Məhkəmə qərarları › İş №e-2(001)-668/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-668/2023

07.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-668/2023 07.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı X36 Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Rebilitasiya X9rşı xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmrin ləğv edilməsinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X16 X57 Tibbi- Sosial Ekspert Komissiyasının Yardımçı heyətdə tibb bacısı vəzifəsinə bərpa edilməsinə və xx.xx.2022-ci il tarixdən işə bərpa olunması barədə müvafiq əmr verildiyi tarixədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq verilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X56 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Rebilitasiya X9rşı xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmrin ləğv edilməsinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X16 X57 Tibbi-Sosial Ekspert Komissiyasının Yardımçı heyətdə tibb bacısı vəzifəsinə bərpa edilməsinə və xx.xx.2022-ci il tarixdən işə bərpa olunması barədə müvafiq əmr verildiyi tarixədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X36 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X13 hüquqi şəxsində Tibbi-Sosial Ekspert Komissiyasının tibb bacısı vəzifəsinə təyin olunmuşdur. Sonradan, xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdehin Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının yardımçı heyətində tibb bacısı vəzifəsinə keçirilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmri ilə xx.xx.2022-ci il tarixdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrdə cavabdeh Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad etmişdir. İddiaçının son haqq-hesabı əmək müqaviləsinin ləğv edildiyi tarixdə köçürülsə də, əmrin surəti və əmək kitabçası iddiaçıya 8-10 gün sonra verilmişdir. İddiaçı da onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsini yalnız əmri və əmək kitabçasını aldıqdan sonra bilmişdir. Çünki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitməli idi və iddiaçı hesab etmişdir ki, müqaviləyə müddətinin bitməsi ilə bağlı ləğv edilmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsinə dair xx.xx.2022-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş, mediator tərəfindən xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası təyin edilmiş, lakin, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediatora müraciəti nəticəsində ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB15- 0000xx/xx-2022 nömrəli arayış almışdır. xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmr verildiyi tarixdə iddiaçı Azərbaycan Respublikasında olmamışdır. Belə ki, iddiaçının anası onkoloji xəstə olduğundan xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan dövrdə iddiaçı anası ilə birlikdə Türkiyə Respublikasının Ankara şəhərinə səfər etmişdir. Türkiyə Respubıikasında olduğundan iddiaçı həmkarların iclasında da iştirak etməmişdir. Cavabdeh DTX-nə müraciət etmiş, iddiaçının da izahatı alınmışdır. Cavabdeh iddiaçının təqsiri sübuta yetirilmədən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Cavabdeh başqa intizam tənbehi növünü də seçə bilərdi. İddiaçı öz ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazıb, lakin həmin ərizənin təqdim edilməsi barədə sübutu yoxdur. Ona görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X16 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmrinin ləğv edilməsinə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X16 X57 Tibbi-Sosial Ekspert Komissiyasının Yardımçı heyətdə tibb bacısı vəzifəsinə bərpa edilməsinə və İddiaçı xx.xx.2022-ci il tarixdən işə bərpa olunması barədə müvafiq əmr verildiyi tarixədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı X56 nümayəndəsi və vəkili Vəkil izahatını təsdiq edib, iddia ərizəsini müdafiə edərək əlavə olaraq izahatında göstərmişdir ki, iki ay işlədikdən sonra cavabdeh onunla əmək müqaviləsi bağlamışdır. Ona elektron imza verildikdən sonra Elşad Quliyev, İlkin Yusifov sosial işçilərə elektron imzadan istifadə etməyə icazə verməsini ona demişlər. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək o, xəstə olduğu üçün işdə olmamış, bu barədə Agentliyin kadrlar şöbəsinə şifahi məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə sonuncu dəfə işdən çıxarkən elektron imza kartını otaqdakı çəkməcəyə qoymuşdur. İşdə olmadığı tarixlərdə 3 fakt üzrə, işdə olduğu tarixlərdə isə 2 fakt üzrə onun imza kartı ilə sənədlər etibarsız edilmişdir. Cavabdeh kameralar vasitəsi ilə imzadan kimin istifadə etməsini müəyyən edə bilər. Cavabdehin DTX-nə müraciəti əsasında onun da dekabr ayında izahatı alınmışdır. Cavabdeh araşdırmaya başladıqdan sonra o, işdən kənarlaşdırılmışdır. Xərçəng xəstəliyindən əziyyət çəkən anasının müalicəsi ilə bağlı o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək Türkiyə Respublikasında olmuşdur. O, öz arzusu ilə xx.xx.2022-ci il tarixindən müddət gözləmədən tutduğu vəzifədən azad edilməsi barədə ərizə yazıb kadrlarda Şəhla adlı işçiyə təqdim etmişdir. Cavabdeh digər işçiləri öz ərizələri ilə işdən çıxarsa da, onu R.Rzayev işə götürdüyündən onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13 hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı X38-Sosial Ekspert Komissiyasının Yardımçı Heyətinə tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2021ci il tarix müəyyən edilmişdir. X20 nəzarət, audit, monitorinq və təhlil departamentinin Monitorinq və təhlil şöbəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsistemində mütəmadi olaraq yoxlamalar aparılmaqdadır. Yoxlamalar çərçivəsində X38-Sosial Ekspert Komissiyası tərəfindən əlillik təyinatı aparılmış 12 nəfər vətəndaşın əlillik dərəcəsinin alt sənədlərinin yoxlanılması zamanı X10, X14, X28, X8 və X22 müayinə sənədləri aşkar olunmamışdır. Bu barədə xx.xx.2022-ci il tarixdə akt tərtib olunmuşdur. Qeyd olunan faktların əsaslılığının yoxlanılması məqsədi ilə X20 nəzarət, audit, monitorinq və təhlil departamentinin Daxili nəzarət və audit şöbəsi tərəfindən xidməti araşdırma aparılmışdır. Araşdırma zamanı qeyd olunan 5 vətəndaşın əlillik altsistemində verilmiş imtinalarının X38-Sosial Ekspert Komissiyasında tibb bacısı vəzifəsində çalışan İddiaçı elektron imza kartı vasitəsi ilə etibarsız edildiyi və sonradan həmin şəxslərə başqalarına aid olan müxtəlif müayinə protokollarına əsaslanaraq əlillik təyinatı aparıldığı məlum olmuşdur. Belə ki, vətəndaş X10 əlillik vəziyyəti Ağdam rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş göndəriş əsasında xx.xx.2022-ci il tarixdə elektron qaydada qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Lakin daha sonra həmin imtina qərarı əlillik altsistemində İddiaçı elektron imza kartı vasitəsi ilə etibarsız edilmiş və xx.xx.2022-ci il tarixdə vətəndaş X29 aid olan **********0 nömrəli protokol sənədi əsasında 2 nömrəli Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının sədri Arif Abdullayevin imza kartı vasitəsi ilə müayinə altsistemə daxil edilərək vətəndaşa müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. X14 əlillik vəziyyəti Saatlı rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş göndəriş əsasında xx.xx.2022-ci il tarixdə elektron qaydada qiymətləndirilmiş və göndəriş natamam doldurulma səbəbi ilə geri qaytarılmışdır. Lakin daha sonra həmin imtina qərarı əlillik altsistemində İddiaçı elektron imza kartı vasitəsi ilə etibarsız edilmiş və xx.xx.2022-ci il tarixdə vətəndaş Bağırov Hüseynbala oğluna aid olan **********0 nömrəli protokol sənədi əsasında 2 nömrəli Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının sədri Arif Abdullayevin imza kartı vasitəsi ilə müayinə altsistemə daxil edilərək vətəndaşa 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. X3 əlillik vəziyyəti Yevlax rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş göndəriş əsasında xx.xx.2022-ci il tarixdə elektron qaydada qiymətləndirilmiş və göndəriş natamam doldurulması səbəbi ilə geri qaytarılmışdır. Lakin daha sonra həmin imtina qərarı əlillik altsistemində İddiaçı elektron imza kartı vasitəsi ilə etibarsız edilmiş və xx.xx.2022-ci il tarixdə vətəndaş X17 aid olan **********3 nömrəli protokol sənədi əsasında 2 nömrəli Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının sədri Arif Abdullayevin imza kartı vasitəsi ilə müayinə altsistemə daxil edilərək vətəndaşa 5 il müddətinə ikinci dərəcəli əlillik təyinatı aparılmışdır. X8 əlillik vəziyyəti Lənkəran rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş göndəriş əsasında xx.xx.2022-ci il tarixdə elektron qaydada qiymətləndirilmiş və göndəriş natamam doldurulma səbəbi ilə geri qaytarılmışdır. Lakin daha sonra həmin imtina qərarı əlillik altsistemində İddiaçı elektron imza kartı vasitəsi ilə etibarsız edilmiş, xx.xx.2022-ci il tarixdə vətəndaş X32 aid olan **********3 protokol sənədi əsasında 2 nömrəli Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının sədri Arif Abdullayevin imza kartı vasitəsi ilə müayinə altsistemə daxil edilərək vətəndaş 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. X22 əlillik vəziyyəti Cəbrayıl rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş göndəriş əsasında xx.xx.2022-ci il tarixdə elektron qaydada qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Lakin daha sonra həmin imtina qərarı əlillik altsistemində İddiaçı elektron imza kartı ilə etibarsız edilmiş və xx.xx.2022-ci il tarixdə vətəndaş X18 olan **********0 nömrəli protokol sənədi əsasında 2 nömrəli Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının sədri Arif Abdullayevin imza kartı vasitəsi ilə müayinə altsistemə daxil edilərək vətəndaşa müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Qeyd olunan faktlar üzrə X38-Sosial Ekspert Komissiyasın tibb bacısı vəzifəsində çalışan İddiaçı xx.xx.2022-ci il tarixdə Agenliyə dəvət olunaraq yazılı izahatı alınmışdır. İddiaçı yazılı izahatında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək xəstə olduğu üçün işdə olmadığını, bu barədə Agentliyin kadrlar şöbəsinə şifahi məlumat verdiyini və xx.xx.2022-ci il tarixdə sonuncu dəfə işdən çıxarkən elektron imza kartını otaqdakı çəkməcəyə qoyaraq ayrıldığını bildirmişdir. İşdə olmadığı tarixlərdə qeyd olunan vətəndaşlardan 3 nəfərinin Ə.Xəlilovun, L.Abbasovanın və E.Yunusovun imtina barədə qərarlarının altsistemdə ona məxsus imza kartı vasitəsi ilə etibarsız edildiyini, digər iki şəxs Ə.Bağırovun və P.Cavadovun isə xəbəri olmadan ona məxsus elektron imza kartı vasitəsi ilə etibarsız edildiyini bildirmişdir. Həmçinin həmin vətəndaşların vətəndaşların qəbulu altsistemində qeydiyyatlarının olmadığını və yalnız həkimlər tərəfindən üzərində imzası olan sənədləri qəbul etdiyini, həmçinin qeyd olunan şəxslərin fərdi indentifikasiya nömrələrinin ona məxsus kompüterin axtarış bazasında çıxmadığını və ona məxsus kompüterdən müayinələrin etibarsız edilmədiyini, həmçinin həmin şəxsləri tanımadığını da bildirmişdir. Ona məxsus elektron imza kartının şifrəsinin kimlər tərəfindən bilinməsinə münasibətdə isə İddiaçı digər tibb bacıları və sosial agentlərin hər birinin həmin şifrəni bildiyini bildirmişdir. Nəticədə Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılma zamanı həqiqətən də X38-Sosial Ekspert Komissiyasında tibb bacısı vəzifəsində çalışan İddiaçı izahatının özünü müdafiə xarakterli olduğu, ona təhkim olunmuş imza səlahiyyətli elektron imza kartının şifrəsini digər əmkdaşlara verməsi, həmçinin elektron imza kartını nəzarətsiz qoyması nəticəsində yuxarıda sadalanan pozuntulara səbəb olması onun tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi üzrə əmək vəzifəsinin kobud şəkildə pozulması müəyyən olunmuşdur. İddiaçı öz izahatında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ıl tarixinədək xəstə olduğu üçün işdə olmadığını təstiq etmişdir. Həmin tarixlərdə işdə olmadığı halda iddiaçı öz elektron imzasını sahibsiz vəziyyətdə iş yerində qoymuş və işəgötürənin qanunla qorunan mənafelərinə ziyan vurulmasına gətirib çıxaran halın baş verməsinə səbəb olmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin tərəflərdən birinin digərinə vurduğu ziyana görə tərəflərin maddi məsuliyyətini nəzərdə tutan 5.1-ci maddəsində qeyd edilir ki, bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi istehsal maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyırlar. Bu əsaslar üzrə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar xitam verilmişdir. İddiaçı iş otaqlarında kameraların olmadığını yaxşı bilir. Bundan başqa iddiaçı öz xahişi ilə işdən azad edilməsinə dair ərizə ilə işəgötürənə müraciət etməmişdir. Şəhla adlı işçi iddiaçıdan bir neçə ay əvvəldən işdən çıxmışdır. Aşkar olunmuş faktlarla bağlı sentyabr ayında DTX-nə müraciət olunmuşdur. İddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra iddiaçının işlədiyi vaxt onun imzası ilə təyin olunmuş daha 95 saxta əlillik faktı aşkar edilmişdir. Təyin olunmuş saxta əlilliklərə görə dövlət büdcəsindən pensiyalar ödənilmişdir. Əlillikləri ləğv olunan vətəndaşlar şikayət ərizələrində iddiaçı barədə də məlumatları qeyd ediblər. Araşdırma hələ də davam edir. Ona görə də iddia ərizəsinin əsassız olması səbəbindən təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən: Maddə 45. 1.Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 2.Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 3.Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 4.Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 49. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Maddə 68. 1.Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; Maddə 73.

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Maddə 80. 1.Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2.Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 186. 1.İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2.İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Maddə 187. 1.İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 2.İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 189. 1.Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. 2.İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. 3.İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. 4.İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 3.1. Elektron formada və ya sertifikatsız olduğuna, sertifikatlaşdırılmamış imza vasitələri ilə yaradıldığına görə elektron imza etibarsız sayıla bilməz. Maddə 3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Maddə 3.3. Təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Maddə 3.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin yazılı şəkildə təqdim olunması tələb olunduqda bu Qanunun 3.2-ci, 3.3-cü maddələrinə müvafiq qaydada imzalanmış elektron sənəd bu şərtlərə cavab verən hesab edilir. Maddə 3.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. Maddə 3.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və ya dövlət qeydiyyatı tələb olunduqda elektron sənəd və ya onun bu Qanunun 25.1-ci maddəsinin tələblərinə cavab verən surəti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qeydiyyata alınır və ya təsdiq edilir. Maddə 3.7. Məlumat bildirişinin və elektron sənədin istifadəsi bu Qanunla və digər normativ hüquqi aktlarla tənzimlənir. Maddə 5.1. Elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. Maddə 5.2. İmza sahibi bir neçə imza yaratma məlumatlarına malik ola bilər və onlar sertifikatlarında göstərilən münasibətlərdə istifadə edilir. Maddə 5.3. Elektron sənədin və elektron imzanın həqiqiliyini təsdiq etmək və imza sahibinin şəxsiyyətini identikləşdirmək məqsədilə imzanın yoxlanılması həyata keçirilir. Yoxlama imza vasitələrindən istifadə edilməklə elektron imzanı yoxlama məlumatları əsasında aparılır. Maddə 5.4. Elektron imzanın yoxlanma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 5.5. İmza sahibi sertifikatı olmayan elektron imzadan istifadə edərkən qarşı tərəfi xəbərdar etməlidir. Maddə 20.1. İmza sahibi aşağıdakı hüquqlara malikdir: Maddə 20.1.1. Mərkəzlər, onların xidmətləri, imzalar, imza vasitələrinin istifadəsi və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat almaq; Maddə 20.1.2. barəsində Mərkəzlərdə toplanmış məlumatlarla tanış olmaq; Maddə 20.1.3. sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi və ya ləğvi barədə qərarlar, həmçinin Mərkəzlərin fəaliyyəti ilə əlaqədar digər məsələlərlə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq şikayət etmək. Maddə 20.2. İmza sahibi imza yaratmaq və müvafiq vasitələrdən istifadə etmək qabiliyyətinə malik olmalıdır. Maddə 20.3. İmza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Bunlar üzərində nəzarət itirildikdə və ya buna təhlükə yarandıqda imza sahibi müvafiq Mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir. Maddə 20.4. İmza sahibi gücləndirilmiş imzanın istifadəsi zamanı uyğun təkmil sertifikatda göstərilmiş istifadə münasibətlərinə riayət etməlidir. Maddə 20.5. İmza sahibi müqavilə bağlamaq üçün Mərkəzlərə müraciət edərkən təqdim etdiyi məlumatların tamlığına və düzgünlüyünə görə məsuliyyət daşıyır. Maddə 20.6. Bu Qanunun 20-ci maddəsində göstərilmiş şərtlərə riayət edilməməsi nəticəsində dəymiş zərərə görə imza sahibi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır. X46-Sosial Ekspertiza və X13 Hüquqi şəxsi ilə işçi X56 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən müəyyən olunur ki, işçi X38-Sosial Ekspert Komissiyasının Yardımçı heyətinə tibb bacısı vəzifəsinə müvəqqəti təyin edilmişdir. Müqavilənin 2.1-ci bəndindən müəyyən olunur ki, əmək müqaviləsi 1 ay sınaq müddəti olmaqla 3 ay müddətinə bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən işçi əmək funksiyasının icrasını vəzifə təlimatına uyğun öhdəsinə götürmüşdür. Ekspertiza işlərinin normal gedişinə şərait yaradılmasını təmin edir. Tibbi qeydiyyatçının işinə nəzarət edir, həkim-ekspertlərin tapşırıq və təyinatlarının qeydiyyatını aparır və onların yerinə yetirilməsinə nail olur. Xəstələrin vəziyyətini nəzərə alaraq müayinə növbəsini təşkil edir, ehtiyac olduqda xəstələrə həkiməqədər tibbi yardım göstərir. Komissiyanın arxivinin düzgün saxlanmasını təmin edir. Tibbi-Sosial Ekspert Komissiyasının hesabatlarının tərtibində iştirak edir, göstəriş və tapşırıqları yerinə yetirir. Tibbi-Sosial Ekspert Komissiyasına daxil olan təlimatların və elmi ədəbiyyatın saxlanmasını təmin edir. Müqavilənin 5.1-ci bəndinə əsasən bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi istehsal maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericilikdə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********8 nömrəli əmrindən müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Tibbi-Sosial Ekspert Komissiyasının yardımçı heyətinə tibb bacısı vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, işçi İddiaçı X46-Sosial Ekspertiza və X6 Hüquqi şəxsi ilə bağladığı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmişdir. X56 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Heyətinin sədri Anar Bayramova ünvanladığı xx.xx.2022-ci il tarixli izahatında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək xəstə olduğu üçün işdə olmadığını, bu barədə Agentliyin kadrlar şöbəsinə şifahi məlumat verdiyini, xx.xx.2022-ci il tarixdə sonuncu dəfə işdən çıxarkən elektron imza kartını otaqdakı çəkməcəyə qoyduğunu, işdə olmadığı tarixlərdə X23, X24 və X37 onun imza kartı ilə etibarsız edildiyini, rəhbərlik tərəfindən onlara dəfərlərlə imza kartlarının sosial agentlərə, yeni gələn işçilərə verilməsinin tapşırılmasını, buna görə də onlar imza kartlarını hər gün imza kartı olmayan əməkdaşlara rəhbərliyin tapşırığına əsasən verdiklərini, imza kartında istifadəçi adının olmasını, X30 xx.xx.2022-ci il tarixdə, X42 xx.xx.2022-ci il tarixdə onun imza kartı ilə, onun xəbəri olmadan etibarsız hesab edildiyini, həmin vətəndaşların vətəndaşların qəbulu altsistemində qeydiyyatlarının olmadığını, üzərində imzası olmayan sənədləri həkimlərdən təhvil almadığını, adıçəkilən iki vətəndaşa aid olan finlərin ona məxsus kompüterin axtarış bazasında çıxmadığını, yəni bu şəxslərin müayinələri ona məxsus kompüterdə etibarsız edilmədiyini, həmin şəxsləri tanımadığını, üzərinə atılan şər və böhtanı qəbul etmədiyini, imza kartının kodunu Mətanət Əliyevaya, Elyanə Əyyarzadəyə, Röya Məmmədovaya, X35 Həsənovaya və digər tibb bacılarına və sosial agentlərə rəhbərliyin tapşırığı ilə verdiyini, işdə olmadığı müddətdə kartdan istifadə edən şəxslərin bu işləri görməsini, kartı səliqəli formada qoyub getməsini, qayıdarkən kartın qapağının olmadığını gördüyünü göstərmişdir. İddiaçı, X50, X33, X43 və X25 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli sənədlərin təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və X4 və Təhlil şöbəsi tərəfindən onlardan aktlar istənilmiş 12 nəfər əlillik təyinatı aparılmış şəxsdən beşinin X15, X26, X34, X11, X31 aid olan müayinə aktları tapılmamışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Heyətinin sədr müavini R.Rzayevin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri S.Babayevə ünvanladığı xx.xx.2022-ci il tarixli xidməti məruzəsindən müəyyən olunur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin Monitorinq və təhlil şöbəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsistemində mütəmadi olaraq yoxlamalar aparılmaqdadır. Yoxlamalar çərçivəsində X38-Sosial Ekspert Komissiyası tərəfindən əlillik təyinatı aparılmış 12 nəfər vətəndaşın əlillik dərəcəsinin alt sənədlərinin yoxlanılması zamanı X23, X30, X42, X19 və X22 müayinə sənədləri aşkar olunmamışdır. Bu barədə xx.xx.2022-ci il tarixdə akt tərtib olunmuşdur. Qeyd olunan faktların əsaslılığının yoxlanılması məqsədi ilə X20 nəzarət, audit, monitorinq və təhlil departamentinin Daxili nəzarət və audit şöbəsi tərəfindən xidməti araşdırma aparılmışdır. Araşdırma zamanı qeyd olunan 5 vətəndaşın əlillik altsistemində verilmiş imtinalarının X38-Sosial Ekspert Komissiyasında tibb bacısı vəzifəsində çalışan İddiaçı elektron imza kartı vasitəsi ilə etibarsız edildiyi və sonradan həmin şəxslərə başqalarına aid olan müxtəlif müayinə protokollarına əsaslanaraq əlillik təyinatı aparıldığı məlum olmuşdur. Belə ki, vətəndaş X10 əlillik vəziyyəti Ağdam rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş göndəriş əsasında xx.xx.2022-ci il tarixdə elektron qaydada qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Lakin daha sonra həmin imtina qərarı əlillik altsistemində İddiaçı elektron imza kartı vasitəsi ilə etibarsız edilmiş və xx.xx.2022-ci il tarixdə vətəndaş X29 aid olan **********0 nömrəli protokol sənədi əsasında 2 nömrli Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının sədri Arif Abdullayevin imza kartı vasitəsi ilə müayinə altsisteminə daxil edilərək vətəndaşa müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. X14 əlillik vəziyyəti Saatlı rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş göndəriş əsasında xx.xx.2022-ci il tarixdə elektron qaydada qiymətləndirilmiş və göndəriş natamam doldurulma səbəbi ilə geri qaytarılmışdır. Lakin daha sonra həmin imtina qərarı əlillik altsistemində İddiaçı elektron imza kartı vasitəsi ilə etibarsız edilmiş və xx.xx.2022-ci il tarixdə vətəndaş X12 aid olan **********0 nömrəli protokol sənədi əsasında 2 nömrəli Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının sədri Arif Abdullayevin imza kartı vasitəsi ilə müayinə altsistemə daxil edilərək vətəndaşa 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. X3 əlillik vəziyyəti Yevlax rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş göndəriş əsasında xx.xx.2022-ci il tarixdə elektron qaydada qiymətləndirilmiş və göndəriş natamam doldurulma səbəbi ilə geri qaytarılmışdır. Lakin daha sonra həmin imtina qərarı əlillik altsistemində İddiaçı elektron imza kartı vasitəsi ilə etibarsız edilmiş və xx.xx.2022-ci il tarixdə vətəndaş X17 aid olan **********3 nömrəli protokol sənədi əsasında 2 nömrəli Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının sədri Arif Abdullayevin imza kartı vasitəsi ilə müayinə altsistemə daxil edilərək vətəndaşa 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. X8 əlillik vəziyyəti Lənkəran rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş göndəriş əsasında xx.xx.2022-ci il tarixdə elektron qaydada qiymətləndirilmiş və göndəriş natamam doldurulma səbəbi ilə geri qaytarılmışdır. Lakin daha sonra həmin imtina qərarı əlillik altsistemində İddiaçı elektron imza kartı vasitəsi ilə etibarsız edilmiş və xx.xx.2022-ci il tarixdə vətəndaş X32 aid olan **********3 nömrəli protokol sənədi əsasında 2 nömrəli Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının sədri Arif Abdullayevin imza kartı vasitəsi ilə müayinə altsistemə daxil edilərək vətəndaşa 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. X22 əlillik vəziyyəti Cəbrayıl rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş göndəriş əsasında xx.xx.2022-ci il tarixdə elektron qaydada qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Lakin daha sonra həmin imtina qərarı əlillik altsistemində İddiaçı elektron imza kartı vasitəsi ilə etibarsız edilmiş və xx.xx.2022-ci il tarixdə vətəndaş X27 aid olan **********0 nömrəli protokol sənədi əsasında 2 nömrəli Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının sədri Arif Abdullayevin imza kartı vasitəsi ilə müayinə altsistemə daxil edilərək vətəndaşa müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Qeyd olunan faktlar üzrə X38-Sosial Ekspert Komissiyasında tibb bacısı vəzifəsində çalışan İddiaçı xx.xx.2022-ci il tarixdə Agenliyə dəvət olunaraq yazılı izahatı alınmışdır. İddiaçı yazılı izahatında xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixinədək xəstə olduğu üçün işdə olmadığını, bu barədə Agentliyin kadrlar şöbəsinə şifahi məlumat verdiyini və xx.xx.2022-oi il tarixdə sonuncu dəfə işdən çıxarkən elektron imza kartını otaqdakı çəkməcəyə qoyaraq ayrıldığını bildirmişdir. İşdə olmadığı tarixlərdə qeyd olunan vətəndaşlardan 3 nəfəri Ə.Xəlilov, L.Abbasova və E.Yunusovun imtina barədə qərarlarının altsistemdə ona məxsus imza kartı vasitəsi ilə etibarsız edildiyini, digər iki şəxs Ə.Bağırov və P.Cavadovun isə xəbəri olmadan ona məxsus elektron imza kartı vasitəsi ilə etibarsız edildiyini bildirmişdir. Həmçinin, həmin vətəndaşların vətəndaşların qəbulu altsistemində qeydiyyatlarının olmadığını və yalnız həkimlər tərəfindən üzərində imzası olan sənədləri qəbul etdiyini, həmçinin qeyd olunan şəxslərin fərdi indentifikasiya nömrələrinin ona məxsus kompüterin axtarış bazasında çıxmadığını və ona məxsus komputerdən müayinələrin etibarsız hesab edilmədiyini, həmçinin həmin şəxsləri tanımadığını da bildirmişdir. Ona məxsus elektron imza kartının kimlər tərəfindən bilinməsinə münasibətdə isə İddiaçı digər tibb bacıları və sosial agentlərin hər birinin şifrəni bildiyini bildirmişdir. Nəticədə Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılma zamanı həqiqətən də X38-Sosial Ekspert Komissiyasında tibb bacısı vəzifəsində çalışan İddiaçı izahatanın özünü müdafiə xarakterli olduğu, ona təhkim olunmuş imza səlahiyyətli elektron imza kartının şifrəsini digər əmkdaşlara verməsi, həmçinin elektron imza kartını nəzarətsiz qoyması nəticəsində yuxarıda sadalanan pozuntulara səbəb olması onun tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi üzrə əmək vəzifəsinin kobud şəkildə pozulması müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq X41-Sosial Ekspert Komissiyasında tibb bacısı vəzifəsində çalışan İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddənin “ç" bəndinə əsasən ləğv edilməsinə münasibət bildirilməsini xahiş etmişdir. Daxili nəzarət, audit, monitoriq və təhlil departamentinin müdiri X49 Tibbi-Sosial Ekspertiza və X7 heyətinin sədri Anar Bayramova ünvanladığı xidməti məruzədən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 202-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 4.11.9-cu yarımbəndini rəhbər tutaraq Agentliyin 2 nömrəli Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının tibb bacısı vəzifəsində çalışan İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq ləğv edilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X21 Komitəsinin xx.xx.2022-ci il tarixli 46 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yardımçı heyətində tibb bacısı olaraq çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X21 Komitəsinin üzvlərinin iştirakı ilə müzakirə edilmiş, təqdim edilən xidməti məruzəyə əsasən agentliyin yardımçı heyətində tibb bacısı olaraq çalışan İddiaçı əmək vəzifəsini kobud şəkildə pozması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmrindən müəyyən olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1 4.11.9-cu yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X5 Tibbi-Sosial Ekspert Komissiyasının yardımçı heyətində tibb bacısı vəzifəsində çalışan İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərinə görə tutduğu vəzifədən azad edilməsi, onunla 2021-ci il 22 sentyabr tarixdə bağlanmış əmək müqaviləsinə 2022-ci il 03 oktyabr tarixdə xitam verilməsi və İddiaçı son haqq hesabı və istifadə edilməmiş 17 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi əmr edilmiş, əmrin verilməsinə əsas Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il rarixli **********3 nömrəli razılığı və Həmkarlar İttifaqı tışkilatının razılığı olmuşdur. Azərbaycan Respublikasının vətəndaşı X44 məxsus PC AZE C00044415 saylı pasportda aparılmış qeydlərdən müəyyən olunur ki, X56 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək Türkiyə Respublikasında olmuşdur. İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və X7 heyətinin sədri A.Bayramova ünvanladığı ərizənin foto şəklindən müəyyən olunur ki, o, öz arzusu ilə xx.xx.2022-ci il tarixindən müddət gözləmədən tutduğu vəzifədən azad edilməsini xahiş etməsi barədə ərizə yazmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qvazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması tədiqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Tibbi-Sosial Ekspert Komissiyasının yardımçı heyətində tibb bacısı vəzifəsində çalışan İddiaçı ona etibar edilən elektron imza yaratma məlumatlarına və imza vasitələrinin qorunmasına cavabdeh olduğu, onların digər şəxs tərəfindən istifadəsinə yol verməməli olduğu halda bunu etməyərək saxta əlilliklərin təyin edilməsinə şərait yaratmaqla əmək fəaliyyəti zamanı işəgötürənin mənafeyinə ciddi xələl gətirən kobud səhvlərə yol vermişdir. Məhkəmə iddiaçının işəgötürənən vəzifəli şəxsləri tərəfindən elektron imza yaratma məlumatlarının və imza vasitələrinin digər işçilərə verilməsinə dair göstərişlərinin olması, öz təşəbbüsü ilə işdən çıxması barədə ərizə yazması ilə bağlı dəlilləri üzrə qeyd edir ki, iddiaçı bu hallara dair sübutlarını məhkəməyə təqdim etməməklə yanaşı qanunsuz göstərişlərin olduğu halda belə məsuliyyətdən azad edilməyəcəyini bilməli idi. Məhkəmə iddiaçının təqsiri sübuta yetirilmədiyi, ölkədə olmadığı halda onunla bağlanan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı dəlilləri üzrə qeyd edir ki, iddiaçının yol verdiyi kobud səhvlərin cinayət əməli ilə nəticələnməməsi halı onunla bağlanan əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsini istisna etmədiyindən, işəgötürənin məzuniyyətdə, ezamiyyətdə olan və ya əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verməsi yolverilməz olduğundan, barəsində araşdırma aparıldığını bilən iddiaçı ölkədən çıxması barədə işəgötürənə bu barədə məlumat verməsinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən məhkəmə bu dəlilləri də əsassız hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının əmək fəaliyyəti zamanı işəgötürənin mənafeyinə ciddi xələl gətirən kobud səhvlərə yol verməsi öz təsdiqini tapdığından, elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdeh olan imza sahibinin onların digər şəxs tərəfindən istifadəsinə verməsi halı belə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət yaratdığından işgötürənin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi və 72-ci maddəsinin “ə” bəndi üzrə xitam verilməsi üçün əsasları olmuşdur. Ona görə də məhkəmə cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrini qanuni və əsaslı hesab edib iddia ərizəsini təmin etmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ

X36 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Rebilitasiya X9rşı xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmrin ləğv edilməsinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X16 X57 Tibbi- Sosial Ekspert Komissiyasının Yardımçı heyətdə tibb bacısı vəzifəsinə bərpa edilməsinə və xx.xx.2022-ci il tarixdən işə bərpa olunması barədə müvafiq əmr verildiyi tarixədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq verilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar