Məhkəmə qərarları › İş №e-2(001)-636/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-636/2025

10.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-636/2025 10.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli X1rşı “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair (Açar sözlər: əmək müqaviləsi, ləğv, məcburi iş buraxma, əmək haqqı) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Bakı şəhəri 17 saylı Vəkil Bürosu Vəkil1, Cavabdehin nümayəndəsi Mirzəyev və Partnyorları Vəkil Bürosu vəkili Vəkil2 və Vəkil3 Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli X1rşı “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I.İşin mahiyyəti: 1.İddiaçı cavabdeh Əmlak Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli X1rşı “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri E.Səfərlinin xx.xx.2024-cü il tarixli 3-17-6/3-4-120/2024 saylı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” Əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə (işinə) - cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlimlərin təşkili və layihələrlə iş departamentinin müdiri vəzifəsinə işə bərpa olunması, İddiaçı məcburi iş buraxma müddəti üzrə əmək haqlarının, yəni işçinin qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixə kimi əmək haqqı və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq ödənilməsi, məcburi işburaxma müddəti üzrə əmək haqqının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinə müvafiq olaraq tərkib hissəsini təşkil edən bütün ödənişlərin, o cümlədən aşağıdakı ödənişlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, müvafiq dövrlər üzrə məzuniyyət haqlarının, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 2021-ci il tarixli **********3 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin həvəsləndirmə Qaydası”nın 12-ci bəndində müəyyən edilmiş bir aylıq vəzifə maaşı həcmində müavinətin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 2021-ci il tarixli **********3 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin həvəsləndirmə Qaydası”nın 9-cu bəndinə müvafiq olaraq ödənilən kollektiv mükafatların, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Milli Observatoriyanın İdarə Heyətinin 22 dekabr 2022-ci il tarixli iclasının **********0 nömrəli protokolu ilə təsdiq edilmiş “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın işçilərinin fərdi mükafatlandırılması məqsədilə xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair Təlimat”ın 5.3-cü bəndinə müvafiq olaraq ödənilən rüblük fərdi mükafatın, mediasiya xərclərinin əvəzi qismində 60 manat rüsumun və poçt xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, vəkilə etibarnamə verilməsi xərcləri qismində 18 manat notariat rüsumun və bankın xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, vəkil xərcləri qismində 320 manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, səhhətinə vurulmuş ziyana görə (mənəvi zərər) 10000 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik hüquqi şəxs“i Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 4 iyul tarixli 775 nömrəli Fərmanına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarı ilə cavabdehin Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 1.1-ci bəndinə əsasən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan publik hüquqi şəxsdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı cavabdeh qurumda Layihələrlə iş şöbəsinin müdiri vəzifəsində işə başlamışdır. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən iddiaçının əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: “3.1. İşçi aşağıdakı əmək funksiyalarının icrasını öhdəsinə götürür: 3.1.1. Şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək; 3.1.2. Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək; 3.1.3. Beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlığın və xarici dövlətlərin müvafiq təcrübəsinin öyrənilməsi işinin təşkili; 3.1.4. Səlahiyyətləri daxilində müvafiq sahədə fəaliyyət istiqamətləri üzrə Milli Observatoriyanın kommersiya əsaslı xidmətlər göstərilməsi ilə bağlı zəruri marketinq və təşkilati işləri təmin etmək; 3.1.5. Səlahiyyətləri daxilində Observatoriya tərəfindən müvafiq sahə ilə bağlı yerli və beynəlxalq səviyyəli layihələrin həyata keçirilməsini təşkil etmək.” Göründüyü kimi, iddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə onun işi və göstərilən xidmətin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Lakin buna baxmayaraq, sözügedən əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən ona müqavilənin standart şərti kimi işin birinci ayı sınaq müddəti olmaqla onunla 3 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı əmək funksiyalarının və işinin daimi xarakterə malik olduğu halda onunla mövsümi işçi kimi müddətli əmək müqaviləsi bağlanmasına etiraz etdikdə Observatoriyanın rəhbərliyi tərəfindən ona bütün işçilərlə müddətli əmək müqaviləsi bağlandığını, onlarda əmək müqaviləsinin bu qaydada bağlandığını, bu şərtin şablon olduğu, razı deyilsə işə götürülməyəcəyi bildirilmişdir. Belə olan halda iddiaçı hüquq bərabərliyinə əsaslanan azad iradəsinə zidd olaraq hazırki işi itirməmək üçün müqaviləni formal olaraq imzalamağa məcbur qalmışdır. Çünki, iddiaçı başa düşürdü ki, daimi xarakterə malik əmək funksiyalarını yerinə yetirdiyinə görə stabil iş yeri ilə təmin olunmaq hüququnu qətiyyətlə tələb etmiş olsa idi, işəgötürən tərəfindən ümumiyyətlə işlə təmin olunmayacaqdı. Beləliklə, daimi xarakterə malik əmək funksiyalarını yerinə yetirdiyi halda stabil iş yeri və müddətsiz əmək müqaviləsi bağlanması hüququndan könüllü surətdə imtina etməsi üçün iddiaçının hər hansı motivi və məqsədi olmamış, bu qeyri-bərabər şəraitdə, işəgötürənin iqtisadi və təşkilati-sərəncamverici imkanları, işçinin isə iqtisadi cəhətdən ondan asılı olması və iş yerinə ehtiyac duyması səbəbindən - məcburiyyət qarşısında baş vermişdir. Beləliklə, AR Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsinin tələbinə zidd olaraq, cavabdeh tərəflər arasında əmək müqaviləsinə və onun əlavə razılaşmalarına işçinin əmək funksiyalarının xarakterinə görə daimi işlə təmin olunmaq hüququnu məhdudlaşdıran müddəalar daxil etmişdir. İddiaçı və cavabdeh arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə əlavə razılaşma bağlanmış və İddiaçı Milli Observatoriyada Keyfiyyətin təminatı və layihələrlə iş departamentinin müdiri vəzifəsinə təyin edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən işçinin əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: “3.1.1. Departamentin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; 3.1.2. Departamentin işçiləri arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət olunmasına nəzarət edir. 3.1.3. Departamentə həvalə edilmiş vəzifələrin və tapşırıqların. habelə iş planında və digər sənədlərində nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir. 3.1.4. Observatoriyada keyfiyyətin təminatı mexanizmlərinin hazırlanması və həyata keçirilməsi, müvafiq beynəlxalq keyfiyyət standartlarının tətbiqi işini təşkil edir. 3.1.5. Observatoriyada beynəlxalq əməkdaşlığın və sosial sahədə təcrübə mübadiləsinin həyata keçirilməsi, layihələrin hazırlanması və icrasının əlaqələndirilməsi, yerli və beynəlxalq donorlarla, sifarişçilərlə və tərəfdaşlarla əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi işinə rəhbərlik edir”. Göründüyü kimi, iddiaçının keçirildiyi yeni vəzifənin əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə onun işi və göstərilən xidmətin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Lakin buna baxmayaraq, sözügedən əmək müqaviləsinin 2.3-ci bəndində onun müddətli əsasla bağlanması göstərilmiş, iddiaçı əmək funksiyalarının və işinin daimi xarakterə malik olduğu halda onunla mövsümi işçi kimi müddətli əmək müqaviləsi bağlanmasına yenidən etiraz etdikdə Observatoriyanın rəhbərliyi tərəfindən ona bir daha bütün işçilərlə müddətli əmək müqaviləsi bağlandığını, bu şərtin şablon olduğu, razı deyilsə yeni vəzifəyə keçirilməyəcəyi bildirilmişdir. Belə olan halda iddiaçı iradəsinə zidd olaraq hazırki işi itirməmək və vəzifə yüksəlişi imkanını əldən verməmək üçün müqaviləni formal olaraq imzalamağa məcbur qalmışdır. Beləliklə, daimi xarakterə malik əmək funksiyalarını yerinə yetirdiyi halda stabil iş yeri və müddətsiz əmək müqaviləsi bağlanması hüququndan könüllü surətdə imtina etməsi üçün iddiaçının hər hansı motivi və məqsədi olmamış, bu qeyri-bərabər şəraitdə, işəgötürənin iqtisadi və təşkilati-sərəncamverici imkanları, işçinin isə iqtisadi cəhətdən ondan asılı olması və iş yerinə ehtiyac duyması səbəbindən - məcburiyyət qarşısında baş vermişdir. Həm də təyin olunan vəzifənin ştat cədvəli üzrə əmək haqqı kifayət qədər yüksək olduğundan iddiaçı həmin vəzifəni itirmək istəməmiş və azad iradəsinə zidd olaraq müqaviləni formal imzalamışdır. İddiaçı və cavabdeh arasında xx.xx.2024-cü il tarixdə Əmək müqavlləsinə yeni əlavə Razılaşma bağlanmış və struktur dəyişikliyinə müvafiq olaraq İddiaçı Milli Observatoriyada Təlimlərin təşkili və layihələrlə iş departamentinin müdiri vəzifəsinə təyin edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə müvafiq olaraq iddiaçının yeni vəzifəsi üzrə əmək funksiyaları aşağıdakı kimi olmuşdur: “3.1.3. Departamentə həvalə edilmiş vəzifələrin və tapşırıqların, habelə iş planında və digər sənədlərində nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir. 3.1.1. Departamentin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; 3.1.2. Departamentin işçiləri arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət olunmasına nəzarət edir. 3.1.4. Observatoriyada beynəlxalq əməkdaşlığın və sosial sahədə təcrübə mübadiləsinin həyata keçirilməsi, layihələrin hazırlanması və icrasının əlaqələndirilməsi, yerli və beynəlxalq donorlarla, sifarişçilərlə və tərəfdaşlarla əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi işinə rəhbərlik edir. 3.1.5. Sosial sahədə təlim proqramlarının tərtib edilməsi və təlim-tədris xidmətlərinin təşkili işinə rəhbərlik edir. 3.1.6. Observatoriyanın əsas fəaliyyəti üzrə strateji planlaşdırma sahəsində işlərin təşkil edilməsi, innovasiyaların tətbiq edilməsi ilə bağlı araşddırmaların aparılması və təkliflərin hazırlanması işinə rəhbərlik edir. “ Göründüyü kimi, iddiaçının keçirldiyi yeni vəzifənin əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə onun işi və göstərilən xidmətin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Lakin buna baxmayaraq, sözügedən əmək müqaviləsinin 2.3-ci bəndində onun müddətli əsasla bağlanması göstərilmiş, iddiaçı əmək funksiyalarının və işinin daimi xarakterə malik olduğu halda onunla mövsümi işçi kimi müddətli əmək müqaviləsi bağlanmasına yenidən etiraz etdikdə Observatoriyanın rəhbərliyi tərəfindən ona bir daha bütün işçilərlə müddətli əmək müqaviləsi bağlandığını, bu şərtin şablon olduğu, razı deyilsə yeni vəzifəyə keçirilməyəcəyi bildirilmişdir. Belə olan halda iddiaçı iradəsinə zidd olaraq hazırki işi itirməmək və vəzifə yüksəlişi imkanını əldən verməmək üçün müqaviləni formal olaraq imzalamağa məcbur qalmışdır. Beləliklə, daimi xarakterə malik əmək funksiyalarını yerinə yetirdiyi halda stabil iş yeri və müddətsiz əmək müqaviləsi bağlanması hüququndan könüllü surətdə imtina etməsi üçün iddiaçının hər hansı motivi və məqsədi olmamış, bu qeyri-bərabər şəraitdə, işəgötürənin iqtisadi və təşkilati-sərəncamverici imkanları, işçinin isə iqtisadi cəhətdən ondan asılı olması və iş yerinə ehtiyac duyması səbəbindən - məcburiyyət qarşısında baş vermişdir. Həm də təyin olunan vəzifənin ştat cədvəli üzrə əmək haqqı kifayət qədər yüksək olduğundan iddiaçı həmin vəzifəni itirmək istəməmiş və azad iradəsinə zidd olaraq müqaviləni formal imzalamışdır. Bununla yanaşı, xx.xx.2024-cü il tarixdə Əmək müqavlləsinə yeni əlavə bağlanılarkən əmək müqaviləsinin müddəti 3 aydan 2 aya keçirilmişdir. Belə ki, həmin Razılaşmanın 2.3-cü bəndində müqavilənin xx.xx.2024-cü il tarixədək, yəni 2 ay müddətinə davam edəcəyi göstərilmişdir. Beləliklə, işçinin əmək funksiyalarının qabaqcadan daimi xarakter daşıdığı bəlli olduğu halda onunla bağlanmış 3 aylıq müddətli əmək müqaviləsi onun iradəsinə zidd olaraq 2 aya azaldılmış və işçi işəgötürəndən iqtisadi və təşkilati baxımdan asılı olduğundan, habelə işə ehtiyacı olduğundan həmin şərtlərlə razılaşmaq məcburiyyətində qalmışdır. xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmrinə əsasən tabeli qurum və müəssisələrdə ştat cədvəli üzrə vəzifə maaşları artırılmış, buna uyğun olaraq tərəflər arasında həmin tarixdə əmək müqaviləsinə əlavə razılaşma üzrə İddiaçı vəzifə maaşı 5 min manata qaldırılmışdır. Bundan sonra 28 iyun 2024-cü il tarixdə səhər saatlarında cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Sevinc Axundlu əmək məzuniyyətində olmasına baxmayaraq, qurumun İdarə Heyətinin sədri Elnur Səfərlinin tələbi ilə işə çıxaraq İddiaçı və qurumun Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri Qaya Əliyevi ayrı-ayrılıqda İdarə Heyətinin əmək məzuniyyətində olan, lakin eyni qaydada işə çıxmış üzvü Hasil Abbasovun iş otağına, mobil telefonla zəng edərək dəvət etmiş, sonuncunun müşayiəti ilə həm İddiaçı, həm də Q.X7 güya onlarla əməkdaşlığa xitam verilməsi barədə qərar qəbul etdiyini, səbəbinin açıqlanmadığını, işdənçıxma barədə ərizə yazmalı və təhvil-təslim işləri aparmalı olduqlarını, əks təqdirdə barələrində müvafiq tədbir görüləcəyini bildirmişdir. İddiaçı əvvəlcə 28 iyun 2024-cü il tarixdə sözügedən hədəqorxu və aldatma nəticəsində işdənçıxma ərizəsi yazsa da, daha sonra İdarə Heyətinin bununla bağlı hər hansı qərarının olmadığını, İdarə Heyətinin hər hansı fövqəladə və ya növbədənkənar iclasının keçirilmədiyini, nəticə etibarilə E.X4 səlahiyyətlərini uzurfasiya etdiyini, öz məkrli planını, şəxsi ədavətə və qərəzə əsaslanan qərarını İdarə Heyətinin adının arxasında gizlətdiyini öyrənmiş, xx.xx.2024-cü il tarixdə (xx.xx.2024-cü il tarixli daxil olma) cavabdeh Milli Observatoriyaya, ƏƏSMN yanında X5 Xidmətinə və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkillinin Aparatına işdənçıxma ərizəsinin etibarsız hesab edilməsi barədə ərizə ilə müraciət etmişdir. Həmin ərizədə iddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü və 7-ci bəndlərini rəhbər tutaraq qeyri-qanuni üsullarla, sərbəst iradə ifadəsinə zidd olaraq ondan alınmış 3-17-6/1-Ə-188/2024 nömrəli xx.xx.2024-cü ll tarixli işdənçıxma ərizəsini geri götürdüyünü bildirmiş və həmin ərizəni etibarsız hesab etmişdir. Cavabdeh Milli Observatoriyanın İdarə Heyətinin sədri E.Səfərlinin İddiaçı işdənçıxma ərizəsinin etibarsız hesab edilməsi barədə müraciətinə ünvanladığı 25 iyul 2024-cü il tarixli 3-17-6/2-M-108/2024 nömrəli cavab məktubunda işdənçıxma ərizəsinin etibarsız hesab edilməsi barədə ərizənin nəzərə alındığını qeyd etmişdir. Göründüyü kimi, İddiaçı qarşı hədə-qorxu, aldatma və s. qanunsuz üsullarla işdənçıxma ərizəsinin yazılması faktı o qədər aşkar, birbaşa və təkzibolunmaz xarakter daşımışdır ki, cavabdeh müraciətə cavab məktubunda müraciətdə qeyd olunmuş bununla bağlı xüsusatları təkzib etməyə belə cəhd göstərməmişdir. Aldatma, hədə-qorxu və digər məcburi üsullarla iddiaçının işdən çıxarılmasının mümkün olmadığını başa düşən cavabdeh qurumun rəhbəri bu dəfə əvvəldən hazırladığı alternativ planı işə salmış, bu dəfə 29 iyul 2024-cü il tarixdə (xx.xx.2024-cü il) iddiaçıya müddətli əmək müqaviləsinə xitam veriləcəyi barədə bildiriş göndərmişdir. Bildirişdə qeyd olunmuşdur ki, “Bildiririk ki, sizinlə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində bitmişdir. AR ƏMnin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xəbərdar edirik ki, sizinlə bağlanmış əmək müqaviləsi növbəti müddətə uzadılmayacaq”. Beləliklə, aydın olur ki, cavabdeh qurumun rəhbərliyinin İddiaçı ilə xx.xx.2024-cü il tarixdə Əmək müqavlləsinə yeni əlavə bağlanılarkən əmək müqaviləsinin müddətinin 3 aydan 2 aya keçirilməsində niyyəti məhz bundan ibarət imiş. İddiaçı həmin dövrdə əmək qabiliyyətini müvəqqəti itirdiyindən xx.xx.2024-cü il tarixdə işə çıxmş və həmin tarixdə Milli Observatoriyanın İdarə Heyətinin sədri E.Səfərlinin xx.xx.2024-cü il tarixli 3-17-6/3-4-120/2024 saylı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” Əmrinə əsasən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndi rəhbər tutulmaqla (əmək müqaviləsinin müddətinin başa çatması) xitam verilmişdir. Bununla da, qurumun bütün işçilərinin əmək müqaviləsi müddətli şərtlərlə bağlandığı halda digər işçilərdən fərqli olaraq İddiaçı qarşı işəgötürən tərəfindən ayrı-seçkiliyə yol verilərək məhz onun əmək müqaviləsinin müddəti uzadılmamışdır. Təbii ki, əmək funksiyalarının daimi xarakterə malik olduğu qabaqcadan açıq-aşkar məlum olan işçi ilə müddətli əmək müqaviləsinin bağlanması əmək qanunvericiliyinin tələblərinə zidd olmuş, lakin bununla belə həmin əmək müqaviləsinin qanunazidd və etibarsız olan həmin şərtini şərti olaraq fakt kimi qəbul etdikdə belə, bütün digər işçilərin belə əmək müqavilələrinin müddəti uzadıldığı halda, məhz İddiaçı əmək müqaviləsinin müddətinin uzadılmaması ayrı-seçkilik, qərəz və şəxsi ədavətə əsaslanmışdır. Milli Observatoriyanın İdarə Heyətinin sədri E.Səfərlinin İddiaçı qarşı ayrıseçkiliyinin motivləri, habelə digər qanunsuz əməlləri sonuncunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə ünvanladığı 3- 17/1-M18371/2024 nömrəli xx.xx.2024-cü il tarixli yazılı müraciətində ətraflı şərh olunmuşdur. Məsələ burasındadır ki, həmin Nazirliyin Aparat rəhbəri Fuad Musayevin vətəndaşa ünvanladığı cavab məktubunda da qeyd olunan xüsusatlar təkzib olunmamış, müraciətdə qeyd olunmuş məsələlərin qiymətləndirilərək Nazirliyin səlahiyyətləri çərçivəsində qanunamüvafiq tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən İddiaçı məruz qaldığı ayrı-seçkiliyin motivi onun işdən çıxarılması üçün əsaslardan biri olmuşdur. Beləliklə, İddiaçı qarşı ayrı-seçkiliyin əsas motivlərindən biri rəhbərliyin baş vermiş qanunsuzluqlara sonuncunun etiraz etmə ehtimalı, bu ehtimalın baş verməsi və digər məsələlər olmuşdur. Halbuki, İddiaçı qurumun təcrübəli, peşəkar və uğurlu keyfiyyət meneceri kimi İSO 9001:2015 (“X3”), İSO 10015:2019 (“Kompetensiyaların (səriştələrin) idarə edilməsi və personalın inkişafı üzrə rəhbərlik”), İSO 29993:2017 (“Formal təhsildən kənar öyrənmə xidmətləri – xidmətə olan tələblər”), İSO 20252:2019 (“Bazar, rəy və sosial araşdırmalar, o cümlədən anlayışlar və məlumat analitikası”) və İSO 37001:2016 (“Antikorrupsiya idarəetmə sistemi”) Beynəlxalq keyfiyyət standartlarının alınmasına nail olmuş, Milli Observatoriyada işlədiyi dövrdə dəfələrlə fərdi qaydada mükafatlandırılmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin və müvafiq vəzifələrə keçirilmə ilə bağlı həmin əmək müqaviləsinə bağlanmış əlavə razılaşmaların məzmunundan göründüyü kimi, iddiaçının daşıdığı vəzifə öhdəlikləri və əmək funksiyaları daimi xarakterə malik olduğu halda onun iradəsinə zidd olaraq hüquqları məhdudlaşdırılmış və onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Cavabdeh qurum digər bütün işçilərlə də onların əmək funksiyaları daimi xarakter daşımasına baxmayaraq, müddətli əmək müqaviləsi bağlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “zərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyi kontekstində aydın olur ki, cavabdehin İddiaçı ilə müddətli əmək müqaviləsi bağlamasında məqsəd müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaqdan ibarət olmuşdur. Bununla yanaşı, xx.xx.2024-cü il tarixdə Əmək müqavlləsinə yeni əlavə bağlanılarkən əmək müqaviləsinin müddəti 3 aydan 2 aya keçirilmişdir. Belə ki, həmin Razılaşmanın 2.3-cü bəndində müqavilənin xx.xx.2024-cü il tarixədək, yəni 2 ay müddətinə davam edəcəyi göstərilmişdir. Beləliklə, işçinin əmək funksiyalarının qabaqcadan daimi xarakter daşıdığı bəlli olduğu halda onunla bağlanmış 3 aylıq müddətli əmək müqaviləsi onun iradəsinə zidd olaraq 2 aya azaldılmış və işçi işəgötürəndən iqtisadi və təşkilati baxımdan asılı olduğundan, habelə işə ehtiyacı olduğundan həmin şərtlərlə razılaşmaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyi kontekstində tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalması baxımından İddiaçı özünün hüquqlarının daha da məhdudlaşdırılmasına, 3 aylıq müddətli əmək müqaviləsinin 2 aya məhdudlaşdırılmasına razılıq verməsinin motivi və məqsədi aydın deyil. Burada aydın məsələdir ki, iddiaçının iradəsinin zədələnməsi baş verdiyindən, onun hüquqlarını məhdudlaşdıran əlavə razılaşmaya azad iradəsinə əsaslanan könüllü razılıqdan söhbət gedə bilməzdi. Muzdlu işçi kimi yeganə gəlir yeri cavabdehdəki tutduğu vəzifənin vəzifə maaşı olan, eyni zamanda həmin maaş hesabına ailəsinin və özünün dolanışığını təmin edən, bununla yanaşı kredit öhdəlikləri olan və yeni iş tapmamış və ya başqa işəgötürənlə əmək müqaviləsi bağlamamış İddiaçı belə yüksək maaş məbləği olan işdən imtina etməsi, əmək müqaviləsinin müddətinin 3 aydan 2 aya keçirilməsinə könüllü razılıq verməsi, belə imzanın onun həqiqi iradəsini ifadə etməsi ağlabatan deyil. Qeyd olunduğu kimi, qurumun bütün işçilərinin əmək müqaviləsi müddətli şərtlərlə bağlandığı halda digər işçilərdən fərqli olaraq ayrı-seçkiliyə yol verilərək İddiaçılə bağlanmış əmək müqaviləsinə E.Səfərlinin xx.xx.2024-cü il tarixli 3-17-6/3-4-120/2024 saylı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” Əmrinə əsasən əmək müqaviləsinin müddətinin başa çatması əsası ilə xitam verilmişdir. Başqa sözlə, qurumun bütün işçilərinin əmək müqaviləsi müddətli əsasla bağlanmış, lakin işəgötürən digər bütün işçilərdən fərqli olaraq İddiaçı əmək müqaviləsini növbəti müddətə uzatmaqdan imtina etmiş, bununla da ayrı-seçkiliyə yol vermişdir. Təbii ki, əmək funksiyalarının daimi xarakterə malik olduğu qabaqcadan açıqaşkar məlum olan işçi ilə müddətli əmək müqaviləsinin bağlanması əmək qanunvericiliyinin tələblərinə zidd olmuş, lakin bununla belə həmin əmək müqaviləsinin qanunazidd və etibarsız olan həmin şərtini şərti olaraq fakt kimi qəbul etdikdə belə, bütün digər işçilərin belə əmək müqavilələrinin müddəti uzadıldığı halda, məhz İddiaçı əmək müqaviləsinin müddətinin uzadılmaması ayrı-seçkilik, qərəz və şəxsi ədavətə əsaslanmışdır. Cavabdeh qurum İddiaçı ilə əmək müqaviləsinə xitam verərkən həm də prosessual səhvə yol vermişdir. Belə ki, Əmək Məcəlləsinin müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını tənzimləyən 73-cü maddəsinin 1-ci hissəsinə 28 iyun 2024-cü il tarixli 1195- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə əsasənmüddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Beləliklə, İddiaçı ilə cavabdeh qurum arasında xx.xx.2024-cü il tarixdə bağlanmış Əmək müqavlləsinə yeni əlavə Razılaşmanın 2.3-cü bəndində müqavilənin xx.xx.2024-cü il tarixədək, yəni 2 ay müddətinə davam edəcəyi göstərilmişdir. Cavabdeh qurum isə İddiaçı 29 iyul 2024-cü il tarixdə (xx.xx.2024-cü il tarixli rəsmi təqdim edilmə) müddətli əmək müqaviləsinə xitam veriləcəyi barədə bildiriş göndərmişdir. Bildirişdə qeyd olunmuşdur ki, “Bildiririk ki, sizinlə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində bitmişdir. AR ƏM-nin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xəbərdar edirik ki, sizinlə bağlanmış əmək müqaviləsi növbəti müddətə uzadılmayacaq”. Halbuki, belə bildirişi cavabdeh işəgötürən işçiyə əmək müqaviləsi müddətinin bitməsinə azı 1 həftə qalmış, yəni 22 iyul 2024-cü il tarixədək göndərməli idi. Belə bir bildiriş 22 iyul 2024-cü il tarixədək göndərilmədiyindən tərəflər arasındakı əmək müqaviləsinin müddəti növbəti 2 ay müddətinə, yəni 28 sentyabr 2024-cü il tarixədək uzanmışdır. Həmin müddət başa çatmadan işəgötürən işçi ilə əmək müqaviləsinə onun müddətinin başa çatması əsası ilə xitam vermiş, lakin unutmuşdur ki, əmək müqaviləsinin müddəti 28 sentyabr 2024-cü il tarixədək avtomatik olaraq uzanmış, beləliklə növbəti uzadılmış müddət başa çatmamışdır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən işə qəbul edilən zaman müqavilələr müddətli bağlanmış, razı olmamasına baxmayaraq işini itirə biləcəyi hədəsi nəticəsində imzalamağa məcbur olmuşdur. Müqavilə müddətinin sonuncu dəfə 2 ay müəyyən edilməsi ilə bağlı müqaviləni imza edən zaman diqqət yetirməmiş, nəticədədə müddətin azaldılmasını görməmişdir. Bundan başqa eyni vəziyyətdən hüquqi şəxsin digər işçiləri də onunla birlikdə əziyyət çəkir. Sonuncu müqaviləyə dair razılaşmada müddətin azaldılması ilə bağlı hər hansı göstəriş olmasa da, müqavilədə əlavə edilmiş, yeni vəzifəyə keçirilməsinə baxmayaraq vəzifə funsksiyaları, əsasnamə ilə tanış edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək izahatında məhkəməyə bildirdi ki, iddia tamamilə qanuni və əsaslıdır. səbəbdən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, artıq yuxarı instansiya məkəmələrinin oxşar mübahisələrlə bağlı bir neçə qərarlaı mövcuddur. İşçinin görəcəyi iş müvəqqəti işlər siyahısına daxil olmasada, onunla təziq altında müddətli əmək müqaviləsi bağlanmış, sonuncu müqavilədə isə müqavilə müddəti 3 aydan 2 aya endirilməklə əmək şəraitinin pisləşməsi ilə nəticələnmişdir. Eyni üsul 10-dan çox işçi ilə edilsə də, müvafiq orqana bu barədə hər hansı əvvəlcədən məlumat verilməmişdir. Ümumiyyətlə bütün sonrakı müqavilə və müqaviləyə dair razılaşma ilk əmək müqaviləsini əhatə etməsinə baxmayaraq sonuncu müqavilədə 3 ayın 2 aya endirilməsi qanunsuzdur və işçinin hüquqlarını pozur. Müddətin azaldılması ilə bağlı işçi ilə əvvəlcədən razılığa gəlinməmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 verdiyi izahatında və yazılı etirazında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia əsassızdır və rədd edilməlidir. İddiaçı qeyd edir ki, xx.xx.2022-ci il tarixdə onunla cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi Şəxsi arasında əmək müqaviləsi bağlanmış və iddiaçı Layihələrlə iş şöbəsinin müdiri vəzifəsində işə başlamışdır. İddiaçı ilə xx.xx.2022-ci il tarixdə müqaviləyə əlavə razılaşma bağlanaraq O, Keyfiyyətin təminatı şöbəsinə şöbə müdiri vəzifəsinə əsas iş yeri olmaqla qəbul edilir. İddiaçı və cavabdeh arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə əlavə razılaşma bağlanmış və İddiaçı Milli Observatoriyada Keyfiyyətin təminatı və laiyhələrlə iş departamentinin müdiri vəzifəsinə təyin edilmişdir. İddiaçı və cavabdeh arasında xx.xx.2024-cü il tarixdə Əmək müqavlləsinə yeni əlavə Razılaşma bağlanmış və struktur dəyişikliyinə müvafiq olaraq İddiaçı Milli Observatoriyada Təlimlərin təşkili və layihələrlə iş departamentinin müdiri vəzifəsinə təyin edilmişdir. Hər dörd vəzifə üzrə İddiaçı ilə işə qəbul olunduğu vaxtdan əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə əsasən Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 47-ci maddəsinin f bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir. Məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər. Həmin qərarda qeyd olunmuşdur ki, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Belə ki, iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması qanunvericiliyin tələblərinə zidd deyildir. İddiaçı özü də iddia ərizəsində göstərmişdir ki, qurumun bütün işçilərinin əmək müqaviləsi müddətli şərtlərlə bağlanmışdır. Yəni buradan aydın olur ki, iddiaçı qurumun digər işçiləri ilə də oxşar müqavilələrin bağlanmasının fərqindədir. Hesab edirəm ki, Məhkəmə bu halı xüsusi nəzərə almalıdır. İddiaçı eyni zamanda bütün işçilərin əmək müqaviləsinin müddətinin uzadılması halında məhz onun əmək müqaviləsinin müddətinin uzadılmamasını ayrıseçkilik, qərəz və ədavət kimi müəyyənləşdirmişdir. Əvvəla qeyd etmək lazımdır ki, digər işçilərlə deyil yalnız bir işçi ilə müqavilənin müddətinin uzadılmaması ayrı-seçkilik, qərəz və ya ədavət kimi düşünülməməlidir. Çünki, bu o demək deyildir ki, hansısa işçi ilə müqavilə müddətini uzatmadıqda mütləq digər işçilərə də eyni münasibət tətbiq olunmalıdır ki, ayrıseçkilik olmasın. Həmçinin, iddiaçı daim işində irəli çəkilmiş, yeni vəzifələrə təyin edilmişdir. Fərdi mükafatlandırılmışdır. Əmək haqqı qaldırılmışdır. Sonuncu dəfə müqaviləsinə əlavə razılaşma edilərək Milli Observatoriyada Təlimlərin təşkili və layihələrlə iş departamentinin müdiri vəzifəsinə təyin edilmişdir. Hansıki, bu dəyişiklik struktur dəyişikliyinə əsasən baş vermiş və iddiaçı təlimlərin təşkili və layihələrlə iş departamentinin müdirinin müavini deyil məhz müdiri vəziyəsinə təyin edilmişdir. Belə ki, qərəz, ədavət və ayrı-seçkilik olmamışdır ki, iddiaçı həmin departamentdə müdir müavini yox, müdir olmuşdur. İddiaçı işə qəbul edildikdən sonra mütəmadi olaraq daha yüksək vəzifələrə - 2 dəfə şöbə müdiri, daha sonra department müdiri vəzifəsinə təyin edilmiş, sonuncuda isə daha aşağı vəzifəyə deyil, eyni dərəcədə vəzifəyə təyin edilmişdir. İddiaçı əmək müqaviləsinə yeni vəzifəyə təyin olunması ilə bağlı yeni əlavə razılaşma imzaladıqda öz razılığı ilə müqaviləni imzalamışdır. Çünki özünün də qeyd etdiyi kimi onu müqaviləni imzalamağa heç kim məcbur etməmişdir. İddiaçı özü qeyd edir ki, razılaşmanı imzalamasa sadəcə yeni vəzifəyə keçirilməyəcəyi bildirilmişdir. Yəni əks təqdirdə işsiz qalmaq təhlükəsi yox imiş. Başqa vakant vəzifələr vardı. İddiaçı həmçinin cavabdehin prosessual səhvə yol verdiyini iddia edərək bildirir ki, cavabdeh müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada müddətin bitməsinə bir həftə qalmış müraciət etməmişdir. Hesab edir ki, bu səbəbdən tərəflər arasındakı əmək müqaviləsinin müddəti növbəti 2 ay müddətinə, yəni 28 sentyabr 2024-cü il tarixədək uzanmışdır. Belə ki, cavabdeh qurum həmin bildirişi 29 iyul 2024-cü il tarixdə göndərmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını tənzimləyən 73-cü maddəsinin 1-ci hissəsinə 28 iyun 2024-cü il tarixli 1195-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə əsasən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Əvvəlki redaksiyada isə deyilirdi: 1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin qanun 12 avqust 2024-cü il tarixdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytında, 12 avqust 2024-cü il, “Azərbaycan” qəzetində dərc olunmuşdur. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya qanununa əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Belə ki, həmin qanunun 12 avqust 2024-cü il tarixdə dərc olunduğunu və həmin andan qüvvəyə mindiyini nəzərə alsaq prosedur qaydaları tərəfimizdən düzgün tətbiq edilmişdir. İddiaçı həmçinin 10000 manat məbləğində vəsaitin cavabdehdən özünün xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290cı maddəsinin qeyd hissəsində qeyd edilir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Belə ki, cavabdeh təşkilat tərəfindən iddiaçının şərəf və ya ləyaqəti, işgüzar nüfuzu alçaldılmamış, ləkələnməmişdir. Onun əmək müqaviləsinə sadəcə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir. Buna görə qanunvericilikdə mənəvi ziyan nəzərdə tutulmayıb. Bundan əlavə iddiaçı fərdi qaydada dəfələrlə mükafatlandırıldığını bildirir. Lakin **********7 nömrəli, 30 noybr 2022-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın bir sıra işçilərinin fərdi mükafatlandırılması haqqında əmrlə X2 və regional filiallarının o cümlədən “DOST İş”-in əməkdaşlarının təlim ehtiyyaclarının müəyyən edilməsində fəal iştirak etməsinə görə fərdi qaydada bir dəfə mükafatlandırılmışdır. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin 22 dekabr 2022-ci il tarixli iclasının **********0 nömrəli protokolu ilə təsdiq edilmiş Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın işçilərinin fərdi mükafatlandırılması məqsədilə xidməti fəaliyyətlərinin qiymətləndirilməsinə dair təlimatının 5.5-ci müddəasına əsasən işçinin fərdi mükafatlandırılması onun xidməti fəaliyyətinin rüblük qiymətləndirmə nəticələri 60 baldan az olmadıqda aparıla bilər. Yəni, işçi fərdi mükafatlandırılmaya da bilər. İddiaçı isə mütləq şəkildə mükafatlandırılacağı qənaətinə gələrək bunu əldən çıxmış fayda adlandırmış və rüblük fərdi mükafatın cavabdehdən özünün xeyrinə tutulmasını tələb etmişdir. Beləliklə, əmr əsaslı və qanunidir, bu səbəbdən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Mirzəyev və Partnyorları Vəkil Bürosu vəkili Vəkil3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, tərəflər arasında əmək müqaviləsinin müddətli bağlanması tərəflərin qarşılığı razılığı əsasında həyata keçirilmiş, müqaviləə elektron qaydada iddiaçı tərəfindən xidməti otağında imzalanmaqla hər hansı bir iradı və etirazı bildirilməmişdir. Hesab edir ki, iddiaçının iddia tələbi əsassızıdır və məhkəmdən rədd edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, işəgötürən tərəfindən işçi ilə əmək müqaviləsi bağlanana zaman hər hansı bir qanunsuzluğa yol veriilməmiş, işçi əvvəlcədən müqavilənin müddətli olmasından məlumatlı olmaqla könüllü müqaviləni imzalamışdır. İddiaçının nümayəndəsi iddiaçıya müqavilənin bağlanması ilə əlaqədar səlahiyyətli şəxsin xidməti otağında hədə qorxu gəlindiyini irəli sürsə də, xatırlatmaq lazmışdır ki, son müqavilələr elektron imzadan istifadə etməklə İddiaçı öz otağında müqavilənin mətni ilə tanış olduqdan sonra şəxsən imza edilmişdir. İddiaçıya qarşı hər hansı hədə və qorxudan, təziqdən söhbət gedə bilməzdi. İddiaçı yeni vəzifəyə keçən zaman əsasnamə və vəzifə funsiyaları ilə kadrların əməkdaşı tərəfindən tanış edilmişdir. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi Şəxsi arasında əmək müqaviləsi bağlanmış və İddiaçı qurumda Layihələrlə iş şöbəsinin müdiri vəzifəsində işə başlamışdır. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən iddiaçının əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: “3.1. İşçi aşağıdakı əmək funksiyalarının icrasını öhdəsinə götürür: 3.1.1. Şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək; 3.1.2. Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək; 3.1.3. Beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlığın və xarici dövlətlərin müvafiq təcrübəsinin öyrənilməsi işinin təşkili; 3.1.4. Səlahiyyətləri daxilində müvafiq sahədə fəaliyyət istiqamətləri üzrə Milli Observatoriyanın kommersiya əsaslı xidmətlər göstərilməsi ilə bağlı zəruri marketinq və təşkilati işləri təmin etmək; 3.1.5. Səlahiyyətləri daxilində Observatoriya tərəfindən müvafiq sahə ilə bağlı yerli və beynəlxalq səviyyəli layihələrin həyata keçirilməsini təşkil etmək.” Göründüyü kimi, iddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə onun işi və göstərilən xidmətin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən ona müqavilənin standart şərti kimi işin birinci ayı sınaq müddəti olmaqla İddiaçı ilə 3 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. - xx.xx.2022-ci il tarixli xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə dəyişikliyin surətindən görünür ki, İddiaçı Milli Observatoriyada Keyfiyyətin təminatı şöbəsinə şöbə müdiri vəzifəsinə əsas iş yeri olmaqla qəbul edilmişdir. - xx.xx.2023-cü il tarixli xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik barədə Razılaşmanın surətindən görünür ki, İddiaçı Milli Observatoriyada Keyfiyyətin təminatı və layihələrlə iş departamentinin müdiri vəzifəsinə təyin edilmişdir. - xx.xx.2024-cü il tarixli xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik barədə Razılaşmanın surətindən görünür ki, İddiaçı Milli Observatoriyada Təlimlərin təşkili və layihələrlə iş departamentinin müdiri vəzifəsinə təyin edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli Əmrin surətindən görünür ki, Milli Observatoriyanın İdarə Heyətinin sədri E.Səfərlinin xx.xx.2024-cü il tarixli 3-17-6/3-4-120/2024 saylı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” Əmrinə əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndi rəhbər tutulmaqla (əmək müqaviləsinin müddətinin başa çatması) xitam verilmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri E.Səfərlinin xx.xx.2024-cü il tarixli 3-17-6/3-4- 120/2024 saylı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” Əmri verərkən cavabdeh əmək qanunvericiliyinin tələblərinə əməl etdiyindən iddia tələbləri təmin edilə bilməz. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı İddiaçı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi Şəxsi arasında əmək müqaviləsi bağlanmış və İddiaçı qurumda Layihələrlə iş şöbəsinin müdiri vəzifəsində işə başlamışdır. xx.xx.2022-ci il tarixli xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə dəyişikliyə İddiaçı Milli Observatoriyada Keyfiyyətin təminatı şöbəsinə şöbə müdiri vəzifəsinə əsas iş yeri olmaqla qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik barədə Razılaşmaya əsasən İddiaçı Milli Observatoriyada Keyfiyyətin təminatı və layihələrlə iş departamentinin müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixli xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik barədə Razılaşmaya əsasən İddiaçı Milli Observatoriyada Təlimlərin təşkili və layihələrlə iş departamentinin müdiri vəzifəsinə təyin edilmişdir. Milli Observatoriyanın İdarə Heyətinin sədri E.Səfərlinin xx.xx.2024-cü il tarixli 3-17-6/3-4-120/2024 saylı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” Əmrinə əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndi rəhbər tutulmaqla (əmək müqaviləsinin müddətinin başa çatması) xitam verilmişdir. İddiaçının irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1-ci hissəsinin 2-ci bəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən cavabdeh müəssisə tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İşin araşdırılan halları ilə müəyyən edilir ki, tərəflər arasında əmək müqaviləsi xx.xx.2022ci il tarixdən bağlanmaqla iddiaçı 5 ildən az müddətdə əmək fünksiyasını yerinə yetirmişdir. Əmək Məcəlləsinin 46-cı maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə görə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. *maddənin məzmunundan göründüyü kimi, izahat verməkdən imtina özü-özlüyündə hər hansı intizam tənbehinin verilməsi üçün əsas ola bilməz. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin Məcəllənin 80-ci maddəsinə görə isə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” qərarından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanılmasına imkan verən aşağıdakı hallar (əsaslar) nəzərdə tutulmuşdur: - işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; - təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; - işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; - müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; - işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; - bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; - tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; - bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; - qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Əmək qanunvericiliyində müddətli əmək müqaviləsinin bağlanılması imkanının müəyyən edilməsi məşğulluğa kömək, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət etməklə yanaşı, işəgötürənlərin müvəqqəti xarakterli ehtiyaclarının qarşılanmasına da imkan verir. Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1ci Əlavəsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməlidir. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası ilə bağlı göstərilməlidir ki, Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması və şərh edilməsi xahiş olunan “f” bəndində müddətli əmək müqaviləsinin bağlanılması əsası kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı göstərilmişdir. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. İddiaçının tələbi ilə bağlı məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir ki, işçi ilə işəgötürən arasında digər işçilərlə oxşar müqavilələr bağlanmış, tərəflər arasında bağlanan müqavilədə müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olması müəyyən edilməmiş, tərəflər müqavilələrə dair əvvəlcədən razılaşdırma bağlamaqla və sonuncu müqavilələr iddiaçı tərəfindən elektron imzadan istifadə etməklə imzalanmaqla həqiqi iradə ifadəsini nümayəiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. İddia tələbi əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi hissəsində təmin edilmədiyindən və iddia tələbinin digər hissəsi əmrin ləğv edilməsindən törəmə tələblər olduğundan, həmin hissələr də təmin edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Əmlak Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli X1rşı “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh Əmlak Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli X1rşı “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar