Məhkəmə qərarları › İş №e-2(001)-5574/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5574/2023

05.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5574/2023 05.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X1 İcra Komitəsinin bağ-tikinti kooperativlərinin yaradılması və vətəndaşlara bağ sahələrinin ayrılması haqqında 20 iyun 1991-ci il tarixli № 8\447 saylı qərarına əsasən ona Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində 3688A saylı bağ sahəsinin ayrılması və onun qanuni istifadəsində olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X1 İcra Komitəsinin bağ-tikinti kooperativlərinin yaradılması və vətəndaşlara bağ sahələrinin ayrılması haqqında 20 iyun 1991-ci il tarixli № 8\447 saylı qərarına əsasən ona Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində 3688A saylı bağ sahəsi ayrılmışdır. Ləhiş bağlar massivində 3688A saylı bağ sahəsi 1991-ci ildən hal-hazıra kimi onun qanuni istifadəsindədir. Yuxarıda qeyd edilən torpaq sahəsi ona müvafiq qərar əsasında ayrılandan sonra, o, bağ sahələrinin sənədləşdirməsi qaydalarını bilmədiyinə görə, özünə məxsus 3688A saylı bağ sahəsinə 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativindən ona torpaq sahəsinin ayrılması barədə order almağa cəhd etməmişdir. Ərizəyə əlavə olunmuş 17 may 2023-cü il tarixli ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda qeyd olunur ki, ona 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində Ləhiş bağlar massivində bağ sahəsi ayrılmış, lakin onun adına bağ sahəsinin ayrılmasına dair order idarənin arxivində aşkar olunmamışdır. Bundan əlavə, 28 iyul 2020-ci il tarixli AR DİN Bakışəhər Baş Polisİdarəsinin cavab məktubuna əsasən, ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları sahəsində yerləşən (226 nömrəli BTK) 3688A nömrəli bağ sahəsinə verilmiş orderin tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır. Ərizəyə əlavə olunmuş 20 iyul 2023-cü il tarixli ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən, 3688A bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair onun müraciətinə baxılmiş və bildirilmişdir ki, 20 iyun 1991-ci il tarixli № 8\447 saylı qərarına əsasən ona Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində bağ sahəsi ayrılmış, lakin məlumat bazasında onun adına bağ sahəsinin ayrılmasına dair order İdarənin arxivində aşkar olunmamışdır. Eyni zamanda İdarə qeyd edir ki, hazırkı məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Onu da bildirməyi zəruri hesab edir ki, eyni 20 iyun 1991-ci il tarixli № 8\447 saylı qərarı ilə, onun keçmiş yoldaşı olan X2 Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində 3688 saylı bağ sahəsi ayrılmışdır. Həmçinin onun da 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativindən orderi olmayıb, 1 saylı Bakı Ərazi İdarəsindən torpaq sahəsinə hüquqlarının bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina cavabı aldıqdan sonra, məhkəməyə müraciət edərək, öz hüquqlarının tanınmasına nail olmuşdur (qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1012/2020 saylı qətnaməsi, hakim Afaq Nuriyeva). Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.6-cı maddəsinə əsasən, məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Həmin Qərarın 7.1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Göründüyü kimi, ərizəçi Bakı şəhəri X1 İcra Komitəsinin bağ-tikinti kooperativlərinin yaradılması və vətəndaşlara bağ sahələrinin ayrılması haqqında 20 iyun 1991-ci il tarixli № 8\447 saylı qərarına əsasən Ərizəçi Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində 3688A saylı bağ sahəsinin ayrılması və Ərizəçi qanuni istifadəsində olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş etsə də,məhkəmə tərəfindən həmin hüquqi faktın müəyyən edilməsinə qanunvericiliklə yol verilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın.Lakin ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Fililalı tərəfindən xx.xx.2011-cu il tarixdə verilmiş 5432 №-li Arxiv çıxarışından görünür ki, Ərizəçi Bakı şəhər Sovet İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli № 8\447 saylı qərarına əsasən 1 №-li Əlavəyə əsasən 226 nömrəli Ləiş Bağ Tikinti Kooperativinin üzvüdür. Eyni zamanda ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 20 iyul 2023-cü il tarixli məktubdan görünür ki, ərizəçinin Bakı şəhəri, Sabunçu rayonun, Ləhiş bağ sahəsində yerləşən 3688 a bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə cavab olaraq isə bildirilmişdir ki, Bakı şəhər Sovet İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli № 8\447 saylı qərarına əsasən 226 nömrəli Ləhiş bağ tikinti kooperativi üzvlərinin siyahısında Ərizəçi adı göstərilmişdir, lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi qeyd edilməmişdir. Həmçinin hazırda istinad edilən məlumat bazasında Ərizəçi adına bağ sahəsinin (eləcə də 3688a saylı bağ sahəsinin) ayrılmasına dair hüquqmüəyyənedici sənəd(order) İdarənin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Təsvir edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, hazırki ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə izah olunmalıdır ki, o, ona Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində 3688A saylı bağ sahəsinin ayrılmasına dair həmin sənədi verən təşkilata (hal-hazırda Bakı Şəhər İcra Hakimiyyətinə ) və ya həmin bağ sahəsinin onun mülkiyyət hüququnun tanınmasına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsə müraciət etməli və həmin orqanlardan müraciətlərindən imtina edildiyi halda, həmin orqanların qərarından müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263 və 264 maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi (maraqlı şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olsun ki, o, ona Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində 3688A saylı bağ sahəsinin ayrılmasına dair həmin sənədi verən təşkilata (hal-hazırda Bakı Şəhər İcra Hakimiyyətinə ) və ya həmin bağ sahəsinin onun mülkiyyət hüququnun tanınmasına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsə müraciət etməli və həmin orqanlardan müraciətlərindən imtina edildiyi halda, həmin orqanların qərarından müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar