Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-683/2023 06.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2019-cu il tarixli ***-*******AKİ- 171019-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 52000 manat məbləğində və 04 noyabr 2019-cu il tarixli ***-*******NK041119- 01 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 20000 manat məbləğində kreditlər verilmişdir. xx.xx.2019-cu il tarixli ***-*******AKİ-171019- 01 saylı Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “X5 VV 12” minik markalı (Buraxılış ili - 2013, Ban- SCBEM53W1EC091456), rəngi göy metallik, **-TL- *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 17 oktyabr 2019cu il tarixli ***-*******AKİ-171019-01 saylı İpoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi “X5 VV 12” minik markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci tarixli **********180 və **********185 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixli ***- *******NK041119-01 saylı Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə kredit üzrə borcu cəmi 20326,45 manat təşkil edir. Bundan 12100,83 manat əsas borc, 7680,99 manat faiz, 3,67 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 540,96 manat faiz borcu və iş üzrə ödənilmiş 150,98 manat dövlət rüsumunun; Cavabdeh xx.xx.2019-cu il tarixli ***-*******AKİ-171019-01 saylı Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə kredit üzrə borcu cəmi 44359,93 manat təşkil edir. Bundan 35330,95 manat əsas borc, 7335,11 manat faiz, 29,38 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1664,49 manat faiz borcu və iş üzrə ödənilmiş 223,08 manat dövlət rüsumunun Cavabdeh tutulması; xx.xx.2019-cu il tarixli ***-*******AKİ- 171019-01 saylı Kredit müqaviləsi üzrə tutmanın həmin kreditin ipoteka predmeti olan “X5 VV 12” minik markalı (Buraxılış ili - 2013, Ban-SCBEM53W1EC091456), göy metallik rəngli, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, ***-*******AKİ-171019-01 saylı Kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən, sonuncuya illik 23% ödəmək şərtilə, 24 ay müddətinə 52000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ***-*******NK041119-01 saylı Bank hesabı və kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən, sonuncuya illik 23% ödəmək şərtilə, 24 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan sadə yazılı formada tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ***- *******AKİ-171019-01 saylı İpoteka müqaviləsindən görünür ki, ipotekaqoyan Cavabdeh xx.xx.2019-cu il tarixli, ***-*******AKİ-171019-01 saylı Kredit müqaviləsi üzrə və bu müqavilədə göstərilən öhdəliklərin təminatı olaraq ona məxsus olan ipoteka predmeti kimi X4 VV 12 minik markalı, 10TL005 dövlət qeydiyyat nişanlı avtomobili ipotekasaxlayan LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə girov qoymuşdur. İş materiallarında olan **********240 və **********241 saylı, xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 35330,95 manat əsas borc, 7335,11 manat faiz borcu, 1664,49 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu və 29,38 manat cərimə borcu olmaqla, cəmi 44359,93 məbləğində; xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə isə 12100,83 manat əsas borc, 7680,99 manat faiz borcu, 540,96 müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu və 3,67 manat cərimə borcu olmaqla, cəmi 20326,45 məbləğində borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/571 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... İş materiallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, ***-*******AKİ-171019-01 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə borcalana illik faiz dərəcəsi 23% olmaqla 24 ay müddətinə 52.000.00 manat məbləğində kredit verilmişdir. Ödəniş qrafikində alınmış kredit vəsaitlərinə ödənilməli olan faizin həcmi 13.380.47 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən banka 19 noyabr 2019-cu il tarixdən 17 oktyabr 2021-ci il tarixədək 21.008.00 manat məbləğində ödəniş aparılmışdır. Ödənilmiş 21.008.0 manat məbləğində pulun 7.168.88 manat əsas borcdan, 13.839.12 manat faiz borcundan silinir. Hazırkı ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, ***-*******AKİ-171019-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 17 oktyabr 2021-ci il tarixinə İddiaçı ASC-yə olan borcu 51.987.74 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 44.831.12 manat, faiz borcu üzrə - 7.156.62 manat. Qeyd edilir ki, hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2021 -ci il tarixdən sonra 18.800,0 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2021-ci il tarixə göstərildiyindən 18.800,00 manat məbləğində ödəniş nəzərə alınmadı. ... İş materiallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, ***-*******NK-041119-01 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə borcalana illik faiz dərəcəsi 23% olmaqla 24 ay müddətinə 20.000.00 manat məbləğində kredit verilmişdir. Ödəniş qrafikində alınmış kredit vəsaitlərinə ödənilməli olan faizin həcmi 5.148.33 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən banka 19 noyabr 2019-cu il tarixdən 04 noyabr 2021 -ci il tarixədək 4.145.00 manat məbləğində ödəniş aparılmışdır. Ödənilmiş 4.145.00 manat məbləğində pulun 2.899.17 manat əsas borcdan, 1.245.83 manat faiz borcundan silinir. Hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, ***-*******NK-041119-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 04 noyabr 2021-ci il tarixinə (sual üzrə tarixə) İddiaçı ASC olan borcu 23.830.96 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 17.100.83 manat, faiz borcu üzrə 6.730.13 manat. Qeyd edilir ki, hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən sonra 6.500.0 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2021-ci il tarixə göstərildiyindən 6.500,00 manat məbləğində ödəniş nəzərə alınmadı”. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3221 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən banka 19 noyabr 2019-cu il tarixdən 05 iyun 2023-cü il tarixədək 39.808.00 manat məbləğində ödəniş aparılmışdır. Ödənilmiş 39.808.00 manat məbləğində pulun 21.705.38 manat əsas borcdan, 18.102.62 manat faiz borcundan silinir. Hazırkı ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, ***-*******AKİ-171019-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: xx.xx.2022-ci il tarixə (sual üzrə tarixə): əsas borc üzrə - 30324 manat, faiz borcu üzrə 3652,72 manat, faiz borcu üzrə (5%) – 109,50 manat; xx.xx.2023-cü il tarixə (rəy verilən tarixə): əsas borc üzrə 30.294,62 manat; faiz borcu üzrə - 2439,01 manat, faiz borcu üzrə (5%) – 900,42 manat. ... Hazırkı ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, ***-*******NK-041119-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdaki kimi müəyyən müəyyən edilir, o cümlədən: xx.xx.2022-ci il tarixə (sual üzrə tarixə): - əsas borc üzrə - 12101,24 manat, faiz borcu üzrə - 7433,34 manat, faiz borcu üzrə (5%) – 43,70 manat; 05 iyun 2023-cü il tarixə (rəy verilən tarixə): əsas borc üzrə - 11106,36 manat, faiz borcu üzrə - 6976,74 manat, faiz borcu üzrə (5%) – 331,71 manat”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu mаddəsinə əsasən, bоrc müqаviləsinə görə iştirаkçılаrdаn biri (bоrc verən) pulа və yа digər əvəz edilən əşyаlаrа mülkiyyət hüququnu digər iştirаkçıyа (bоrc аlаnа) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdаоlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür. Bоrc müqаviləsinin predmeti hər hаnsı pul məbləği оlduqdа, о, kredit müqаviləsi аdlаndırılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 307.7-ci maddəsinə görə, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qeyd edilən avtomobillə bağlı ipoteka müqaviləsi notariat qaydasında təsdiq edilmədiyindən, bununla da ipoteka müqaviləsinin bağlanması üçün qanunla müəyyən edilmiş qaydaya riayət edilmədiyindən, tərəflərin biri-digəri qarşısında hər hansı bir öhdəliyi də yaranmamışdır. Digər tərəfdən, Mülki Məcəllənin 309-cu maddəsinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə müvafiq olaraq, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 11.1-ci maddəsinə görə, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Qeyd edilən Qanunun 12.2-ci maddəsinə əsasən, rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın ipotekası həmin əşyanın dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınır. Azərbaycan Respublikası Prezidentinin 564 saylı, xx.xx.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”na əsasən, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılan daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, avtomobil daşınar əşya olsa da, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara aid olduğundan, mexaniki nəqliyyat vasitəsi sayılan avtomobillərin ipotekası haqqında müqavilələr isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılan daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalı olduğundan, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmasını təsdiq edən sənəd olmadığından (*iddiaçı tərəf ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir), bununla da ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmadığından, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi qüvvəyə minməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi hissəsində əsassızdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, ***-*******AKİ- 171019-01 saylı Kredit müqaviləsi üzrə 30.294,62 manat əsas borc, 2.439,01 manat faiz borcu, 900,42 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu, 29,38 manat cərimə borcu olmaqla, cəmi 33663,43 manat; xx.xx.2019-cu il tarixli, ***- *******NK041119-01 saylı Bank hesabı və kredit müqaviləsi üzrə 11.106,36 manat əsas borc, 6.976,74 manat faiz borcu, 331,71 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu, 3,67 manat cərimə borcu olmaqla, cəmi 18.418,48 manat; cəmi iki müqavilə üzrə 52.081,91 manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 80,51% hissədə təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 301,16 manat hissəsi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, ***-*******AKİ-171019-01 saylı Kredit müqaviləsi üzrə 30.294,62 manat əsas borc, 2.439,01 manat faiz borcu, 900,42 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu, 29,38 manat cərimə borcu olmaqla, cəmi 33663,43 manat; xx.xx.2019-cu il tarixli, ***-*******NK041119-01 saylı Bank hesabı və kredit müqaviləsi üzrə 11.106,36 manat əsas borc, 6.976,74 manat faiz borcu, 331,71 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu, 3,67 manat cərimə borcu olmaqla, cəmi 18.418,48 manat; cəmi iki müqavilə üzrə 52.081,91 (əlli iki min səksən bir manat doxsan bir qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 301,16 (üç yüz bir manat on altı qəpik) manat hissəsi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 72,90 (yetmiş iki manat doxsan qəpik) manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-683/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-683/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver