Məhkəmə qərarları › İş №e-2(001)-5753/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5753/2024

30.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5753/2024 30.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ tikililərin sökülməsi və torpaq sahəsinin paylara uyğun olaraq texniki pasportda göstərilən vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmədən Bakışəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsiev 59-da olan 0,0542 hektar ölçüdə torpaq sahəsinin tikintialtında olmayan hissəsində razılıq alınmadan inşa edilmiş tikililərin cavabdehlərin öz hesabına sökülməsi, torpaq sahəsinin çıxarış və texniki pasportda göstərilən vəziyyətlərinə qaytarılması və hər bir payçının əmlakda olan payının bərabər şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil elektron qaydada vəsatət verərək, 2(001)- 5753/2024 nömrəli mülki işin Binəqədi Rayon Məhkəməsinin hakimi Lətifə Məmmədovanın icraatında olan e-2(001)-4609/2024 nömrəli mülki işə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, , Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi ev 59- da olan 0,0542 hektar ölçüdə torpaq sahəsinin tikinti altında olmayan hissəsində razılıq alınmadan inşa edilmiş tikililərin cavabdehlərin öz hesabına sökülməsi, torpaq sahəsinin çıxarış və texniki pasportda göstərilən vəziyyətlərinə qaytarılması və hər bir payçının əmlakda olan payının bərabər şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişik. Hazırda Binəqədi rayon məhkəməsinin hakimi Lətifə Məmmədovanın icraatında iddiaçılar X6 və X2 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi ev 59-da olan 0,0542 hektar ölçüdə torpaq sahəsi və 272.80 kv.m ölçüdə daşınmaz əmlakda olan payının faktiki istifadəyə uyğun olaraq naturada ayrılmasına və ölçülərinin müəyyən edilməsinə dair tələbləri üzrə işə baxılır. Məhkəmənin 2-ci hazırlıq iclası 3 sentyabr 2024-cü il saat 09:40-a təyin edilmişdir. Hesab edirəm ki, icraatınızda olan mülki iş hakim Lətifə Məmmədovanın icraatında olan mülki işlə əlaqəli olduğundan həmin işə birləşdirilməli və bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəsatətin dəlillərinə uyğun izahat vermişdir. Məhkəmə vəsatəti, iş materiallarını və məhkəmənin icraatında olan digər işin mahiyyətini nəzərə alaraq hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində başqa hakimin icraatında e- 2(001)-4609/2024 saylı mülki iş vardır və həmin mülki iş üzrə iddiaçılar X7, X6 cavabdehlər Cavabdeh2, İddiaçı, Cavabdeh1, X4, X3, X5 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi cəlb edilməklə) “daşınmaz əmlakda olan payın faktiki istifadəyə uyğun olaraq naturada ayrılması və ölçülərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmədən iddiaçılar X1 və X2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi ev 59da olan 0.0542 ha ölçüdə torpaq sahəsi və 272.8 kv.m ölçüdə daşınmaz əmlakda olan payının faktiki istifadəyə uyğun olaraq naturada ayrılması və ölçülərinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi həm hazırki mülki iş, həm məhkəmənin icraatında digər mülki iş paylı mülkiyyətdə olan torpaq sahəsinin texniki sənədlərə və ya faktiki istifadəyə uyğun naturada bölgüsü və bundan irəli gələn hüquqi nəticələrin tətbiqi ilə bağlıdır. Eyni zamanda hazırki mülki iş üzrə tərəflər digər iş üzrə də tərəfdirlər. Beləliklə məhkəmə hesab edir ki, eyni məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə iş vardır və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün həmin işlərə bir icraatda baxılması məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ tikililərin sökülməsi və torpaq sahəsinin paylara uyğun olaraq texniki pasportda göstərilən vəziyyətə qaytarılması” tələbinə dair e-2(001)-5753/2024 saylı mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan e-2(001)-4609/2024 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Birləşdirilmiş mülki iş üzrə e-2(001)-4609/2024 qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar