Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6191/2024 28.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) X10, üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus ünvan 2-ya olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X11 ilə birgə nikah dövründə 2007-ci ilin dekabr ayında X12 29,000.00 ABŞ dolları ödəməklə Bakı şəhəri, Biləcəri qəsəbəsi, 4-Yeni Y/M, 1-Məlikaslanov küçəsi, döngə 7, 6 saylı evi almışdır. Aldığı ev özbaşına tikili olduğundan hüquqmüəyyənedici sənədləri mövcud olmamışdır. Evi alan tarixdə kommunal xidmətlər göstərən "xxxx" ASC, “Azəriqaz” İstehsalat Birliyi və "xxxx" ASC-nin abunə kodları X9 adına olmuşdur. Kommunal xidmətlər göstərən iri dövlət şirkətləri ilə müqavilə bağlamaq üçün özbaşına tikilinin sənədləşdirilməsi zərurəti yaranmışdır. Məlum olduğu kimi mülkiyyət hüququ ilə bağlı ölkədə ən geniş yayılan problemlərdən biri özbaşına tikintinin aparılması nəticəsində həmin özbaşına tikintiyə mülkiyyət hüququnun əldə edilməsidir. Qeyd edilməlidir ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Özbaşına tikiliyə sahibinin istifadə və sahiblik hüququ istisna olmaqla ona dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. X9 ünvan 2-ya mülkiyyət hüququ olmamışdır, yalnız sahiblik və istifadə hüququ olmuşdur. X2 pul ödənilməklə ünvan 2-ya sahiblik və istifadə hüququ ona keçmişdir. X9 Binəqədi Rayon Məhkəməsinə verdiyixx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 4-Yeni yaşayış massivi, 1-Məlikaslanov küçəsi, döngə 7, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin alınmasını, eləcə də fərdi yaşayış evinin qiymətinin razılaşdırılmasını İddiaçı həyata keçirmişdir. O, həmin evi aldıqdan sonra həyat yolaşı X11, qızı və onun ailəsi evə köçmüşlər. Cavabdeh qızı Maraqlı şəxs həyat yoldaşı olmuşdur. Cavabdeh etibarımdan sui istifadə edərək ünvan 2-ya olan sahiblik və istifadə hüquqlarını mənimsəmək üçün kommunal xidmət göstərən aşağıdakı təşkilatlardan öz adına; - "xxxx" ASC-dən elektrik enerjisindən istifadəyə görə **********70006 nömrəli abonent kodunu, - “Azəriqaz” İstehsalat Birliyindən qazdan istifadəyə görə **********80000 nömrəli abonent kodunu, - "xxxx" ASC-dən sudan istifadəyə görə **********000 nömrəli abonent kodunu almış və müqvilələr bağlamışdır. Bildirir ki, tərəfindən bu özbaşnalığın qarşısını almaq üçün cavabdehlər Cavabdeh, “Azəriqaz” İB-yə, "xxxx" ASC-yə və "xxxx" ASC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs, Mustafayev Mustafa Bayram oğluna və X8 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC, “Azəriqaz” İB və "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi xahiş edilmişdir. Məhkəmə e-2(001)-5424/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixdə qətnamə qəbul edərək - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 4-Yeni Yaşayış massivi, Məlikaslanov küçəsi, döngə 7, ev 6 ünvanına dair Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış (abunə kodu **********70006) abonent müqaviləsi, “Azəriqaz” İB ilə bağlanmış (AKX-00597xx/xx-2019 nömrəli) qazın alqı-satqı müqaviləsi və "xxxx" ASC ilə (abonent kodu **********000) bağlanmış abunə müqaviləsi etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh etibardan sui istifadə etməkllə ona məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 4-Yeni Y/M, 1- Məlikaslanov küçəsi, döngə 7, ev 6-nı ələ keçirmək istəmişdir. Göründüyü kimi, Cavabdeh qanunsuz yollarla ünvan 2-ya olan istifadə hüquqları əldə etməyə çalışmışdır. Əlavə olaraq bildirir ki, cavabdeh ona məxsus evdə qızına və uşaqlarına şiddət göstərmiş, onları daim qorxu içində saxlamışdır. Baş verən bu halları qızı nikahdan ayrılandan sonra ona bildirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstəmişdir ki, evi o, almışdır. Cavabdehi o, qeydiyyata salmışdır. Onun qızı 3 ildir ailəsindən ayrılıb, ancaq kirayədə yaşayır. Cavabdehin qeydiyyatdan çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) X16 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, cavabdeh üçüncü şəxs Maraqlı şəxs və onun uşaqlarını evdə yaşamağa qoymur. İcra hakimiyyəti cavabdehə dəfələrlə xəbərdarlıq edib. Cavabdeh qaz, su və işıqla müqavilə bağladığından, habelə yaşayış yeri üzrə qeydiyyatda həmin ünvanda olduğundan hesab edir ki, onun həmin evdə istifadə hüququ yaranmışdır. Cavabdeh faktiki olaraq həmin evdə yaşayır və istifadə edir. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilərək Cavabdeh ona məxsus ünvan 2-ya olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs izahatında bildirmişdir ki, o, 3 ildir ki, cavabdehlə boşanıb. Nikahı pozulandan sonra o, uşaqları ilə birlikdə cavabdeh imkan vermədiyi üçün, atasına məxsus evdə yaşaya bilmədiyindən, məcbur qalıb kirayədə yaşayır. Həmçinin cavabdeh ona alimentdə ödəmir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5424/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh, 'Azəriqaz” İB-yə, "xxxx" ASC-yə və "xxxx" ASC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs, Mustafayev Mustafa Bayram oğluna və X8 qarşı “müqavilələrin etibarsız hesab edilməsi_və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC, “Azəriqaz” İB və "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələrin İddiaçı ilə bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırılmışdır ki, o, X11 ilə birgə nikah dövründə, yəni 2007-ci ilin dekabr ayında X12 29000 ABŞ dolları məbləğində pul ödəməklə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Həmin fərdi yaşayış evi özbaşına tikili olduğundan hüquqmüəyyənedici sənədləri mövcud olmamışdır. O, həmin evi aldıqdan sonra həyat yoldaşı X11, qızı və onun ailəsi həmin evə köçmüşlər. Cavabdeh, qızı Maraqlı şəxs həyat yoldaşı, onun etibarından sui-istifadə edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini mənimsəmişdir. Belə ki, Cavabdeh onun istehlakçı hüquqlarını pozaraq xx.xx.2017-ci il tarixdə "xxxx" ASC, xx.xx.2019-cu il tarixdə “Azəriqaz” İB, daha sonra "xxxx" ASC ilə müqavilə bağlayaraq öz adına abonent kodu almışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən əldə edilmiş məlumata əsasən Cavabdeh adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Bu səbəbdən də iddiaçı müqavilələrin etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin qeyd edilən qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 4-Yeni Yaşayış massivi, Məlikaslanov küçəsi, döngə 7, ev 6 ünvanına dair Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış (abunə kodu **********70006) abonent müqaviləsi, “Azəriqaz” İB ilə bağlanmış (AKX-00597xx/xx-2019 nömrəli) qazın alqı-satqı müqaviləsi və "xxxx" ASC ilə (abonent kodu **********000) bağlanmış abunə müqaviləsinin etibarsız hesab edilməsi, iddianın tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmçinin həmin qətnamədə qeyd edilmişdir ki, X6, Maraqlı şəxs, X7 razılıq ərizələrindən görünür ki, daimi qeydiyyatda olduqları və daimi yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 4-Yeni yaşayış massivi, 1-Məlikaslanov küçəsi, döngə 7, ev 6 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı tərəfindən alınmış və həmin evin sahibi və istifadəçisidir. İddiaçı həmin evi 29000 ABŞ dolları məbləğində pulu fərdi evin əvvəlki sahibi-qonşuları X12 ödəyərək alması onlara məlumdur və onların iştirakı ilə həyata keçirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 14 avqust 2023-cü il tarixli, 11/2023 saylı qərarından görünür ki, Maraqlı şəxs özünün habelə övladları Mustafayev Mustafa Bayram oğlu və X1 həyat yoldaşı Cavabdeh tərəfindən məişət zorakılığına məruz qalmaları barədə məlumat verərək lazımi tədbirlərin görülməsini xahiş etmişdir. Qeyd edilən qərarla Cavabdeh cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunması, Maraqlı şəxs, övladları Mustafayev Mustafa Bayram oğluna və X5 16 08 2023-cu il tarixindən başlayaraq 30 gün olmaqla qısa müddətli mühafizə orderinin verilməsi və məişət zorakılığını törədən Cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətində profilaktik qeydiyyata götürülməsi və onunla terbiyəviqabaqlayıcı işlərin aparılması qərara alınmışır. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin vəkil R. Abışova ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 4 ünvanından qeydiyyatdan çıxarılmasını, həmçinin qeydiyyata alınmasına əsas vərən sənədlərin surətinin göndərilməsi məktubuna, Cavabdeh xx.xx.2008-ci tarixində qeydiyyata alındığından, qeydiyyata alınmasına əsas olmuş sənədiər DİN-in normalarına uyğun olaraq məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi imkan xaricində olması bildirilmişdir. Memarlıq və Dizayn Mərkəzinin Baş Planından görünür ki, sifarişçi İddiaçı Məmmədli oğluna ünvan 5 ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evinin tikintisi üçün baş plan hazırlanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 27.1 fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 152.1-ci Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.1 Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2 Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 1. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Tələbin mahiyyətindən də görünür ki, iddiaçı mübahisəli evə cavabdehin istifadə hüququnun mövcudluğu qənaətindədir və həmin hüququn məhkəmə qaydasında xitam edilməsini tələb edir. Prosessual baxımdan bu tip tələblərə baxılması mümkündür, çünki mülki-prosessual məcəllə hər hansı fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin təsdiqi üçün məhkəməyə müraciət etmək imkanını təsbit etmişdir. Məhkəmə qeyd edir ki, hazırki tələbdə cavabdehin istifadə hüququna xitam verilməsi məsələsi araşdırılarkən ilk növbədə onun sözügedən evə istifadə hüququnun yaranıbyaranmadığı aydınlaşdırılmalıdır. İstifadə hüququnun mövcudluğu ilə bağlı isə mübahisəyə qiymət verilməsi üçün hüquq münasibətlərinin yarandığı dövr, istifadə hüququ tanınması tələb olunan yaşayış sahəsinin statusu, tərəflər arasında olan münasibətlərin xarakteri və.s hallar araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı arvadı X11 ilə birgə nikah dövründə 2007-ci ilin dekabr ayında X12 29,000.00 ABŞ dolları ödəməklə Bakı şəhəri, Biləcəri qəsəbəsi, 4-Yeni Y/M, 1-Məlikaslanov küçəsi, döngə 7, 6 saylı evi almış, lakin aldığı ev özbaşına tikili olduğundan hüquqmüəyyənedici sənədləri mövcud olmamışdır. O, həmin evi aldıqdan sonra həyat yoldaşı X11, qızları Maraqlı şəxs, onun əri Cavabdeh evə köçmüşlər. Məhkəmə iddiaçı tərəfin cavabdehin yaşayış yeri üzrə qeydiyyatda həmin ünvanda olduğundan onun həmin evdə istifadə hüququnun yaranması ilə bağlı dəlilini tam əsassız sayır. İlk növbədə məhkəmə qeyd edir ki, şəxsin dövlət tərəfindən rəsmi qaydada yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması onun həmin yaşayış sahəsindən istifadə hüququnu yaratmır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür.”. Həmin Qərarda belə nəticəyə gəlinmişdir ki, “1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.”. Göründyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Bununla yanaşı mövcud qanunvericiliyin mənasına görə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün istifadə hüququnun yaranmasını iddia edən şəxsin yaşayış sahəsinin mülkiyyətçisi ilə razılaşmanın olması və mülkiyyətçi ilə ailə münasibətlərində olması imperativ şərtdir. Xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə bilməz. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun ikinci xüsusiyyəti ondan ibarətdir ki, çox mənzilli binada mənzil əldə edərkən mülkiyyətçi yalnız yaşayış sahəsinə deyil, həm də, binanın ümumi mülkiyyətinə payı əldə edir. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun üçüncü xüsusiyyətini mülkiyyətçidən başqa ona məxsus olan yaşayış sahəsində yaşayan digər şəxslərin hüquqlarının mövcudluğu təşkil edir. Məhz bu məqamda «yaşayış binasının tərkib hissəsindən istifadə hüququ» meydana gəlir. Cavabdehin məhdud əşya hüququ kimi istifadə hüququnun yaranması üçün yaşayış sahəsi mülkiyyətdə olmalı və mülkiyyətçisi ilə ya notariat qaydasında müqavilə bağlanmalı, ya da mülkiyyətçinin ailə üzvü olmalıdı. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). İşin hallarından ünvan 2 ünvanında yerləşən evin özbaşına tikili olmaqla tərəflərin heç birinin mülkiyyətində olmadığı müəyyən edilir. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Hazırkı mübahisədə cavabdehin yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün ən azından mübahisəli yaşayış sahəsi iddiaçının mülkiyyətində və ya gözlənilən mülkiyyətində olmalı idi. Lakin iddiaçı ünvan 2 ünvanında yerləşən evin mülkiyyətçisi deyil və belə olan halda cavabdehlə onun arasında mülkiyyətdə olmayan yaşayış sahəsindən istifadə ilə bağlı hər hansı razılaşmadan söhbət gedə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh ünvan 2 ünvanında olan özbaşına tikiliyə ümumiyyətlə istifadə hüququ yaranmamışdır. Buna baxmayaraq iddiaçı mövcud olmayan hüquqa xitam verilməsi tələbi ilə çıxış edir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı ünvan 2 ünvanına olan istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-6191/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6191/2024
28.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver