Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5986/2023 18.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “kənar şəxsin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında yerləşənyaşayış sahəsindən istifadə hüququnaxitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin qeydiyyat sənədlərinin surətindən göründüyü kimi,ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi istifadə və sahiblik hüququ əsasında vətəndaş X1 adına rəsmiləşdirilmişdir. AZ-İİ-074800 nömrəli Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, X2 xx.xx.2020-ci il tarixdə dünyasını dəyişmişdir. Х-ЖГ-276068 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, İddiaçı X1 övladı olaraq, 1-ci dərəcəli vərəsəsidir. AZ-İ-527747 nömrəli Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, İddiaçı X12 ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. AZ-İİ-574537 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, həmin nikahdan iddiaçının xx.xx.2010-cu il tarixdə X3 adlı övladı doğulmuşdur. AZ-İV- 007566 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, həmin nikahdan iddiaçının xx.xx.2017-ci il tarixdə X9 adlı övladı doğulmuşdur. Azərbaycan Respublikası DİN tərəfindən verilən xx.xx.2023-ci il tarixli ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışın əslindən göründüyü kimi, ünvan 1 yaşayış sahəsində vətəndaş İddiaçı ilə birlikdə onun yuxarıda qeyd olunan ailə üzvlərindən başqa xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh adlı kənar şəxs qeydiyyatdadır. Alıcı İddiaçı ilə satıcı X4(ş/v: AZE 17145382, FİN: 2RQZT69; d/t: xx.xx.1961) arasında bağlanmış Daşınmaz əmlakın alqı-satqısı üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491 və 492-ci maddələrinə əsasən xx.xx.2010-cu il tarixli Beh müqaviləsinin surətindən göründüyü kimi, alınan fərdi yaşayış evinin qiyməti 56.000 (əlli altı min) abş dolları dəyərində qiymətləndirilərək, alıcı tərəfindən satıcıya 4.000 (dörd min) abş dolları məbləgində pul vəsaiti ödənilmişdir. xx.xx.2012-ci il tarixli, 041818 nömrəli Müqavilənin (abonent kodu:**********B0000) surətindən göründüyü kimi, Bakı Elektrikşəbəkə ASC ilə fərdi ev sahibi X2 arasında “Elektrik enerjisinin alqı-satqısı barədə“müqavilə bağlanmışdır. xx.xx.2015-ci il tarixli, ******* nömrəli Müqavilənin surətindən göründüyü kimi, X7 ilə fərdi ev sahibi HəmidovaSvetlanaİsfəndiyar qızı arasında“Qazsayğacının quraşdırılması və istismara qəbulu haqqında“müqavilə bağlanmışdır. xx.xx.2018-ci il tarixli, AK-1/28749 nömrəli Müqavilənin surətindən göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X7 Bakı RQSD ilə fərdi ev sahibi İddiaçı arasında“Qazın alqı-satqısı barədə“müqavilə bağlanmışdır. xx.xx.2020-ci il tarixli, 218776 nömrəli Müqavilənin (abonent kodu:**********B0000) surətindən göründüyü kimi, Azərişıq ASC fərdi ev sahibi İddiaçı arasında“Elektrik enerjisinin alqı-satqısı barədə“müqavilə bağlanmışdır. Hazırkı iş üzrə Cavabdeh həmin yaşayış sahəsinin keçmiş sahibi olan xx.xx.1961-ci il təvəllüdlü X4 övladıdır. Əvvəllər cavabdeh həmin evdə qeydiyyatda olmaqla yaşayaraq, bu mənzilə istifadə hüququ əldə etmişdir. X6 qeyd olunan yaşayış sahəsini ona satdıqdan sonra cavabdeh başqa yerə qeydiyyata düşməsi barədə söz versə də, üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, hazırda həmin yaşayış sahəsində qeydiyyatda qalmışdır. Hazırda cavabdehin mənə məxsus fərdi yaşayış evinə istifadə hüququ, məhkəmə qaydasında ləğv olunmadan, qalmaqda davam edir. Məlumat üçün bildirir ki, cavabdeh 2008-ci ildən etibarən Azərbaycan Respublikasının ərazisini Türkiyə Cümhuriyyəti istiqamətində tərk etmiş və bir daha geriyə qayıtmamışdır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilmişdir (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenum qərında qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Plenum qərarından göstərilmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda qeyd etmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. İddia ərizəsinin əsaslandırılmasından da göründüyü kimi, iddiaçı istifadə hüququna xitam verilməsini istədiyi Cavabdeh həmin yaşayış sahəsinin keçmiş sahibi olan xx.xx.1961-ci il təvəllüdlü X4 övladıdır. Hazırda isə iddiaçı cavabdehin 2008-ci ildən Azərbaycan Respublikasında yaşamamasını, ev satılandan sonra qeydiyyatdan çıxmaq barədə verdiyi sözü icra eməməsini əsas gətirərək, əslində arzuladığı hüquqi nəticəyə, yəni şəxsin mənzilə olan pasport qeydiyyatından çıxarılmasına nail olmaq istəyir. Bundan əlavə qeyd etmək istəyirəm ki, iddia ərizəsindən və ona əlavə edilən sənədlərdən müəyyən edilir ki, mübahisənin obyekti olan ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və həmin evə dair hüquq müəyyənedici sənəd yoxdur. Halbuki mülki dövriyyənin iştirakçısı olmayan daşınmaz əmlaka münasibətdə istifadə hüququnun yaranmasından və ona xitam verilməsindən söhbət gedə bilməz. Burdan da aydın olur ki, iddiaçının əldə etməyə çalışdığı hüquqi nəticə cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, iddiaçıya cavabdehin qeydiyyatdan çıxarılması tələbi ilə Daxili İşlər Nazirliyinin müvafiq şöbəsinə müraciət etmək, imtina edildikdə isə Bakı İnzibati Məhkəməsinə müvafiq tələblə iddia ərizəsi vermək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 114, 153-cü və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “kənar şəxsin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə, o cümlədən ödənilmiş 100(bir yüz manat) manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya qeydiyyatdan çıxarılma ilə bağlı Daxili İşlər Nazirliyinin müvafiq şöbəsinə müraciət etmək, imtina edildikdə isə müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi vermək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-5986/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5986/2023
18.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver