Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6189/2024 30.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X2 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabadeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə Elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə müraciət edərək, hazırkı işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin digər hakimi Pərviz Məmmədovun icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə birləşdirilməsini xahiş etmiş, vəsatət onunla əsaslandırılmışdır ki, hər iki mülki iş bir-birilə əlaqəli olduğundan mülki iş üzrə icraatın birləşdirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə vəsatətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edəv cavabdeh vəsatətin təmin olunmasına etiraz etmədi. Vəsatətə əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-4880/2024 saylı məhkəmə bildirişindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2024-cü il tarxdə qəbul edilmiş və iş üzrə hazırlıq iclası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında keçirilməklə xx.xx.2024-cü il tarixə, saat 10:30-a təyin edilmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, hazırkı e-2(001)-6189/2024 saylı iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə görə, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, vəsatət təmin edilməli, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddiası üzrə e-2(001)-6189/2024 saylı mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə 2(001)-4880/2024 saylı mülki işlə bir icraatda birləşdirilməli və həmin işlərə bir icraatda 2(001)-4880/2024 nömrə ilə baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddiası üzrə e-2(001)- 6189/2024 saylı mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə 2(001)-4880/2024 saylı mülki işlə bir icraatda birləşdirilsin və həmin işlərə bir icraatda e-2(001)-4880/2024 nömrə ilə baxılsın. X4
Məhkəmə qərarları › İş №e-2(001)-6189/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6189/2024
30.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver