Məhkəmə qərarları › İş №e-2(001)-5983/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5983/2022

21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5983/2022 21.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı QSC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 947 manat məbləğində əsas borcun, gecikdirilmiş dövr üçün hesablanmış 110 manat məbləğində faiz borcunun, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 110 manat məbləğində pulun əvəzinin, ödənilmiş 40 manat məbləğində mediasiya haqqının əvəzinin, cəmi 1.207 manat məbləğində pulun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə 14 sentyabr 2022-ci il tarixdə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmiş və növbəti prosessual hərəkətlər barədə məlumat verilmişdir. Müəyyən edilmiş müddət və bundan sonra da cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Habelə, işə iddia icraatı qaydasında baxılması üçün hər hansı əsas müəyyən edilməmişdir. Bu səbəbdən müəyyən edilmiş müddətlərə riayət etməklə hesab edirəm ki, işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və iddianın qismən təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında 3 ədəd borc müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə faiz hesablamamaq şərti ilə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 570 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 307 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 724 manat məbləğində borc verilmişdir. Cavabdeh həmin müqavilələrdə göstərilən məbləğləri qəbul etmiş və müəyyən olunmuş müddətlərdə və məbləğlərdə əsas kredit borcunu qaytarmağı barədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 210 manat, xx.xx.2019cu il tarixli müqavilə üzrə 144 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 593 manat məbləğində əsas borcun, habelə illik 5 faiz dərəcəsi ilə hesablanmış 110 manat məbləğində faiz borcunun yarandığını iddia edir və həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə 14 sentyabr 2022-ci il tarixdə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmiş, habelə növbəti prosessual hərəkətlər barədə məlumat vermişdir. Cavabdehlər tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlirəm ki, cavabdeh qeyd edilən kredit müqavilələri üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrdə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İddiaçı tərəfindən tələb edilən əsas borc məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, hesab edirəm ki, iddia tələbi bu hissədə əsaslıdır və tam təmin edilməlidir. Cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 210 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 144 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 593 manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbini “müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 110 manat məbləğində faiz borcunun tutulması” hissəsində araşdırıb, belə qənaətə gəlirəm ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, müqavilələr müxtəlif tarixlidir və borcun hesablandığı xx.xx.2022-ci il tarixə xx.xx.2019-cu il tarixli müqavilənin müddətinin bitdiyi tarixdən 19 ay, xx.xx.2019-cu il tarixli müqavilənin müddətinin bitdiyi tarixdən 18 ay, xx.xx.2019-cu il tarixli müqavilənin müddətinin bitdiyi tarixdən 14 ay keçmiş olur. Belə olan halda, gecikdirilmiş müddət üçün illik 5 faiz dərəcəsi ilə faiz hesablandığı təqdirdə xx.xx.2019-cu il tarixli müqavilə üzrə (210 x 5 / 100 = 10,50 – 1 il üzrə, 10,50/12 x 19 ay = 16,63) 16,63 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə (144 x 5 / 100 = 7,20 – 1 il üzrə, 7,20/12 x 18 ay = 10,80) 10,80 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə (593 x 5 / 100 = 29,65 – 1 il üzrə, 29,65/12 x 14 = 34,60) 34,60 manat məbləğində faiz borcu yaranmış olur. Gecikdirilmiş müddət üçün də məhz bu məbləğdə faiz borcu tutulmalıdır. Bu qəbildən olan işlər üzrə tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunmadığından hesab edirəm ki, iddia mediasiya haqqının tutulması hissəsində rədd edilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, hazırki iddiaya sadələşdirilmiş icraat qaydasında baxılır və vəkilin iştirakı yalnız iddia ərizəsinin tərtib edilməsindən və məhkəməyə təqdim edilməsindən ibarət olmuşdur. Bu səbəbdən hesab edirəm ki, vəkilə çəkilmiş xərcin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 55 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 210 manat məbləğində əsas, müqavilə üzrə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 16,63 manat məbləğində faiz, cəmi 226,63 manat məbləğində borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 144 manat məbləğində əsas, müqavilə üzrə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 10,80 manat məbləğində faiz, cəmi 154,80 manat məbləğində borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 593 manat məbləğində əsas, müqavilə üzrə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 34,60 manat məbləğində faiz, cəmi 627,60 manat məbləğində borc, habelə vəkilə çəkilmiş xərcin əvəzi olaraq 55 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 210 (iki yüz on) manat məbləğində əsas, müqavilə üzrə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 16,63 (on altı manat, altmış üç qəpik) manat məbləğində faiz, cəmi 226,63 (iki yüz iyirmi altı manat, altmış üç qəpik) manat məbləğində borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 144 (bir yüz qırx dörd) manat məbləğində əsas, müqavilə üzrə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 10,80 (on manat, səksən qəpik) manat məbləğində faiz, cəmi 154,80 (bir yüz əlli dörd manat, səksən qəpik) manat məbləğində borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 593 (beş yüz doxsan üç) manat məbləğində əsas, müqavilə üzrə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 34,60 (otuz dörd manat, altmış qəpik) manat məbləğində faiz, cəmi 627,60 (altı yüz iyirmi yeddi manat, altmış qəpik) manat məbləğində borc, habelə vəkilə çəkilmiş xərcin əvəzi olaraq 55 (əlli beş) manat məbləğində pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar