Məhkəmə qərarları › İş №e-2(001)-6358/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6358/2021

12.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6358/2021 12.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlu X3, İddiaçının nümayəndəsi, vəki Nümayəndə iştirakı ilə, İddiaçısinin Cavabdeh Firmasına qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, baxaraq m ü ə y y ə n e t d im: İddiaçısi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Fimasının İddiaçısinin sahibliyində və istifadəsində olan 1.1 ha torpaq sahəsinin zəbt edilmiş 32 sotundan çıxarılması, mübahisəli torpaq sahəsinin zəbt olunan 32 sotun üzərində cavabdeh tərəfindən inşa olunan tikililərin onun hesabına sökülərək, torpağın əvvəlki vəziyyətinə gətirilməklə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçısi 30 iyun 1994-cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmaqla fəaliyyət göstərir. Müəssisə əvvəllər 1992-ci ildə İddiaçı kooperativi əsasında yaradılmışdır. Bakı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 12.03.1990-cı il tarixli, 1/22 saylı qərarı ilə Bakı şəhəri, Kirov rayon Sovetinin 11.09.1989-cu il tarixli, 01-7/3443 nömrəli məktubuna əsasən Bakı şəhəri Kirov (Binəqədi) rayonu, Binəqədi qəsəbəsi, 1288-ci məhəllədə yerləşən 1.1 ha torpaq sahəsinin sərhədləri və daimi cizgiləri naturada müəyyən edilmişdir. Bundan sonra Bakı şəhər İcraiyyə Komitəsi Baş Arxitektura-Planlaşdırma İdarəsi tərəfindən 14.08.1990-cı il tarixli İddiaçı İstehsalat Kooperativinə ayrılmış torpaq sahəsinin tikinti pasportu təsdiq edilmişdir. İddiaçısi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1288-ci məhəllədə yerləşən 1.1 ha torpaq sahəsi tikinti materiallarının istehsalı və satışını həyata keçirir. 2004-cü ilin oktyabr ayında qanuni istifadəsində olan 1,1 hektar torpaq sahəsinin 44 sotunu qarşılıqlı razılaşma əsasında Cavabdeh Firmasının təsisçiləri, Əlirza Məhəmmədpur və X1 və istifadəsinə verilmişdir. Bundan sonra firmanın təsisçiləri 44 sot torpaq sahəsində qeyri-yaşayış binası inşa etmişlər və mərmər istehsalı ilə məşğul olmuşlar. Lakin sonradan yəni 2006-cı ildən başlayaraq Cavabdeh Firmasının rəhbərliyi İddiaçısinin sahibliyində və istifadəsində olan 1.1 ha torpaq sahəsinin əlavə 32 sotunu da zəbt edərək, orada əlavə tikililər inşa etməyə başlamış və depo kimi istifadə etmişdir. Bundan başqa Cavabdeh Fiması torpaq sahəsinə çirkab sular axıtmış və torpaq sahəsinin və ərazinin çirklənməsinə səbəb olmuşdur. Dəfərlə cavabdeh firmanın rəhbərliyindən zəbt etdikləri 32 sot torpaqdan çıxmağı və çirkab suların axıdılmasının dayandırılmasını xahiş etsələr də, firma rəhbərliyi buna əhəmiyyət verməmiş və öz qanunsuz hərəkətlərini davam etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.2-ci maddəsinin tələbi baxımından iddia ərizəsinin mümkünlüyünə baxılması üçün məhkəmə iclası təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil Nümayəndə Tofiq oğlu izahatında bildirmişdir ki, tərəflər hüquqi şəxs olsalar belə, aralarında olan mübahisənin predmeti torpaq sahəsi olduğundan və torpaq sahəsi Binəqədi rayonu ərazisində yerləşdiyindən, aralarında olan mübahisənin həlli üçün iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. -25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. -26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. -26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. İşin hallarından görünür ki, iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1288-ci məhəllədə yerləşən 1.1 ha torpaq sahəsinin razılaşdırılmış 44 sot hissəsindən və zəbt edilmiş 32 sot hissəsindən cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edir. Eyni zamanda iddiaçı geri qaytarılmasını xahiş etdiyi torpaq sahəsi onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olan torpaq sahəsidir. Bu baxımdan mübahisəyə Kommersiya məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı və cavabdeh hüquqi şəxs olduğundan, mübahisə predmeti olan torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə istifadə edildiyindən mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Bundan başqa yuxarıda qeyd edilən Plenum qərarında göstərilmişdir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Eyni zamanda məhkəmə tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir ki, hazırki qərardaddan şikayət verildiyi təqdirdə MPM-nin 269-cu maddəsinin tələblərini və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında göstərilən xüsusatları nəzərə alsınlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 44, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Vəfa” X4 Cavabdeh Firmasına qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar