Məhkəmə qərarları › İş №e-2(001)-6413/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6413/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6413/2024 21.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə İddiaçı MMC arasında bağlanmış 22 iyun 2023cü il tarixində “İbtidai (Orta) Təhsilin Təşkili” Müqaviləsi üzrə X2 əsas təhsil haqqı üzrə ödənilməmiş 3000 (üç min) AZN təhsil haqqına görə pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nə ödəbilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında 22 iyun 2023-cü il tarixində “İbtidai (Orta) Təhsilin Təşkili” Müqaviləsi bağlanmış və həmin müqavilə əsasında cavabdehin qızı X4İddiaçınə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, Təhsil Müəssisəsinin ibtidai (orta) təhsil pilləsi Azərbaycan(ingilis) bölməsi üzrə, bir tədris ili üçün təhsil haqqı (nağdsız qaydada olan ödənişlərdə bank ödəmələri istisna olmaqla) 8000 (səkkiz min beş yüz) AZN təşkil etmiş, ödəniş həyata keçirilən gün, Azərbaycan Mərkəzi Bankının həmin günə olan satış məzənnəsinə uyğun olaraq manatla ödənilməsi, eyni qaydanın həm birdəfəlik, həm də hissə-hissə həyata keçirilən ödənişlərə şamiledilməsi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, cavabdehin övladı X3 münasibətdə, Müqavilənin 4.2ci bəndində nəzərdə tutulmuş əsas təhsil haqqı məbləğinə güzəşt tətbiq edilmiş və təhsil haqqı ödənişi 7000 (yeddi min) manat təşkil etmişdir. Yuxarıda qeyd olunan müqavilə bağlanan zaman,cavabdehə, 22 iyun 2023-cü il tarixli N286 (4a1) nömrəli Hesab faktura təqdim olunmuşdur. N286 (4a1)nömrəli Hesab fakturaya əsasən X2 təhsil haqqı olan 7000 (yeddi min) manatın 4 hissəyə bölünməklə, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixində, cavabdeh tərəfindən X2 təhsil haqqı üzrə 1000 (bir min) AZN və xx.xx.2024-cü il tarixində 1000 (bir min) AZN olmaqla cəmi 2000(iki min) AZN ödəniş edilmişdir. İddiaçı MMC 22 iyun 2023-cü il tarixli “İbtidai (Orta) Təhsilin Təşkili” Müqaviləsi üzrə öhdəliklərini tam şəkildə yerinə yetirmişdir. Buna baxmayaraq, İddiaçı MMC ilə bağlanmış müqaviləyə əsasən Cavabdeh öhdəliyini yerinə yetirməyərək müqavilə müddəalarını pozmuşdur. Müqavilə öhdəliklərin yerinə yetirməyi barədə ona dəfələrlə şifahi formada müraciət olunmasına baxmayaraq, təhsil haqqının ödənilməsi istiqamətində hər hansı təşəbbüs göstərməmişdir. Halbu ki, qeyd edilən müqavilələrin 3.3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə müəyyən edilmiş təhsil haqqınımüqavilədə qeyd olunmuş müddətdən gec olmayaraq tam həcmdə ödəmək valideynin vəzifəsi kimi qeyd olunmuşdur. Eynizamanda Müqavilənin 5.6-cı bəndinə əsasən, təhsil haqqı bu müqavilənin şərtlərinə uyğun vaxtda və həcmdə ödənilməzsə, ödəmə gününə görə Müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş təhsil haqqının gecikdirilmiş hər gününə görə 2%-iməbləğində dəbbə pulu hesablanır. Beləliklə, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 22 iyun 2023-cü il tarixində “İbtidai (Orta) Təhsilin Təşkili” Müqaviləsi üzrə X2 əsas təhsil haqqı üzrə ödənilməmiş 5000 (beş min) AZN təhsil haqqı borcu qalmışdır. Bu barədə cavabdehə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş və öhdəliyin 5 (beş) iş günü müddətində yerinə yetirilməsi xahiş olunmuşdur. Həmin xəbərdarlıq məktubundan sonra xx.xx.2024-cü il tarixində 1000 (bir min) manat və xx.xx.2024-cü il tarixində 1000 (bir min) manat ödənişlər edilmiş və qalan ödənişlərin tezliklə ödəniləcəyi vəd edilsə də, öhdəlik yerinə yetirilməmiş, 3000 (üç min) AZN borc ödənilməmişdir. Hədəf Liseyi, ölkənin ən qabaqcıl təhsil müəssisələrindən biridir və Lisey tərəfindən istedadlı, savadlı gənclərin ortaya çıxarılması, ümumilikdə dövlətin təhsil sahəsində olan siyasətinin ən yüksək səviyyədə həyata keçirilməsində mühüm rol oynayır. Təhsil müəssisəsinin maddi texniki bazası və eləcədə müəssisədə dərsləri həyata keçirən müəllimlərin əmək haqqları, Təhsil müəssisəsinin valideyinlərlə bağladı müqavilələr əsasında formalaşan təhsil haqları hesabına ödənilməkdədir. Belə olan halda, valideyinin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi qərəzli şəkildə icra etməməsi, təhsil müəsissəsini hüquqlarını pozmaqla yanaşı, müəllimlərin əmək haqqlarının da ödənilməsində, bütövlükdə götürdükdə isə dövlətimizin təhsil strategiyasında böyük problemlərə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, bildirişin alınmasına baxmayaraq, iddiaya dair əsaslandırılmış etiraz verilməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını, o cümlədən iddia ərizəsinə tərəflərin iştirakı olmadan baxılmasının mümkünlüyünü nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə X7 arasında bağlanan 22 iyun 2023-cü il tarixli “İbtidai (Orta) Təhsilin Təşkili” Müqaviləsinə əsasən X6 qızı X4 İddiaçınə qəbul edilmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən, Təhsil Müəssisəsinin ibtidai (orta) təhsil pilləsi Azərbaycan(ingilis) bölməsi üzrə, bir tədris ili üçün təhsil haqqı (nağdsız qaydada olan ödənişlərdə bank ödəmələri istisna olmaqla) 8000 (səkkiz min beş yüz) AZN təşkil etmiş, ödəniş həyata keçirilən gün, Azərbaycan Mərkəzi Bankının həmin günə olan satış məzənnəsinə uyğun olaraq manatla ödənilməsi, eyni qaydanın həm birdəfəlik, həm də hissə-hissə həyata keçirilən ödənişlərə şamiledilməsi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, cavabdehin övladı X3 münasibətdə, Müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş əsas təhsil haqqı məbləğinə güzəşt tətbiq edilmiş və təhsil haqqı ödənişi 7000 (yeddi min) manat təşkil etmişdir. 22 iyun 2023-cü il tarixli, N286 (4a1) nömrəli Hesab fakturaya əsasən əsasən X2 təhsil haqqı olan 7000 (yeddi min) manatın 4 hissəyə bölünməklə, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, sonuncuya 22 iyun 2023-cü il tarixli “İbtidai (Orta) Təhsilin Təşkili” Müqaviləsi üzrə yaranmış 5000 manat borcun 5 gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İddiaçı MMC-yə məxsus İRV seriyalı 103124 saylı xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli İRV seriyalı, 112057 saylı kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən İsa Esmanurun təhsil haqqı üçün 1000 manat olmaqla, 2000 manat ödəniş edilmişdir. İddiaçı iddianın məhkəmədə qaldırılması üçün 70 manat məbləğində dövlət rüsumunu ödəmişdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə X7 arasında bağlanan 22 iyun 2023-cü il tarixli “İbtidai (Orta) Təhsilin Təşkili” müqaviləsi bağlanmışdır. Müqaviləyə görə MMC-yə X2 təhsil haqqı olan 7000 (yeddi min) manatın 4 hissəyə bölünməklə, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində ödənilməsi nəzərdə tutulmuşdur. X1 qızı X4 üçün 7000 manat təhsil haqqından 4000 manat ödəniş etmiş, 3000 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 22 iyun 2023-cü il tarixli “İbtidai (Orta) Təhsilin Təşkili” müqaviləsi üzrə 3000 manat məbləğində pul vəsaiti və 50 (əlli) manat dövlət rüsumu cavabdeh X5 tutularaq iddiaçı “İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Bundan əlavə məhkəmə o qənaətə gəlir ki, iddiaçı tərəfindən artıq ödənilmiş 20 manat dövlət rüsumu MPM-nin 114.1.1-ci maddəsinin tələbinə əsasən dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. 22 iyun 2023-cü il tarixli “İbtidai (Orta) Təhsilin Təşkili” müqaviləsi üzrə 3000 (üç min) manat məbləğində pul vəsaiti və 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Artıq ödənilən 20(iyirmi) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçınə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar