Məhkəmə qərarları › İş №e-2(001)-6690/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6690/2022

21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6690/2022 21.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, iddiaçı “Azərişıq” İstehsalat Birliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə işə sadələşdirilmiş qaydada baxılmasının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “Azərişıq” İstehsalat Birliyi Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh debitor borc üzrə 698,64 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “Azərişıq” İstehsalat Birliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Cavabdeh Ağdam rayonu, Gülbalı ərazi idarəsi, Abdal kəndində pasport qeydiyyatındadır. Onun hazırda faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşaması hazırki iddianın Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qaldırılması üçün hüquqi əsas yaratmır. Belə ki, bu qəbildən olan iddiaların cavabdehin faktiki yaşayış yeri üzrə verilməsi nəzərdə tutulmamışdır. Hüquqi nəticə etibarı ilə iddia ərazi aidiyyəti qaydalarına riayət edilməməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Bu da öz növbəsində ərizənin geri qaytarılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, Cavabdeh Ağdam rayonu üzrə rəsmi qeydə alındığını nəzərə alıb, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya ərazi aidiyyəti qaydalarına riayət etməklə yenidən kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. İddia ərizəsi geri qaytarıldıqdan ödənilmiş dövlət rüsumunun da bu ödənişi həyata keçirən iddiaçı “Azərişıq” İstehsalat Birliyinə büdcədən geri qaytarılması təmin edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci, 284-3.5-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “Azərişıq” İstehsalat Birliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı “Azərişıq” İstehsalat Birliyinə ərazi aidiyyəti qaydalarına riayət etməklə yenidən kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, bu ödənişi həyata keçirən iddiaçı “Azərişıq” İstehsalat Birliyinə büdcədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar