Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6414/2023 09.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(001)-227/2023 saylı qərardadının icra edilməsi ilə əlaqədar icra hərəkətlərinin və Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru İlyas Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın qanunsuz hesab edilərək ləğv edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(001)-227/2023 saylı qərardadının icra edilməsi ilə əlaqədar icra hərəkətlərinin və Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru İlyas Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın qanunsuz hesab edilərək ləğv edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizə nəzərdən keçirildikdə müəyyən edildi ki, ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iddia icraatı qaydasında verilmiş, İddiaçı iş üzrə iddiaçı kimi göstərilmişdir. Halbuki, hazırkı ərizəyə iddia icraatında baxılması qanunvericiliklə nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikasının məhkəmələrində Kargüzarlığın aparılmasına dair” Təlimatın 168-ci bəndində qeyd olunmuşdur ki, MPM-in 231-ci maddəsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakının üzərinə həbs qoyulması və digər məsələlər barədə işdə iştirak edən şəxslərin ərizələri, şikayətləri və ya icra məmurlarının təqdimatları, habelə qanunauyğunluğu məhkəmə nəzarəti ilə yoxlanıldıqda icraata xitam verilməsi barədə icra məmurlarının qərarları kargüzarlıq xidməti tərəfindən məhkəmə qətnamələrinin (qərardadlarının) icrası qaydasında icraat materialı kimi 8 nömrəli indekslə qeydiyyat vərəqəsində qeydə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə müvafiq olaraq, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırkı ərizəyə iddia icraatı qaydasında baxılmalı olmadığına görə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və İddiaçı izah edilməlidir ki, icra məmurunun hərəkətlərindən şikayətlə məhkəməyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 152.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(001)-227/2023 saylı qərardadının icra edilməsi ilə əlaqədar icra hərəkətlərinin və Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru İlyas Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın qanunsuz hesab edilərək ləğv edilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı izah edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra məmurunun hərəkətlərindən şikayətlə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-6414/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6414/2023
09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver