Məhkəmə qərarları › İş №e-2(001)-6009/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6009/2024

16.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6009/2024 16.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbi barədə iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbi barədə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Daxil olmuş iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmiş, mübahisə üzrə tərəflər ilkin mediasiya sessiyasında iştirak etmələrinə dair arayış iddia ərizəsinə əlavə edilməmişdir. Tətbiq edilən hüquq «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1. maddəsinə əsasən ərizədə «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024cü il tarixli qərarının İlkin mediasiya sessiyasında iştirak və iddianın mümkünlük şərtlərinə həsr edilmiş bölümünün aşağıdakı bəndlərinə əsasən: 10.1.“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Mediasiya haqqında” Qanun) 3.2-ci və Mülki Prosessual Məcəllənin 4.6-cı maddələri ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflərin məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakını tələb edir. Bu qaydaya əməl olunmaması Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, əgər iddia ərizəsi icraata qəbul edilmişsə, həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün əsasdır. 10.2. Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən ər-arvad arasında yaranan əmlak münasibətləri həmin Məcəllə ilə tənzimləndiyi üçün onların ümumi əmlakının bölünməsi ilə bağlı ixtilaflar da ailə mübahisəsi hesab olunur. 10.3. Üzərində ər-arvadın ümumi mülkiyyət hüququ yaranmış əmlakın nikahın davam etdiyi, ailə münasibətlərinin faktiki aradan qalxdığı, yaxud nikah pozulduqdan sonra başqa bir əmlak dəyərinə çevrilməsi (əşyanın satılması, dəyişdirilməsi və s.) nəticəsində əldə olunmuş predmetlərə (pul vəsaitinə və ya digər əmlaka hüququn 21 tanınması, onların qaytarılması və s.), o cümlədən ər-arvad arasında bağlanmış nikah müqavilələrinin və onların ümumi əmlakı üzərində sərəncam verən əqdlərin etibarsızlığına dair tələblərin də kökündə ər-arvadın mülkiyyətinin qanuni və ya müqavilə rejimi durduğundan bu xarakterli mübahisələr ailə münasibətlərindən irəli gələn mübahisələr sayılır. Məhkəmənin mövqeyi İddia ərizəsinin məzmunundan məlum olur ki, tərəflər arasında nkah məhkəmə qaydasında pozulsa da, iddiaçının qeyd etdiyi kimi sözügedən məhkəmə qərarı qanuni qüvvəyə minməmişdir. O cümlədən iddia ərizəsində iddiaçı mübahisəli mənzilin təmirinə ödənilən pulun məhz onun əmək haqqı kartından xərcləndiyini iddia edir. İddia ərizəsinin ilkin tədqiqindən artıq mübahisənin ailə münasibətlərindən qaynaqlanması şübhə yaratmadığından məhkəmə hesab edir ki, mübahisənin ilk öncə mediasiyada həll olunması daha qanunamüvafiq olar. Beləliklə, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmə nəticəyə gəlir ki, iddia ərizəsinin Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına riayət edilməməsi kimi qiymətləndirilərək iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanı aradan qaldırıb təkrarən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 150.0.5, 151 və 152-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə (rüsum **********,xx.xx.2024-cü il) iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar