Məhkəmə qərarları › İş №e-2(001)-6811/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6811/2021

06.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6811/2021 06.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə 24 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, eyni iddia ilə Abşeron rayon məhkəməsinə müraciət etdiyini və artıq işin hazırlıq iclasının keçirildiyini və mahiyyəti üzrə baxılması üçün cavabdehin gəlməməsi səbəbindən təkrar olaraq məhkəmə iclasının 08 sentyabr 2021-ci il tarixə təyin olunduğunu bildirərək, ilkin olaraq tərəfindən Abşeron rayon məhkəməsinə iddia verməyini və artıq mahiyyəti üzrə baxılmağa təyin olunmasını nəzərə alaraq, icraatda olan mülki işin bir icraatda baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh vəsatətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli və İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair e-2(001)-6811/2021 saylı mülki iş Abşeron Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın etibarsız sayılması” tələbinə dair 2(012)- 4499/2021 saylı mülki işlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 05.04.2021-ciil tarixdə bağlanmış və həmin tarixdə Oğuz rayon rayon İcra Hakimiyyəti Başçısının Kərimli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən 03 sayla qeydə alınmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin hazırkı mülki iş icraata qəbul edilməmişdən öncə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Abşeron Rayon Məhkəməsi tərəfindən həmin iddia ərizəsi üzrə olan 2(012)- 4499/2021 saylı mülki iş mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilmiş və 16 avqust 2021-ci il tarixdə məhkəmə baxış iclası 08.09.2021-ci il tarixə saat 11:10-a təyin edilmişdir. İş materialları ilə müəyyən edilir ki, hər iki mülki iş arasında elə bir asılılıq və bağlılıq vardır ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair e-2(001)-6811/2021 saylı mülki iş Abşeron Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın etibarsız sayılması” tələbinə dair 2(012)-4499/2021 saylı mülki işlə bir yerdə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair e-2(001)-6811/2021 saylı mülki iş Abşeron Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın etibarsız sayılması” tələbinə dair 2(012)-4499/2021 saylı mülki işlə birlikdə birləşdirilərək, baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar