Məhkəmə qərarları › İş №e-2(001)-6319/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6319/2023

30.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6319/2023 30.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 91,70 kv.m olan mənzilin boşaldılaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 27 oktyabr 2023-cü il tarixdə vəsatət ilə məhkəməyə müraciət edərək, İddiaçı Elmi –İsthsalat Müəssisəsi ilə onun arasında mənzildən çıxarılma tələbinə dair Binəqədi Rayon Məhkəməsinin icraatında başqa məhkəmə işi mövcud olduğundan müvafiq işin icraatına qəbuı edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələbinə görə əsassızdır. Qeyd edir ki, hal-hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Günel Abbasovanın icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə 2(001)-47/2023 nömrəli dayandırılmış iş vardır. Belə ki, qeyd edilən iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-235/2022 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışa dair qeydin ləğv olunması barədə 2-1(112)-13399/2021 saylı inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə 2(001)-235/2022 saylı mülki işin icraatı dayandırılmışdır. Hal-hazırda adı çəkilən inzibati iş üzrə məhkəmə qərarı qüvvəyə minmədiyindən müvafiq məhkəmə işi dayandırılmış olaraq qalmaqdadır. Buna görə də hesab edir ki, eyni tərəflər arasında , eyni əsaslar üzrə və eyni predmet barəsində Binəqədi Rayon Məhkəməsinin icraatında 2(001)- 47/2023 nömrəli iş olduğundan İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh vəsatətini müdafiə edərək, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin vəsatəti təmin edilməli və hazırki mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Mirmahmud Kazımovski küçəsi, bina 54-56, blok A, mənzil 84 ünvanından çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Günel Abbasova) xx.xx.2022-ci il tarixli 2(001)-235/2022 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan əlaqəli işə baxılıb yekun qərar çıxarılanadək, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndində dəyişikliklər edilmiş və 2-ci bənd aşağıdakı redaksiyada verilmişdir “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göründüyü kimi hal hazırda e-2(001)-6319/2023 saylı mülki iş üzrə tərəflər arasında olan “mənzildən çıxarılma” tələbinə dair mübahisə, eyni zamanda eyni məhkəmənin başqa hakiminin 2(001)-47/2023 saylı mülki iş üzrə icraatındadır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1. və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından, iddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2023-cü il tarixli, ********** №-li qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Cavabdeh vəsatəti təmin edilsin. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2023cü il tarixli, ********** №-li qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar