Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6202/2025 03.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi Alızadə Gəray Rəfail oğlunun katibliyi ilə, iddiaçı – İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh – Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Kompleks Bank Xidməti” Müqaviləsinə, eyni zamanda cavabdehin ödəniş kartlarının hazırlanması və verilməsinə dair ərizəsinə əsasən sonuncunun adına debet 424448****8679 nömrəli (X3) kart açılmışdır.
2. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışa əsasən Cavabdeh xx.xx.2025-ci il tarixinə 38,52 manat əsas, 66,56 manat faiz borcu olmaqla, cəmi 105,08 manat borcu vardır.
3. İddiaçı Cavabdeh əsassız varlanmaya görə 38,52 (otuz səkkiz manat əlli iki qəoik) manat məbləğində əsas bоrc və 66,56 (altmış altı manat əlli altı qəpik) manat məbləğində faiz borcu оlmaqla, cəmi 105,08 (yüz beş manat səkkiz qəpik) manat borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq öz xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
İddiaçının əsaslandırması:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Kompleks Bank Xidməti” müqaviləsinə, eyni zamanda cavabdehin ödəniş kartlarının hazırlanması və verilməsinə dair ərizəsinə əsasən sonuncunun adına debet 424448****8679 nömrəli (Visa Vector) kart açılmışdır. xx.xx.2021-ci il tarixində cavabdeh X1 arasında “Kompleks Bank Xidməti” müqaviləsi əsasında yaradılmış 424448****8679 nömrəli kart hesabında yaranan texniki xəta səbəbindən onun qeyd olunan kart hesabında yetərli pul vəsaiti olmadığı halda banka məxsus 38,52 manat məbləğində pul vəsaiti sonuncu tərəfindən istifadə edilmişdir. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq cavabdeh tərəfindən istifadə edilmiş banka məxsus vəsaitin gerin qaytarılması istiqamətində işlər görülmüş, lakin qeyd olunan vəsait cavabdeh tərəfindən nağdlaşdırıldığından həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Göstərilən pul vəsaitinin cavabdeh tərəfindən istifadə olunması nəticəsində hazırda sonuncunun banka 38,52 manat əsas borc, 66,56 manat məbləğində faiz borcu olmaqla, cəmi 105,08 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli “Kompleks Bank Xidməti” müqaviləsinin 3.4.5-ci bəndinə əsasən yaranmış “texniki overdraft”a görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərini faizləri ilə birlikdə geri tələb etmək hüququ vardır. Sözügedən Müqavilənin 5.16.5-ci maddəsinə əsasən müştəri yaranmış “texniki overdraft”a görə pul vəsaitlərini hesablanmış faizləri ilə birlikdə (illik 42%) olmaqla geri qaytarır. İddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nəticə əldə edilməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir.
Cavabdehlərin etirazları:
5. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.
Tərəflərin izahatları:
6. İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin iddiaçının nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRİCİ HİSSƏ:
Faktiki hallar və sübutlar:
8. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Ödəniş kartların hazırlanmasına və verilməsi”nə dair ərizədən müəyyən edilir ki, cavabdeh tərəfindən debit kartın verilməsi ilə bağlı İddiaçı ASC-yə müraciət edilmişdir.
9. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Kompleks Bank Xidməti” Müqaviləsindən müəyyən edilir ki, cavabdehin adına debet 424448****8679 nömrəli (X3) kart açılmışdır.
10. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 38,52 manat əsas, 66,56 manat məbləğində faiz borcu yaranmışdır.
11. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan müəyyən edilir ki, cavabdeh ödəniş cədvəlində nəzərdə tutulmuş ödəniş vaxtı və qaydası ilə əlaqədar olaraq müəyyən edilmiş qaydalara əməl etməməsi ilə bağlı xəbərdar edilmiş və ona banka olan bütün borc məbləğini tam olaraq 3 (üç) gün ərzində banka ödəməli olması barədə məlumat verilmiş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyini bildirmişdir.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
14. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır.
15. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
16. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
17. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir.
18. Belə ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası – iddiaçı ilə aralarında hazırda tələb edilən pul məbləği barədə müqavilə, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsas olmadan 38,52 manat məbləğində pul vəsaiti əldə etmişdir. Cavabdeh həmin vəsaiti iddiaçıya qaytarmadığından iddiaçı tərəfindən texniki overdraft nəticəsində yaranmış borca görə 66,56 manat faiz hesablanmışdır. Beləliklə də cavabdehin iddiaçı qarşısında icra edilməmiş 105,08 manat öhdəliyi yaranmışdır.
19. Göründüyü kimi cavabdeh hüquqi və ya müqavilə əsas olmadan iddiaçının hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün iddiaçının pul məbləğinin geri qaytarılması məqsədi ilə cavabdehə qarşı pul tələbinə dair tələb irəli sürməkdə haqlıdır.
20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmaqla 105,08 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
21. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi).
22. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
23. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 38,52 (otuz səkkiz manat əlli iki qəpik) manat məbləğində əsas borc və 66,56 (altmış altı manat əlli altı qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 105,08 (bir yüz beş manat səkkiz qəpik) manat pul vəsaiti, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
24. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh 38,52 (otuz səkkiz manat əlli iki qəpik) manat məbləğində əsas borc, 66,56 (altmış altı manat əlli altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 105,08 (bir yüz beş manat səkkiz qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin.
3. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
5. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Anar Rzayev