Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5619/2024 24.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhəri 283 nömrəli tam orta məktəbə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Verdiyev Elcan Elşad oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, Cavabdehin nümsayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhəri 283 nömrəli tam orta məktəbə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhəri 283 nömrəli tam orta məktəbə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 82 nömrəli əmrin ləğv edilməsini, onun həmin məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunmasını, məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri 283 saylı tam orta məktəbində ibtidai sinif müəllimi işləmiş və artıq uzun müddətdir ki, tədrislə məşğuldur. O, hər zaman işinə vicdanla yanaşmış və ona heç bir zaman rəhbərlik tərəfindən irad belə bildirilməmişdir. Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin məllimi olan X2 xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan sertifikasiya imtahanında iştirak etmədiyi və onun əvəzinə digər şəxsin, guya onun iştirak etməyi barədə olunan şikayət əsasında dindirilmişdir. Sumqayıt şəhər Prokurorluğunda aparılan araşdırma nəticəsində faktlar öz təsdiqini tapmamışdır. Lakin buna baxmayaraq rəhbərlik yalnız aparılan araşdırmanı əsas götürmüş, işin nəticəsinə baxmadan təcili onun işdən azad olunmağı barədə qərar qəbul etmişdir. xx.xx.2024-cü il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsi 283 saylı tam orta məktəbin direktoruna ona sertifikasiya imtahanında başqa bir müəllimənin yerinə imtahanda iştirak etməyi ilə bağlı intizam tənbehi verilməsi barədə məktub ünvanlamış, daha sonra isə xx.xx.2024-cü il tarixində yenə də Bakı şəhəri üzrə Təhsil İdarəsi 283 saylı tam orta məktəbin direktoruna eyni məzmunlu məktub ünvanlayaraq yenə də onun guya başqa bir müəllimənin əvəzində sertifikasiya imtahanında iştirak etməyi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə müvafiq tədbir görülməsinə dair 3-29-59/2-2304/2024 nömrəli məktub ünvanlamışdır. Məktəbin direktoru Fuad Babayev dərhal HİK-nin xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasının 12 saylı protokoluna əsasən onun işdən azad olunmağı barədə qərar qəbul etmişdir. Göründüyü kimi heç bir sübut olmadan, yalnız araşdırmanın aparıldığı müddətdə nəticəni gözləmədən onu qanunsuz olaraq işdən azad etmişlər. Həm də bir əmələ görə həm intizam təhbehi, həm də işdən azad olunmağına dair qərar qəbul edilmişdir. O, işdən azad edilməyinə dair əmri qanunsuz və əsassız sayır. O hesab edir ki, həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməyinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Cavabdehlə arasında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı verilmiş əmrin tamamilə qeyri-qanuni və əsassız olduğunu hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri 283 nömrəli tam orta məktəbin nümayəndəsi X5 iddia tələbini qəbul edərək tələbinin təmin edilməsini xahiş etdi. Eləcə də bildirdi ki, iddiaçı məktəbin ən savadlı, aktiv müəllimlərindən biridir. İstər müəllim kollektivi arasında, istərsə də şagirdlər və valideynlər arasında hörmət qazanmışdır.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək təmin edilməməsini xahiş etdi.
Mülki işin materialları:
6. xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Sumqayıt şəhər idarəsindən Sumqayıt şəhər prokurorluğuna Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin ibtidai sinif müıllimi X4 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Sumqayıt şəhərində təşkil olunmuş sertifikasiya imtahanında iştirak etmədiyi halda ona nazirlik tərəfindən xx.xx.2022-c il tarixli, 3803 saylı sertifikatın verilməsi barədə daxil olmuş “Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların qeydiyyatı kitabında” qeydə alınmış və məlumat üzrə cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır.
7. Bakı şəhəri 283 nömrəli məktəbin xx.xx.2024-cü il tarixli, 82 nömrəli əmrinə əsasən həmin məktəbdə ibtidai sinif müəllimi işləmiş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Müqaviləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir.
8. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri 283 nömrəli məktəbə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məqtəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş məktubda Sumqayıt şəhəri 22 nömrəli tam orta məktəbin müəllimi X4 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan sertifikasiya imtahanında iştirak etmədiyi halda ona Nazirlik tərəfindən xx.xx.2022ci il tarixli, 3803 saylı sertifikatın verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məlumat əsasında araşdırma aparıldığı bildirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəbdə keçirilən sertifikasiya imtahanında İ.Teymurovanın yerinə digər şəxs imtahanda iştirak etmiş və 40 bal toplamış, bu da öz növbəsində təhsilverələrin sertifikatlaşdırılması prosesinə təsir etmiş, müəllim adına və nüfuzuna ziyan vermişdir. Qeyd olunanları nəzərə alaraq məktəbin rəhbərliyinə ibtidai sinif müəllimi İddiaçı barəsində müvafiq intizam tənbehinin görülməsi tapşırılmışdır.
9. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri 283 nömrəli məktəbə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məqtəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş məktubda Sumqayıt şəhəri 22 nömrəli tam orta məktəbin müəllimi X4 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan sertifikasiya imtahanında iştirak etmədiyi halda ona Nazirlik tərəfindən xx.xx.2022ci il tarixli, 3803 saylı sertifikatın verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məlumat əsasında araşdırma aparıldığı bildirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəbdə keçirilən sertifikasiya imtahanında İ.Teymurovanın yerinə digər şəxs imtahanda iştirak etmiş və 40 bal toplamış, bu da öz növbəsində təhsilverələrin sertifikatlaşdırılması prosesinə təsir etmiş, müəllim adına və nüfuzuna ziyan vermişdir. Qeyd olunanları nəzərə alaraq məktəbin rəhbərlinə ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Müqaviləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə müvafiq tədbirlərinin görülməsi tapşırılmışdır.
10. Sumqayıt şəhər prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Sumqayıt şəhər idarəsindən Sumqayıt şəhər prokurorluğuna Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X4 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Sumqayıt şəhərində təşkil olunmuş sertifikasiya imtahanında iştirak etmədiyi halda ona nazirlik tərəfindən xx.xx.2022-ci il tarixli, 3803 saylı sertifikatın verilməsi barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğunda araşdırma aparılmış, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul olunmuşdur.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
11. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin 8-ci bəndində göstərilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
12. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
13. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənə, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
14. 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir.
15. 189-cu maddəsinin 12ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
16. Hazırkı işdə əmrin verilməsinə əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edilmişdir.
17. Məhkəmə qeyd edir ki, əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqauyğun olmayacaqdır.
18. Nəzərə almaq lazımdır ki, əgər işçinin öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirilməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamışsa və ya işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişsə, həmin işçi ilə əmək müqaviləsinin AR ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir. Həmçinin 71.3-cü maddəsinə əsasən işəgötürən üçün bu Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsini ləğv edərkən belə bir şərt müəyyən edilmişdir ki, o, hər bir halda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yəni əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmiləşdirilməli və bu, işəgötürən tərəfindən tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmalıdır.
19. Məhkəmə hesab edir ki, əmrin əsasını təşkil edən hallar Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərinə uyğun deyil və əmək müqaviləsinin ləğv edilməsi üçün qanuni hesab edilə bilməz.
20. Belə ki, iş materaillarından müəyyən edilmişdir ki, Bakı şəhəri Təhsil İdarəsi məktəbdə sertifikasiya imtahanında başqa bir müəllimin yerinə imtahanda iştirak etməyi ilə bağlı məktəbə xx.xx.2024-cü il tarixdə məktub yazmış və həmin məktubda İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunmasını tapşırılmışdır. Təhsil İdarəsinin həmin məktubuna əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi məktəb direktorunun xx.xx.2024-cü il tarixli 82 saylı əmri ilə ləğv edilmişdir.
21. Sumqayıt şəhər prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Sumqayıt şəhər idarəsindən Sumqayıt şəhər prokurorluğuna Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X4 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Sumqayıt şəhərində təşkil olunmuş sertifikasiya imtahanında iştirak etmədiyi halda ona nazirlik tərəfindən xx.xx.2022-ci il tarixli, 3803 saylı sertifikatın verilməsi barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğunda araşdırma aparılmış, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul olunmuşdur.
22. Göründüyü kimi iddiaçının sertifikasiya imtahanında başqa bir müəllimin yerinə imtahanda iştirak etməyi ilə bağlı məlumat öz əksini tapmadığından cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul olunmasına baxmayaraq onun barəsində intizam tənbehinin tətbiq edilməsi və əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunmasını barədə əmr verilmişdir.
23. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya eyni əmələ görə həm intizam tənbehi tətbiq edilmiş, həm də əmək müqavilləsinə xitam verilmişdir.
24. Halbuki, Azərbaycan Respublikası Əməm Məcəlləsinin 189-cu maddəsinin 12ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
25. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə nəzərdə tutulmuş ləğv edilmə əsasları olmadan xitam verildiyindən, iddia tələbi təmin edilməli, Bakı şəhəri 283 nömrəli tam məktəbin xx.xx.2024-cü il tarixli 82 nömrəli əmri ləğv edilməli, İddiaçı işə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 119.2 və "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.2, 9.1.1-ci maddələrinə əsasən 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏ T E T D İ :
İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhəri 283 nömrəli tam orta məktəbə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair iddia tələbi təmin edilsin. Bakı şəhəri 283 nömrəlitam məktəbin xx.xx.2024-cü il tarixli, 82 nömrəli əmri ləğv edilsin. İddiaçı Bakı şəhəri 283 nömrəli tam orta məktəbində əvvəlki vəzifəsinə bərpa edilsin. Bakı şəhəri 283 nömrəli tam orta məktəb tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhəri 283 nömrəli məktəbindən müştərək qaydada 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova