Məhkəmə qərarları › İş №e-2(001)-548/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-548/2025

18.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-548/2025 18.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4, Müstəqil tələb irəli sürən üçüncü şəxs X9 nümayəndəsi və vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı “yaşayış evindən qeyri-qanuni sahiblik və istifadəyə xitam verilməsi və s.” tələbinə dair və iddiaçı(müstəqil tələb irəli sürən üçüncü şəxs) X9 cavabdeh İddiaçı qarşı “ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini artıraraq, məhkəmədən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş 140 kv.m 4 otaqlı olan fərdi yaşayış evindən cavabdehlerin sahiblik və istifadəsinə xitam verilməsi, əmlakın onların qeyri-qanuni sahibliyindən geri götürülməsi və əmlakın iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə reyestrdə ЗМ-484 № ilə qeyd olunmaqla təsdiq edilmiş ilkin alqı-satqı müqaviləsinə əsasən X16 Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsini və üzərində inşa edilmiş 140 kv.m 4 otaqlı olan fərdi yaşayış evini İddiaçı satmışdır. Alqı-satqı müqaviləsini isə X9 adından etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. Binəqədi rayon Xocəsən bələdiyyəsinin 14 avqust 2007-ci il tarixli, 19/08 saylı qərarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsi ərazisindəki 500 kv.m torpaq sahəsi X11 ayrılmışdır. Eyni zamanda 03 avqust 2016-cı il tarixli etibarnamədən görünür ki, X16 həmin torpaq sahəsindən 200 kv.m torpaq sahəsi və üzərindəki tikilini özəlləşdirmək, kadastr planı, sənədləşdirmə işləri aparmaq, məhkəmədə iştirak etmək, bank əməliyyatları aparmaq, tikinti işləri aparmaq, notariat kontorunda alqısatqı müqaviləsini rəsmiləşdirmək, müqavilə imzalamaq, rüsum ödəmək, pul almaq və tapşırıq yerinə yetirməklə bağlı ərizə vermək və digər hərəkətlər etməklə bağlı səlahiyyətləri Cavabdeh1 vermişdir. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra həmin evdə yaşayan X9 nümayəndəsi olan Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və digər ailə üzvləri 1 ay müddətində əmlakı tərk etməli olsalar da, dəfələrlə xəbərdar olunmasına baxmayaraq cavabdeh və onunla birlikdə yaşayan şəxslər əmlakdan qeyri-qanuni olaraq istifadə və sahiblik etməkdə davam edirlər. Hazırda cavabdeh və ailə üzvlərinin əmlakdan qeyri-qanuni olaraq istifadə və sahiblik edərək iddiaçıya təhvil verməməsi iddiaçının həmin əmlaka mülkiyyət hüququnun həyata keçirilməsinə mane olur. Ona görə də cavabdehin və onun ailə üzvlərinin əmlakdan qeyriqanuni istifadə və sahibliyinə xitam verilməsi ilə iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə yaradıla bilən maneələrin qarşısı alınmalıdır.

3. X16 isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında xx.xx.2023-cü il tarixində Bakı şəhəri 18 saylı notariat ofisində bağlanmış 3M-484 reyestr nömrəli ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu Xocəsən bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsi və üzəridə tikilən 140 kv.m 4 otaqlı fərdi yaşayış evi ona məxsusdur. Belə ki, Xocəsən Bələdiyyəsinin müvafiq qərarına əsasən torpaq sahəsi ona verildikdən sonra həmin torpaq sahəsində evin tikilməsi ilə bağlı Cavabdeh1 Bakı şəhəri 43 saylı notariat ofisində xx.xx.2016-cı il tarixində 7E-14074 reystr nömrəli etibarnamə vermişdir. Cavabdeh1 da, öz növbəsində qeyd olunan etibarnamə əsasında ona məxsus olan əmlakını ona bildirmədən, Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2023-cü il tarixində 3M-484 reyestr nömrəli “ilkin alğı-satqı müqaviləsi” əsasında cavabdeh İddiaçı satmışdır. Cavabdeh1 bildirdiyinə görə məcburiyyət qarşısında qalaraq bu addımı atmışdır. X14 qızı Şövkətin borcunu ödəməkdən ötrü evi borc qarşılığında şirkətin nümayəndəsinə satmaq üçün formal ilkin alğı-satqı müqaviləsi bağlamışdır. Lakin müqavilə üzrə nə Cavabdeh1 nə də ki, Şövkətə heç bir məbləğdə pul verilməmişdir. Bundan görünür ki, həmin müqavilə həqiqi niyyətlə bağlanmamışdır. Evin dəyəri 90000-100000 olduğu halda ilkin alğı-satqı müqaviləsində evin dəyəri formal olaraq 50000 kimi göstərilmişdir. Eyni zamanda pulun bir hissəsi verilib, qalan hissəsi alğı-satqı müqaviləsi bağlanarkən verilməli olduğu halda, ilkin alğı-satqı müqaviləsində pulun tam olaraq verilməsi göstərilmişdir. Hətta Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və iddiaçının ailə üzvləri ilə birlikdə mübahisəli Bakı şəhəri, Binəqədi rayonu Xocəsən bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsi və üzərində tikilən 140 kv.m 4 otaqlı fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1056/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilsə də, şahid ifadələri ilə müqavilənin formal alğı-satqı müqaviləsi olması öz təsdiqini tapır. Tərəflərin izahatları və iddiaya münasibəti:

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun və əvvəlki izahatlarının məzmununda izahat vermiş, iddiasını müdafiə etmiş və üçüncü şəxsin iddiasını qəbul etməmişdir.

6. Əvvəlki məhkəmə iclaslarında iddiaçı izahatında bildirmişdir ki, Cavabdeh1 Bina.az və “Tez Əmlak” internet saytında yerləşdirdiyi elan vasitəsi ilə tanımışdır. Cavabdeh1 ilə qarşılıqlı razılığa əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin qiymətini 75000 manata razılaşmış və bundan sonra notariat ofisində 2023-cü ilin aprel ayında X9 nümayəndələri ilə alqı-satqı müqavilələri bağlamışlar. Torpağın və fərdi yaşayış evinin dəyərini tam olaraq ödəməyinə baxmayaraq Cavabdeh1 və orada yaşayan yaxın qohumları əmlakı ona təhvil vermirlər və əmlakından istifadə etməyə ona mane olurlar. Bundan başqa o, vəkil kimi fəaliyyət göstərir və heç vaxt "xxxx" MMC-də işləməmişdir. Sadəcə olaraq alqı-satqı müqaviləsindən 8 ay sonra "xxxx" MMC-nin rəhbəri olan şəxs (həmdə BOKT sahibidir) BOKT-un işləri ilə bağlı onunla vəkil kimi müqavilə bağlamışlar. "xxxx" MMC-nin rəsmi işçisi deyil. Lakin bir neçə dəfə "xxxx" MMC-nin hüquqlarının müdafiə olunması üçün müqavilə bağlamışlar. Bundan başqa cavabdehlərlə alqı-satqı müqaviləsi bağlanandan təxminən 8-9 ay sonra "xxxx" ASC-də əlavə iş yeri kimi rəsmi işə düzəlmişdir. O, torpaq sahəsini və fərdi yaşayış evini alan zaman hətta X16 ilə də əlaqə saxlamaq istəsə də, lakin Cavabdeh1 X9 əlil və xəstə olduğunu əsas gətirərək evdən çıxa bilməyəcəyini bildirmişdir. Bundan başqa Şövkətin mənimsəmə etməsi barədə təxminən 2023-cü ilin may-iyun ayında audit rəyi də çıxarılmışdır. 25000 manat Pərvanəyə, 50000 manat isə İntiqama vermişəm. Bütün ödənişlər notariusun içərisində yerləşən bank vasitəsilə həyata keçirilmişdir. Əmlak ona 1 ay sonra təhvil verilsə də, sonradan təxminən avqust ayında Cavabdeh1 qıfılı dəyişdirərək evə daxil olmuş və evi ona verməkdən imtina etmişdir. Bununla bağlı 40-cı PB-nə müraciət etsə də, PB-də müraciətinin mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi bildirilmişdir. Rəşad adlı şəxs "xxxx" MMC-nin əməkdaşı deyildir. Rəşadı onunla İntiqam tanış etmişdir, həmin vaxt onların Rəşadla ortaq dostlarının olduğu müəyyən olmuşdur. Evin problemli olması barədə İntiqam ona məlumat verməmişdir. Əlavə olaraq bildirir ki, onun birbaşa Şahid ilə dostluq münasibətləri olmamışdır. Şahid ilə onun ortaq dostu vardır. Onun Şahid ilə heç bir işgüzar münasibətləri olmamışdır. Dostları ilə birgə Bakı şəhərində torpaq sahələri alaraq, 3 mərtəbəli fərdi yaşayış evləri tikib hər mərtəbəsini ayrı-ayrılıqda kirayəyə verirlər. Bu günə kimi Lökbatan qəsəbəsində fərdi yaşayış evi tikmişlər. Bundan başqa bildirmək istəyir ki, Cavabdeh3 müxtəlif vaxtlarda vatsap vasitəsilə Şahid yeyinti ilə bağlı etirafedici mesajlar yazmışdır. Həmin yazışmaları növbəti məhkəmə iclasında Şahid götürüb məhkəməyə təqdim edəcək. 2023-cü dekabr ayından "xxxx" ASC-də işləyir. 75000 manatı cavabdehlərə vermişdir.

7. İddiaçı məhkəməyə təqdim etdiyi yazılı məlumatda göstərir: İddiaçı tərəfindən daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən geri qaytarılması tələbi ilə açılmış mülki iş üzrə mübahisə predmeti ilə bağlı müstəqil tələb irəli sürən üçüncü şəxs X9 xx.xx.2023-cü il tarixində Bakı şəhəri 18 saylı notariat ofisində bağlanmış 3M-484 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə cavab olaraq və onun irəli sürdüyü iddiaların hüquqi əsassızlığını sübut etmək məqsədilə aşağıdakı hüquqi mülahizələr təqdim edilir. 1. Alqı-satqı müqaviləsinin qanunvericiliyə uyğun formada bağlanılması. Mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli, 3M-484 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə tam uyğun şəkildə bağlanmışdır. Mülki Məcəllənin 331-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən isə əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Müqavilə notarial qaydada təsdiqlənmişdir, tərəflər arasında hər hansı hüquqi əngəl olmamışdır və müqavilənin bütün müddəaları tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilmişdir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Müvafiq olaraq, İddiaçı, Cavabdeh1la bağladığı müqaviləyə əsasən, qanuni şəkildə daşınmaz əmlakın sahiblik və istifadə hüququna malikdir. 2. Müqavilə üzrə öhdəliklərin tam və düzgün yerinə yetirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən, tərəflər müqavilə ilə müəyyən edilmiş müddətdə öz öhdəliklərini icra etməyə borcludur. Belə ki, sözügedən alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulan bütün öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Mübahisə predmeti olan daşınmaz əmlakın alqı-satqısı zamanı ödəniş Cavabdeh1 notariusun depozit hesabı vasitəsilə həyata keçirilmişdir və bu faktı təsdiq edən kassa məxaric qəbzi mövcuddur. Bu fakt müqavilənin icra olunduğunu və ödənişin edildiyini tam şəkildə təsdiq edir. Qarşı tərəfin "bizə pul verilməyib" iddiası isə hüquqi və faktiki baxımdan tamamilə əsassızdır və müqavilə üzrə öhdəliklərin yerinə yetirildiyini inkar etməyə əsas vermir. 3. Müqavilənin hüquqi əhəmiyyəti və onun etibarsız sayılmasının mümkünsüzlüyü Əhədov Elşadın iddiasında müqavilənin etibarsız olması ilə bağlı irəli sürdüyü iddialar tamamilə yanlışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına əsasən, müqavilənin etibarsızlığı yalnız qanunda konkret olaraq göstərilən əsaslar olduqda mümkündür. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericiliyin mülki-hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olan əqdlər üzrə ilk olaraq onların etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməlidir. Belə ki, Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi). Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hazırkı iş üzrə Mülki Məcəllənin 339- 349-cu maddələrində əqdlərin etibarsızlığı üçün nəzərdə tutulmuş hüquqi əsasların heç biri mövcud deyil və sübut olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarlarında həmin əsasların izahı verilsə də, onların heç biri bu işə tətbiq edilə bilmir və iddiaçı Əhədov Elşad tərəfindən də sübut edilməmişdir. İddiaçının mövqeyinə əsasən, onun Cavabdeh1 verdiyi etibarnamə əsasında razılığının alınmaması, Mülki Məcəllənin müvafiq maddələrinə əsasən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsas təşkil etmir. Bundan əlavə, qanunvericiliyin tələbləri pozulmadığından, əqdin etibarsızlığına dair irəli sürülən iddialar hüquqi cəhətdən əsassızdır. Mövcud iş üzrə alqı-satqı müqaviləsi tam qanuni qaydada bağlanmış, əqdin hüquqi qüvvəyə malik olması üçün tələb olunan bütün prinsiplərə riayət edilmişdir. Qarşı tərəfin iddiaları isə subyektiv xarakter daşıyır və hüquqi baxımdan hər hansı əhəmiyyət kəsb etmir. 4. X9 iddia üzrə subyektiv hüququnun olmaması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən, iddia tələbinin məhkəmə qaydasında həll edilməsi üçün iddia qaldıran şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına əsasən, subyektiv hüquq öz hərəkətlərinə hüquqi ixtiyar, başqa şəxslərdən tələb etmə hüququ və müdafiə hüququ kimi üç əsas elementin məcmusundan ibarətdir. Həmin prinsip əsas götürülməklə, müqavilənin etibarsız hesab edilməsi tələbi irəli sürən üçüncü şəxs X16 bu iddianı irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. Belə ki, o, özü etibarnamə əsasında öz adından əmlakın satılması üçün Cavabdeh1 səlahiyyət vermişdir. İddiaçı X16 tərəfindən Cavabdeh1 verilmiş etibarnaməyə əsasən, sonuncu müvafiq əmlakın alqı-satqısını həyata keçirmək üçün tam hüquqi səlahiyyətə malik olmuşdur. X6 əmlakın satışına razı olmasaydı, həmin etibarnamə üzrə müvafiq səlahiyyətin ötürülməsini təsdiq etməzdi. Etibarnamənin mövcudluğu və onun əsasında alqı-satqı müqaviləsinin icra edilməsi faktı, mübahisələndirilmənin əsassız olduğunu təsdiqləyən mühüm hüquqi əsaslar yaradır. Eyni zamanda bu səlahiyyətdən irəli gələrək, etibarnamə sahibi olan Cavabdeh1 həmin daşınmaz əmlak üzrə alqı-satqı müqaviləsi bağlamış, bu əməliyyat notariat orqanı tərəfindən qanuni qaydada təsdiq edilmişdir. Bundan başqa, tərəflər arasında aparılan ödəniş prosesi mövcud kassa qəbzi ilə təsdiq olunmuş, yəni alıcı olan İddiaçı ödənişi tam şəkildə Cavabdeh1 notariusun deposit hesabı vasitəsilə köçürmüşdür. Eyni zamanda Cavabdeh1 etibarnamə əsasında bağlanmış alqısatqı müqaviləsinə dair irəli sürdüyü iddialar əsassızdır və Əhədov Elşadla hər hansı hüquqi əlaqəsi mövcud deyil. Xüsusilə, İntiqamın "xxxx" MMC ilə bağlı iddialarının Elşada aidiyyəti olmadığı üçün sonuncunun bu əsasla müqavilənin etibarsız hesab edilməsi üçün iddia qaldırmaq hüququ yoxdur. Eyni zamanda, torpaq sahəsinin qalan hissəsinin digər Satıcıdan alqı-satqı müqaviləsi əsasında əldə edilməsi və 25 000 (iyirmi beş min) AZN məbləğin notariusun depozit hesabı vasitəsilə Satıcıya ödənilməsi, Alıcının torpaq sahəsini tam şəkildə əldə etmək niyyətini açıq şəkildə ifadə edir. 5. İddiaçının satış barəsində əvvəldən məlumatlı olması və müraciətin gecikdirilməsi Mübahisəyə səbəb olan daşınmaz əmlakın satışı ilə bağlı qarşı tərəfin əvvəldən məlumatı olmuş, hətta satışı üçün elan yerləşdirilmişdir. İddiaçının müqavilənin bağlanmasından uzun müddət keçdikdən sonra bu məsələ ilə bağlı iddia irəli sürməsi onun iddialarının qeyri-ciddi və hüquqi baxımdan əsassız olduğunu sübut edir. Əgər iddiaçı alqı-satqı müqaviləsi ilə bağlı hər hansı hüquqi etiraz irəli sürmək niyyətində idisə, bunu məqbul və hüquqi cəhətdən əsaslandırılmış müddət ərzində etməli idi. Çünki müqavilənin bağlandığı dövrdən etibarən hüquqi və faktiki hallar dəyişmədiyi halda, hazırda bu iddianın irəli sürülməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər. 6. İddia müddətinin tətbiqi Digər vacib faktor ondan ibarətdir ki, iddia müdətinin tətbiqi ilə bağlı olaraq Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi üçün iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülməlidir. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Həmin normaya əsasən, X16 tərəfindən iddianı irəli sürmək üçün iddia müdəti ötürülmüşdür və Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, iddia müdəti keçmiş olduqda, iddia edilən tələbin məhkəmə tərəfindən təmin olunmaması üçün hüquqi əsas yaranmış olur. Yuxarıda qeyd edilən hüquqi əsaslara və iş üzrə mövcud faktlara istinad edərək, X9 xx.xx.2023-cü il tarixli 3M-484 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş edir.

8. İddiaçı məhkəməyə təqdim etdiyi etirazında göstərir: İddiaçı tərəfindən daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət olunmuşdur və həmin mülki iş halhazırda sizin icraatınızdadır. İcraatınızda olan 2(001)-5924/2024 saylı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 tərəfindən verilən iddia ərizəsində tərəflər arasında xx.xx.2023-cü il tarixində Bakı şəhəri 18 saylı notariat ofisində bağlanmış 3M-484 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinin etibarsız əqd olunduğu bildirilmişdir. İddiaçı Elşadın bəyanatına əsasən, o, tikintisi aparılmış 4 otaqlı fərdi yaşayış evinin sahibidir və bu əmlakın satışını Cavabdeh1 heç bir zaman həyata keçirməmişdir. İddiaçı əmlakın Cavabdeh1 yalnız tikinti məqsədilə verildiyini və heç bir zaman satış məqsədini güdmədiyini iddia edir. Lakin, faktiki olaraq, həmin torpaq sahəsi bələdiyyə torpağı olduğuna görə, alqı-satqı müqaviləsi bağlanmamış və yalnız etibarnamə əsasında mülkiyyətin ötürülməsi təmin edilmişdir. Beləliklə, qeyd olunan hadisələr göstərir ki, Xocəsən Bələdiyyəsinin qərarı ilə X11 verilmiş torpaq sahəsi etibarnamə əsasında Cavabdeh1 satılmışdır. Həmçinin, Cavabdeh1 əvvəlki məhkəmə proseslərində öz bəyanatlarında dəfələrlə vurğulamışdır ki, "bu ev mənimdir", bu əmlak onun mülkiyyətində olub və evin satışı qızı Şövkətin borcunu ödəmək məqsədilə həyata keçirilib. Buna əsasən, Elşadın iddialarının əksinə, əmlakın satılması və mülkiyyətin ötürülməsi prosesi Cavabdeh1 tərəfindən qanuni şəkildə aparılmışdır. Eyni zamanda, İddiaçı Elşadın ərizəsində Cavabdeh1 və İddiaçı arasında bağlanan ilkin alqı-satqı müqaviləsinin formal olaraq bağlandığı və müqavilə üzrə heç bir ödənişin edilmədiyi iddia edilməkdədir. Lakin bu iddialar əsassızdır və doğru deyildir. Belə ki, ilkin alqı-satqı müqaviləsi yalnız torpaq sahəsinin bələdiyyə torpağı olması və bu torpağın hüquqi vəziyyətinin düzgün tənzimlənməsi məqsədilə bağlanmışdır. Bu müqavilə, əmlakın rəsmi olaraq satılmasını və mülkiyyətin ötürülməsini təmin edən hüquqi bir sənəddir. Bundan əlavə, Elşadın təqdim etdiyi iddialara zidd olaraq, əmlakın faktiki dəyəri tam şəkildə ödənilmişdir. Belə ki, X5 etibarnamə əsasında torpaq sahəsinin bir hissəsinin verilməsi ilə əlaqədar olaraq, qalan torpaq sahəsi üzrə Nəzərova Pərvanə ilə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında 25,000 AZN məbləği ödənilmişdir. Bu, əmlakın faktiki alışı üçün tam ödənişin həyata keçirildiyini və ilkin alqı-satqı müqaviləsinin əmlakın real satışını təmin etmək məqsədilə bağlandığını göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, qeyd olunanlardan görünür ki, X9 iddiası əsassızdır və rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, X9 xx.xx.2023-cü il tarixli 3M-484 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi üzrə iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı xahiş edir.

9. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X9 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun və eyni məzmunlu izahat vermiş, iddiasını müdafiə etmişdir.

10. Əvvəlki məhkəmə iclasında iştirak edən X9 nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, ilk əvvəl alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişlər, lakin məhkəmə iddianı rədd etmişdir. Həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti versələr də, sonradan apellyasiya şikayətindən subyektiv hüquqları olmadığı üçün imtina etmişlər. Cavabdeh1 mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisinə məlumat verməmişdir. Ona görə də, hazırda X17 hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Faktiki olaraq mübahisəli fərdi yaşayış evində X17 yaşayır və evə dair bələdiyyə qərarı ilə torpaq sahəsi X12 ayrılmışdır. Xocəsən Bələdiyyəsinin müvafiq qərarına əsasən torpaq sahəsi X12 verildikdən sonra həmin torpaq sahəsində evin tikilməsi ilə bağlı Cavabdeh1 etibarnamə vermişdir. Cavabdeh1 da, öz növbəsində qeyd olunan etibarnamə əsasında ona məxsus olan əmlakını ona bildirmədən, Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2023-cü il tarixində “ilkin alqı-satqı müqaviləsi” əsasında cavabdeh İddiaçı satmışdır. Cavabdeh1 bildirdiyinə görə məcburiyyət qarşısında qalaraq bu addımı atmışdır. X14 qızı Şövkətin borcunu ödəməkdən ötrü evi borc qarşılığında şirkətin nümayəndəsinə vermək üçün formal ilkin alğı-satqı müqaviləsi bağlamışdır. Lakin müqavilə üzrə nə Cavabdeh1 nə də ki, Şövkətə heç bir məbləğdə pul verilməmişdir. Bundan görünür ki, həmin müqavilə həqiqi niyyətlə bağlanmamışdır. Eyni zamanda pulun bir hissəsi verilib, qalan hissəsi alqı-satqı müqaviləsi bağlanarkən verilməli olduğu halda, ilkin alqı-satqı müqaviləsində pulun tam olaraq verilməsi göstərilmişdir. X3 İntiqam Camal oğluna pul verərək torpaq sahəsində ev tikməsini və müvəqqəti olaraq orada yaşamasını bildirmişdir. Rəşad Xətai Rayon Məhkəməsində izahat verərəkən, alqı-satqının formal olduğu müəyyən olunmuşdur. Belə ki, əvvəlcədən Şövkətin MMC-də mənimsəmə etməsi Vüqara məlum olmuşdur. Ona görə də, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixində Bakı şəhəri 18 saylı notariat ofisində bağlanmış 3M-484 reyestr nömrəli ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir və bu barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim edir. X16 ilə Cavabdeh1 arasında dost münasibətləri vardır. İddiaçı mübahisəli fərdi yaşayış evini formal olaraq almışdır. Belə ki, başqa məhkəmə prosesində İddiaçı "xxxx" MMC-də işləməsi müəyyən olunmuşdur. "xxxx" MMC-nin şikayəti əsasında Cavabdeh1 qızı Şövkət barəsində mənimsəmə ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 əvvəlki məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir.

12. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iddiasının icraata qəbul edilməsinə etiraz etmir. Əlavə olaraq bildirir ki, keçən ilin aprel ayında yoldaşı guya qızının 140000 manatdan artıq mənimsəmə etməsini bildirmişdir. O, qızının işlədiyi "xxxx" MMC-yə gedərək oranın rəhbərliyi ilə məsələni aydınlaşdırmaq istəmiş, orada Rəşad adlı şəxs MMC-nin rəhbəri Mədət müəllimin onu qəbul etmək istəmədiyini bildirmişdir. Bundan sonra Rəşad onlara gələrək pulu tələb etmişdir. O isə evindən başqa heç bir əmlakının olmadığını bildirmişdir. Rəşad ondan 15 gün müddətində evi sataraq 96000 manat pulu verməyi tələb etdi. O, evi satmaq üçün intenet elan saytına yerləşdirsə də, ev satılmamışdır. Bundan sonra Rəşad hazırki iddiaçı olan İddiaçı ilə onlara gəlmiş və evə baxıb getmişlər. Daha sonra Rəşad evi Vüqara satmağı bildirmişdir. O da, notariat ofisində etibarnamə əsasında evi Vüqara satmışdır. Həmin zaman Rəşadda onlarla olmuşdur. O evi satan zaman yalnız müqaviləni imzalamış, ona pul verilməmişdir. Alqısatqıdan sonra evdən çıxmış və 9 ay kirayədə qalmışdır. Daha sonra tanışları evinin qanunsuz yolla onun əlindən alındığını izah etdilər və o, evinə köçmüşdür. Daha sonra isə Telman müəllimlə müqavilə bağlamışdır. X11 məxsus 5 sot torpaq sahəsinin 2 sotunu özü, 3 sotunu Pərvanə almışdır. Torpağa görə Elşada Pərvanə ilə ayrı-ayrılıqda 12000 manat pul vermişlər. Daha sonra Pərvanənin də torpaq hissəsini 5000 manat verərək almış və Pərvanəyə 7000 manat borcu qalmışdır. Notariusda iddiaçı tərəfindən Pərvanəyə 7000 manat pul verilmişdir. Onlara pul verilməmişdir. Notariat ofisində Vüqar təklikdə notariusun yanına girib-çıxırdı, onlar isə sadəcə sənədləri imzalayırdılar.

13. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, ilk əvvəl 168000 manat yeyintinin olduğu ona bildirilmişdir. O da, müştərilərlə əlaqə saxlamış, onların bəzisi, heç bir məhsul almadıqlarını bildirmişlər. Daha sonra yeyintinin miqdarının 80000 manat təşkil etdiyini bildirmişlər. Məsələ ilə bağlı araşdırma aparmaq istəsə də, MMC-nin rəhbərliyi araşdırma aparmağa icazə verməmiş və araşdırmanın özləri tərəfindən aparılacağını bildirmişlər. Onu hətta evə buraxmamışlar və saat 22:00-dək işdə saxlamışlar. Ona guya müştərilərin ödəniş etmələri barədə qəbzləri imzalamağı, əks təqdirdə isə ona hədə qorxu gələrək pulları qaytarmayacağı təqdirdə ayağına qandal vurulacağını, uşağını görməyəcəyini və azadlıqdan məhrum ediləcəyimi bildirmişlər. O da qorxu altında təqdim edilən sənədləri oxumadan imzalamışdır. O, prokurorluqda həmin sənədlərlə tanış olan zaman hansı sənədi imzaladığını bilmişdir. O, prokurorluqda həmin qəbzlərin eyni qələmlə, eyni gündə imzalandığını bildirmişdir. Halbuki, müştərilər ayrı-ayrı vaxtlarda məhsullar almışlar. "xxxx" MMC-nin daxili kredit forması var idi. Misal üçün müştəri bəyəndiyi 3000 manatlıq məhsula görə 100 manat beh verirdi, məhsul isə Rusiya Federasiyasından və Tükiyə Respublikasından gətirilirdi. Məhsulun nə vaxt müştəriyə çatdırılacağı və quraşdırılacağı artıq onlara aidiyyəti olmurdu. Onlar müştərinin verdiyi 100 manatı baş ofisə göndərirdilər. Sonradan müştərinin adında borc görünürdü. Müştəri ilə isə borc barədə əlaqə saxlanılan zaman məhsulu götürməsinin yadından çıxdığını, yaxınlaşıb ödəniş edib məhsulu götürəcəyini bildirirdi. MMC-də bununla bağlı boşluqlar çox idi. Rəhbərlik tərəfindən müştərinin borcları barədə bizə məlumat veriləndən sonra müştəri ilə əlaqə saxlayırdıqlar. Elə müştəri olurdu ki, hətta məhsulun ona çatdırılmadığını bildirirdi. Məhsul olmaya olmaya müştərinin adına borc yazılırdı. Ümumiyyətlə "xxxx" MMC-nin maliyyə şöbəsində çoxsaylı problemlər var. MMC-nin başqa mağaza direktorları barəsində də şikayət edilmişdir. Bundan başqa Şahid "xxxx" ASC-də problemli kreditlər şöbəsində işləyir. "xxxx" ASC isə "xxxx" MMC-nin bir qoludur. Rəşad ona zəng edərək İddiaçı "xxxx" MMC-nin vəkili olduğunu və evi almaq üçün baxış keçirəcəyini bildirmişdir. Lakin Rəşad və Vüqar sonradan bir-biri ilə tanış olduqlarını inkar etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında İddiaçı "xxxx" MMC-nin vəkili olduğu müəyyən edilmişdir. O, bu məsələlərə görə uzun müddət stressdə olmuş, hətta bir neçə dəfə intihara cəhd etmişdir. Hətta bununla bağlı xəstəxanada yatmış və müalicə almışdır. Məsələ barədə prokurorluğun qaynar xəttinə şikayət etmiş. Sonuncu dəfə 1 həftə əvvəl yenidən izahatı alınmışdır. Ona notariat ofisində pul verilməmişdir. İddiaçı ona pul verdiyini iddia edirsə, notariat ofisində video müşahidə aparılır, kamera görüntülərini təqdim etsin. Viona” MMC barəsində prokurorluğa şikayət etdikdən sonra, onlar da onun barəsində prokurorluğa şikayət etmişlər. Hələ ki, cinayət işi başlanmayıb. Onlar oktyabr ayında, qarşı tərəf isə dekabr ayında prokurorluğa şikayət etmişdir. Alqı-satqı müqaviləsi bağlanandan sonra 10000 manat məbləğində borc müqaviləsi və əlavə 10000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. Yoldaşı kredit müqavilsinə zamin durmuşdur. Hətta həmin zaman yoldaşı Masallı rayonunda işləyirdi və zaminlik müqaviləsinə Masallı rayonunda yerləşən Perla mağazasında imzalamışdır. Prokurorluğa şikayət edənə kimi, yoldaşı ödənişləri edirdi. Daha sonra isə ödəniş etmədilər. Hazırda 10000 manatdan 600 manat borcları qalmışdır. İkinci 10000 manat isə ödənilməyib. İcra qeydinə əsasən yoldaşının əmək haqqısına yönəlmişdir. Hədə qorxu gəlindiyi üçün Rəşada etiraf edici mesajlar göndərmişdir. Alqı-satqı bağlanandan sonra Rəşada mesaj yazmışdır. Əvvəllər Rəşadı tanımamış, evi almaq üçün gələndə görmüşdür. Rəşad evin "xxxx" MMC-nin vəkilinin almaq istəməsini bildirmişdir. Onlar həmin ərəfədə evi internet saytına 90000 manata qoymuşdular. Ona notariat ofisində pul verilməmişdir.

14. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında bildirmişdir ki, yoldaşının izahatını təsdiq edir. Əlavə olaraq bildirir ki, məsələlər ortaya çıxanda o, Masallı rayonunda işləyirdi. Rəşad ona zəng edərək, evin 50000 manata satıldığını bildirmişdir. O, isə zamin olduğu müqaviləyə görə bir müddət ödəniş etməsə də, sonradan icra məmuru borcu əmək haqqına yönəltmişdir. Bundan başqa onlar yeyintini edən şəxslərin adlarını "xxxx" MMC-yə bildirsələr də, heç bir araşdırma aparmadılar. Vüqarı tanımamış, həmin şəxsi ilk dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsində görmüşdür. Yoldaşının borcu olduğunu bildikdən sonra evi internet saytına 90000 manata satışa qoymuş və öz nömrəsini qeyd etmişdir. Lakin Rəşad ona zəng edərək evə müştərini tapdığını və təcili evi satmalarını bildirmişdir. Rəşada bir az gözləyib evi daha baha satmağı təklif etsə də, razılaşmamışdır.

15. Lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh2 və Cavabdeh5 məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbi barədə məlumat verməmişdir.

16. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, evin satışından MMC-yə ödəniş edilməmişdir.

17. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid izahatında bildirmişdir ki, "xxxx" ASC-də çalışır. "xxxx" MMC ilə BOKT arasında hər hansı xidməti müqavilə olmasa da, hər iki hüquqi şəxsin təsisçisi eynidir. Yəni, hər iki şirkət eyni şəxsə məxsusdur. "xxxx" MMC-nin problemli kreditlərini şifahi tapşırıq əsasında o həyata keçirmişdir. Ümumiyyətlə borc yığımı zəif olan mağazaları mütəmadi olaraq nəzarətdə saxlayırlar və bu mağazalardan biri də, həmin İnşaatçılarda olan mağaza olmuşdur. Bu səbəbdən yoxlama məqsədilə həmin mağazaya getmiş və müstəqil olaraq, ayrı otaqda siyahı üzrə borclulara zəng vurmağa başlamışdır. Bəzi müştərilər borclarının olmadığını, pulları xanımın kartına atdıqlarını, bəziləri ümumiyyətlə sifarişlərinin yerinə yetirilmədiyini, yəni mal almadıqlarını bildirmişlər. Məlum olmuşdur ki, xanım piramida quraraq, bunun pulunu ona, onun pulunu başqasının adına rəsmiləşdirməklə və ya baş tutmayan alğısatqıları baş tutmuş kimi göstərmişdir. Siyahı üzrə borcluların yarısına çatmamış xanım otağa gəlmiş və başqa müştərilərə zəng vurmamağı xahiş etmişdir. Məlum oldu ki, onun zənglərindən sonra, borclular xanıma zəng etmiş, xanım da, şikayətlərdən qorxaraq, zəngləri dayandırmağı xahiş etmişdir. Daha sonra siyahı üzrə birlikdə yoxlamalar aparmışlar və məlum olmuşdur ki, 96000-97000 manat vəsait ortada yoxdur. Bundan sonra xanımı prokurorluğa şikayət edəcəyini bildirmişdir. Xanım əvvəlcə anası, daha sonra atası ilə gələrək, ondan şikayət edilməməsini xahiş etmiş və evlərini satıb, borcu ödəyəcəyini bildirmişdir. İnandırıcı olmaq üçün isə evin satışa çıxarılmasını əks etdirən elanı göstərmişlər. Evin satılmadığını görüb, ortaq tanışları vasitəsilə torpaq alğı-satqısı ilə məşğul olan Vüqara ismarıc göndərmişdir. Vüqar isə bu işlə maraqlanmış, onunla birlikdə bir neçə dəfə evə gedib baxmışdır. Xanımın atası ilə aralarında olan danışığa görə ev satılacaq, pulun bir hissəsinə başlarını sala biləcəkləri bir ev alınacaq, qalan məbləğ isə borcun ödənilməsinə yönəldiləcək. Lakin alğı-satqıdan sonra xanımın atası onlara pul verməmişdir. Alğı-satqı zamanı orada olsa da, pulun niyə verilmədiyini soruşmamışdır. Ona hər hansı bir vəsait verilməmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar:

18. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 19/08 saylı qərarından görünür ki, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 500 kv.m torpaq sahəsi alğı-satqı yolu ilə vətəndaş X9 mülkiyyətinə verilməsi qərara alınmışdır.

19. X16 tərəfindən Cavabdeh1 verilən xx.xx.2016-cı il tarixli, AR-İ seriyalı, 471087 saylı etibarnamədən görünür ki, X16 Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 19/08 saylı qərarına əsasən verilmiş fərdi yaşayış evinin tikintisi üçün Xocəsən qəsəbə bələdiyyəsi ərazisində yerləşən 500 kv.m torpaq sahəsindən 200 kv.m torpaq sahəsini və üzərində olan tikilini özəlləşdirməyi, sənədləşdirmə işləri aparmağı, həbsdə və girovda olmaması barədə arayışı aldıqda sərəncam verməyi, reyestrdən çıxarış almağı, tikinti işlərini aparmağı, notariat kontorunda alğı-satqı müqaviləsini rəsmiləşdirməyi və s.hərəkətləri etməyi Cavabdeh1 80 il müddətinə xx.xx.2096-cı il tarixinə kimi etibar etmişdir.

20. X1 əvəzinə Cavabdeh1 ilə alıcı İddiaçı arasında bağlanan xx.xx.2023-cü il tarixli ilkin alğı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsini 19/08 saylı, xx.xx.2007-ci il tarixdə verilmiş qərara əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsi ərazisində fərdi yaşayış evnin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsini və üzərində tikilən 140 kv.m 4 otaqlı fərdi yaşayış evini alıcıya 50000 manat satmışdır. İkinci tərəf 50000 manatı notariusun banka açılmış depozit hesabı vasitəsilə birinci tərfə satıcıya ödədi.

21. Günay Bank ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli, xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən alğı-satqı müqaviləsi əsasında 50000 manat ödəniş edilmişdir.

22. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1056/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 cavabdeh İddiaçı qarşı ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası, Cavabdeh1 həmin iddianı qaldırmağa subyektiv hüququ olmaması səbəbindən rədd edilmişdir. Qətnamədə işin faktiki halı kimi qeyd edilir: E.Əhədov 200 kv.m-lə bağlı hazırkı iş üzrə iddiaçıya, 300 kv.mlə bağlı isə X5 etibarnamə vermişdir. Hazırkı iş üzrə iddiaçı etibarnamə əsasında ona verilmiş 200 kv.m ərazi üzərində olan tikili ilə birlikdə həmin sahəyə sahiblik etməyə başlamış, daha sonra P.Nəzərova ilə razılığa gələrək ona etibarnamə əsasında verilmiş 300 kv.m torpaq sahəsini də öz istifadəsinə qəbul etmişdir. Bunun müqabilində o, sonuncuya 12.000 manat verməyi öhdəsinə götürmüşdür. Bu məbləğdən 5.000 manat P.Nəzərovaya ödənilmiş, iddiaçının ona 7.000 manat borcu qalmışdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

23. Cavabdeh3 əmək müqaviləsi ilə "xxxx" MMC-də mağaza müdiri vəzifəsində çalışmışdır. 2023-cü ilin mart-aprel ayında mağazada aparılan yoxlama zamanı Cavabdeh3 hüquqi şəxsin əmlakını mənimsəməsi barədə əsaslı şübhələr yaranmışdır. Yoxlamanı "xxxx" MMC-nin direktoruna (Mədəd) məxsus olan və MMC ilə hər hansı hüquqi bağlılığı olmayan "xxxx" ASC-də işləyən problemli kreditlər şöbəsinin əməkdaşı Şahid aparmışdır. Yoxlamanın qeyri-rəsmi nəticəsinə görə Cavabdeh3 hüquqi şəxsin təxminən 100000-ə yaxın vəsaitini mənimsədiyi müəyyən edilmişdir. Bundan sonra Cavabdeh3 mənimsədiyi vəsaiti MMC-yə qaytarması, əks halda hüquq mühafizə orqanlarına şikayət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh3 valideynləri ilə olan danışıqlardan sonra atası Cavabdeh1 zərəri qarşılamaq üçün fərdi yaşayış evinin olduğunu və onu satıb zərəri qarşılayacağını bildirmişdir. Bu məqsədlə Cavabdeh1 etibarnamə əsasında X7 aldığı Bələdiyyə qərarına əsasən X11 ayrılmış torpaq sahəsini, onun üzərində yerləşən fərdi yaşayış evini və X2 nisyə aldığı torpaq sahəsi (X5 7000 manat borcu qalmışdır) ilə birlikdə vahid əmlak kimi internet saytında satışa qoymuşdur. Satış qiymətinin yüksək qoyulmasından narazı olan Şahid Cavabdeh1 tələsdirmiş və tanışı kimi qələmə verdiyi İddiaçı müştəri kimi Cavabdeh1 ilə tanış etmişdir. İddiaçı məhkəmə iclaslarında əvvəlcə tanımadığı(ev elanından sonra Cavabdeh1 vasitəsilə tanıdığını), daha sonra ortaq tanışları vasitəsilə tanıdığını bildirdiyi Şahid ilə evə baxış keçirmiş və Cavabdeh1 ilə qiymət barədə müzakirələr aparmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh1 etibarnamə üzrə nümayəndə kimi iştirak etdiyi X16 və X8 arasında alqı-satqı müqaviləsi mahiyyətli ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Eyni vaxtda "xxxx" MMC və "xxxx" ASC ilə Cavabdeh3 arasında həm notarial qaydada borc müqaviləsi, həm də kredit müqaviləsi bağlanmışdır. İlkin alqı-satqı müqaviləsi bağlanan vaxt həmçinin İddiaçı ilə X8 arasında da ilkin alqı-satqı müqaviləsi (25000 manat qiymətlə) bağlanmış və şifahi nisyə alqı-satqı müqaviləsi zamanı Cavabdeh1 borclu qaldığı 7000 manat X5 ödənilmişdir. İlkin alqı-satqı müqaviləsindən 1 ay sonra Cavabdeh1 ailə üzvləri ilə birlikdə evdən çıxsalar da, 6 ay sonra evə qayıtmışlar. xx.xx.2023-cü il tarixdə İbişov X10 Vüqar Rasim oğluna qarşı ilkin-alqı satqı müqaviləsinin etibarsızlığı tələbi ilə Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiası təmin edilməmişdir və qətnamə belə əsaslandırılmışdır ki, ilkin alqı-satqısı həyata keçirilən sahə və üzərində tikilən fərdi yaşayış evi X11 ayrılmışdır, Cavabdeh1 etibarnamə əsasında onun nümayəndəsidir, onun öz adından iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Həmin qətnamədən apellyasiya şikayəti verilsə də, iddiaçı sonradan məhkəmənin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətindən imtina etmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bu ərəfədə "xxxx" MMC tərəfindən Cavabdeh3 əməlləri barədə prokurorluğa müraciət edilmiş və prokurorluqdan vurulan zərərin evin verilməsi və kredit müqaviləsinin bağlanılması yolu ilə qarşılandığına görə bu barədə məhkəmə mübahisələri bitdikdən sonra yenidən prokurorluğa müraciət etmək hüququnun olması "xxxx" MMC-yə izah edilmişdir. Bununla yanaşı Cavabdeh3 da "xxxx" MMC-dən prokurluğa şikayət etmişdir. Daha sonra hazırki iş üzrə icraat başlanmışdır.

24. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid və "xxxx" MMC-nin nümayəndəsi ilkin alqı-satqı müqaviləsindən sonra onlara hər hansı vəsait ödənilmədiyini, bunun səbəbini soruşmadıqlarını, İddiaçı isə pul vəsaitini notariusun depozitinə köçürdükdən sonra pulun aqibəti barədə maraqlanmadığını bildirmişdir. Tətbiq edilən maddi hüquq normaları:

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

26. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

27. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

28. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

29. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

30. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

31. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

32. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

33. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

34. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

35. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.

36. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur.Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər.Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir.

38. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).

39. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmənin mövqeyi:

40. Məhkəmə əvvəla qeyd edilməsini zəruri hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməsi ilk iddianın təmin edilməsini aradan qaldırır. Belə ki, ilk iddianın əsasını sahiblik hüququnun müdafiəsi təşkil etsə də, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının əsasını həmin hüququn əsasını təşkil edən müqavilənin etibarsızlığı təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, əqdin etibarsızlığı məsələsinə hüquqi qiymət verilməsi hər iki iddia üzrə məhkəmənin əsaslandırması üçün yetərlidir.

41. Məhkəmənin işin müəyyən edilmiş faktiki halları əsasında gəldiyi qənaətə görə İddiaçı ilə X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsi etibarsızdır. Belə ki, ilkin-alqı satqı müqaviləsi üzrə X1 nümayəndəsi Cavabdeh1 müqavilə bağlamağa məcbur edilmişdir.

42. Məhkəmənin bu qənaəti ondan irəli gəlir ki, birincisi İddiaçı hazırki münasibətlərin təsadüfi iştirakçısı olduğunu bildirsə də, onun həm "xxxx" MMC ilə, həm "xxxx" ASC ilə işgüzar münasibətlərdə olduğu, Şahid ilə şəxsi tanışlığı olduğu müəyyən edilmişdir. Çünki İddiaçı məhkəmə iclaslarında əvvəlcə mübahisəli evi internet elanında gördüyünü, Şahid ev sahibi Cavabdeh1 vasitəsilə tanıdığını, daha sonra Şahidla ortaq dostlarının olduğunu bildirsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində evin internet elanının onun tərəfindən İddiaçı göndərildiyini demişdir. Bundan əlavə İddiaçı "xxxx" MMC ilə və "xxxx" ASC ilə bir başa işgüzar münasibətlərdə olmuş, 2021-ci il tarixdən MMC-nin işlərində vəkil kimi çıxmış, hazırda da "xxxx" ASC-də isə əmək müqaviləsi üzrə çalışır. Eyni zamanda həm Şahid, həm də "xxxx" MMC-nin nümayəndəsinin ilkin alqı-satqı müqaviləsindən sonra Cavabdeh1 onlara hər hansı məbləğdə vəsait ödəmədiyi barədə izahatları da məhkəmədə iddiaçının baş verən hadisələrin təsadüfi iştirakçısı olmadığı qənaəti yaratmışdır. Belə ki, "xxxx" MMC-nin əmlakını mənimsəmədə günahlandırılan Cavabdeh3 ailəsinə məxsus olan evin vurulmuş zərərin əvəzi qismində MMC-yə təklif edilməsi, MMC ilə bağlılığı olan şəxslərin bu rəsmiləşdirməni həyata keçirməkdə birbaşa notariat ofisində iştirak etməsi, notariusun depozit hesabı vasitəsilə pul əməliyyatlarının aparılması, müqavilədə göstərilən məbləği satıcı aldıqdan sonra MMC-yə ödəməkdən imtina etməsi və bunun nə İddiaçı, nə də "xxxx" MMC tərəfindən mübahisələndirilməməsi, həmin prosesin gedişində X5 real olaraq 7000 manat vəsaitin ödənilməsi kimi məqamlar iddiaçının müstəqil alıcı kimi yaratmağa çalışdığı mənzərənin məntiqi ardıcıllığına uyğun gəlmir. Bundan başqa İddiaçı vəkillik fəaliyyətindən kənar ortaqları ilə boş torpaq sahəsi alıb, orada kirayə verilməsi məqsədilə otaqlar tikərək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirsə də, həqiqətən bu cür fəaliyyətlə məşğul olduğu sübut edilmiş olsa belə, mübahisələndirilən ilkin alqı-satqı müqaviləsinin o məqsədlə bağlanmadığı şübhəsini aradan qaldırmır. Belə ki, əvvəla mübahisəli fərdi yaşayış evinin ayrıca otaq kimi kirayəyə verilməsi münasib olmamaqla, kifayət qədər yüksək məbləğdə vəsait ödəməklə onun yerində(sökülərək) gələcəkdə kirayə verilməsi üçün ayrıca otaqların inşa edilməsi məqsədilə alınması da inandırıcı deyildir.

43. İkincisi, əgər Cavabdeh3 MMC-nin əmlakını mənimsəmişdirsə və ilkin alqısatqı müqaviləsindən sonra notariusun depozit hesabından məxaric edilən vəsait bildirdiyinə görə MMC-yə ödənilməmişdirsə 1 il müddətində hüquq mühafizə orqanlarına müraciət edilməməsinin və vurulan zərərin 100000 manat olmasına baxmayaraq, yalnız hər biri 10000 manat olmaqla 2 kredit müqaviləsi bağlanılmasının yalnız bir məntiqli açıqlaması ola bilər. Deməli, "xxxx" MMC işçinin ailə üzvünə məxsus olan fərdi yaşayış evini özünün təyin etdiyi şəxsin, yəni iddiaçının adına rəsmiləşdirilməsi yolu ilə və zərərin çatışmayan hissəsi həddində kredit müqavilələri bağlamaqla istədiyi nəticəyə nail olmuşdur. Hansı ki, işəgötürən "xxxx" MMC işçinin hərəkətləri barədə hüquq mühafizə orqanlarına ilkin alqı-satqı müqaviləsinin etibarsızlığı barədə məhkəmə mübahisəsindən sonra, 2024-cü ilin iyul ayında müraciət etmişdir.

44. Üçüncüsü, əgər işçinin cinayət əməli nəticəsində işəgötürənə zərər dəymiş idisə və işçi ailəsinə məxsus evi sataraq vurulan zərərin əvəzini ödəmək niyyətində idisə, bu halda işçinin marağında olmalı idi ki, ev tez satılsın və məsələ hüquq mühafizə orqanları tərəfindən araşdırılmasın. Halbuki, Şahid evin yüksək qiymətə satışda olduğunu əsas gətirərək, prosesi sürətləndirmək adı ilə həm MMC-nin rəhbərliyinin, həm də özünün əvvəldən tanıdığı İddiaçı proseslərə cəlb etmiş və hüquq mühafizə orqanlarına müraciət ediləcəyi hədəsi ilə işçinin atası ilə ilkin alqı-satqı müqaviləsinin qısa zaman ərzində bağlanmasına nail olmuşdur. Bu cür təzyiq şəxsin ailə üzvü ilə bağlı real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə hesab edilə bilər. Çünki əgər həqiqətən də işçi tərəfindən işəgötürənə zərər vurulmuşdursa, işəgötürənin qanuna uyğun məqsədi ilkin olaraq rəsmi audit rəyinə uyğun vurulmuş zərəri müəyyən etmək və bundan sonra hüquq mühafizə orqanlarına müraciət etmək və ya işçinin könüllü olaraq vurulan ziyanı ödəməsi üçün imkan yaratmaq, ya da vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək ola bilərdi. Buradan da müəyyən edilir ki, məcburetmənin məqsədi vurulan zərərin işçi tərəfindən könüllü ödənilməsi olmamış, əksinə işçinin atası mövcudluğu qeyrimüəyyən olan ziyana dair hədə təsiri altında mülki hüquqi əqdin bağlanılmasına məcbur edilmişdir. Hansı ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında göstərdiyi hüquqi mövqeyə görə də işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir.

45. Məhkəmə mübahisələndirilən əqdlərə dair 1 illik kəsici müddətlə bağlı isə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsi mübahisə edilən əqdlərdə iradəsi zədələnmiş tərəfin həmin əqdi hansı müddətdə mübahisələndirə biləcəyini nəzərdə tutur. “əqdi mübahisələndirmək” dedikdə isə, yalnız məhkəmədə iddia qaldırmağı deyil, iradəsinin zədələnməsi ilə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsini məhkəmədənkənar qaydada müqavilənin qarşı tərəfinə bildirmək mənasını ifadə edir. Hazırki işin hallarından da müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsi X9 nümayəndəsi Cavabdeh1 tərəfindən 1 illik müddət ərzində mübahisələndirilmiş, lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində Cavabdeh1 nümayəndə kimi öz adından iddia vermək üçün subyektiv hüququnun olmaması müəyyən edilmiş və bundan sonra hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Eyni zamanda əqdin etibarsızlığı ilə bağlı mübahisəli vəziyyət həmin vaxtdan da davam etmişdir. Belə ki, 2023-cü ilin noyabr ayından ev faktiki olaraq Cavabdeh1 və ailə üzvlərinin faktiki sahibliyindədir və X16 isə Cavabdeh1 mövqeyindən çıxış edərək mübahisəni davam etdirmişdir. Yəni faktiki olaraq iradəsinin zədələnməsi ilə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsi 1 il ərzində nümayəndəsi vasitəsilə iddiaçıya bildirilmişdir.

46. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisədə əqdin etibarsız sayılmasından sui-istifadə olunması halı da yoxdur. Belə ki, mübahisənin yaranmasına əsas olan işçinin mənimsəmə cinayəti törətməsi ilə bağlı yekunlaşmış cinayət işi yoxdur və hazırda da həm işəgötürənin, həm də işçinin şikayəti əsasında prokurorluqda araşdırma aparılır. Yəni bu vəziyyətdə hüquqdan sui-istifadə edildiyi o vaxt müəyyən edilər bilərdi ki, cinayət işi üzrə şikayətdən imtina edilmiş olardı və ya cinayət məsuliyyətinə cəlb etmə müddəti keçərdi. Tətbiq edilən prosessual normalar:

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

48. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

49. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

50. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

51. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

52. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı “yaşayış evindən qeyri-qanuni sahiblik və istifadəyə xitam verilməsi və s.” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iddiaçı X9 cavabdeh İddiaçı qarşı “ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməli, X1 əvəzinə Cavabdeh1 ilə alıcı İddiaçı arasında bağlanan xx.xx.2023-cü il tarixli ilkin alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

53. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı “yaşayış evindən qeyri-qanuni sahiblik və istifadəyə xitam verilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı X9 cavabdeh İddiaçı qarşı “ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. X4 (əvəzinə Cavabdeh1) ilə alıcı İddiaçı arasında Bakı şəhəri 18 saylı notariat ofisində bağlanmış (reyestrdə 3M-484 nömrə ilə qeyd edilib) xx.xx.2023-cü il tarixli ilkin alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar