessual qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə iddiaçının tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Bir qayda olaraq, tələb iddia ərizəsində konkret formada ifadə olunmalıdır. Prosesdə hər bir iddiaçı cavabdehə qarşı müstəqil çıxış edir. Müstəqil çıxış etmə həmçinin onu ehtiva edir ki, hər bir iddiaçının cavabdehə yönələn tələbi müstəqil xarakter daşıyır. Bu isə o məna verir ki, hər bir iddiaçının cavabdehdən əldə etməyi arzuladığı hüquqi nəticə konkret göstərilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, qətnamənin icra mərhələsi məhkəmə araşdırmasının tərkib hissəsi hesab olunur. Qətnamənin nəticə hissəsi, dolayısı ilə qətnamənin əsasında verilən icra vərəqəsi konkret olmalı, kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olması, hansı tələbin borclusunun və tələbkarının kim olduğu aydın göstərilməlidir. Çünki icra vərəqəsində yalnız qətnamənin nəticə hissəsi göstərilir və hansı tələbin tələbkarının və borclusunun kim olduğu həmin hissədən müəyyən edilir. Yəni iddia ərizəsində göstərilən tələb elə aydın və konkret olmalıdır ki, iddianın təmin edildiyi və ya qismən təmin edildiyi təqdirdə icra məmuru borclunun hansı tələbkarın xeyrinə hərəkətlər etməli olduğunu müəyyən edə bilsin. Lakin iddia ərizəsindən görünür ki, hər bir iddiaçı ilə cavabdeh arasında bir-birindən müstəqil və fərqli müqavilələr bağlanmışdır, lakin irəli sürülən tələbdə cavabdehdən hansı iddiaçının xeyrinə hansı hərəkətləri etməli olması konkret göstərilməmişdir. Bu isə yönələn tələbin konkret olması prosessual qaydasına uyğun deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Cavabdehnə qarşı “öhdəliyin icrası” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçılara izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-5477/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5477/2022
22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver