Məhkəmə qərarları › İş №e-2(001)-6196/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6196/2025

05.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6196/2025 05.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla “atalıq faktının təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: atalığın təsdiq edilməsi faktı) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs olmaqla “atalıq faktının təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd edərək, “atalıq faktının təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü ildə Cəlilabad rayonunda anadan olmuş X6 qəyyumluğu altında olan övladları xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X4 ataları olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi daha sonra tələbin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü ildə Cəlilabad rayonunda anadan olmuş X6 qəyyumluğu altında olan övladları xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X4 ataları olması faktının müəyyən olunması, uşaqların doğumu haqqında akt qeydinin “ata” qarafasında X11 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tərəfindən ərizə onunla əsaslandırılır ki, xx.xx.1999-cu il təvəllüdlü Ərizəçi 2015-ci ilin əvvəllərində xx.xx.1994-cü il təvəllüdlü X11 ilə faktiki nikah münasibətlərinə girməklə evlənmişlər. 2015-ci ildə o, həyat yoldaşı Famil ilə birlikdə Türkiyə Respublikası sərhəddini keçərək, Suriyaya, oradan da İraq Respublikasına getmişlər. İraqa getdikdən bir müddət sonra faktiki nikahdan xx.xx.2016-cı ildə qızı X15 və xx.xx.2018-ci ildə isə oğlu X7 İraq Respublikasında ev şəraitində dünyaya gətirmişdir. Həyat yoldaşı X11 orada “İŞİD” terror təşkilatna qoşularaq döyüşlərə qatılmışdır. 2017-ci ilin avqust ayının 14-də İraqın Təlafər şəhəri terror nəticəsində dağıdılmış və həyat yoldaşı X11 vəfat etmişdir. Övladları xx.xx.2016-cı il təvəllüdlü X15 və xx.xx.2018-ci il təvəllüdlü X10 2021-ci ildə Azərbaycan Respublikasının İraqdakı Səfirliyinin köməkliyi ilə Azərbaycana gətirildi və anası X2 himayəsinə verilmişdir. Bakı şəhəri Binəqədi rayon icra Hakimiyyəti Başçısının xx.xx.2021ci il tarixli, 274 saylı Sərəncamına əsasən X9 övladları xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X4 üzərində qəyum təyin edilmişdir. Daha sonra Ərizəçi 2021-ci ildə Azərbaycan Respublikasının İraqdakı Səfirliyinin köməkliyi ilə Azərbaycana gətirildi. Hal-hazırda övladları onun himayəsindədir. xx.xx.2016-cı il təvəllüdlü X15 və xx.xx.2018-ci il təvəllüdlü X10 onun qəyyumluğu altındadır və onların bütün maddi və mənəvi tələbatları onun üzərindədir. Lakin maddi imkansızlıq ucbatından uşaqların tələbatını qarşılaya bilmir. Özünün Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən, 18 yaşına çatmayan uşaqların ailə başçısını itirməyə görə müavinət almaq hüququ vardır. X1, qəyyumluğu altında olan övladlarının ataları olmasını təsdiq edən sənəd olmadığına görə, X6 ölmüş elan edilməsi ilə bağlı məhkəməyə ərizə verə bilmir. Bunun da nəticəsində azyaşlı övladlarına ailə başçısını itirməyə görə sosial müavinət ala bilmir. Hesab edir ki, X6 xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X4 ataları olması məhkəmə qaydasında müəyyən edilməlidir. II. Ərizəçi və maraqlı şəxsin mövqeyi: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, uşaqlar ölkəyə gətirildikdən sonra onların hər ikisinin doğum faktı məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, atalıq faktının müəyyən edilməsi olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. III. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.2.10-cu maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi üzrə işlərə baxır. -308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, iddiaçı həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. -45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. - 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. “X,Y və Z Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında qeyd olunur ki, Konvensiyanın 8-ci maddəsində yer alan “ailə həyatı” anlayışı: ... yalnız nikaha əsaslanan ailələrlə məhdudlaşmır və digər faktiki münasibətləri də əhatə edə bilər. Münasibətlərin “ailə həyatı” təşkil edib-etmədiyi barədə qərar verilərkən bir sıra amillər, o cümlədən, cütlüyün birgə yaşayıb-yaşamaması, onların münasibətlərinin müddəti, birgə övlad dünyaya gətirməklə və ya başqa vasitələrlə bir-birinə bağlı olduqlarını təsdiq etmələri əhəmiyyət kəsb edir. Konvensiyanın 8-ci maddəsinə əsasən, atalığın müəyyən olunması barədə iddia tələbinə baxarkən məhkəmələr uşağın ən yaxşı mənafeyinə üstünlük verməlidirlər (Yevremoviç Serbiyaya qarşı iş üzrə AM-nin 17 iyul 2007-ci il tarixli qərarı). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır.”. İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi: İş materiallarında olan: - Azemis elektron sistemdən və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X15 və xx.xx.2018-ci il təvəllüdlü X4 ata qrafasında Quliyev Famil, ana qrafasında Ərizəçi qeyd edilmişdir. - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “Sizin Maraqlı şəxsnə olan atalığın müəyyən edilməsinin qeydə alınması barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixdə 166 saylı X3 doğum haqqında akt qeydi ata məlumatları tam qeyd olunmamışdır. Ərizəyə əlavə olunmuş sənədlərdən məlum olunmuşdur ki, ata kimi qeyd etdiyiniz şəxs X12 şöbəyə müraciət etməmişdir. Bildiririk ki, 4.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaş vəziyyəti aktlarının qeydiyyatı qaydasına" -na əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və məhkəmə qətnaməsi əsasında qeydə alınır. Bununla bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur.” Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində məhkəməyə bildirmişdir ki, ərizəçini qızı vasitəsi ilə tanımışdır. Belə ki, onun qızı da İraq və Suriya ərazisinə məlum məsələlərlə bağlı getmiş, hazırda da həmin ölkədə həbsdədir. Özünün nəvələri də ərizəçinin uşaqları kimi dövlət qurumlarının vasitəçiliyi ilə gətirilmiş və hazırda himayəsindədir. Qızı ərizəçi ilə birlikdə yaşadığından ərizəçinin Famil Quliyevlə ailəli olduğunu və iki övladı olduğunu bilirdi. Ərizəçi ilə Familin bir qız və bir oğlan övladları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində məhkəməyə bildirmişdir ki, ərizəçi onun dayısının yoldaşıdır. X24 ilə ərizəçi 2015-ci il tarixdə faktiki ailə qurmuşdur. Daha sonra bütün ailə üzvləri ilə birlikdə əvvəlcə Suriya, daha sonra İraq İslam Respublikası ərazisinə getmişlər. Həmin ölkə ərazisində məlum hadisələrlə əlaqədar X24 öldürülmüşdür. Nigar və Familin iki övladı var idi, ikinci uşaq atası öldükdən sonra ərizəçi həbs edilmiş və uşaq həbsxanada doğulmuşdur. Dayısı Famil öldükdən sonra babası və digər dayısı Famili dəfn etmişlər. Hazırda nənəsi İraq Respublikası ərazisində həbsdədir. Həqiqətən də, Ərizəçi ilə mərhum Famil Quliyevin faktiki nikahından bir qız-Leyla və bir oğlan Binyamin adlı uşaqları doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində məhkəməyə bildirmişdir ki, ərizəçi onun əmisinin yoldaşıdır. X27 ilə ərizəçi 2015-ci il tarixdə faktiki ailə qurduqdan sonra ailəlikcə əvvəlcə Suriya, daha sonra İraq İslam Respublikası ərazisinə köçərək terror təşkilatına qoşulmuşlar. Həmin ölkə ərazisində məlum hadisələrlə əlaqədar X27 öldürülmüş, Nigar isə həbs edilmişdir. Nigarın Famillə olan evliliyindən Leyla adlı qızı doğulmuş, ikinci uşaq isə Nigar həbsxanada olan zaman Binyamın adlı oğlan uşağı doğulmuşdur. Sadalanan xüsusatlara, həmçinin mərhum ilə ərizəçinin arasında rəsmi nikahın olmaması, onun həyatda olmaması, lakin şahid olaraq mərhumun qardaşı və bacısı qizlarının ifadəsi və iş materialları ilə xx.xx.2016-cı il təvəllüdlü X15 və xx.xx.2018-ci il təvəllüdlü X4 atası olması faktı öz təsdiqini tapdığına görə məhkəmə hesab edir ki, X6 xx.xx.2016-cı il təvəllüdlü X15 və xx.xx.2018-ci il təvəllüdlü X4 atası olması faktının müəyyən edilməsi (atalığın etiraf olunması) ərizəçi üçün hüquqi əhəmiyyətli olduğundan, mövcud tələb ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, atalığın tanınması faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün bütün şərtlər mövcuddur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1994-cü ildə Cəlilabad rayonunda doğulmuş X6 (xx.xx.2017-ci il tarixdə vəfat etmişdir) xx.xx.2016-cı il təvəllüdlü X15 və xx.xx.2018-ci il təvəllüdlü X4 atası olmasını etiraf etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1994-cü ildə Cəlilabad rayonunda doğulmuş X6 (xx.xx.2017-ci il tarixdə vəfat etmişdir) xx.xx.2016-cı il təvəllüdlü X15 və xx.xx.2018-ci il təvəllüdlü X4 atası olması faktı müəyyən edilsin. Bununla bağlı xx.xx.2016-cı il təvəllüdlü X8 doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, atası qrafasında “X11”, atasının milliyyəti qrafasında “azərbaycanlı” göstərilsin. Bununla bağlı xx.xx.2018-ci il təvəllüdlü X4 doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, atası qrafasında “X11”, atasının milliyyəti qrafasında “azərbaycanlı” göstərilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar