Məhkəmə qərarları › İş №e-2(001)-6378/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6378/2023

04.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6378/2023 04.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X12 və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq , m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X12 və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhər 26 saylı Notariat ofisinin xüsusi notariusu X16 tərəfindən xx.xx.2020-ci il tarixində qeydə alınmış 2V-118 reyestr nömrəli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında cavabdeh X7 adına xx.xx.2020-ci il tarixində qeydə alınmış bağ evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək ləğv edilməsi; Bakı şəhəri, 11 saylı notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-117 reyesr nömrəlialqı-satqı müqaviləsiəsasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31.9 kv.m olan bağ evi və həmin ünvanda mülkiyyətdə olan 0.12 hektar torpaq sahəsinin xx.xx.2021-ci il tarixində X3 adına verilmiş çıxarışın ləğv edilmısi; ünvan 1 ünvanında yerləşən, ümumisahəsi 31.9 kv.m olan bağ evi və həmin ünvanda olan 0.12 hektar torpaq sahəsinin iddiaçılar və cavabdehin hər birinin ¼ hissədə miras payı olaraq müəyyən edilərək, iddiaçılar İddiaçı2, İddiaçı1 və X8 qanun üzrə vərəsəlik hüququ haqqında yeni şəhadətnamələrin verilməsinin cavabdeh Bakı şəhəri 26 saylı Notariat ofisinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır:“Biz iki qardaş iki bacı olmuşuq. Qardaşlarımızdan biri dünyasını dəyişib. X6 xx.xx.1999-cü ildə dünyasını dəyişmişdir. X5 isə xx.xx.2007-ci ildə dünyasını dəyişmişdir. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən bağ AR Bakı ş, İH Başçısı Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə X5 arasında bağlanmış1697 saylı müqaviləyə əsasən X10 məxsus idi. Anamız dünyasını dəyişdikdən sonra həmin ünvanda yerləşən bağ və ev bizim istifadəmizdə və sərəncamımızda olmuşdur. Bir qardaşımız dünyasını dəyişdiyindən və ata evimiz bütün bacı və qardaşlafrın razılığı ilə rəhmətə gedən qardaşımızın övladlarına verildiyindən rəhmətə gedən qardaşımın uşaqları mübahisəli bağa və orada yerləşən evə heç vaxt getməmişdirlər və hal-hazırda da iddiaçı deyıllər. Anamız dünyasını dəyişsə də bağ rəsmi olaraq anamın mülkiyyətində qalmaqda davam edib. Biz, bacı və qardaşlar həmin bağ və bağ evinin taliyini həlledəcək ortaq məxrəcə gəlməmişik. Beləcə, uzun illər mübahisəli bağ və üzərində yerləşən ev anamın da adında rəsmi olaraq qalmışdır. Bütün ötən bu illər ərzində biz iki baçı həmişə istirahətimizi həmin bağda keçirmişik. Son illərə qədər xərclərini də biz çəkmişik. Yaxın vaxatlarda bizə məlum olmuşdur ki, həmin bağa kənar adamlar gedib gəlir. Buna görə də rəsmi olaraq əvvəlcə vəkil sorğusu ilə AR İqtisadiyyat Nazirliyi yanında ƏMDXDƏDK və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət elədik. Həmin təşkilatdan bizə verilən cavabdan məlum oldu ki, cavabdeh X7 etibarnamə (Bakı ş, 26 saylı notariat ofisində xx.xx.2019-cu il tarixində 7E-2314 reyestr nömrəsi ilə qeydə alınmışdır) üzrə nümayəndəsi X2 rayonu, Novxanı ərazisində 0.12 hektar torpaq sahəsi olan 821 saylı bağ sahəsi üzərində hüquqların dövlət reyestrində ilkin qeydiyyata alınması barədə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Həmin ərizə və ərizə ilə təqdim edilmiş, Novxanıərazisində 0.12 hektar torpaq sahəsi olan 821 saylı bağ sahəsinin istifadəyə verilməsi haqqında X14 ilə bağlanmış xx.xx.2007-i il tarixli 1697 nömrəli müqavilənin təsdiq olunmuş surəti, vərəsəlik işinin açılması və vərəsələr dairəsinin müəyyən edilməsi barədə 26 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli X-301 nömrəli məktubu əsasında ünvan 4 saylı bağ evi və 0.12 hektar torpaq sahəsi vahid əmlak kimi xx.xx.2020-ci il tarixində mərhum X11 adına qeydiyyata alınmışdır. Bakı ş, 26 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə qeydə alınmış 2V-118 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözü gedən bağ evı xx.xx.2020-ci il tarixində cavabdeh X7 adına qeydiyyata alınmışdır. Daha sonra Bakı ş, 11 saylı notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il 4Ə-117 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 31.9 kv.m olan bağ evi və həmin ünvanda mülkiyyətdə olan 0.12 hektar torpaq sahəsi xx.xx.2021-ci il tarixində X3 adına dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Daha sonra yenidən vəkil sorğusu ilə Bakı ş, 26 saylı notariat ofisinə müraciət etdik. Bakı ş, 26 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, X-275 saylı cavab məktubundan məlum olmuşdur ki, xx.xx.2007-ci il tarixində vəfat etmiş X11 vərəsəsi vərəsəlik işinin açılması üçün Bakı ş, 26 saylı notariat ofisinə müraciət etmiş və xx.xx.2020-ci il tarixində vərəsəlik işi açılmışdır. Vərəsəlik işinin açılması üçün təqdim edilən sənədlərə baxış keçirilərkən mərhum X11 ölümündən sonra həmin bağın torpaq vergisi X12 tərəfindən ödənilir və onun istifadəsində olduğunu nəzərə alaraq xx.xx.2020-ci il tarixdə X8 tərəfimizdən vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Valideynlərimizin vəfatından sonra biz iki bacı faktiki olaraq onlardan miras qalmış həmin əmlakları qəbul etmişik. Həmin miras əmlaklara faktiki olaraq sahiblik etdiyimizdən və ondan istifadə etdiyimizdən, qanunun tələblərinə əsasən həmin miras əmlak artıq uzun illər bizim mülkiyyətimiz sayıldığına görə vərəsəliklə bağlı sənədləşdirmənin aparılması üçün heç bir vərəsənin haqqı tapdanılmadan daha sonra müvafiq qurumlara müraciət etmək qərarına gəlmişdik. Valideynlərimizin faktiki vəfatından sonra miras əmlaklar bizim hər birimiz tərəfindən qəbul edilmişdir və bizim istifadəmizdə də olmuşdur. Lakin vərəsə X12 notariat orqanına müraciət edərkən yazmış olduğu ərizədə və bizim adlarımızı və ünvanlarımızı əzbər bildiyi halda və vərəsələr olduğumuzu bildiyi halda gizlətmiş, eyni zamanda bakı şəhər 26 saylı notariat ofisinin xüsusi notariusu X16 qanunvericiliyin tələblərini kobud surətdə pozaraq, digər vərəsələrin axtarılması üçün heç bir tədbir görmədən, qanunsuz şəkildə digər cavabdehlərin adına mirasdan tam pay alması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Beləliklə, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində qanunvericiliyə əsasən 1-ci növbə vərəsələr olan İddiaçı2 və İddiaçı1 vərəsəlik və mülkiyyət hüququnu pozan qeyri-qanuni hərəkətlərə yol verilmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin məhkəmə icraatl mümkün deyildir və aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki-Prosessual Məcəllənin tələblərinə əsasən iddiaçı (qanunda digər istisnalar olmaqla) özünün mənafeyi naminə iddia qaldırmış fiziki və ya hüquqi şəxs hesab olunur, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Eyni zamanda iddia bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələb konkret olaraq iddia ərizəsində göstərilməlidir. Bununla yanaşı iddiaçının tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı münahisəli hüquq münasibətlərindən irəli gəlir. Bir qayda olaraq, tələb iddia ərizəsində konkret formada ifadə olunmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar cavabdeh X7 adına xx.xx.2020ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən və bunun hüquqi nəticələrindən narazıdır. Belə ki, iddiaçılar xx.xx.2007-ci ildə vəfat etmiş anası X9 miras qalmış əmlakı faktiki qəbul etmələrinə baxmayaraq, mirasın yalnız cavabdeh X12 tərəfindən qəbul edilməsinə dair notariusun qənaəti ilə razı deyillər və sonuncunun adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsini xahiş edirlər. Bununla yanaşı iddiaçılar həmin miras əmlakın X1 bilmələrinə baxmayaraq, əqdin etibarsızlığını tələb etmədən, həmin şəxsi cavabdeh kimi cəlb etmədən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini tələb edirlər. Halbuki “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, iddiaçının hüquqi marağı baxımından əldə etmək istədiyi nəticə ilə iddia ərizəsində göstərilən tələbi və cəlb etdiyi cavabdehlər uzlaşmır. Hansı ki, iddiaçının tələbinin konkretliyi iddia ərizəsinin məhkəmə aidiyyətini müəyyən etmək üçün zəruri olmaqla onun mümkünlüyü şərtidir və bundan başqa digər cavabdehlərin cəlb edilməsi iddiaçının müstəsna səlahiyyətlərinə aiddir. Beləliklə hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ım : iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X12 və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi geri qaytarılsın. İddiaçıya nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Yenidən məhkəməyə müraciət edilmədiyi halda ödənilmiş 100(bir yüz) manat məbləğində dövlət rüsumu ödənişi edən Nümayəndə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar