Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6697/2022 18.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 110,15 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında xx.xx.2015-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik” haqqında qarışıq müqavilə bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdə də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2020-ci il tarixli, 2(001)- 2962/2020 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı ”Azcollect” MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən borcun məhkəmə qaydasında tələb edilməsini ”Azcollect” MMC-yə sifariş etmişdir. ”Azcollect” MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti məhkəmə orqanına müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində ödənilən 348 manat, xx.xx.2022-ci il tarixdə ödənilən 348 manat və xx.xx.2022-ci tarixində ödənilən 38,34 manat məbləğindəki vəsait "xxxx" MMC-nin vasitəilə təmin edilmiş və buna görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 110,15 manat məbləğində xidmət haqqı ödəmişdir. Qeyd edilən xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə ”Azcollect” MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 110,15 manat məbləğində xidmət haqqı ödəmişdir. Cavabdehlə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin 4.19-cu maddəsinə əsasən çəkilmiş bütün xərcləri ödəməyi öz öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, 19 oktyabr 2022-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir: Belə ki, iş materiallarında olan: “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik” haqqında qarışıq müqaviləsinə əsasən Cavabdeh kredit verilməsi üçün kredit xətti açılmışdır. Həmin Müqavilənin 4.20-ci bəndinə əsasən, bu müqavilədən yaranan (irəli gələn) borcların “Kart/əlavə kart sahibi” tərərfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə “Bank” “Kart/əlavə kart sahibi”nə qarşı iddia qaldırmaq və ya icra tətbiqinin həyata keçirmək məcburiyyətində qalarsa , “Kart/əlavə kart sahibi” bununla bağlı “Bank”ın çəkəcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) “Bank” a ödənilməsini qəbul, bəyan və təsdiq edir. "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilədən görünür ki, bu müqavilə İstehlak kreditləri, Kredit Kartları və/ və ya Kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borcların alınması üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. İş materiallarına əlavə edilmiş Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-2962/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh cəmi 704,34 manat pulun “X1 Azərbacan” QSC-yə ödənilməsi qət edilmişdir. "xxxx" MMC və “X1 Azərbaycan” QSC arasında tərtib edilmiş 18.05. 2022-ci il tarixli təhvil aktından görünür ki, borclu müştərilərin QSC-yə geri ödənişləri 2022-ci ilin aprel ayında Worldcart işləri üzrə 17434,07 manat, istehlak krediti işləri üzrə 18335,68 manat məbləğində geri ödənişlər olmuşdur. Xidmət haqqı, müqavilə şərtlərinə uyğun olaraq geri ödənişlərin 15 % hissəsindən ibarətdir və rəqəm olaraq ümumilikdə 5365,46 manat təşkil edir. Əlavə olaraq mart ayının hesabatında bank tərəfindən 35,06 manat artıq ödəniş olub, həmin ödəniş aprel ayının hesabatında ümumi məbləğdən çıxılacaqdır. Ümumilikdə 5330,40 manat məbləğin "xxxx"MMC-nin hesabına köçürülməsi üçün hesab faktura hazırlanmışdır və “X1 Azərbaycan” QSC-nin Hüquq Departamentinin əməkdaşlarına təhvil verilmişdir. "xxxx" MMC və “X1 Azərbaycan” QSC arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli təhvil aktından görünür ki, borclu müştərilərin QSC-yə geri ödənişləri 2022-ci ilin may ayında Worldcart işləri üzrə 16011,26 manat, istehlak krediti işləri üzrə 13734,41 manat və 148,82 ABŞ dolları məbləğində geri ödənişlər olmuşdur. Xidmət haqqı, müqavilə şərtlərinə uyğun olaraq geri ödənişlərin 15 % hissəsindən ibarətdir və rəqəm olaraq ümumilikdə 4499,80 manat təşkil edir. Ümumilikdə 4499,80 manat məbləğin "xxxx"MMC-nin hesabına köçürülməsi üçün hesab faktura hazırlanmışdır və “X1 Azərbaycan” QSC-nin Hüquq Departamentinin əməkdaşlarına təhvil verilmişdir. "xxxx" MMC və “X1 Azərbaycan” QSC arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli təhvil aktından görünür ki, borclu müştərilərin QSC-yə geri ödənişləri 2022-ci ilin iyun ayında Worldcart işləri üzrə 17803,98 manat, istehlak krediti işləri üzrə 16314,63 manat və 576Ş52 ABŞ dolları məbləğində geri ödənişlər olmuşdur. Xidmət haqqı, müqavilə şərtlərinə uyğun olaraq geri ödənişlərin 15 % hissəsindən ibarətdir və rəqəm olaraq ümumilikdə 5264,83 manat təşkil edir. Ümumilikdə 5264,83 manat məbləğin "xxxx"MMCnin hesabına köçürülməsi üçün hesab faktura hazırlanmışdır və “X1 Azərbaycan” QSC-nin Hüquq Departamentinin əməkdaşlarına təhvil verilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən “X1 Azərbaycan” QSC-nin hesabına xx.xx.2022-ci il tarixində 5330 manat, xx.xx.2022-ci il tarixində 4499,8 manat, xx.xx.2022-ci il tarixində 5264,83 manat vəsait köçürmüşdür. “X1 Azərbaycan” QSC-nin maliyyə arayışından görünür ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödənilən xx.xx.2022-ci il tarixində ödənilən 348 manat, xx.xx.2022-ci il tarixdə ödənilən 348 manat və xx.xx.2022-ci il tarixdə ödənilən 38,34 manat "xxxx" MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 110,15 manat məbləğində xidmət haqqı ödənilmişdir. “X1 Azərbaycan” QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya bildirişinin surətindən görünür ki, ondan "xxxx" MMC-yə köçürülmüş 110,15 manat məbləğində xidmət haqqının 5 iş günü müddətində ödənilməsi xahiş edilmişdir. Qeyd olunan bildirişin göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, bildiriş Cavabdeh çatdırılmışdır. xx.xx.2022-ci il tarixli qəbzə əsasən iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi” üzrə öhdəliklərini yerinə yetirməmiş, bununla bağlı iddiaçı bank iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyul 2020-ci il tarixli il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Daha sonra iddiaçı bank "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini sonuncuya sifariş etmiş və bunun üçün bank tərəfindən 110,15 manat xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı həmin məbləği cavabdehdən tutulmasını tələb edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir; 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir; 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir; 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, məhkəmə qətnaməsi icrası məcburi olan akt olmaqla onu çıxarmış məhkəmə tərəfindən icraya yönəldilir və hər hansı bir orqana müraciət edilib-edilməməsindən asılı olmayaraq icra məmuru tərəfindən həyata keçirilir. Qeyd edirəm ki, məhkəmə qətnaməsi ilə iddiaçının borcun ödənilməsi barədə iddiası təmin edilmiş, həmin qətnamə qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə tərəfindən icraya yönəldilmiş və məcburi icrası icra məmuru tərəfindən həyata keçirilmişdir. Qanunvericilikdə məhkəmə aktının məcburi icrasının icra məmurundan qeyri hər hansı şəxs tərəfindən həyata keçirilməsi nəzərdə tutulmamışdır. Bu mənada hər hansı hüquqi şəxs və ya konkret olaraq "xxxx" MMC tərəfindən hər hansı məcburi icra hərəkətlərinin (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və s.) həyata keçirilməsi də qeyri-mümkündür. Həmçinin nəzərə alınmalıdır ki, icra məmuru tərəfindən həyata keçirilən icra hərəkətləri ilə bağlı qanunvericilikdə tələbkardan hər hansı ödənişin alınması da nəzərdə tutulmamışdır. Əksinə, həmin ödəniş borclu tərəfindən həyata keçirilir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək belə bir nəticəyə gəlirəm ki, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİM: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-6697/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6697/2022
18.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver