Məhkəmə qərarları › İş №e-2(001)-5732/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5732/2025

15.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5732/2025 15.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Bakı şəhəri Biləcəri qəsəbəsi yeni massiv sahə-2ünvanında ,Biləcəri Bələdiyyəsinin 412 №-li 14 may 2007-ci il tarixli Qərarı ilə İddiaçı2 ayrılmış və ona məxsus olan 600,00 kvm torpaq sahəsinin, Cavabdeh qanunsuz zəbt etdiyi 200,00 kvm. hissəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin Cavabdehtərəfindən sökülməsi və torpaq sahəsinin boşaldlaraq İddiaçı2na təhvil verilməsi tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Bakı şəhəri Biləcəri qəsəbəsi yeni massiv sahə-2ünvanında ,Biləcəri Bələdiyyəsinin 412 №-li 14 may 2007-ci il tarixli Qərarı ilə İddiaçı2 ayrılmış və ona məxsus olan 600,00 kvm torpaq sahəsinin, Cavabdeh qanunsuz zəbt etdiyi 200,00 kvm. hissəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin Cavabdehtərəfindən sökülməsi və torpaq sahəsinin boşaldlaraq İddiaçı2na təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 66-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.5-ci maddəsinə əsasən, vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 152.1 və 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Vəkillər X3 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və order markası haqqında” əsasnamənin 1.5-ci maddəsinə əsasən vəkil orderi – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə səlahiyyətlərin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən, imza sahibi bir neçə imza yaratma məlumatlarına malik ola bilər və onlar sertifikatlarında göstərilən münasibətlərdə istifadə edilir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırarkən müəyyən olundu ki, nümayəndə- vəkil Nümayəndə tərəfindən ərizə elektron qaydada imzalansa və hər iki iddiaçının müvafiq səlahiyyətlərinin rəsmiləşməsinə dair etibarnamə əlavə edilsə də, vəkilin səlahiyyətini təsdiq edən əsas sənəd order yalnız İddiaçı2 təmsil edilməsi üçün təqdim edilmişdir. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizəni imzalayan şəxsin səlahiyyətli şəxs olmasını təsdiq edən sənədlər qanunvericiliklə tələb olunan tam həcmdə iddia ərizəsinə əlavə edilmədiyindən, geri qaytarılmalı və iddiaçılara izah edilməlidir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.1.2, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Bakı şəhəri Biləcəri qəsəbəsi yeni massiv sahə-2ünvanında ,Biləcəri Bələdiyyəsinin 412 №-li 14 may 2007-ci il tarixli Qərarı ilə İddiaçı2 ayrılmış və ona məxsus olan 600,00 kvm torpaq sahəsinin, Cavabdeh qanunsuz zəbt etdiyi 200,00 kvm. hissəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin Cavabdehtərəfindən sökülməsi və torpaq sahəsinin boşaldlaraq İddiaçı2na təhvil verilməsi tələbinə dair iddia ərizəsi, ona əlavə edilmış sənədlər və ödənilmiş 100 manat dövlət rüsumu (**********, xx.xx.2025-ci il) geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar